Sunday, August 31, 2014

HƏYAT KİMİ BİR YAZI/ CIZMA QARA

BİR AZ SONLANAN YAY, BİR AZ PAYIZ, BİR AZ DA O MAHNI. . . . . .

Salam. Başlıqda dediyim kimidir hər şey. Payız, bir az kədəri çox sevən fəsil kimi görünüb mənə. Bu yağışı olsun, sərinliyi olsun, bunlar romantik yox qəmgin notların ortaya çıxmasını istəyən fəslin izahı kimidir. -Payızın. . . Bu mahnını dinləyərək oxuyun. Nəsə yenə "təsadüf" sayəsində qarşıma çıxdı bu mahnı. Aranızda təsadüflərə inanmayan var? Mənim kimi.!.
İstəyirəm ki, bu mahnını dinləyib sevəsiniz. Çox sevəsiniz, çünki mən sevdim bu mahnını. Bu yazımı bir azda İts Ok Thats Love da yazarın sonda

Saturday, August 30, 2014

19/NINETEEN/ON DOQQUZ

T.O.P.  , Seungri bir filmdə.! 3 Gənc , hər 3ünü bağlayan bir qətl..

dreamhigh-happyday.blogspot.com
   2009 cu ildə çəkilmiş filmin baş rollarını Bigbang-dən T.O.P, SEUNGRİ və Huh Yi Jae paylaşır. 
Film 103 dəq. təşkil edir. Film Yaponiyanın TvAsahi və C.Koreyanın SBS kanalının birlikdə layihəsidir. İki kanal 7 filmin çəkilişindən sonra ilk olaraq kinoteatrlarda sonra isə C.Koreyada SBS, Yaponiyada isə Tv Asahi də ilk olaraq yayımlanmasını qərara alıb.  İlk olaraq filmin trailer ini də izləyək.


   Bu 3 gənc əvvəllər bir-birini tanımırdılar. 

Saturday, August 23, 2014

IT'S OK THAT'S LOVE

BU DƏLİXANANIN OSTLARI SİZİ DƏLİ ETMƏYƏ YETƏR. ! .

dreamhigh-happyday.blogspot.com
Əhvalınızı dəyişəcək pozitivlik həddini aşmış ostlarla qarşı qarşıyayıq.! Mahnıların çoxu Koreya mahnıları deyil və qarışıqdır. Dramanın dadını ostlar sayəsində biləcəksiniz. (dad hə nə olsun -_- :P) Drama haqqında qısa və öz bu (rəngli hissəni kliklə) İt's ok, That's Love  yazımda oxuya bilərsiniz. Mahnıları telefonuma köçürdüm mən. Mənim telefonum bildiyin mp3 əvəzidir, nəyinki msj yazmaq, zənglərə cavab vermək. :D Bu yazımı yazma səbəbim Kore delisi nin bu yazısı oldu.
Ilk mahnı. Twin Forks- cross my minds .

Thursday, August 21, 2014

YENI DRAMALAR

THE NIGHT WATCHMAN, HIGH SCHOOL! LOVE ON, IT'S OK, THAT'S LOVE, FATED TO LOVE YOU, JOSOEN GUNMAN, MY SECRET HOTEL.- 2014ün reytingli yeni dramaları.

dreamhigh-happyday.blogspot.com
Salam. Bu yazımda bir drama haqqında məlumat vermirəm. Yazı daha rəngarəng olacaq, çünki adlarını gördüyünüz dramalar haqqında məlumat verəcəyəm. Həm də yormayacaq sizi bu yazım, eyni vaxtda 6 drama haqqında yazı oxumuş olacaqsınız. ^_^.
1.The Night Watchman- Gecə Keşikçisi./ A Diary of a Night Watchman/ A Journal of a Night Watchman- Bir Gecə Keşikçisinin gündəliyi.

