Thursday, March 13, 2014

GOOD DOCTOR / YAXŞI HƏKİM

Gənc və istedadlı həkim, ya balaca uşaq ?! 


 İlk bölümdən yox, artıq ilk dəqiqələrdən ən sevdiyiniz seriala çevriləcək bir Koreya serialı axtarırsan? -Onda düz ünvanda axtarırsan! ;) Serialda əsas qəhrəman autizm xəstəliyindən əziyyət çəkən Park Si On dur. Park Si On uşaqlıqdan autizm xəstəlisi olduğu üçün özünü qəribə aparırdı və əlbəttəki, yaşıdları ilə oynamaq əvəzinə onlar tərəfindən döyülürdü.
dreamhigh-happyday.blogspot.com
Si On əlində dovşan olan uşaq
Qeyd edimki, autizm psixoloji xəstəlikdir. Xəstələrdə əsasən özünü ifadə etmək, fikrini düzgün şəkildə qarşısındakı insana çatdırmaq qabiliyyəti çox zəif olur. Ancaq eyni zamanda beyin bir sahədə daha yaxşı inkişaf edə bilir. Bu cür insanlarda xüsusi qabiliyyət, istedad olur. Bunlara Savant lar da deyilir. Dünyada autizmdən əziyyət çəkdiyi ortaya çıxan və ya autist olduğundan şübhələnilən bir çox məşhur insan var. Onları tanımaq sənin üçün də maraqlı və gözlənilməz olacaq.. Ümumilikdə autist məşhurlar yazsan google da düşündüyündən də çox məlumat tapacaqsan, ama düzünü deyimki internetdə olan məlumatların həmişə bir problemli cəhəti var. Bu da doğru olub olmamasıdır. :/  Çünki bəzi adlar mənə o qədər də inandırıcı gəlmədi.Məs. Abraham Lincoln və ya Bill Gates kimi . Ancaq digər tərəfdən də doğrudan da autist istedadlar var: Məşhur yapon bəstəkarı Hikari Oe , yazıçı Virgina Woolf kimi.
      Serial haqqında məlumata davam .. Kiçik yaşlarında qardaşını bir bədbəxt hadisə nəticəsində itirir. O vaxtlarda həmin ərazidə həkim işləyən Choi Woo Seok Si on da uşaqlıqdan bu istedadı kəşf edir və ona həkim olmaq arzusunu həyata keçirməkdə kömək edir.Universiteti yüksək nəticə ilə bitirməsinə baxmayaraq, autizm xəstəliyindən əziyət çəkdiyinə görə onun heç staja başlmasına da icazə verilmir. Lakin professor Choi Woo Seok , hansiki, artıq ölkənin ən yaxşı xəstəxanalarından birində müdirdir, Si On a kömək üçün xəstəxanada qanunla söz haqqına sahib olan heyət qarşısında Si On un stajyer olaraq qəbul edilməsi üçün iclas keçirir. Sonda onların razılığı üçün öz istefasını gözə alır. Yəni Si On la bağlı problem çıxdığı an professor öz istefa məktubunu yazmalı olacaq. İş yerində isə əlbəttəki, bunu mudiri iş yerindən uzaqlaşdırmaq üçün əla fürsət kimi dəyərləndirənlər var :/ Si On un qatıldığı heyət isə əsasən gənclərdən ibarətdir. Bu arada Si On pediatrdır. Və xəstəliyi ilə əlaqədar olaraq onun əqli yaşı 10 dur.. Bu rolu oynamaq aktyor주원Joo Woon un öhdəliyindədir.
  
 Aktyorun işi doğrudan da çətindi, çünki 10 

yaşlı həkim rolunu oynamalıdır.
  
Bu aktyoru məşhur Bridal Mask serialndan da tanıyırıq.


Si On un qatıldığı heyətdə əsas həkim gənc lakin artıq özünü sübut etmiş, professor Woo Seok   digər tələbəsi Kim Do Han ( aktyor Joo Sang Wook) dır. Və tez-tez Si Onla mübahisələri olur, çünki Si On bəzən verilən əmrlərə uymur. Həkim Do Han , Si On u hər şeyi bilən robot kimi görür və həkimin verməli olduğu qərarları onun verə bilməyəciyini düşünür. Ancaq müəlliminin ondan Si On qarşı mülayim olmasını xahiş etməsi etməsi ona Si On u qovmağa mane olur. Bu o demək deyilki, Do Han mənfi obrazdır. Yox, sadəcə izləsən ona da haqq verəcəksən ;) 



İndi isə serialda əsas qız Cha Yoon Seo haqda yazım. 
Bu rolu Moon Chae Won ifa edir. Bu aktrisa Nice Guy serialından yaxşı tanığımız bir simadır. Si On a ən çox o kömək etməyə çalışır. Si On la ilk tanışlıqları  səhvən axşam xəstəxananın həkimlərinə verdiyi binada, öz keçmiş mənzilinə gəlməsi və bunu ancaq səhər yuxudan oyananda başa düşməsi ilə bitən bir hadisəyləbaş verib. Hətta serialı izləməsən də bilərsənki o Si On u sevəcək. Ancaq autist birini sevməyin çətinliklərini təsəvvür etmək çətindir, izləmək lazımdır. ;P 

Serialda hələ çox sirlərin üstü açılacaq gələcək bölümlərdə hissi var içimdə . ( çünki hələ ilk bölümlərindəyəm, ancaq təsiri o qədər qüvvətli oldu ki, belə tezliklə bu yazını yazdım.





     
    1 Sözlə əməliyyat, sevgi, rəqabət olan serialları 

sevənlər üçündür. Həkimlər, tibb bacıları, ağ xalatlı 

insanların çoxluğu ilə seçilən bir serialı izləməyə dəvət 

edirəm səni..



 Oxuduqdan sonra yazım haqqında fikirlərinizi rəy olaraq  (comment/yorum)  yazsanız sevinərəm ;) 

No comments:

Post a Comment

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...