Mən kiməm.

MİM № Bir bloqqer özü haqqında yazarsa..

http://dreamhigh-happyday.blogspot.com  Bu mimə özüm özümü mimlədim. Halbuki başqa 2 mim artıq çoxdandır yolumu gözləyir. Tezliklə onları da bitirəcəm. Bu mimi isə, Gözdənin yazısından həvəslənib yazmağa başladım və bir də baxdım ki, bir yazı ortaya gəldi. Gözdənin yazısı üçün kliklə. Aşağıdakı soundtrack də həmin yazıdan sonra dinlədiyim və dinləyərək yazdığım musiqidir. Dinləyərək oxuyun. Yazı uzun olsa da bu yazıda hər şeydən bir az olduğu üçün nəticədə çox şey öyrənib, müxtəlif mövzularda oxuyacağınız üçün sonda yazı sizi heç yormayacaq. 
http://dreamhigh-happyday.blogspot.com

  Əslində özüm haqqında kiməsə məlumat verməyi o qədər də sevmirəm. Sanki ən böyük sirmiş kimi və bunu hamıya deyirəmmiş kimi hiss edirəm. Kim olduğumla bağlı çox düşünürəm. Düşündükcə də saysız fikirlər içində qalıram. Təkcə özüm deyil, uzun-uzun bütün dünyadakı insanları, yaşamağı sevib-sevmədiklərini, dünyada yaşama səbəblərini düşünürəm. Bu zövq aldığım mövzulardandır. 
http://dreamhigh-happyday.blogspot.com

Uşaqlara qarşı qəribə bir sevgim var. Onlarla oynamağı sevirəm. Xüsusilə də yolda uşaq gördümsə bəzən onlarla oynamamaq üçün özümü güclə saxlayıram. Ya da anasından gizlicə məsələn əlinə toxunub tez elimi çəkirəm. Uşaq kimin etdiyini görmək üçün ki ətrafına baxır çox sevirəm o anı. Uşaqlar sevinc dolu olur. 
keçmiş hamı kimi mənə də doğma gəlir. Televizorun kəşf olunmadığı, klaviaturada deyil də qələmlə ağ vərəqə yazıldığı vaxt kimi təsəvvürümdə olan illər. Bəlkə də, tanıdığımız bütün doğma insanların, ən doğma insanların keçmişdən gəlməsi ilə başlayıb hər şey. Bizim üçün yaşadığımız ilk keçmiş-dünyaya gəldiyimiz andan, yanımızda olan ilk doğmalarımız bəlkə də bizə keçmişi sevdirib. Mənim heç vaxt həyatda tanımadığım, görmək şansımın olmadığı Jeff (haqqında oxuyub, onu dinləmək üçün adı klikləyin)-ə olan heyranlığım və ya Martin İden (haqqında oxumaq üçün adı klikləyin/tıklayın)ə olan sevgim də yəgin ki musiqi və ədəbiyyatdan əlavə həm də keçmişlə də bağlıdır.

http://dreamhigh-happyday.blogspot.comDüşüncələrim qarışıq və çoxdur. Ancaq çoxdanışan heç deyiləm. Yəni, asanlıqla bir mövzudan digərinə sürətlə keçə bilərəm. Deyək ki, bir mövzudan danışdığım vaxt həmin mövzu ilə yenisi arasında mənim üçün bir xırda əlaqə var. Bu zaman birincini yarıda saxlayıb həvəslə digərinə keçirəm. Yəni mənə qulaq asanda diqqət çox vacibdir. :D Fikirlərimi tam və bütün olaraq çatdırmaq üçün tələsdiyim də olur. Bir nəfəsə həvəslə danışıb hər şeyi qarşımdakı insana çatdırmaq istədiyim anlar.
http://dreamhigh-happyday.blogspot.comhttp://dreamhigh-happyday.blogspot.com
Məncə insanların öz simalarından əlavə daxili, ruhları da simalarında əks olunur. Danışıqları ilə, kimisi dərin fikrə daldığı zaman və ya ağladığı zaman qəlibi(kalıb, görünüşü) deyil də əsl özünü gördüyümüz vaxtını həmişə yadımızda saxlayırıq.

