Showing posts sorted by relevance for query mim. Sort by date Show all posts
Showing posts sorted by relevance for query mim. Sort by date Show all posts

Wednesday, August 6, 2014

MIM

PLAZA MİMi

Salam. Bir Mim lə geri gəldim. Hilal ın blogunda gördüyüm bu Mimi çox sevdim. Bu adresdən onun Mimə olan cavablarını da oxuya bilərsiniz. ;)-http://saranghae-kore.blogspot.com O da sağolsun hamını Mimləmişdi. :D  Unutmadan, Mimi yazan http://yeter678.blogspot.com.tr bu blogun bloggeri, hələki onu tanımıram amma tanıyaram gələcəkdə )) Mən də Mimi yazdım. İnanıram ki, mənim kimi siz də bu Mim i sevəcəksiniz. 
1) Blog ismin neden bu? Özel bir anlamı var mı ki?


Blog adı çox önəmlidir. Bunu bilsəm də blog adımı o qədər çox düşündüm ki.. Blogumun adından çox düşündüyüm hiss olunmasa da ;) :P Dream high adını çoxu bəlkə də eyni adlı koreya serialından götürdüyüm düşünür. ancaq belə deyil, düzü heç o dramaya baxmamışam, sadəcə 1-2 bölüm )). Blog açanda çox böyük xəyallarla açdım, ad da onun nəticəsidir. Happ day bəs?- bilmirəm tam yadımda deyil, yəgin ki ya qəbul olmuyub, ya da Koreya dramasına çox bənzədiyi üçün bunu da əlavə etmişəm :D Happy day- hər günün xoş keçməsi üçün , həm mənim üçün, həm də blogumu oxuyanlar üçün ;)

2) Hayatının en acı olayı ne? Ölüm dışında sana ders veren bir olay yaşadın mı hiç?

Həyatımda keçmişi xatırlamağı xoşlamıram. Şükür, həyatımda çox böyük problem, qəm, kədər olmuyub. Amma dərs verməsi haqqında deyə bilərəm ki, həyatda hər şey bizə əslində dərs vermək üçündür. Bunu vaxtında anlayıb, dəsrimizdən nəticə çıxardığımız olanlar da var. Heç vaxt bilmədiklərimiz də. Həyat çox qəribədir. məncə həyat bu qədər qəribədir deyə yaşamaq daha da marqlıdır..

Wednesday, April 29, 2015

Depresiya və Mahnı Seçimi + MIM

Musiqi ilə zəngin MİM.

Salam, yepyeni Mimlə gəldim. Yeni mahnılar, musiqi axtarışında olanlar bu yazımı dəyərləndirin. Mimə görə littleagashisdiary.blogspot.com blogunun sahibəsi Ranaya təşəkkür edirəm. Mimi çox bəyənib sonradan mimləndim əslində :D Öz istəyimlə oldu biraz. ;) Rananın (bizdəki Rəna adıdır məncə :)) eyni adlı yazısını oxumaq istəyənlər rəngli yazını/bloggerin adını klikləyin. ;)
Əvvəlcə yazmalıyam ki, depresiyaya tez-tez girənlərdənəm. Hətta depresiyanı sevirəm. Telefonumda dinləyəndə insanı depresiyaya salacaq mahnılardan ibarət playlistlərim var. :D Musiqi demək olar, həmişə mənlədir. Mənim üçün evdən çıxanda qulaqcıq və tam batareyası dolu telefon ən vacib şərtdir. Mim sahibi özü cəmi 7 mahnı paylaşıb. Amma sari ( man from the stars dakı baş rol qızın dediyi üsulla sorry :P)  Rana amma məndə mahnı çox olacaq.
Depresiyada olanda, ya da əsəbləşəndə insanlar əsasən ya sakit/lirik musiqiləri üstün tutur, ya da rock kimi musiqiləri. Məndə hər ikisi var. Hər şey o andan asılıdır. İndidən deyim ki, mahnılar az qala hər ölkədən olacaq. ;)
1. İlk notlarından insanı qəmginləşdirən, ağlında o an heç nə olmasa da düşündürən mahnı və səslə Miri Yusif lə başlayıram mahnılara.
Miri Yusifin üslubu və səsi fərqlidir. İstirahət edirəm səsi ilə, depresiya üçün də əvəzolunmaz seçimdir.  İlk sevdiyim Miri Yusif mahnısı olan MƏKTUB u dinləyin. Əminəm çox bəyənəcəksiniz.
2. Bu mahnı çox yenidir. İfaçının səsi mükəmməldir. Bu qrupu yeni tanımışam. Əslində bu Mim əvvəla düşdü, mən bbu qrup haqqında yazımı paylaşacaqdım. Ancaq qrup haqda yazı həmişə uzun olur. Şəkil seçimi, məlumatları toplamaq, axtarmaq, dəqiqləşdirmək, mahnıları seçmək bir neçə günümü alır. Mim i mimləndiyim gün də yaza bildiyim üçün daha asan gəldi. Həm bəyəndiyim mahnını sizlərlə də paylaşım dedim.
Yaponiya rok/rock qrupu One Ok Rock dan Heartache/ürək ağrısı adlı mahnı.
3. Yeni bir başqa ifa, Death Note musicalında L üçün yazılmış mahnı- the game begins.  (ətraflı məlumat üçün rəngli yazını klikləyin)
Xia Junsu Cənubi Koreyada profesional ifaçı adlandıra biləcəyimiz ifaçılardandır.
4. Death Note un adı hallandısa Light ən mahnısını da əlavə edim. 
Mahnıda qəribə kədərlə birlikdə fəqrli bir şeylər var. Tam anime ə uyğundur. Həyat davam edir deyə hiss etdirən, ya da  başqa adlandıra bilmədiyim soyuq duyğular var mahnıda.

