Bütün BOICE lər bura..
CN BLUE Cənubi Koreyadan rok qrupudur.Koreya dilində qrupun adı - 씨엔블루 , Yapon dilində - シーエヌブルー. . Qrup 2009 cu il Cənubi Koreyada, Seul da yaradılıb. Qrup FCN entertainment ilə işləyir. Qrupun tam adı "CN to the BLUE " və ya "Code Name BLUE" -dur. BLUE isə qrup üzvlərinin individual təsviridir. (xarakterinə uyğun söz ;)) CNBLUE ilə daha yaxından tanış olaq..
Koreyadan ən sevdiyin gruplar hansılardır sualına cavabımda CNBLUE da ön sıralarda olur. Bu qrupun demək olar ki bütün mahnılarını bəyənirəm. Qrupun hər bir üzvünü bəyənirəm =)
Qrupun 4 üzvü var: Jung Yong Hwa 정용화 qrupun liderdir və eyni zamanda əsas solo ifaçısıdır. Lee Jong Hyun 이종현 (əsas gitara ifaçısı, vokal), Lee Jung Shin 이정신 - bass gitara və vokal, Kang Min Hyuk 강민혁 - vokal, zərb aləti.
Qrupun 4 üzvü var: Jung Yong Hwa 정용화 qrupun liderdir və eyni zamanda əsas solo ifaçısıdır. Lee Jong Hyun 이종현 (əsas gitara ifaçısı, vokal), Lee Jung Shin 이정신 - bass gitara və vokal, Kang Min Hyuk 강민혁 - vokal, zərb aləti.
BURNİNG(alovlu)- Lee Jong Hyun ,
LOVELY(sevimli) - Kang Min Hyuk, UNTOUCHABLE(toxunulmaz) - Lee Jung Shin və son olaraq EMOTİONAL(emosional, romantik) - Jung Yong Hwa .
CNBLUE eyni ildə-2009 cu ilin avqustunda " Now or Never" ("İndi ya da Heç vaxt") adlı ilk mini albomla debüt ediblər. Albomdakı mahnılar tamamilə ingiliscədir.
Bu da mini albomla eyni adlı mahnı həm də canlı oxuduqları videonu seçdim. " Now or Never"

Qrupun bəzi şəkilləri də sizlə paylaşacağam, məncə siz də bəyənəcəksiniz ;)
Güzgüdən şəkil çəkmək xəstəliyi hamıda var =D
Alətlər:Vokal, Gitara, Pianino, Klarnet, Sintezator, Baraban(drums).
Ailəsində Yong Hwa sonbeşikdir. Özündən 4 yaş böyük bir qardaşı var. Yong Hwa Seulda doğulsa da ailəsi sadəcə bir müddət Seulda qalıb, əslən Busandandırlar. Sonradan elə Busana köçüblər.Yong Hwa FNC entertainment dən əvvəl də artıq tanınırdı , ancaq əlbəttəki bu qədər məşhur deyildi. Qeyd etməliyəmki, Yong Hwa müğənni olmaq istəmiyib.

Bir müğənninin daha da çox sevilməsi üçün onun filmə ya da seriala çəkilməsi bəlkə də şərtdir. Yong Hwa nın ilk debüt draması çoxumuzun bildiyi, sevdiyi "You are Beautiful" dramasıdır. Drama 2009 cu ildə çəkilib. Düzünü desəm bu seriala baxmazdan əvvəl CNBLUE dan "I'm sorry" klipinə baxmışdım orda onu bəyənmişdim Ancaq serialda Yong Hwanı tanımamışdım, hələ baxdığım ilk seriallardan idi :D
O bu dramada əsas qızı sevən ikinci oğlan rolunu oynayır. Bu seriala baxmamaq mümkünmü? Jang Geun Suk, Park Shin Hye, Jung Yong Hwa, Lee Hong Ki. Bu sizə dramanı başlamaq səbəbidir ^_^
Serial çox sevilir, elə Yong Hwa da. Və bu da onun novbəti dramasına yol açır. Üstəlik baş rol da və əsas qız " You are beautiful" dakı Park Shin Hye dir.
Burda həm də Kang Min Hyuk da rol alıb. Onun rolunu da çox bəyənmişdim, necə şirin idi =)
Dramanın adı "Heartstrings" (2010) . Yong Hwa dramada "You have fallen for me " (dramanın ikinci adıdır həm də ) adlı Ost u da ifa edib.
"Gentleman's dignity" (2012) dramasında isə 13 cü bölümdə çəkilib. 2014 cü il üçün isə "Marry him if you dare" serialında rol alıb.