Monday, August 11, 2014

PIECE

Yapon draması. Piece

İlk olaraq, bu dramanı çox sevdim. Bu dramanı bir başqa sevdim...
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Baş rolda Yuma Nakayamanın olması sayəsində izlədim. Yuma nın ilk izlədiyim draması isə Vampire Boy/Koishite Akuma/Vampir Oğlan idi. Dramanın adına klikləməklə o drama haqqında da oxuya bilərsiniz. ;)
Piece adlı bu serial da çox maraqlıdır. Yuma baş rola çəkildiyi serialları əla seçir. Serial indiyə qədər baxdığınız seriallardan fəqrlidir. Biz hadisələri əsasən Suga adlı bir qızın dilindən öyrənirik. Və buna uyğun olaraq da dünyaya onun gözündən baxmış oluruq. Mən bu obrazı çox sevdim. Həm də çox gözəl qızdır.
dreamhigh-happyday.blogspot.comSuga rolunu Tsubasa Honda oynayır.  Tsubasa haqqında qısa yazım. doğum tarixi. 1992 İyunun 27 si.
boy: 166sm.
Bir az Park Shin Hye yə oxşayır. Çox vaxt dramalarda qızların rolu məni qıcıqlandırır. Amma bu rol yox. Çox hissə də onu anladım. Suga-chan sinifin ən yaxşı şagirdlərindəndir. (İnək də deyə bilərik =)- zarafat) Və həm də, özünə qapalıdır. 
dreamhigh-happyday.blogspot.comBu serialda sevdiyim hissə odur ki, bizə sinif yoldaşı olmuş insanların, həyat fəlsəfəsini, dünyaya baxış tərzini göztərir. Və ən əsası onları anlayırıq. Suga-chan ideal bir övladdır. O nə valideynlərinin, nə də müəllimlərinin sözündən çıxmır. Suganın heç vaxt sevdiyi biri olmayıb. Burda Narumi ilə Suga nın ilk başda nə qədər fərqli insanlar olduğunu görürük. Ancaq sonra anlayacaqsınız ki, görünənlər hər şey deyilmiş. Serialı sevmək səbəbim reallığa çox oxşamasıdır. Düşüncələr, fəqrli insanlar.. Həyat seriallarda göründüyü qədər də asan deyil.. Hər kəsin özünə görə səbəbləri var. Sirrləri var. 
dreamhigh-happyday.blogspot.com
Və heç kim ağlına da gətirmir ki, başqaları da onun kimi ola bilər. Gözləmədiyimiz insanlardan gözləmədiyimiz hadisələr. Əslində uzun müddət eyni sinifdə sinif yoldaşı olduğunuz insanları nə qədər tanıyırsınız? - Bu serialda bu hissəni də çox sevdim. Sinif yoldaşların uzun müddət sonra görüşməsi anı.
 Ancaq görüşmə səbəbləri kədərli bir hadisədir. Sinif yoldaşları xərçəng xəstləyindən dünyasını dəyişib. Suga bu görüş sayəsində keçmişə gedir xəyalən. Narumi ilə olan o qəribə münasibətlərinin olduğu xoşbəxt vaxtlarına. 
dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.comQəribə çünki, bu münasibət tam olaraq nə dostluq, nə də sevgi deyildi. Və ən əsası bu onların sirri idi. Bu iki nəfərin sirri. Ölən qızın anası Suga dan qızının keçmiş sevgilisinin kimliyini soruşur. Çünki qızı ona Suga nın ən yaxın dostu olduğunu demişdi. 
dreamhigh-happyday.blogspot.com

Reallıq isə fəqrli idi. Suga ilə qızın aralarındakı dostluq yox idi. Heç vaxt danışmamışdılarda. Ancaq o zaman, Suga-chan ömründə ilk dəfə biri üçün bir şey etmək istəyir. Bu oğlanın kimliyini tapmaq. 
dreamhigh-happyday.blogspot.com
Bu yolda o çoxdandır görmədiyi sinif yoldaşları ilə görüşür, Onları tanıyır. Niyə tanıyır? Çünki Suga sinif yoldaşlarından ən yaxın dostunu belə yaxşı tanıyacaq qədər yaxın deyildi. Və bu təkcə ona aid deyil. Və ən əsası o yenidən Naruminin olduğu şəhərdə idi. Suga nın Narumi haqqında düşüncələri haqqında bu yazımda məlumat vermişdim. ;) Və ən sevdiyim tərəfi də budur bu dramanın. 
dreamhigh-happyday.blogspot.com

Gələk Narumiyə. 
dreamhigh-happyday.blogspot.com
Əvvəlcə playboy adı çıxarmış biri olduğu üçün sevməyəcəyiniz, tanıdıqca bəyənəcəyiniz biridir. Nə yaxşı ki, bu rolu Yuma Nakayama oynayıb =D dedim izlədiyim zaman. 
dreamhigh-happyday.blogspot.com