5. Bir ara uzunmüddətli depresiyadydım və One Republic qrupunun All fall down- mahnısını çox dinləyirdim. İndi dinləyəndə o dərəcə depressiv gəlmir sanki amma, yeni çıxdığı vaxtlarda depresiyadaydım və bütün gün bu mahnını dinləyirdim.
6. Bu mahnının xüsusilə sözlərini bəyənirəm. Linking Park-Leave out all the rest. Mənim vaxtım gələndə (ölməyi nəzərdə tutur) etdiyim səhvləri unut və mənə kömək et ki, məndən ötrü darıxmağın üçün səbəblərin olsun  (təxmini belədir nəqarəti)


7. Koreya indie rok (hindistanla əlaqəsi yoxdur rokun bir qoludur) qrupu olan Nell. Təkcə solistin səsi bəsdir əhvalınızı dəyişməyə. Nell- Slip away



8. 2007ci ilin mahnısı olan bu mahnının yeri tam ayrıdır. Roya və Samir in duetini çox bəyənirdim. Heyf ikinci mahnı yoxdur. Royanın da Samirin də buruq saç vaxtlarıdır. Xüsusilə Samirin səsini çox bəyənirəm. Səsində şirinlik var, insanı bezdirmir.
9. Evanescence dən Lithium mahnısı da depresiv olanda dinlənməyə dəyər.
10. Rana sağ olsun onun yazısından yadıma düşənlər də oldu. Pinhani kimi. Nə gözəl güldün mahnısını çox sevirəm. Kavak yelləri serialını bu mahnıdan sonra tanımışdım, amma heyf tam baxa bilmədim, serial uzandıqca mən baxa bilmirəm. Mahnıdan ən sevdiyim hissə-yalandan da olsa..... nə gözəl güldün o axşam.. (öz dilimizdə yazdım çünki elə bir fərq də yoxdur :D)
11. Türk mahnılarına keçmişkən Emre Aydın olmazsa olmaz. Emre Aydın az qala depresiya ifaçısı kimidir mənim üçün. Səsini və musiqisini ççox bəyənnirəm. Bu yağmurları ilk dinləyəndə çox depressiv və əsəbi idim. Mahnı dərman kimi təsir etmişdi. Emre Aydının demək olar bütün mahnılarını dinləmişəm və çoxunu da bəyənirəm.

12. Miri Yusifi çox bəyənirəm və tezliklə onun mahnıları və özü haqda bir yazı da yazmalıyam. Bu mahnı əslində depresiya və romantikanı birləşdirir. Sevgisində tərəddüd edən bir insan ağlıma gəlir mahnını eşidəndə. Ən sevdiyim sözlər- Bu deyil Sevgi, Bu deyil Vərdiş- bu artıq həyatin tərzi. 


14. Depresiyada olan insan üçün ən yaxşısı rokdur. Çünki rok mahnıların nəqarətində əsasən sanki susub dayanan insanın hislərinin tufanı var. Bu səbəbdən depressiv zamanlarda rok mükəmməl təsir edir. Manga -cevapsız sorular. 
15. Teenwolf (serial haqda oxumaq və digər soundtrackları dinləmək üçün rəngli yazını klikləyin) sayəsində tanıdğım və çox bəyəndiyim mahnı.
Whitaker-my own/
16. Tom Odell - an another love mahnısı isə başqa çox sevdiyim mahnıdır. Mahnı çox dinlədiyim üçün seçim qarşısında qalıram və hansı mahnıları sizlərlə paylaşım bilmirəm, həqiqətən çox olduğu üçün. Mahnının nəqarəti sanki ifaçının içindəki hislərin ən gözəl şəkildə əksidir.  (ooooo hissəsini nəzərdə tuturam :D)
17. Ən xoş anınızda belə sizi qəmginləşdirəcək ifa, mahnı sözləri isə tam başqa gözəldir. Tünzalə Ağayeva-Pərvanə (digər mahnılarını dinləmək üçün ifaçının adını klikləyin ;)).

