Wednesday, September 9, 2015

2013 Sentyabr ayında.

Bir Bloqun doğum günü olursa.

http://dreamhigh-happyday.blogspot.com/

dreamhigh-happyday.blogspot.com  İlk bloqu açanda, ya da ilk yazını yazanda nə düşündüyümü özüm də tam xatırlamıram. Sadəcə yazmaq istədim. Bəyəndiyim Koreya dramalarından məlumat vermək istədim. Qeyd edim ki, Koreya və kpop, k-drama, kmovie haqqında azərbaycanca ilk bloqun sahibiyəm. ^_^ 

 Amma elə ilk gündən yalnız koreya ilə məhdudlaşmamağını qərara almışdım. Məhz buna görə də, ad olaraq da fərqli ad seçdim. Dream High Happy Day- tərcüməsi çoxlarınız üçün aydındır. Bir mimdə də bu haqda yazmışdım. Bloqu davamlı izləyicilər bunu artıq bilir. 
Blog adı çox önəmlidir. Bunu bilsəm də blog adımı o qədər çox düşündüm ki.. Blogumun adından çox düşündüyüm hiss olunmasa da ;) :P Dream high adını çoxu bəlkə də eyni adlı koreya serialından götürdüyüm düşünür. ancaq belə deyil, düzü heç o dramaya baxmamışam, sadəcə 1-2 bölüm )). Blog açanda çox böyük xəyallarla açdım, ad da onun nəticəsidir. Happ day bəs?- bilmirəm tam yadımda deyil, yəgin ki ya qəbul olmuyub, ya da Koreya dramasına çox bənzədiyi üçün bunu da əlavə etmişəm :D Happy day- hər günün xoş keçməsi üçün , həm mənim üçün, həm də blogumu oxuyanlar üçün ;)(həmin yazıdan copy paste :D)
Mən sadəcə Koreya serial və ya filmlərindən ibarət deyiləm, bloqum necə ola bilərdi ki?! 
http://dreamhigh-happyday.blogspot.com/
Bütün dünyadakı bloggerlərdə olduğu kimi mənə də, bunun həm uşaqsı olduğunu dedilər, həm də tez yorulacağımı. Şükür hələ ki, elə bir problemim yoxdur. Əlbəttə hər bloq yazısı üçün uzun uzadı axtarış lazım olur bəzən və məlumatları topladıqdan sonra da şəkil seçimi.. Sırf 2 şəkildən hanısının daha uyğun olduğunu uzun uzadı götür qoy etdiyim də çox olub. Yazıb, silib yenidən yazdığım da. Hərf səhvlərini görüb əsəbləşib yenidən düzəliş etdiyim də. Bu bütün bloqqerlərin işidir. 
http://dreamhigh-happyday.blogspot.com/Keyfiyyət istəyirsəndə ən kiçik detalları da düşünmək lazımdır. Üstəlik hər gün az qala bloq haqqında yeni məlumatlar da axtarırdım. Hələ də çox şeyi bilmirəm. Əlbəttə ilk gündəkindən çox inkişaf etmişəm ancaq mənim kimi o qədər hələ də neçə ildir bloqqer olmasına baxmayaraq öyrənirlər. 
Bloq sayəsində çoxlu insanlar tanıdım. Yeni dostlar qazandım. Yazılarım oxundu, az-çox sevildi də. Bir sözlə bloqqer olmağa dəydi. İlk yazım isə çox sevdiyim k-dramalardan olan Replay 1997 dir. Hətta o həvəslə mən şəkilləri serialdan birləşdirib video da hazırlamışdım. Yazımda o aşağı keyfiyyətdə görünən video əslində orjinalda elə deyildi.

http://dreamhigh-happyday.blogspot.com/
 O vaxtlar youtube a yükləmək barəsində heç düşünməmişdim də, sadəcə blog çox yer tutacağı üçün ancaq həmin keyfiyyətdə yükləyə bilmişdim. Sonra isə formatdan sonra eyni orjinal video da silindi. :/ 
Hər şeyi qarışdırıb, her şeydən bir az olacaq bir bloq ad günü postu üçün əlavə aşağıdakılardan istifadə etdim:
http://dreamhigh-happyday.blogspot.com/Ad günü dedikdə ağlımıza gələn ləzzət tort da şokoladlı olmalı idi. Acı şokoladlı olan tort həmişə mənim üçün 1-0 irəlidədir. :P
http://dreamhigh-happyday.blogspot.com/

Aşağıdakı One Ok Rock konsertdən olan bu videoda heç bir telefon, fotoaparatlı fan görə bilməzsiniz. Əslində rəylərdə bir nəfər OOR (One Ok Rock- qrup və mahnıları haqqında daha çox oxumaq üçün rənglini yazını klikləyin) konsertlərində bunların qadağan olduğunu yazıb. Videoya baxanda nə mahnının ortasında qışqıran fanlar, nə də diqqəti yayındıracaq başqa heç nə yoxdur. Çox bəyəndim. Ümumilikdə bir mahnını insan ən çox sevdiyi an qışqırmaz məncə sadəcə heç bir hrəkət etmədən dinləyər. Çünki tamamilə bütün diqqəti ilə musiqini yalnız həmin mahnını dinləyir. Bax bu əsl zövq almaqdır. Mahnının ortasındakı səslər isə əksinə insanı qıcıqlandırır. 
Bu bloqun ad günü üçün seçdiyim mahnı isə sözsüz ki düşündüyünüz mahnı deyil! Bu yalnız G-Dragon dan One of a kind ola bilərdi. 
http://dreamhigh-happyday.blogspot.com/Bu yazı üçün şəkil axtaranda aşağıdakı şəkli gördüm. Razılaşın ki, instaqram, facebook və ya digər bir hesabınızdan ən azı bir dəfə sizdə də belə olub.











Sonda isə Bigbang dən bu aralar sırf GD sayəsində daha çox sevdiyim bu mahnı ilə bitirirəm. Xüsusilə G-Dragon un o baxışı çox realdır. Sanki bu sadəcə klip üçün deyil. Bu klipdən ən çox GD olan hissəni bəyəndim. Mahnıya sadəcə Gd ilə birdən bir kədər çökür sanki.. Sonra isə dinclik(/huzur) hiss edirsən. Əla və dinləniləsi mahnıdır. Tərcümə üçün çox sağ ol Simu(Simuzər) ;)
http://dreamhigh-happyday.blogspot.com/
Bu yazını bəyənən olsa rəy yazsın :D Mahnıları dinləyib bəyənənlər siz xüsusilə rəy(yorum/comment) yazmalı olanlardansınız. Bu arada blogun ad günü də yaxşı tarixdi- 09.09.13 (sentyabrın 9-u) :D Ümidvaram daha çox və daha maraqlı yazaram. Çünki inkişaf dayandığı andan çökməyə doğru geriyə sayım başlayır. Bu sadəcə qarşısıalınmazdır. Hələlik.
http://dreamhigh-happyday.blogspot.com/

4 comments:

  1. Hayırlı olsun : ) Allah daha nice yılları görebilmeyi nasip etsin :)

    ReplyDelete
  2. Nece bele illere :)) paylasdigin o mahnilar var haa hamisi urekdi...GDnin baxisi ise dediyin kimi meni mecbur elemisdi ki o klipe defelerle baxim,her sey eladi sukani bele saxla :))

    ReplyDelete
    Replies
    1. Çox sağ ol Afaq :)) Həə o mahnılar heç də ;) həə o baxış.. klpdəki o hissə yadıma düşdü bax yenə :D

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...