Wednesday, January 27, 2016

MIM No5

Merak ediyorum/ Mənə Maraqlıdır.http://dreamhigh-happyday.blogspot.com/

   Bu mimdə ümumi mənim üçün maraqlı olan və ya sevmədiklərimdən qısaca yazacağam. Ümidvaram sizin üçün maraqlı olar. 
http://dreamhigh-happyday.blogspot.com/
*Mənim qədər bir mahnını dinləyəndə təsirlənən və o yeni dinlədiyi mahnını dinlədiyi zaman bu qədər çox içdən sevinən biri varmı? Əlbəttə burada musiqinin rolu böyükdür. 

Əslində tam olaraq bu mimdə nə yazmalı olduğumu bilmirəm. Bütün bu mimi paylaşan bloqqerlərin yazılarını oxuduqdan sonra belə. 
http://dreamhigh-happyday.blogspot.com/*Başqalarına haqq vermək kimi bərbad bir xarakterim var. Hadisələrə başqalarının gözündən baxanda çox vaxt ortada səbəblər qalır. Və heç kim haqqında neqativ düşünə bilmirəm.

*Həm danışmağı çox sevirəm. Həm də susanda heç danışmaq istəmirəm.
http://dreamhigh-happyday.blogspot.com/Photo from nanablogger*Fərqli tərzdə geyinən insanları bəyənirəm. Başqalarından fərqlənən və özü kimi olan insanlar mənim üçün həmişə daha üstündür. *Xüsusilə ağ və ya boz rənglənmiş saçları çox bəyənirəm. Həm qızlara həm oğlanlara əla yaraşır. 
http://dreamhigh-happyday.blogspot.com/
* Tək qalmağı, tənhalığı, yalnızlığı sevirəm. Belədə, hər şey haqda düşünə bilirəm. Problemlər haqda yox, dünya, insanlar haqqında ümumi şeylər barəsində uzun-uzun düşünməyi sevirəm.


http://dreamhigh-happyday.blogspot.com/
İçdən gülən insanlar həmişə bir addım öndədir.
*Nə qədər problemim olmağından asılı olmayaraq evdən çıxdığım zaman, dostlarım ətrafımdadırsa və ya işdə/unidəyəmsə üzümdə təbəssüm olur. Bəlkə də həmişəkindən də zarafatcıl oluram. Çünki mənim əhvalımın pis olma səbəbi onlar deyil. 

*Əsəbi olanda əla zarafatlar edirəm.  Həqiqətən, çox ciddi dediyim sözlərlə (daha çox sarkazm havasında) yanımdakı insan və sonda da mən gülürəm :)
http://dreamhigh-happyday.blogspot.com/*Bir kitabı bitirdikdən sonra bir müddət yeni kitab oxumuram. Kitab oxumalı olduğum vaxtda həmin kitabdan oxuduqlarımı yenidən film kimi düşünürəm.

*Xüsusilə kitabı çox bəyənmişəmsə bu vaxt bir az da çoxalır. Həmin vaxtda oxuduğum kitabı, kitabdakı qəhrəmanları düşünürəm. Analiz edirəm. Bəzi mahnılarda kitabdakı hadisələrə uyğunluq görürəm. Bu daha çox sözlərlə yox musiqinin hiss etdirdiyi duyğunun kitaba yaxın olmasıdır. 


http://dreamhigh-happyday.blogspot.com/

*Özünü çox tərifləyən-yerli yersiz təriflər -_- insanlara qıcıq oluram. Belə insanlara qarşı sarkazm ən yaxşı silahımdır. 
http://dreamhigh-happyday.blogspot.com/

*Axtarmağı sevirəm. Yeni musiqi, kitab fərqi yoxdur. Saatlarla oturub youtube-dan mahnı axtardığım bir vaxtda Jeff Buckley(dinləmək haqqında daha çox bilmək istəsəniz adın üstünə klikləyin/basın)i tanımışam. Və ən çox bəyəndiyim, ruhumu dərinlərə çəkən mahnıları dinləyirəm.