18.Çoxunuzun tanımadığı mənim hədsiz çox sevdiyim bir ifaçı- Jeff Buckley. Gənc yaşında dünyasını dəyişməsəydi kaş. Onu Alim Qasımovla olan cəmi bir festival üçün olan duetləri sayəsində tanıdım. Xüsusilə muğam sevər olması mahnılarında hiss olunur. Rok və muğam sintezi var. Əlimdə olsa bütün mahnılarını paylaşardım. İfaçının mahnıları insanı sanki başqa aləmə aparır. Ola bilsin ilk dinləmədə sizə qəribə gəlsin. Öyrəşmədiyiniz tərzdir, ancaq ikinci dinləyişdə sevəcəksiniz mahnını. Jeff Buckley- I'm calling you.
19. Bu mahnı isə tamamilə başqadır. Ən çox muğam və şərq musiqisinə olan marağını ifaçı məhz bu mahnıda göstərib. Sadəcə gözlərimi yumub mahnıya dalmaq istədiyim mahnıdır. Sözün əsl mənasında dunya off musiqi on olur. Jeff Buckley-Dream brother.(mahnının adı)
20. Koreya serialı Nice Guy ostlarını hətta dramanın özündən çox sevirəm. Bu mahnı isə ən sevdiyimdir. (serialın digər ostlarını dinləmək üçün dramanın adını klikləyin) Ost un adı- Empty Heart/boş ürək..

21. Yapon draması Nabuto Wo Produce dan olan bu ost da isə narahatlıq hissi var sanki. Bu serialı da məsləhət görürəm və hə bu haqda da yazacam. :P
22. Bigbang dən T.O.P un dünyasını dəyişən fanına yazdığı mahnı- Oh MOM. Mütləq dinləyin. Topun səsinə rok çox yaraşır. YG papa imkan ver TOP rok oxusun çoxlu.
23. T.O.P un "Act Like Nothing's Wrong" adlı mahnısının konsetdə oxuduöu bu versiya isə pik nöqtəsi, ifaçının harmonika çalıdığı yerlə daha çox bəyəndiyim, təsir edən, kədərli mahnıdır. Mahnının 4.33 cü dəqiqəsindəki harmonika mahnının ən təsirləndiyim hissəsidir. Harmonikanı TOP özü çalır. ;)
24. Epik High dinləyin. Ən sevdiyim qruplardandır. Şirkət sayəsində mahnı yazılan, oxuyan, məşhur olan qrup deyil Epik High. Nocturne adlı mahnı da mimin mövzusuna uyğundur. 
25. Epik High- Pieces of you. Deyilənə görə Tablo mahnının sözlərini atasına yazıb/həsr edib.
26. Tablo və Taeyang ın - No Tomorrow mahnısı da superdir. Sözləri xüsusilə.. Repi sevməyənlər belə Tablo sayəsində rep dinləyəcəyi mahnı.
27. JaeJoong- Mine xüsusilə əsəbi olanda əla seçimdir. Depresiya səbəbi kiminsə sizi əsəbləşdirməsi, incitməisidirsə dinləyin.
28. Jack Garrat-worry. Super bir mahnıdır.
29. the Vampire Diaries in soundtrackı olan bu mahnı tam depressiya mahnısıdır. Stateless- Bloodstream. 
30. Qrupun yeganə bəyəndiyim ifası. Hypnogaja - Here Comes The Rain Again
31. Ən Sonda (umidvaram yorulmadan sona gələ bildiniz).
Tokio Hotel - İnvaded. Qrupun son albomu tamamilə məni qrupdan uzaqlaşdırdı. Yeganə bu mahnıdan başqa... Dinləmədən qərar verməyin deyirəm. 
Bu Mim sanki insanı depressiv əhvala salmaq üçündür. :D Mimin sahibi cəmi 7 mahnı paylaşıb, amma mən mahnı varsa seçim edə bilmirəm. Əslində hələ seçib bunları paylaşdım sizlərlə. Ümidvaram bu mahnıların içindən ən azı birini bəyənərsiniz. Və qəmgin anlarınızda dinləyəsiniz. 
Siz də öz depresiyada olanda dinlədiyiniz mahnıları yazın, bəyəndiyiniz və bəyənmədiyiniz mahnılar haqqında da yaza bilərsiniz. İnsan həmişə gülərüz, xoşbəxt ola bilməz. Bəzən səbəblərdən, bəzən səbəbsiz, bəzənsə havadan( ayızda məsələn) insan özü depressiyaya yönəlir. Əsas odur ki, tezliklə depressiyadan çıxa biləsiniz. Mənik kimi ;) Yaşasın Optimizm. :P Oxuduğunuz və mahnıları dinlədiyiniz üçün sağ olun. 
Bu arada mən də blogger dostlarımı mimləyirəm:
Eskaymak(Ezra)

Wednesday, July 30, 2014

KOREYA DRAMALARINDA SEVMƏDİKLƏRİM

KOREYA SERİALLARI DA MÜKƏMMƏL DEYİL .

