Friday, May 23, 2014

Doctor Stranger

İlk bölümündən ağladığım seriallardan..

   Serial SBS kanalında yayımlanır. 20 bölümdən ibarətdir.(ancaq bəzən Koreya seriallarında 1 neçə bölüm artırılır sonlara yaxın və hələ də davam edən bir serial olduğu üçün bunu yazdım). Serial 2014 , 5 May dan 8 iyul a qədər bir müddətdə yayımlanacaq. Hər bazar ertəsi və çərşənbə axşamı Koreya saatı ilə 21:55. 
  Serialda baş rolda Lee Jong Suk 이종석 dur. Digər əsas rollarda isə Park Hae Jin  박해진  , Jim Se Yeon 진세연 , Kang So Ra 강소라 dır.

    Serial Park Hoon və atasının yaşadığı yerdə başlayır. Burda bizə ata və oğul arasındakı münasibəti göstərirlər. Eyni zamanda o zamanlar baş verən siyasi hadisələr haqqında da məlumat alırıq. Xüsusilə Şimali Koreya, Cənubi Koreya və Amerika münasibətləri haqqında. 
Qeyd edim ki Park Hoon un atası Koreyada məşhur ürək cərrahıdır. Bir səhər bir dövlət adamı ( millət vəkili ) Həkim Park ın evinə gəlir və onlar önəmli mövzu haqqında danışır. Bu gələn adam sonradan nifrət edə biləcəyiniz Jan Seok Jo (Cheon Ho Jin oynayır bu rolu) dur. O həkim Park dan bir xəstənin ürək əməliyyatını öz boynuna götürməsi üçün gəlmişdi. Bu əlbəttəki normaldır, lakin həkim Park biləndə ki, bu adam Şimali Koreyanın prezidentidir..
bu zaman hər şey dəyişir. Jan Seok Jo həkim Park a əvvəldən qeyd etdiyim 3 ölkə arasında müharibənin baş verməməsi üçün yeganə şansın bu yol olduğunu deyir. Hadisələr də elə bu andan başlayır.

  
   Deməliyəm ki, serialın ilk 2 bölümü tam film səviyyəsindəydi. Ağladığım hissələrlə də bol idi :/ İlk dəqiqədən axtardığım serial budur dedirtdi mənə. Park Hoon isə gələn qonağın cangüdəni olan Jung İn Ji ilə dostlaşmaq ya da uşaq olduğu üçün səbəbsiz bir lolipop da ona verir və İn Ji bundan sonra lolipop xəstəsi olur yaxşı mənada =D 
Serialda Hoonanın anası ilə atasının telefon danışığını eşitdiyi hissədə mən göz yaşımı saxlaya bilmədim düzü :'( İzləyin səbəbini bilmək üçün. 
Əslində Hoon a atası Şimali Koreayada olduğu müddət Cənubi Koreyada atasının həkim dostlarından biri ilə qalmalıydı ANCAQ əməliyyatın 100 də 100 nəticəsi üçün əməliyyat əsnasında Həkim Parkın oğlunu otağa gətirirlər arxada isə əsgərlər uşağın başına silah dayayır. Uzun sözün qısası, əməliyyat uğurla başa çatır. Televiziyada bu proqramda Hoon və bir qızı görürük. Bax Song Jae Hee ilə Hoonanın tanışlığı belə başalayır və şəkildəki qolbağı düzəldib qızın qoluna salır balaca Hoon.

Müharibə təhlükəsi keçir və Park ailəsi evinə qayıdır. Bu zaman Jan Seok Jo artıq ölkəsində qəhrəman adı almışdı. Yolda həkim Park və oğlunu evə aparan maşın dayanır və 1 neçə dəqiqə sonra onlar əsgərlərin hədəfindədi. Həyəcanın ən yüksək hissəsi , ağlımda suallar vardı o an. Amma atəş açmırlar. Şimali Koreyadan Park Hae Joon əl çalır arxada. O Şimali koreayadan dövlət adamı idi. Həkimin gəlişi onun məsuliyyətində idi. Sonradan məlum olur ki, Jan Seok Jo tək qəhrəman lazımdır Cənubi Koreya ya deyərək onların öldürülməsini istəyib. Lakin Cha Jin Soo(Park Hae Joon- bu aktyor da favorit aktyorumdu mənfi rolda olsa belə:P ) Həkim Park və oğlunu öldürmək əvəzinə , onları Şimali Koreya vətəndaşlığına keçirir. 
   İllər keçir və balaca Hoon a böyüyüb bizim də tanıdığımız Lee Jong Suk olur :D Onun Şimali Koreayada Cənubdan olan K-pop kasetlərini satdığı hissə əyləncəlidi. Bizə sonra məlum olur ki, Hoon a atası kimi həkimdir və həm də çox istedadlıdır. Atası ona əl ilə diaqnoz qoymağı öyrədir. Bu xüsusiyyəti o dərəcə də bəyənmədim niyəsə. Mənə GOOD DOCTOR serialını xatırlatdı. 