 Bu səbəbdən insanlar hər kəsə fərqli görünə bilər. 

http://dreamhigh-happyday.blogspot.com
Ümumilikdə dünyanı hamımızın eyni cür və eyni rəngdə gördüyümüzə inanmıram. Tam olaraq heç kim bunu sübut edə bilməz. Yaşıl rəng bəlkə də mənə görə bir az daha tünd başqasına görə daha açıq rəng görünür. Tam olaraq bunu necəsə sübut etməyin mümkün olduğunu düşünmürəm. 
http://dreamhigh-happyday.blogspot.com

Dostlar mənim üçün çox önəmlidir. Ancaq həm də dostlarıma qarşı qısqancam. Özümü haqlı da hesab edirəm. Mənim ən yaxın dostumun başqa bir insanla yaxın olduğunu görəndə və orada yoxamsa əlbəttə bu mənə yaxşı təsir etməz. Dostlarımı sevdiyim qədər yalnızlığı da sevirəm. Uşaqlıqdan tək oynamağı daha üstün tutmuşam. Yaşıdlarımla əlaqə qura bilməsəydim bu mənim üçün problemə çevrilməzdi. Çünki mənim artıq özümün xəyali dostlarım vardı. Dünya qəribədir. uşaqların öz-özünə danışması və oynaması normal qəbul olunduğu kimi, böyüklərin öz-özünə eyni şəkildə danışdığı görsək onu dəli, ən yaxşı halda psixoloji problemləri olan insan adlandırarıq. Uşaqlar dünyaya və dünyanın normal hesab olunan qaydalarına yad olduqları üçün bizdən daha azaddırlar. Onlar üçün hər şey yenidir. İstəmədiklərini, istədiklərini demək onlar üçün çətin deyil.
http://dreamhigh-happyday.blogspot.com

Məncə insan tənhalığı unutmamalıdır. Əsl özünlə üzləşib, onu, özünü tanımaq üçün yalnızlığı da sevməlisən. Bəzi şeylər tək ikən daha çox zövq verir. Kitab oxumaq, ya da musiqi dinləmək ola bilər. Ya da düşünmək, özün haqda yox, bütün dünya haqqında, normalda qəbul etdiyin şeylərin dərinliyini düşünmək. İnsanların necə bir varlıq olduğunu düşünmək. məncə, kitab oxuyanların içində bu cür düşüncələri olan insanlar da çoxdur. Kitab mənə daha çox insanı tanımağa, daha çox təcrübə qazanmağa imkan verir. 

http://dreamhigh-happyday.blogspot.com Piano uşaqlıqdan ən çox sevdiyim musiqi alətidir. Həmişə pianino çalmaq istəmişəm. 
http://dreamhigh-happyday.blogspot.comHər pianino çalındığı anda gözümün önünə pianinonun  notlara uyğun dilləri gəlir (çalmağı bilirmişəm kimi hiss yaranır)və əllər, həm sürətli və həm də sakit qəribə ahənglə çalan əllər. 

Ümumilikdə musiqini çox sevirəm. Musiqi asanlıqla əhvalımı o an dəyişə bilər. Ən sevincli anımda dinləyəcəyim mahnının ilk notları artıq yetərlidir, bütünlüklə o andan sevincim kədərlə əvəz oluna da bilər. Kədər sadəcə hər hansı bir pis hadisə ilə əlaqəli olmaya da bilər. 
http://dreamhigh-happyday.blogspot.com
Bəzən hisslər heç nə ilə əlaqəli olmur. Səbəbsiz sevinc, səbəbsiz kədər düşür içimizə. Bütün ruhumuz bununla əhatə olunur. Məncə o ən təmiz hisslərdir. Saf, qatqısız . Bütün dünyadakı sizi və digərlərini unudub, musiqinin bir hissəsi olmaq. Musiqinin bir hissəsi kimi var olmaq-kimi qəribə duyğuları bəzən musiqi dinlədiyiniz zaman yaşayırsınızsa məncə axtardığınız musiqini, mahnını tapmısınız. 
http://dreamhigh-happyday.blogspot.com
Fiqurlu kankisürməni çox sevirəm. 
http://dreamhigh-happyday.blogspot.comMusiqi, rəqs birlikdə xüsusilə də buz üstündə olması başqa bir incəlik qatır. Büzüstü kankini sevməyən insan təsəvvür etmirəm. 
http://dreamhigh-happyday.blogspot.com
Valentin günü üçün fanlarına etdiyi hədiyyə ;)
Fiqurlu kankisürmədə ən sevdiyim idmançı isə Yuzuru Hanyudur. İlk dəfə ictimai tv-də canlı Soçidən yayımlanan yarışları izlədiyim zaman Yuzurunun yıxıldığı an çox pis olmuşdum. Sonrakı iştirakçıların da yıxılmasını o qədər çox istəmişdim. Çünki belədə Yuzuru yaxşı yer tuta bilərdi. Yıxılmağına baxmayaraq heç nə olmamış kimi çıxışına davam etməsi isə xüsusilə mənim diqqətimi çəkmişdi. Nəhayət sonda qızıl medala layiq görüləndə isə çox təəccübləndim və sevindim. Yuzuru çox çətin tapşırıqları mükəmməl yerinə yetirir və artistizmi onda daha çox hiss edirəm. Həmin videonu izləyin.