Koreya dramalarında da sevmədiyim mövzular, xoşuma gəlməyən hissələr var. 
1. İçki sevdası..- SOJU XÜSUSİLƏ
dreamhigh-happyday.blogspot.comƏn çox sevmədiyim də elə budur. Koreya seriallarına baxıb da içki sevgisini görməmək mümkün deyil! Nəzərə alaq ki, bu seriallara istənilən yaçda insanlar baxır. Və baxdığımız serial, filmlərdəki əsas qəhrəmanların bu cür içki içməsi istər-istəməz izləyiciyə təsir edir. Bu da əsas reallıqdır. Televizorda bir neçə il əvvəl belə bir xəbər vardı. Yeniyetmələrin daha çox içkiyə meylinin səbəbi həm də izlədikləri film/seriallarda insanların çoxlu içki içməsidir. Xüsusilə də, içkini çox dadlı bir içki növü kimi düşünürsən izlədiyin an. Bu düzgün deyil. Əlbəttə bu sadəcə Koreyanın bizim ölkədən fərqidir. Çünki, orda məsələn bir dramada - Man From The Stars dramasında baş rol qızımıza atası böyüyəndə səninlə birlikdə içki içə biləcəyik deyir. Bu bizim ölkədə qəbul edilməzdir. Ancaq Koreyalılara görə normaldır. Bu hissəni keçdim. Amma seriallar var ki, içki içilən hissələr digər hissələrdən çoxdur. Bu cümləyə ən uyğun drama isə Marry Me Mary/Mary Stayed Out All Night dramasıdır. Drama çox sevdiyim seriallardandır. Baş rolları Jang Geun Suk, Kim Jae Wook, Moon Geun Young bölüşür. Çox sadə mövzü ancaq əyləncəlidir drama əslində.. 
dreamhigh-happyday.blogspot.com
Həm də Jang Geun Suk un oxuduğu drama ostları da seriala rəng qatır . Jang Geun Suk səsi bir başqadır ;) Ancaq, dramada ən çox işlədilən sözlərdən biri də "Haydi gedək içək" olurdu. Yaxşı və ya pis hadisəni içməklə qeyd edirdilər. Bekarşılıq olanda da həmçinin. Xüsusilə də gənclərin bu qədər içməsi. Bəyənmirəm. 

Wednesday, June 15, 2016

Mən kiməm.

MİM № Bir bloqqer özü haqqında yazarsa..

http://dreamhigh-happyday.blogspot.com  Bu mimə özüm özümü mimlədim. Halbuki başqa 2 mim artıq çoxdandır yolumu gözləyir. Tezliklə onları da bitirəcəm. Bu mimi isə, Gözdənin yazısından həvəslənib yazmağa başladım və bir də baxdım ki, bir yazı ortaya gəldi. Gözdənin yazısı üçün kliklə. Aşağıdakı soundtrack də həmin yazıdan sonra dinlədiyim və dinləyərək yazdığım musiqidir. Dinləyərək oxuyun. Yazı uzun olsa da bu yazıda hər şeydən bir az olduğu üçün nəticədə çox şey öyrənib, müxtəlif mövzularda oxuyacağınız üçün sonda yazı sizi heç yormayacaq. 
http://dreamhigh-happyday.blogspot.com

  Əslində özüm haqqında kiməsə məlumat verməyi o qədər də sevmirəm. Sanki ən böyük sirmiş kimi və bunu hamıya deyirəmmiş kimi hiss edirəm. Kim olduğumla bağlı çox düşünürəm. Düşündükcə də saysız fikirlər içində qalıram. Təkcə özüm deyil, uzun-uzun bütün dünyadakı insanları, yaşamağı sevib-sevmədiklərini, dünyada yaşama səbəblərini düşünürəm. Bu zövq aldığım mövzulardandır. 
http://dreamhigh-happyday.blogspot.com