Narumi həyatını istədyi kimi yaşayır. Məktəbdə az qala görüşmədiyi qız qalmayıb. Və qızların dediyi kimi, o gözəl kompliment deməyi bacarır. Ancaq Suga ilə münasibətləri tam fərqli idi. Suga onun evinə dəvət edtiyi ilk qız idi. Suga-chan da ancaq evdə xidmətçi olduğu zaman gəlməyə razılaşdı. 
dreamhigh-happyday.blogspot.com
Narumi rolundakı Yuma Nakayama Vampire boy serialındakı Yumaya heç oxşamır. İlk dəfə görəndə heç inanmamışdım eyni adam olduğuna.
dreamhigh-happyday.blogspot.com



Yuma çox arıqlayıb. Yaponiyada insanlar üçün çəki bildiyimiz kimi çox önəmlidir. Maraqlı bir məlumat yazım: Obezite (həddindən artıq çəki xəstəliyi) yə qarşı ən çox tədbir görən ölkələr sırasındadır. Baxmayaraq ki, məsələn Amerika və digər bu sıradakı ölkələrlə müqayisə belə etmək olmur. Çünki yaponlarda bizim normal dediyimiz insan kök sayılır. Onların qorxulu yuxusu köklükdür yəni. İstər oğlanlarda, istə 
qayidaq seriala...
Naruminin ailəsi onunla yaşamırdı. Suga-chanın normal olaraq Narumiyə verecək sualları vardı. 

dreamhigh-happyday.blogspot.comAncaq Narumidən soruşsa da cavab almırdı. Nəyinsə qəribə olduğu əvvəldən hiss olunurdu. Narumi Suga-chana bir sual vermişdi. Elə bu sual Suganın həyatını dəyişmişdi. - Həyatda nəyisə sırf lazım olduğu üçün, olmalı olduğu üçün yox istədiyin üçün etmisənmi?- Suga nın cavabı yox idi. O nə qədər fikirləşsə də cavab tapa bilməmişdi.(nağıl kitabları kimi yazdım deyəsən -_-)
dreamhigh-happyday.blogspot.com

Əvvəlki postumda da yazdığım kmi bu şəkili çox sevdim. 
Sözlər çox mənalı olduğu üçün.

Wednesday, August 6, 2014

MIM

PLAZA MİMi

Salam. Bir Mim lə geri gəldim. Hilal ın blogunda gördüyüm bu Mimi çox sevdim. Bu adresdən onun Mimə olan cavablarını da oxuya bilərsiniz. ;)-http://saranghae-kore.blogspot.com O da sağolsun hamını Mimləmişdi. :D  Unutmadan, Mimi yazan http://yeter678.blogspot.com.tr bu blogun bloggeri, hələki onu tanımıram amma tanıyaram gələcəkdə )) Mən də Mimi yazdım. İnanıram ki, mənim kimi siz də bu Mim i sevəcəksiniz. 
1) Blog ismin neden bu? Özel bir anlamı var mı ki?


Blog adı çox önəmlidir. Bunu bilsəm də blog adımı o qədər çox düşündüm ki.. Blogumun adından çox düşündüyüm hiss olunmasa da ;) :P Dream high adını çoxu bəlkə də eyni adlı koreya serialından götürdüyüm düşünür. ancaq belə deyil, düzü heç o dramaya baxmamışam, sadəcə 1-2 bölüm )). Blog açanda çox böyük xəyallarla açdım, ad da onun nəticəsidir. Happ day bəs?- bilmirəm tam yadımda deyil, yəgin ki ya qəbul olmuyub, ya da Koreya dramasına çox bənzədiyi üçün bunu da əlavə etmişəm :D Happy day- hər günün xoş keçməsi üçün , həm mənim üçün, həm də blogumu oxuyanlar üçün ;)

2) Hayatının en acı olayı ne? Ölüm dışında sana ders veren bir olay yaşadın mı hiç?

Həyatımda keçmişi xatırlamağı xoşlamıram. Şükür, həyatımda çox böyük problem, qəm, kədər olmuyub. Amma dərs verməsi haqqında deyə bilərəm ki, həyatda hər şey bizə əslində dərs vermək üçündür. Bunu vaxtında anlayıb, dəsrimizdən nəticə çıxardığımız olanlar da var. Heç vaxt bilmədiklərimiz də. Həyat çox qəribədir. məncə həyat bu qədər qəribədir deyə yaşamaq daha da marqlıdır..

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...