http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.comBundan əlavə balet sevməsəm də tək bir balerin qızın sakit ritmlərə uyğun və musiqisiz rəqsi məni çox cəlb edir. Musiqi o an olsa da çox sakit ritmlərlə olmalıdır.
http://dreamhigh-happyday.blogspot.com
Mən uşaqlıqdan Tom Və Cery (Tom & Jerry) kimi cizgi filmləri deyil, Digimon, Ay savaşçısı (Sailormoon) kimi cizgi filmləri daha çox sevirdim. İndi də fikrim dəyişməyib. 
Uşaqlıqlarından insanların sanki çox keçmişdəki yad insan kimi danışmaqlarını həmişə görəndə çox qəribə hislər kçeirirəm. Uşaqlıqdan bu səbəbdən insanın uşaqlıqdan böyüklüyə keçəndə dəyişdiyini düşünürdüm. Böyüməyə çox can atırdım. Böyüyəndə məndə nəyinsə dəyişəcəyini düşünürdüm. 
http://dreamhigh-happyday.blogspot.com

Ancaq hələ də o dəyişiklik, gözlədiyim sehirli dəyənək dəyməsi qədər fərqli bir şeyin yaşanacağı an gəlməyib. Anladım ki, böyüdüyün zaman heç nə dəyişmirmiş. Məcburi hamının keçdiyi bir dəyişiklik yoxmuş. İnsanlar istədiyi üçün dəyişirmiş. Mən ancaq uşaqlıqdakı məndən fərqləndiyimi düşünmürəm. Görünüş olaraq dəyişsəm də, hələ də çəkinməsəm saatlarla topla oynamaq, gizlən-qaç oynamaq hələ də mənim üçün əvəzolunmazdır. 

http://dreamhigh-happyday.blogspot.com

Rok musiqisini dinləməyi sevirəm. Ümumilikdə hər ölkənin mahnısını sınayıb dinləməyi sevirəm. Bu ayrı bir həyəcan verir. Türkiyə, Rusiya, Cənubi Koreya, Yaponiya, Çin, Norveç, Finlandiya və başqa ölkələrdən telefonumda hər gün dinlədiyim mahnılar var. 
Nəhayət mimi sona çatdıra bildim. Ancaq mən də tükəndim. Ümidvaram sevərək sonadək oxuyacaqsınız. Rəylərinizi (yorum, comment) yazmadan blogdan çıxmayın. Bu arada Mimi kimlərin edib kimlərin etmədiyini bilmirəm. Mənim kimi siz də mimi sevdinizə mimlənmiş sayılırsınız, yazın mən də oxuyum ;)
http://dreamhigh-happyday.blogspot.com

Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

28 yorum:

  1. Harikasın! Seni tanıdığıma çok sevindim ay balam ❤

    ReplyDelete
    Replies
    1. Sağ ol Emine. Mən də səni tanıdığıma sevindim ;)

      Delete
  2. Ay savaşçısı aşkına!Ben de severim hem de çok :) Okuldan gelince sırf onun için ekran karşısına geçerdim :) Biri beni o günlere ışınlasın! :)

    ReplyDelete
    Replies
    1. Mən də işinlanmaq istədim :D ay sevgisi adına :D

      Delete
  3. çok güzel bir yazı olmuş :D
    Yine bir Martin Eden gördüm :)
    Piyanoyu ben de çok seviyorum.Müzik, buz pateni, yalnızlık pek çok ortak noktamız varmış bizim.
    Kocamaan sevgileeer :)

    ReplyDelete
    Replies
    1. Təşəkkürlər BirgaripSeyma :) Martin eden artıq hər zaman mənlədir ki :)) Doğrudan da çoxlu ortaq yanlarımız varmış bu sevindiricidir. ;) Sənədə çooooooxlü sevgilər :)