Uşaqlara qarşı qəribə bir sevgim var. Onlarla oynamağı sevirəm. Xüsusilə də yolda uşaq gördümsə bəzən onlarla oynamamaq üçün özümü güclə saxlayıram. Ya da anasından gizlicə məsələn əlinə toxunub tez elimi çəkirəm. Uşaq kimin etdiyini görmək üçün ki ətrafına baxır çox sevirəm o anı. Uşaqlar sevinc dolu olur. 
Və keçmiş hamı kimi mənə də doğma gəlir. Televizorun kəşf olunmadığı, klaviaturada deyil də qələmlə ağ vərəqə yazıldığı vaxt kimi təsəvvürümdə olan illər. Bəlkə də, tanıdığımız bütün doğma insanların, ən doğma insanların keçmişdən gəlməsi ilə başlayıb hər şey. Bizim üçün yaşadığımız ilk keçmiş-dünyaya gəldiyimiz andan, yanımızda olan ilk doğmalarımız bəlkə də bizə keçmişi sevdirib. Mənim heç vaxt həyatda tanımadığım, görmək şansımın olmadığı Jeff (haqqında oxuyub, onu dinləmək üçün adı klikləyin)-ə olan heyranlığım və ya Martin İden (haqqında oxumaq üçün adı klikləyin/tıklayın)ə olan sevgim də yəgin ki musiqi və ədəbiyyatdan əlavə həm də keçmişlə də bağlıdır.

http://dreamhigh-happyday.blogspot.comDüşüncələrim qarışıq və çoxdur. Ancaq çoxdanışan heç deyiləm. Yəni, asanlıqla bir mövzudan digərinə sürətlə keçə bilərəm. Deyək ki, bir mövzudan danışdığım vaxt həmin mövzu ilə yenisi arasında mənim üçün bir xırda əlaqə var. Bu zaman birincini yarıda saxlayıb həvəslə digərinə keçirəm. Yəni mənə qulaq asanda diqqət çox vacibdir. :D Fikirlərimi tam və bütün olaraq çatdırmaq üçün tələsdiyim də olur. Bir nəfəsə həvəslə danışıb hər şeyi qarşımdakı insana çatdırmaq istədiyim anlar.
http://dreamhigh-happyday.blogspot.comhttp://dreamhigh-happyday.blogspot.com
Məncə insanların öz simalarından əlavə daxili, ruhları da simalarında əks olunur. Danışıqları ilə, kimisi dərin fikrə daldığı zaman və ya ağladığı zaman qəlibi(kalıb, görünüşü) deyil də əsl özünü gördüyümüz vaxtını həmişə yadımızda saxlayırıq.

 Bu səbəbdən insanlar hər kəsə fərqli görünə bilər. 

http://dreamhigh-happyday.blogspot.com
Ümumilikdə dünyanı hamımızın eyni cür və eyni rəngdə gördüyümüzə inanmıram. Tam olaraq heç kim bunu sübut edə bilməz. Yaşıl rəng bəlkə də mənə görə bir az daha tünd başqasına görə daha açıq rəng görünür. Tam olaraq bunu necəsə sübut etməyin mümkün olduğunu düşünmürəm. 
http://dreamhigh-happyday.blogspot.com

Dostlar mənim üçün çox önəmlidir. Ancaq həm də dostlarıma qarşı qısqancam. Özümü haqlı da hesab edirəm. Mənim ən yaxın dostumun başqa bir insanla yaxın olduğunu görəndə və orada yoxamsa əlbəttə bu mənə yaxşı təsir etməz. Dostlarımı sevdiyim qədər yalnızlığı da sevirəm. Uşaqlıqdan tək oynamağı daha üstün tutmuşam. Yaşıdlarımla əlaqə qura bilməsəydim bu mənim üçün problemə çevrilməzdi. Çünki mənim artıq özümün xəyali dostlarım vardı. Dünya qəribədir. uşaqların öz-özünə danışması və oynaması normal qəbul olunduğu kimi, böyüklərin öz-özünə eyni şəkildə danışdığı görsək onu dəli, ən yaxşı halda psixoloji problemləri olan insan adlandırarıq. Uşaqlar dünyaya və dünyanın normal hesab olunan qaydalarına yad olduqları üçün bizdən daha azaddırlar. Onlar üçün hər şey yenidir. İstəmədiklərini, istədiklərini demək onlar üçün çətin deyil.
http://dreamhigh-happyday.blogspot.com

Məncə insan tənhalığı unutmamalıdır. Əsl özünlə üzləşib, onu, özünü tanımaq üçün yalnızlığı da sevməlisən. Bəzi şeylər tək ikən daha çox zövq verir. Kitab oxumaq, ya da musiqi dinləmək ola bilər. Ya da düşünmək, özün haqda yox, bütün dünya haqqında, normalda qəbul etdiyin şeylərin dərinliyini düşünmək. İnsanların necə bir varlıq olduğunu düşünmək. məncə, kitab oxuyanların içində bu cür düşüncələri olan insanlar da çoxdur. Kitab mənə daha çox insanı tanımağa, daha çox təcrübə qazanmağa imkan verir. 

http://dreamhigh-happyday.blogspot.com Piano uşaqlıqdan ən çox sevdiyim musiqi alətidir. Həmişə pianino çalmaq istəmişəm. 
http://dreamhigh-happyday.blogspot.comHər pianino çalındığı anda gözümün önünə pianinonun  notlara uyğun dilləri gəlir (çalmağı bilirmişəm kimi hiss yaranır)və əllər, həm sürətli və həm də sakit qəribə ahənglə çalan əllər. 