Yong Hwa & Seohyun (SNSD) cütlüyü <3

Səmimi görünürlər məncə :)
Lee Jong Hyun 이종현

Alətlər : Gitara, bas gitara, harmonica, pianino.
Janrlar: Rock, Pop, R&B.


Lee Jong Hyun seçmələri qazandıqdan sonra ingilis müğənni-bəstəkar, gitaraçı Eric Claptonu izləyib və bundan sonra gitara çalmağı öyrənib. Lee Jong Hyun gitara çalarkən...
Lee Jong Hyun un ən sevdiyim mahnısı isə "Love Rain" adlı mahnsıdır. Mahnının ilk notlarında qəribə bir qəmginlik var , sizə də bu ifanı dinləməyi məsləhət görürəm. Canlı ifa bir başqa gözəl olur. Səhnə də çox gözəldir..
Gözləri çox gözəldi :P və qəmzələri var =)


KANG MİN HYUK / 강민혁
Qrupun Ən şirin üzvüdür Kang Min Hyuk =)



Kang Min Hyuk serialda tək ifa etdiyi ost la da yadda qalıb..
Kang Min Hyuk 2013 cü ildə yayımlanmış "The heirs" (varislər) serialında F(x) dən Krystalla çox şirin cütlük olublar. Kristal onu həmişə qısqanır =D
Bundan əlavə CN BLUE nun bir albomu haqqında məlumat verim ;)
Koreyada da qrupun ilk mini albomu çıxdı, əsas mahnı isə "I'm loner" (mən yalnızam) adlanır. Mahnını çox bəyəndim.Və o mahnı

Bluetory albomundan teaserlər görmək pis olmaz ;)
Imzalı şəkillər , mən də istəyirəm -_-
Qeyd edim ki , Bluetory mini albomuna 5 mahnı daxildir. Bunlar :
1. " I'm loner "
2. "Love revolution."
3. "Y, Why.."
4. "Now or Never"
5. "I will forget you"
"Love Revolution" mahnısı qədər pozitiv mahnı varmı.. nəqarətindəki anlıq dayanmaları və ümumiyyətlə bu mahnını şox sevirəm.
Qrup üzvlərinin bir neçə şəkli ^_^
1. " I'm loner "
2. "Love revolution."
3. "Y, Why.."
4. "Now or Never"
5. "I will forget you"
"Love Revolution" mahnısı qədər pozitiv mahnı varmı.. nəqarətindəki anlıq dayanmaları və ümumiyyətlə bu mahnını şox sevirəm.
Qrup üzvlərinin bir neçə şəkli ^_^
cnbluee bu qrupu cox sevirem amma bu qeder melumatim yox idi tesekkurler maraqli idi :))) Lee Jong Hyun menim favorimdi qrupda Gentleman's dignity" dramasinda sevmisdim onu umumilikde hamisin sevirem cnblue albomlari dunya uzre cox satilan albomlardandi.. Yapon albomlarinda tam rock qrup olurlar amma Koreya ucun olanlarda basqadilar biraz mulayimdiler ozleri de istedikleri musiqini yaponiyada daha rahat etdiklerini deyirler
ReplyDeleteBəyəndiyinə sevindim Simi ^_^ Hə Yaponiyada daha rahat istədikləri musiqini göstərə bilirlər. Yəgin diqqət yetirmisənki, Koreyada ümumilikdə rok demək olarki yoxdu, fəaliyyətdə olan çox yaxşı rok qruplar isə Yaponiyaya üz tutur. Çünki Koreyada roku o qədərdə sevmirlər, mülayim dinləyirlər amma Yaponiyada rok festivalları da olur. bu haqda yazmaq planımda vardı ;)
ReplyDelete