      Delete
  4. Yaaa çok eğlenceli bir yazı olmuş ^^ Bence var ya zorunluluk olmadığı ve içinden geldiği gibi yazdığın için hemencecik bitti :D Diğer mimler için sorumlu gibi hissediyorsun, yazmam gerek diye ondan bir türlü yazamadın :D O küçük çocuklara yaptığın şeye çok güldüm ya, Allah iyiliğini versin :D Ben de severim çocuk ama senin kadar değil, mesela gürültülerine, mızmızlanmalarına filan hiç katlanamıyorum.. Eeee ne de olsa öğretmensin kızıımm ^.^ İnsanların dünyayı aynı şekilde görmediklerine ben de katılıyorum, özellikle de kokular konusunda mesela. Koku bana çok kişisel bir şey gibi geliyor, tanımlanması zor, zaten göremiyoruz ve herkes için başka bir deneyim olduğunu düşünüyorum. Ay Savaşçısı ^.^ Ne izlerdim ya, çook severdim. Hatta son zamanlarda şöyle bir baştan başlamak istiyorum ama vakit yok -_- Onu görünce çocukluğum gelir hemen aklıma, jenerik müziğini filan duyarım kafamda :D Çok güzel olmuş, eline sağlık ^.^

    ReplyDelete
    Replies
    1. Çoox sağ ol Gözdə. Məncə də bəlkə də haqlısan buna görə tez bitdi :D Uşaqlarla mən dediyim kimi oyna çox əyləncəlidir. ;) Mən də hər insanın özünə xas qoxusu olduğunu düşünürəm. Ay savaşçısı izləməyənlər uşaqlıq yaşamayıb gedib izləsinlər hətta :D Baxsan yeni versiyası yayımlanır bu il ona bax. Oxuduğun və bəyəndiyinə sevindim. :))

      Delete
  5. Tebrik ederim valla
    Okurken. Heyecanlandım. Keyifli BLoglama lar

    ReplyDelete
    Replies
    1. Təşəkkür edirəm. Sizə də keyifli bloglamalar ;)

      Delete
  6. azerice bildiğime fazlaca sevinerek okudum yazını. benim başlattığım bir mim olmakla beraber, fazlaca samimi yazmışsın. seni tanıdığıma çok sevindim. :)

    ReplyDelete
    Replies
    1. Azərbaycanca necə öyrənmisən? bax bu sualın da cavabı mənə maraqlıdır ;) Mimi sənin başlatdığını belə bilmirdim. ÇGözəl mimdir. Mim ideyası üçün sağ ol. Mən də sevindim o zaman ;)

      Delete
  7. Blog yazmaya ara vermiştim ama nasıl oldu bilmem blog sitene geldim. İlk defa bir azerice yazı okudum. çok ama çok eğlenceli bir yazı olmuş. ilk defa okuduğum için biraz yoruldum ama buna değdi.
    okurken aklıma ilk şu geldi: Acaba siz de türkçe okurken bizim gibi zorlanıyor musunuz?
    Zamanım olmadığı için yorumu kısa tutuyorum. Çok ÇOk çOK memnun oldum.
    Gülücüklü Kal...

    ReplyDelete
    Replies
    1. Ara vermə yenidən yazmağa başla məncə. İlk olsa da ümidvaram son olmaz ;) Əlbəttə Türkiyə türkcəsində oxuduğum zaman mənim də anlamadığım sözlər çıxır qarşıma. Araşdırıb öyrənirəm. Zamanla alışarsınız ancaq çünki dillərimiz çox bənzərdir. Mən də məmnun oldum. yenə gəlin. :))

      Delete
  8. Ne hoş yazmışsınız hiç sıkılmadan okudum,şiir gibi :))
    Tanıdığıma da çok memnun oldum.