Ümumilikdə musiqini çox sevirəm. Musiqi asanlıqla əhvalımı o an dəyişə bilər. Ən sevincli anımda dinləyəcəyim mahnının ilk notları artıq yetərlidir, bütünlüklə o andan sevincim kədərlə əvəz oluna da bilər. Kədər sadəcə hər hansı bir pis hadisə ilə əlaqəli olmaya da bilər. 
http://dreamhigh-happyday.blogspot.com
Bəzən hisslər heç nə ilə əlaqəli olmur. Səbəbsiz sevinc, səbəbsiz kədər düşür içimizə. Bütün ruhumuz bununla əhatə olunur. Məncə o ən təmiz hisslərdir. Saf, qatqısız . Bütün dünyadakı sizi və digərlərini unudub, musiqinin bir hissəsi olmaq. Musiqinin bir hissəsi kimi var olmaq-kimi qəribə duyğuları bəzən musiqi dinlədiyiniz zaman yaşayırsınızsa məncə axtardığınız musiqini, mahnını tapmısınız. 
http://dreamhigh-happyday.blogspot.com
Fiqurlu kankisürməni çox sevirəm. 
http://dreamhigh-happyday.blogspot.comMusiqi, rəqs birlikdə xüsusilə də buz üstündə olması başqa bir incəlik qatır. Büzüstü kankini sevməyən insan təsəvvür etmirəm. 
http://dreamhigh-happyday.blogspot.com
Valentin günü üçün fanlarına etdiyi hədiyyə ;)
Fiqurlu kankisürmədə ən sevdiyim idmançı isə Yuzuru Hanyudur. İlk dəfə ictimai tv-də canlı Soçidən yayımlanan yarışları izlədiyim zaman Yuzurunun yıxıldığı an çox pis olmuşdum. Sonrakı iştirakçıların da yıxılmasını o qədər çox istəmişdim. Çünki belədə Yuzuru yaxşı yer tuta bilərdi. Yıxılmağına baxmayaraq heç nə olmamış kimi çıxışına davam etməsi isə xüsusilə mənim diqqətimi çəkmişdi. Nəhayət sonda qızıl medala layiq görüləndə isə çox təəccübləndim və sevindim. Yuzuru çox çətin tapşırıqları mükəmməl yerinə yetirir və artistizmi onda daha çox hiss edirəm. Həmin videonu izləyin.

http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.comBundan əlavə balet sevməsəm də tək bir balerin qızın sakit ritmlərə uyğun və musiqisiz rəqsi məni çox cəlb edir. Musiqi o an olsa da çox sakit ritmlərlə olmalıdır.
http://dreamhigh-happyday.blogspot.com
Mən uşaqlıqdan Tom Və Cery (Tom & Jerry) kimi cizgi filmləri deyil, Digimon, Ay savaşçısı (Sailormoon) kimi cizgi filmləri daha çox sevirdim. İndi də fikrim dəyişməyib. 
Uşaqlıqlarından insanların sanki çox keçmişdəki yad insan kimi danışmaqlarını həmişə görəndə çox qəribə hislər kçeirirəm. Uşaqlıqdan bu səbəbdən insanın uşaqlıqdan böyüklüyə keçəndə dəyişdiyini düşünürdüm. Böyüməyə çox can atırdım. Böyüyəndə məndə nəyinsə dəyişəcəyini düşünürdüm. 
http://dreamhigh-happyday.blogspot.com

Ancaq hələ də o dəyişiklik, gözlədiyim sehirli dəyənək dəyməsi qədər fərqli bir şeyin yaşanacağı an gəlməyib. Anladım ki, böyüdüyün zaman heç nə dəyişmirmiş. Məcburi hamının keçdiyi bir dəyişiklik yoxmuş. İnsanlar istədiyi üçün dəyişirmiş. Mən ancaq uşaqlıqdakı məndən fərqləndiyimi düşünmürəm. Görünüş olaraq dəyişsəm də, hələ də çəkinməsəm saatlarla topla oynamaq, gizlən-qaç oynamaq hələ də mənim üçün əvəzolunmazdır. 

http://dreamhigh-happyday.blogspot.com

Rok musiqisini dinləməyi sevirəm. Ümumilikdə hər ölkənin mahnısını sınayıb dinləməyi sevirəm. Bu ayrı bir həyəcan verir. Türkiyə, Rusiya, Cənubi Koreya, Yaponiya, Çin, Norveç, Finlandiya və başqa ölkələrdən telefonumda hər gün dinlədiyim mahnılar var. 
Nəhayət mimi sona çatdıra bildim. Ancaq mən də tükəndim. Ümidvaram sevərək sonadək oxuyacaqsınız. Rəylərinizi (yorum, comment) yazmadan blogdan çıxmayın. Bu arada Mimi kimlərin edib kimlərin etmədiyini bilmirəm. Mənim kimi siz də mimi sevdinizə mimlənmiş sayılırsınız, yazın mən də oxuyum ;)
http://dreamhigh-happyday.blogspot.com

Sunday, June 7, 2015

Yenə Mim, Yenə Mən.

