Wednesday, August 24, 2016

MIM№

Mim : Mid-Year Book Freakouthttp://dreamhigh-happyday.blogspot.com/   Salam, yeni mimdə bu ilin bu vaxtına qədər oxuduqlarımız haqqında suallara cavab yazırıq. Əyləncəlidir, çünki oxuduğumuz kitab haqqında kiməsə danışmağı, kitabdakı obrazları müzakirə etməyi əminəm çoxunuz sevirsiniz. Əslində bu mimi cavablandırarkən çətinlik çəkdim. Mən artıq sanki çoxdandır zaman anlayışını itirmiş kimi hiss etdim. Mənim üçün il məktəblərin tətil olması və ya açılması kimi dəyişikliklər sayəsində yadda qalan idi. Əgər hər günün eyni keçirsə, o zaman artıq zamanın ilin bəzən öz həqiqi mənasını itirdiyini düşünürsən. Ya da əslində zamanın heç bir mənası yox imiş, biz ona məna yükləməyə çalışırıqmış və zaman əslində böyük bir indidən ibarətmiş kimi. Keçmişdəki indiki zaman və gələcək indiki zaman. Bəs mənim sizə bunu dediyim zaman bunların hansındadır? Keçmiş ya gələcək?

http://dreamhigh-happyday.blogspot.com/

 Kimə görə? Axı kimə görə olması zaman anlayışını da dəyişir. Yenə də, əslində mövzuya aid olmayan fikirlərimi sizlə bölüşdüm. Ancaq bu sadəcə özlüyündə gələn fikirlərdir. Yəgin bu haqda siz də düşünün deyə elə məhz bu yazını yazdığım zaman bu fikirlər beynime gəlib. Çox yormayım sizi, keçək mimə. 
Sondakı mahnı da məndən sizə hədiyyə olsun. 

1. Bu ana qədər oxuduğum ən gözəl kitab.

http://dreamhigh-happyday.blogspot.com/

  Bu ən çətin seçim olacaq. Çünki oxuduğum hər kitabı o qədər çox bəyəndim. Buna baxmayaraq, Franz Kafka "Metamorfoz" (metamorphosis/çevrilmə) heç bir müqayisəsiz burda yaza biləcəyim yeganə kitab oldu. Çünki Kafka tam başqadır, mən ümumiyyətlə müqayisəyə qarşıyam. Hər kəs və hər şey sadəcə özlüyündə xüsusidir. Gregor Samsa isə ən xüsusilərdəndir. Bu kitab haqqında deyil kitabın özünü oxumaq lazımdır. Əksinə hələ kitab haqda heç bir yerdə oxumadan kitabı oxumaq isə çox daha zövqlü olardı. Həyatda Qreqor(Gregor) olmağı seçmək kimi cəsarətli addım ata bilsək nə dəyişərdi?

2. İndiyə qədər oxuduğun ən gözəl davam/seriya(book series) kitabı.
  Mən davam kitabı deyəsən heç oxumamışam. Yalnız birini onu da hələ də bitirə bilməmişəm. Əslində seriallarla filmlərin fərqi filmin üstünlüyü qısa vaxtda o vaxta sığmayacaq şeylərdən bəhs etməsidir. Kitablarda da elədir. Davam kitabları nədənsə insana daha çox film və ya serial hissi verir. Buna baxmayaraq kaş davam kitabı olsaydı, ya da həmin kitabdan olan digər obrazlardan (qəhrəmanlardan) birinin də hekayəsini oxumaq istəyərdim. Davam kitabı olmasa da "Empati" kitabını azca yalnız bir cümləsinə görə "İmprobable" kitabının davamı saysam (sizin xətrinizə 4. boş qalmasın deyə) 
3. Oxumaq istədiyim ancaq hələ oxuya bilmədiyim yeni çıxmış kitab.
   Adam Fawer -in "Oz" kitabı. "Empati" və "Improbable"(Qeyri Mümkünlük) kitablarını oxumuşam. Ancaq nədənsə son kitab haqqındakı oxucu rəyləri kitabı oxumaqdan məni bir az çəkindirib. Bu haqda kitabı oxumusunuzsa fikirlərinizi mənimlə bölüşün.
4. İkinci yarıda çıxmağını çox istədiyiniz kitab.
    Mən hələ ki bir mövzudan yazılan davam kitabı olan bir seriya kitabları oxumamışam. Mütləq oxumalı olduğum varsa yazın, mən də başlayım. ;) 
5. Gözlədiyimin əksinə oxuduğum zaman gözləntimi qarşılamayan kitab. (bu cümləni başqa cür tərcümə edə bilmədim.)
"Vampir Akademiyası". Yuxarıda bitirə bilmədiyim kitab seriyalarından yazdığım həmin o kitabdır. Yazarın yeniyetmə olduğunu düşündürdü. Oxuduqca dəqiq vampir kitabıdır mı? dedim amma çox da maraqlı deyil. Yeniyetmə kimi düşünmək istəsəniz başlayın. Hər kitab bizə nəsə qatır, ən maraqsız dediklərimiz belə.. 
http://dreamhigh-happyday.blogspot.com/
6. Sizi təəccübləndirən kitab.