   Amma bu serial sadəcə həkimlər və əməliyyatlardan bəhs edən bir serial deyil! Çox keyfiyyətli serialdı, hər cəhətdən.. 
Hoona Şimali Koreyada heç də pis yaşamır ilk vaxtlar. Atası ilə birlikdədir. Həe ikisi həkimdi və ən əsası sevdiyi qız Jae Hee onunladır. Ancaq bu uzun sürmür.. 


Tam da Jae Hee nin Hoonanı ailəsi ilə tanışlıq üçün çağırdığı gün.. Hoon evə gələndə qapı açıq olur , ev isə dağıdılmış.. 
Sonra o Jae Hee nin sesini eşidir və onu axtarmaq üçün küçəyə çıxır və tapır da lakin əsgərlər onu Jae Hee ni aparırlar. Artıq Park Hoon , Jae Hee nin harda olduğunu bilmir . Bu zaman onu kiçik təcrübə şəhərciyinə aparırlar, burdan qaçmaq və ya icazəsiz çıxmaq ölümlə cəzalandırılır. Ətrafı həbsxana kimi elektrik telləri ilə qorunur. Anca Hoon ara sıra burdan qaçır, Hae Joon bunu bilsədə çox istedadlı olduğu üçün ona toxunmur. Bir gün Park Hoona qızının böyrəklərini atasına köçürmək tapşırılır. O əvvəl imtina edir ama, təsadüfən xəstənin qolunu və özünün qolbağını görür. . .  Əməliyyatı qəbul etsə də tərsinə atanın böyrəyini qıza  köçürürlər. Bu əməliyyat açıq olur, Macarıstandan gələn həkim heyəti Park Hoon un əməliyyatlarını izlədikdən sonra Şimali Koreyaya yeni tibb avadanlıqları verəcəyini şərt qoymuşdu. Park Hoon un atası isə həm də tərcüməçilik edir. Atası onun Macarıstandan qaçması üçün gələn həkim heyətində olan dostu ilə artıq hər çeyi planlaşdırdığını  və Jae Hee nin də xəstəsi olduğu bəhanəsi ilə Macarıstana gedəcəyini və birlikdə xilas olacaqlarını deyir ancaq Hoon atasını qoyub getməyəcəyini deyir. Atası isə bilərəkdən binadan qaçmağa cəhd edir və güllələnir ........ :'(  atasının son cümləsi: nə olur olsun həkim olduğunu unutma!.


İlk iki bölüm haqqında istəməsəm də çox məlumat verdim ancaq izləsəniz bilərəkdən yazmadığım hissələr çoxdur, baxanda həyəcanı ölməsin deyə ;) 
  Macarıstan da çəkilən hissə də çox maraqlıdır . Bu haqda çox yazmaq fikrim yoxdur sadəcə, Cənubi Koreyaya vətəndaşlıq istəyi versələr də son anda Jang Seok joo Park Hoon un kimliyinə görə onları yenə də ikinci dəfə ölümə tərk edir.... Ancaq onun lolipop cangüdəni (belə ad qoydum ona) onları son anda xilas edir. Park Hoon xilas olsa da Jae Hee yaralanır və Körpüdən çaya (ya da dənizə bilmədim) düşür. .
İki il sonra Park Hoon Cənubi Koreyada bir qızla (bacısı kimi davranır, münasibətləri belədi ən azından Hoona görə) yaşayır. Bu rolda Sistar dan Bora rol alıb.