Mən Uşaq Olanda.http://dreamhigh-happyday.blogspot.com/

Bu aralar mim şəhzadəsiyəm. Mimlərə cavab yazmaq da insana məşhur havası verir. Sanki jurnalist və ya aparıcının suallarına cavab verən ulduzam. :D
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Mimin əslində adında kiçik dəyişiklik etmişəm. Əsl adı Ben küçükken-dir , bu da bizim dildə mən kiçik ikən kimi olur ancaq nədənsə mimi gördüyüm andan ağlımda bu ad dəyişdi. Ümidvaram məni bu əyləncəli mimə mimləyən Rana üçün problem olmaz bu. ;) Elə isə başlayaq.

Wednesday, August 24, 2016

MIM№

Mim : Mid-Year Book Freakouthttp://dreamhigh-happyday.blogspot.com/   Salam, yeni mimdə bu ilin bu vaxtına qədər oxuduqlarımız haqqında suallara cavab yazırıq. Əyləncəlidir, çünki oxuduğumuz kitab haqqında kiməsə danışmağı, kitabdakı obrazları müzakirə etməyi əminəm çoxunuz sevirsiniz. Əslində bu mimi cavablandırarkən çətinlik çəkdim. Mən artıq sanki çoxdandır zaman anlayışını itirmiş kimi hiss etdim. Mənim üçün il məktəblərin tətil olması və ya açılması kimi dəyişikliklər sayəsində yadda qalan idi. Əgər hər günün eyni keçirsə, o zaman artıq zamanın ilin bəzən öz həqiqi mənasını itirdiyini düşünürsən. Ya da əslində zamanın heç bir mənası yox imiş, biz ona məna yükləməyə çalışırıqmış və zaman əslində böyük bir indidən ibarətmiş kimi. Keçmişdəki indiki zaman və gələcək indiki zaman. Bəs mənim sizə bunu dediyim zaman bunların hansındadır? Keçmiş ya gələcək?

http://dreamhigh-happyday.blogspot.com/

 Kimə görə? Axı kimə görə olması zaman anlayışını da dəyişir. Yenə də, əslində mövzuya aid olmayan fikirlərimi sizlə bölüşdüm. Ancaq bu sadəcə özlüyündə gələn fikirlərdir. Yəgin bu haqda siz də düşünün deyə elə məhz bu yazını yazdığım zaman bu fikirlər beynime gəlib. Çox yormayım sizi, keçək mimə. 
Sondakı mahnı da məndən sizə hədiyyə olsun. 

1. Bu ana qədər oxuduğum ən gözəl kitab.

Friday, June 12, 2015

Bu Mimi çox sevdim../ Əgər Bir Kitab Olsaydım..

ƏGƏR BİR KİTAB OLSAM...

http://dreamhigh-happyday.blogspot.com/
Başlığı.

Dünyada Yaşayan Yad..
Almağı düşünmədiyiniz ancaq necəsə həmişə qarşınıza çıxıb diqqətinizi çəkən həmin kitab.


Necə kitab olardınız?

Əlbəttə ki, kitab mənim kimi olacaqdı, hər yazıçı kitaba bütün fikir və duyğuları özündən qatdığı kimi. İlk baxışda sadə ancaq oxuduqca mürəkkəbliyini anlayıb sevdiyiniz kitab. Həm çox sadə, həm çox çətin başa düşülən. Kitabda bacardığım qədər hər şey olardı. Dünya kimi olardı mənim kitabım. Bir səhifəsi rəngarəng, digər səhivəsi boz.. Bəzən oxuduqca hadisələrin yalnız ağ və qara rənglərin var olduğu bir dünyada baş verdiyini düşünəcəyiniz. Bəzən isə rəngsiz ancaq bununla da daha çox insanı cəlb edən sakitliyi sizə bəxş edən hüzünlü səhifələr olardı. Ancaq ən sevdiyim isə sizə ən rəngarəng səhifələrin qarışıqlığını göstərmək olardı. Dünyanın rəngarəng olmasının əslində, bir neçə rəngin, musiqinin, duyğuların, düşüncələrin bir insanda toplanmasının necə yaşamağı çətinləşdirdiyini göstərərdim. Yazmaq yox göstərmək, çünki biz yazıları hərf kimi sadəcə oxumur hər şeyi görürük, yaşamış qədər oluruq.
İçimdəki, bütün duyğulardan, dinlədiyim bütün musiqilərdən, düşündüyüm bütün fikirlərdən bir az olardı bu kitabda. 
Buna görə də hər kəsin sevdiyi kitab olmazdı, ancaq səbrlə oxumağı bacaranlar, kitaba şans verənlər dünyaya başqa gözlə baxa biləcək dərəcə dəyişərdi. Əslində elə bütün kitabların yazılma məqsədi də budur. 