    İsak Asimov un "Sonsuzluğun Sonu" kitabı. Xüsusilə kitabda bir hissə vardı ki, məhz o hissəyə görə bu kitabı seçdim. Elmi fantastik (science-fiction) janrında bir kitab axtarsanız mütləq Asimov kitablarını tövsiyə edirəm. Bir də çox təəccübləndirən kitab Haruki Murakaminin "Kafka Sahildə"si oldu. Kitabın sonlarına yaxın xüsusilə çox təəccüblənmişdim.
7. Favorit yeni yazarınız.
    Bütün sevdiyim kitablarımın yazarları favorit oldular. Bir ad yaza bilmədim.
8. Ən yeni bədii sevginiz. (kitabdan obraz).
    Mən indi görürəm ki, heç romantik kitab oxumamışam. İçində sevgi olsa da əsas olmayıb. Martin Edendən (bu ad olmaz çünki çoxdan oxuduğum kitabdır) sonra burada yazmaq istədiyim ad yada sala bilmədim. Sonrada yadıma düşsə yazaram. Siz baş rolu oxuduqca kaş tanısaydım deyəcəyim bir kitab məsləhət görün. 
9. Ən yeni favorit obraz.
http://dreamhigh-happyday.blogspot.com/

     Qreqor Samsa. Öz kəlməsi, mən kəlməsi onunçün yoxdur. Mənim oxuyaraq tanıdığım Samsa, məsuliyyətlidir. Həm də həyatın özünə qarşı məsuliyyətlidir. Sırf insanların yaşadığı qurduğu dünyadakı yad insandır. Onu necə görmələrinə görə özünü günahkar bilir. Kaş içini bircə dəfə sırf özü üçün boşaldaydı. Ətrafındakılara hayqıraydı düşündüklərini deyə düşünürdüm kitabı oxuyarkan, çünki bu kitabdakı Qreqor Samsa Kafkanın özüdür. 
10. Sizi ağladan kitab.
    Kafkanın Metamarfozu (çevriliş/dönüşüm).
11. Sizi sevindirən kitab.
    Asimovdan "Sonsuzluğun sonu". İnanın normal kitab oxumamışammış. Hər biri dərin düşündürücü, ya da xoş son üçün yazılmayan kitablar olub. Məhz buna görə bu kitab burda yer alıb. Arada amma lazımdı.
12.Kitabdan götürülmüş film.
     Kitablarımın içindən yalnız birinin filminə baxmışam. "I robot". Uill Smit in baş rol oynadığı filmdir. Ancaq kitab filmdən qat-qat maraqlıdır. Daha rəngarəngdir. Film kitabdan yalnız kiçik bir hissə belə deyil. Kitabda daha çox hekayələr var. 
13. Bu il yazdığın favorit kitab şərhin.

GEORGE ORWELL 1984- oxumaq üçün kitabın adına basın. 