    ReplyDelete
    Replies
    1. Çox sağ olun. Bəyəndiyinizə sevindim. Mən də məmnun oldum :))

      Delete
  9. Bu mimle tanışmış olmamız ne güzel :)) Arkadaşlarımı ben de kıskanıyorum ama yine de aşırıya kaçmamaya çalışıyorum :D Piyanonun sesine bayılıyorum! Çalabilmeyi ben de isterdim :)) Ayrıca Secret Garden gifine bayıldım :D

    ReplyDelete
    Replies
    1. Məncə də əla mimdir. Kaçki çala bilsək. Secret Garden bir başqadır. ;)

      Delete
  10. Seni tanımak güzeldi. Özellikle kendini sır gibi gösterme isteğin beni güldürdü 😀 Piyano sevdiğine göre Forrest Gump Piano Theme ve Speak Softly Love müziğinin piyano versiyonuna bak derim. Çizgi filmler arasından sadece Tom&Jerry'i biliyorum. Bizim burada Tsubasa, Pikaçu, Pokemon falan vardı. Ayrıca yukarıdaki müzikte olan Amelie'yi bir yerde görmüştüm, hatırlayamadım. Zaman zaman anlamadığım yer olsa da çoğunlukla anlaşılırdı yani 😀

    ReplyDelete
    Replies
    1. Dediyin pianı versiyalarına da baxaram ;) Pokemonun bir az daha qarışıq forması mı desəm. Digimon izlə məncə pokemon sevirsənsə. Daha çox oxuduqca daha çox anlayacaqsan. :))

      Delete
  11. Çok güzel bir yazı olmuş okurken azcık bocaladım. :) Azeri dilini ama zamanla okudukça geçer diye düşünüyorum :) Yalnızlık benim için favori anlam taşıyor yalnız olmayı bende severim...

    ReplyDelete
    Replies
    1. Təşəkkürlər. :)) Oxuduqca daha anlaşılan olacaq. ;) Yalnız olmaq gözəldir..

      Delete
  12. Nana!
    Çoook güzel yazmışsın!
    Ve yine gifler resimler harika :D

    Ah Sherlock!!!! Bayılıyorum!
    Koreye başlamadım henüz :))

    Ne güzel anlatmışsın kendini.
    Uşaq istiyorsan gel bende 'oyun delisi' var bir tane, gel istediğin kadar oyna :)))) 2 yaşında tam oyun delisi.
    Yazdıklarını okuyabildikçe seviniyorum :D
    Yavaş okuyabiliyorum ama anlıyorum :)

    Amelie'ye de bayılırım!
    Benim de listemde bu mim ama daha yapamadım maalesef ;(

    ReplyDelete
    Replies
    1. Çoox təşəkkürlər. Sən həmişə/hep yaz mən üzümdə böyük təbəssümlə oxuyuram sənin rəyini/yorumunu. ;) Sherlock bir dənədir. :D Başla başla koreyaya da ;) Ən yeməli vaxtları olar 2 yaşında :)) olsa yanımda oynayardım onlabol bol. Gələrəm amma sonra səsimizdən bezərsən :D Əvvəl bir idi indi iki oldu havası :D çünki uşaqlarla tam bir uşaq oluram :D Olsun yazarsan, məndə də 2 mimim gözləyir yolumu. Bir az gec də olsa yazırıq deyilmi? ;)

      Delete
  13. Tək dəli mən və bacım deyil,deməli.Bunu bildiyimə şad oldum.Yazını oxuyarkən gülüşüm üzümdən silinmədi.Ay savaşçısı,piano,fiqurlu kankisürmə,Yaponiya,Cənubi Koreya,nə çox oxşayırıq.Azərbaycanda belə insanlar var imiş,sizi tanıdığıma çox sevindim. ^_^

    ReplyDelete
    Replies
    1. ha ha :D Hə mən də o dəlilərdənəm ;) Əlbəttə var ;)

      Delete
  14. Ayyy...Nəhayət... Azərbaycan dilində bir bloq:)) Necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Gülməlidi amma mən bloq açdığımdan bu yana Azərbaycanlı bloqqerləri axtarıram:( Və sizi, bir də Aysel Ezimovanı tapdığıma çoox sevindim. Sağ olun, var olun, çox yazın :) Yazdıqlarınıza gəlincə görünür eyni dövrün uşaqlarıyıq. Çünki zövqlər çox yaxındı : piano, musiqi və konkisürmə.Hələ Ay savaşcısı... Trt-dən gedirdi səhv etmirəmsə. Necə həsrətlə gözləyirdik veriləcəyi saatı! Artıq həmişə burdayam.Yazıb bezdirəcəm sizi:))) Sevgilər...

    ReplyDelete
    Replies
    1. Mən də çox sevindim rəyinizi görüb. Bezdirmək deyil böyük zövqlə oxuyuram.😍 tez-tez yazın çox xoşdu oxumaq. ☺

      Delete