Burda o həkim kimi fəaliiyət göstərir, kiçik bir evi  xəstəxana kimi istifadə edir. SERİAL TƏKCƏ DRAM DEYİL, KOMEDİYA DA BOLDUR.. 
Burda Cənubi Koreyada ölkənin sayılıb seçilən xəstəxanasındakı hadisələrə keçirik. Xəstəxanada əsas cərrahi heyəti görürük və hər şey mükəmməldir. Rəqabətdə bu gənc heyətə məğlub olan orta yaşlı Choi Jun Woo dur. Onu ilk başda sevməsəz də bu çox tez keçəcək. Başıbəlalı burnu ilə yadda qalacaq :D 

Təsadüf nəticəsində elə alınır ki Park  Hoon bu xəstəxanaya gəlir su qablarını dəyişmək üçün amma əməliyyat da edir :D Həmin gün qəza baş vermişdi və xəstəxanada yetərincə yaralı vardı. Buna görə də gənc heyət bir xəstəni gözdən qaçırır sonra həkimlərdən biri tək əməliyyat etməyə cəsarət etmir və park Hoon işə qarışır..

Əməliyyatda kəsim zamanı heç qanın çıxmaması isə həkimləri şok edir.!! Bu böyük ustalıq tələb edir..
Hadisələr elə dəyişir ki Park Hoon sevdiyi qızın Şimali Koreyada olduğunu göstərən video izləyir və onu qaçırmaq üçün pula ehtiyacı var. Bu isə onu bu xəstəxanada işləməyə məcbur edir. Xəstəxana onun Şimaldan olduğunu biləndə qəbul etmir lakin sonra vəziyyət dəyişir . Necə? Niyə? İzləyin bilin. ;) 
     Ancaq düşünməyin ki, bütün hadisələr Park Hoon un ətrafıda baş verir. Keçək digər əsas rollarla tanışlığa .
 Park Hae Jin -  Han Jae Joon rolunda. Onu çoxumuz Man from the Stars serialından yaxşı tanısa da deməliyəm ki, burdakı rolu çox fərqlidir. Onun əsas hədəfi xəstəxananın ən başına keçməkdir. Onun dili ilə desək Qalanı içtən fəth etmək üçün şəhzadənin sevgisini qazanmalıdı. Bəli o Oh Soo Hyun (Kang Sora) nın sevgilisidir. Xarizmatikdi bu aktyor həm də çoooox :P 

 Oh Soo Hyun xəstəxananın sahibinin qızıdır. Ancaq onun qeyri qanuni övlad olması atası Oh Joon Gyu nun oğlu, anası və Soo Hyun arasında münasibətlərin sərtliyinin səbəbidir.

Artıq xəstəxanada bir biri ilə rəqabət aparan iki cərrah heyəti var. Park Hoon və Han Jae Joon rəqabətin mərkəzindədir.


Onların bu yarışının səbəbi isə halhazırda baş nazir olan Jang Seok Joo nun ürək əməliyyatıdır. Buna taley deyirlər Seok Joo :P 


Ancaq bu da Son deyil. xəstəxanada Jae Hee yə çox bənzəyən qız görürlər. Bəs o doğurdan da Jae Hee dirmi? 




Ən böyük sirr də elə burdadır. Qızın adı fərqlidir və onu Şimali Koreyalı Cha Jin Soo ilə görmək işləri daha da qarışdırır.
Həm də Park Hoon la Soo Hyun arasında da sevgi mi başlayır ? image
Park Hoon kimi seçəcək ? Jae Hee sirrinin həqiqəti nədir? Bilmək üçün izləyin..
Park Hoon ilə Oh Soo Hyun münasibətlərini izləmək əyləncəlidir :D

  

Park Hoon və Soo Hyun dan bu videoya baxın nə demək istədiyimi bilmək üçün 

 Yazdıqlarımı bir də görməkdə fayda var desəniz aşağıdakı videonu izləyin. Təsirlənəcəksiniz..





4 comments:

  1. bu dramani cox sevirem.. esas mesele axirda hansi qizla qalacaq goresen :)) men ilk sevgisi olan qizi destekleyirem

    ReplyDelete
    Replies
    1. Mən də çox sevirəm bu dramanı :)) nə yaxşı, mən də Jae Hee nin tərəfindəyəm =) , həm o qədər böyük sevgidən sonra Kang Sora nı seçməsi düzgün gəlmir mənə , həm də bilirki bu qız Jae Hee dir.. Heyf bu yazımı yazanda sənin bizim dildə sub atdığın videonu görmədim onu da əlavə edərdim ;)

      Delete
  2. Yaxsi dramaya oxsuyur tanis adlar var

    ReplyDelete
    Replies
    1. Nermin sən bu serialı izləmirsən? heç vaxt itirmədən başla , məsləhət gördüyüm insanlardan bəyənməyən olmayıb. ;) Halhazırda Koreyada da davam edir və ən reytingli serialdı. =))

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...