*Kitab mağazasında 1 saata qədər vaxtım gedtiyi vaxtlar olur. Xüsusilə də kitab mağazalarında az adam olanda daha çox qalıram. :D Hətta yolumun üstündədirsə və boş vaxtım qalıbsa bu vaxtda paltar dükanlarını gəzməkdənsə, 
http://dreamhigh-happyday.blogspot.com/
kitab mağazasında kitablara baxmaq, bəyəndiyim kitabların son sözünü oxumaq, diqqətimi çox çəkənləri isə telefona qeyd etməyi üstün tuturam. 





http://dreamhigh-happyday.blogspot.com/
*Musiqini həyatımın hər gününə daxil etmişəm. Hər əhvala uyğun playlistlərim/çalınan siyahı var. Başqalarında da bu qədər çox playlist varmı maraqlıdır.

*Kitab oxuyanda sürətli oxuyub getməyi sevmirəm. Xüsusilə kitabı bəyənmişəmsə az-az, yavaş oxumağı üstün tuturam. Uzun müddət mənimlə olur belədə kitab. Və təsiri də daha uzunmüddətli olur.
dreamhigh-happyday.blogspot.com*İnsanlarda ilk diqqətimi çəkən gözlər. Amma insanların çoxunda gözlər boş görünür. Hisslərin gözlərdə əksini çox sevirəm. Qarşımdakı insanın məni anlayıb, anlamadığını da danışanda düz gözünün içinə baxmaqla bilirəm.

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
*Hər əlində kitab oxuyan insan görəndə o kitabın hansı kitab olduğunu bilmək istəyirəm. Bəlkə gələcəkdə ən sevdiyim kitab ola bilər. Bu şansı itirə bilmərəm. Üstünə baxıramsa təxmin etdiyiniz kimi üçünə də baxıram. Maraqlı olanda çəkinmədən oxuduğum olub. :D
Çox uzatmadan bu mimi də bağlı elan edirəm. Yazdığım digər Mimləri oxumaq üçün rəngli yazını basın. Ümidvaram mimin haqqını düzgün verə bildim. Mimi yazmaq istəyən hər kəs mimləndi. Bloqu olmayanlar mimə cavabını rəy/comment/yorum kimi yaza bilər. Mənə də oxumaq maraqlı olar. Hələlik.
http://dreamhigh-happyday.blogspot.com/

4 comments:

  1. Gri saç rengini bende çok seviyorum. Bazıları saçını boyatmıyor beyaz ve siyah oluyor ya onlarda çok hoşuma gidiyor, farklı bir hava katıyor insana. :3 Güzel olmuş yazı, okumak da zorlansam da yine, hoşuma gitti. Bana Azerbaycan Türkçesi öğretmek isteyenler??? :D

    ReplyDelete
    Replies
    1. Deyilmi? Mən ağ rəngi yaşlılıq kimi deyil karizma kimi görürəm, xüsusilə erkən ağarmalar gənclərdə :D Könüllüyəm öyrədə bilərəm :D

      Delete
  2. Senin hakkında yeni şeyler öğrenmek çok hoştu :') Başkaları hakkında olumsuz düşünememen çok güzel bir özellik bence, bu senin ne kadar temiz kalpli olduğunla alakalı bir durum çünkü.. Yalnız kalmayı ben de çok seviyorum ama bunu her söylediğimde 'asosyal' etiketini yapıştırıyor insanlar. İnsanın kendiyle, düşünceleriyle baş başa olmayı sevmesi neden olumsuz bir özellik olarak görülüyor anlamıyorum :') Çok eğlenceli bir mim olmuşş ^-^

    ReplyDelete
    Replies
    1. Salam Gözdə, Düşündüklərin üçün çox sağol :)) Çox təşəkkürlər ^_^

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...