14. Bu il aldığın favorit kitabın.
     GEORGE ORWELL-dən "Heyvanıstan" (Animal Farm). Düzünü desəm, hələ oxumağa başlamamışam ancaq artıq favoritimdir. O dərəcə əminəm. Sadəcə bu ara 1984 havasında başqa kitabı ardıcıl oxumaq mənə ağır olar. Bu səbəbdən kitabı oxumağı bir az gecikdirirəm.
15. ilin sonuna qədər nələr oxumaq istəyirsən?
    Mənə dərindən təsir edib, həyatımın hər anında yadımda olacaq bütün kitabları. Məni daha çox mən edəcək, inkişaf etdirəcək, ruhuma toxuna biləcək bütün kitablar çıxsın qarşıma bu andan etibarən. Mən də sevə sevə oxuyum..
1. Bu ana qədər oxuduğum ən gözəl kitab.
  Yenə  eyni rəqəmi görüb təəccüblənməyin. Yazmaya bilməzdim. Albert Camus un "Yad" adlı kitabını başqa neçənci sırada yaza bilərdim ki.. Bu kitab insan üçün tam da zaman anlayışının olmadığını dərk etdirən gözəl deyil qəribə bir kitabdır.. Baş qəhrəmanı kimi dürüst kitabdır. Haqqında axtarmadan oturub ilk səhifəni açın və bu naziklikdə kitabın sizdə oyadacağı təsirə hazır olun. Düşünməyi sevənlər üçün kitabdır. 
Həyatınızda daim musiqi olsun. Çünki musiqi hisslərin ən ilkin ifadə yoludur. Hələ səslərdən ibarətdir. Bu səbəbdən ruhumuza daha tez yol tapır. Sözlərdə tapmadığımızı sadəcə heç bilmədiyimiz dildə dinlədiyimiz mahnıda tapa bilərik. Çünki o mahnının sözlərini o an siz özünüz üçün, istədiyiniz kimi dinləyərkən yazırsınız. 

9 comments:

  1. Çok eğlenceliydi okumak! Sonsuzluğun Sonu'nu çok merak ettirdin Nana! Bu arada Dönüşüm seni gerçekten çok etkilemiş anlaşılan. Samsa'nın aslında Kafka'nın ta kendisi olduğu konusunda hemfikirim. Dönüşüm'ü bir daha okumak istiyorum aslında, hatta bir daha okumaya gerek duyuyorum. Kitabın özünü tam olarak anlayamadığımı düşünüyorum çünkü, okuduğum dönem pek kafam yerinde değildi hem... Vampir Akademisi'ni beğenmemene şaşırmadım :D Çok çerezlik bir seri, aslında şimdi okumaya başlasaydım vakit kaybı olduğunu bile düşünebilirdim :/ Yine de kafa dağıtmaya bire bir :D Darısı diğer mimlere de, onları da merakla yazmanı bekliyorum ona göre :D

    ReplyDelete
    Replies
    1. Bəyəndiyinə sevindim! Vampir akademiyası haqda fikirlərimi artıq bilirsən çox ağır kitablar oxuduğum sıralarda alıb oxuya da bilərəm ardını sırf çox sadə olduğu üçün :D Digər Mimlər mütləq yazılacaq. :))

      Delete
  2. Nana!!! süper cevaplar... Franz Kafka'nın dönüşüm kitabını ben de aldım, yakın zamanda da okuyacağım, bayram tatilinde ;)
    George Orwel hayvan çiftliğini çok beğenmiştim ki 1984'ü listeme eklemiştim, onu da çok okumak istiyorum ;)
    Ama ama Sonsuzluğun Sonunu ben de bir hayli merak ettim!

    ReplyDelete
    Replies
    1. Bəyəndiyinə sevindim Fenom :)) F.Kafkanın kitabını başla tez ;) Sonsuzluğun sonu bilim kurgu filmi havasında bir kitabdır. Mən bəyənmişdim ;)

      Delete
  3. Nə gözəl bir mim olmuş, əlinizə səhiyyə
    Adam Fawer möcüzə bir yazar, olasılıksız kitabını oxumuşdum digər kitablarını da oxumaq istəyirəm. Məncə, olasılıksız kitabını da oxu əminəm ki çox beğeneceksiniz

    ReplyDelete
    Replies
    1. Gökhan ümidvaram google translaterlə yazmırsız çünki səhiyyə işlənmir bizdə də əlinizə sağlıq deyilir ;) Olasılıksızı yazımda oxuduğumu qeyd etmişəm :D Oxuduğunuz və bizim dildə yazma səyinizə görə ayrıca təşəkkürlər! ^_^

      Delete
  4. Güzel bir mim olmuş Nana :)) Emeklerine sağlık..

    ReplyDelete
    Replies
    1. Təşəkkürlər Mayıs Yağmuru , bəyəndiyinə sevindim. :)

      Delete
  5. Oz kitabını ben hiç sevmedim, yarım bıraktım :(. Asimov'un bir öykü kitabı var en sevdiklerimdendir, adı da "Dünya Hepimize Yeter". Bu kitaba da bakacağım merak ettim :). Güzel mim olmuş, eline sağlık :).

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...