Sunday, June 7, 2015

Yenə Mim, Yenə Mən.

Mən Uşaq Olanda.http://dreamhigh-happyday.blogspot.com/

Bu aralar mim şəhzadəsiyəm. Mimlərə cavab yazmaq da insana məşhur havası verir. Sanki jurnalist və ya aparıcının suallarına cavab verən ulduzam. :D
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Mimin əslində adında kiçik dəyişiklik etmişəm. Əsl adı Ben küçükken-dir , bu da bizim dildə mən kiçik ikən kimi olur ancaq nədənsə mimi gördüyüm andan ağlımda bu ad dəyişdi. Ümidvaram məni bu əyləncəli mimə mimləyən Rana üçün problem olmaz bu. ;) Elə isə başlayaq.
http://dreamhigh-happyday.blogspot.com/
Yaşadığı ölkədən asılı olmadan, uşaqların demək olar hamısının gecə qorxusu var. Əsasən insanların çoxu uşaq olanda çarpayının altından əllər və ya qorxulu məxluqların çıxıb onu aparacağından qorxur. Mən o səviyyənin üstündəydim. Mənim üçün otaqda etibar edəcəyim yer yox idi. Mütləq yatanda işıqlar yanılı qalmalı idi. Qaranlıqda görmədiyim anda bir səs belə dəli olmağım üçün yetərli olardı. Yorğanımın da kənarlarını və ayaq hissəsin içəri qatlayırdım. Beləliklə də özümü müdafiə etmiş olurdum. Axı dünyanın ən təhlükəsiz yeri o zaman məhz oraydı. :D Ancaq gecə məni o cür görənlər üçün bu heç də təhlükəsiz deyildi, bilməyən üçün bu görüntü gecə vaxtı
http://dreamhigh-happyday.blogspot.com/
Televizorda prafilaktika ilə bağlı bəzən (xüsusilə bazar ertəsi) bir kanal işləmədiyi (kanal işçilərinin tətil günləri kimi) vaxt ekrandakı o görüntü və o səsi sevmirdim, ancaq həm də xüsusi marağım vardı. Mənə həmin kanalda saxlasam televizorun partlayacağını demişdilər. Və buna görə də kanalı həmin vaxt tez dəyişirdim. Öz canımı düşünmürdüm, əsas sevimli televizoruma nəsə olmasın. :D Bir yandan da həmişə maraqlı gəlirdi. Yəgin tam inanmırdım, sonra bir dəfə kanalda saxlayıb bunun doğru olmadığını öyrənmişdim. 

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/

Mən yeyilən şirin pambığın həqiqi pambıqdan hazırlandığını düşünürdüm. Düzü heç vaxt əsl pambığın dadına baxmaq ağlıma gəlməyib. Ən azı müqayisə üçün ancaq düşünürdüm ki, pambığa şəkər tozu qatırlar. 

http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/

Az qala hər uşaq kimi mən də Ayın səmada məhz məni izlədiyini mənlə getdiyini düşünürdüm. Dostlarımla hərəmiz həyətin bir başına gedib bununla da sübut etməyə çalışrdıq ki, ay da bizlə hərəkət edib. Ancaq hər birimiz ayın o vaxt olduğumuz yerdə səmada dayandığını dediyi üçün haqlı çıxan olmurdu. 
http://dreamhigh-happyday.blogspot.com/Uşaq olanda doğrudan da orqan olaraq ürəyin həmişə rəsmlərdə çəkildiyi olduğunu düşünürdüm. Sonradan fərqli olduğun görəndə bu mənə qəribə gəlmişdi. Axı niyə insanlar ürəyin görünüşünü belə dəyişiblər ki.. Hələ də eyni fikirdəyəm.
http://dreamhigh-happyday.blogspot.com/Adımın səhv  tələffüzü hələ uşaqlıqdan sevmədiyim bir şey olub. Özümün yadımda deyil ancaq məndən dəfələrlə yaşca böyük orta yaşlı qohumum adımı fərqli dediyi üçün onu çox ciddi hədələmişəmmiş.- öldürməklə həm də.O.o 
 Çoxumuz üçün balaca uşağın adını bilərəkdən səhv deyib onunla zarafat etmək tanışdır. Düzü uşaq vaxtındakı kimi indi də adların (xüsusilə öz adım) səhv deyilməsini bəyənmirəm. Amma hədələmərəm sakit insanam :D. 
http://dreamhigh-happyday.blogspot.com/Mən məktəbdən nifrət edən uşaqlardan olmamışam. İlk məktəb günü çox sevincli idim. Dərslərimin hamısını mükəmməl oxumamışam. Yalnız sevdiyim fənləri. Məktəbə getmək istəmədiyim vaxtlar olub. Lakin mən uzun müddətli yay tətilindənsə, məktəb vaxtının gəlməyini istəmişəm. :D (düşündüyünüz kimi inək tələbə/şagird olmamışam :P)
http://dreamhigh-happyday.blogspot.com/
Uşaq olanda günortalar yatmamışam. Hətta günorta yatmaqdan zəhləm gedirdi. Anam məcbur etsə də, yarım saat boş boş divara, pərdəyə baxıb sonra hamının yatdığına əmin olduqdan sonra otaqdan çıxıb oyuncaqlarımla oynayırdım. Məndən olsa gecə də yatmazdım. Bunu mənasız hesab edirdim. Yuxu mənə vaxt itkisi kimi gəlirdi.
http://dreamhigh-happyday.blogspot.com/

















Mimə həvəzlə başlasam da yazmağa bir şey tapmıram. Mən daha çox nadinc uşaq olmuşam. Ancaq maraqlı heç nə ağlıma gəlmir. 
Mimi istəyən hər kəsi mimləyirəm. Blogu olanlar bloglarında, olmayanlar da bura rəy/yorum/comment olaraq yaza bilər. Sizlərdən də maraqlı rəylər gözləyirəm.

2 comments:

  1. Yazdıklarına da resimlerine de bayıldım. Hele resimlere gül gül öldüm. Tatlı bir çocukmuşsun-usaq mı kullanıyordunuz siz? O zaman uşaqmışsın- ^^ cevap mim için Sağol~

    ReplyDelete
    Replies
    1. Bəyəndiyinə sevindim. :)) Sən sağ ol mimlədiyin üçün. ;)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...