Kimə həsr olunardın? 

Heç kimə. Ancaq həm də hamıya. Eyni zamanda yalnız özümə. (Belə kitabın ola biləcəyinin mümkünsüz olduğunu düşünməyin.)

Üz qabığı.

Ya  çox tünd ya da tam ağ rəngdə olsun istəyərdim. Yalnız bir mövsümdə yox bütün zamanlarda seviləcək bir görünüşü olsun deyə. 



Önsöz'ündə bunlar yazılardı

Hamıya yad həm də bəzən çox doğma hiss edən bir insan. Mehriban olanda belə, həmin anda dünyadakı bütün adətlərdən, söhbətlərdən uzaq olan insan. Sanki doğulduğu yerdəki insanlar kimi düşünməyə can atsa da həmişə bir yadlıq hiss edən insan. Bütün ömrü böyu özünə dost axtarsa da əsl dostunu tapmayan insan. Qarışıq fikirlərinə baxmayaraq qəti məqsədləri, qərarları ilə yaşayan insan. Bu insan həm siz hamınız ola bilərsiniz, həm də heç biriniz. Çünki hər insanın özündə gizlətdiyi bir tərəfi olur. Kitabda hekayəsi yazılan insanın sizə nə qədər yaxın olduğunu yalnız oxuduğunuz an anlayacaqsınız. Həm çox təəccüblənəcəyiniz, həm də çox şablon yazılmış səhifələrin vəhdətini təşkil edən bu kitab dünya və insanın nümunəsində yazıldığı üçün belədir. Ən sevdiyiniz kitabları qoyduğunuz rəfdə həmişə yeri boş qalan kitabı oxumaq şansınızı dəyərləndirin. 

Kitabın son söz hissəsi/arxa qabığında yazılan

Bu hissəni boş qoyardım. Kitabı oxuyub bitirdikdən sonra oxucu özü buranı kitabdan olan təsir ilə düşündüklərini istədiyi və son söz olaraq gördüyü kitab və özü haqqında düşüncələrini yazardı.
İmza günümdə də hamısın bir-bir oxuyardım :P
(İndidən xəbərdarlıq edirəm kitab yazmaq fikrinə düşüb bu ideyalarımı oğurlamaq ağlınıza belə gəlməsin.. )
Sonda bu mimi oxuyanlara belə bir sual siz olsaz belə bir kitabı almaq istəyərdiniz?  (bu orjinal mimdə yoxdur bunu mən özüm sizə verirəm cavablarınızı gözləyəcəm).
Mimi Viva (Vivamakyaj), Mydestiny və Sawako ya pasladım/göndərdim. Mim üçün isə Reyhana təşəkkür edirəm.

Wednesday, September 9, 2015

2013 Sentyabr ayında.

Bir Bloqun doğum günü olursa.

http://dreamhigh-happyday.blogspot.com/

dreamhigh-happyday.blogspot.com  İlk bloqu açanda, ya da ilk yazını yazanda nə düşündüyümü özüm də tam xatırlamıram. Sadəcə yazmaq istədim. Bəyəndiyim Koreya dramalarından məlumat vermək istədim. Qeyd edim ki, Koreya və kpop, k-drama, kmovie haqqında azərbaycanca ilk bloqun sahibiyəm. ^_^ 

 Amma elə ilk gündən yalnız koreya ilə məhdudlaşmamağını qərara almışdım. Məhz buna görə də, ad olaraq da fərqli ad seçdim. Dream High Happy Day- tərcüməsi çoxlarınız üçün aydındır. Bir mimdə də bu haqda yazmışdım. Bloqu davamlı izləyicilər bunu artıq bilir. 

Wednesday, January 27, 2016

MIM No5

Merak ediyorum/ Mənə Maraqlıdır.http://dreamhigh-happyday.blogspot.com/

   Bu mimdə ümumi mənim üçün maraqlı olan və ya sevmədiklərimdən qısaca yazacağam. Ümidvaram sizin üçün maraqlı olar. 
http://dreamhigh-happyday.blogspot.com/
*Mənim qədər bir mahnını dinləyəndə təsirlənən və o yeni dinlədiyi mahnını dinlədiyi zaman bu qədər çox içdən sevinən biri varmı? Əlbəttə burada musiqinin rolu böyükdür. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...