Sunday, July 5, 2015

Isaac Asimov I Robot/Mən Robot.

Bir Nəfəsə Oxuyub Bitirdiyiniz Kitablardan.

   İsaac Asimovun oxuduğum ilk kitabıdır. Xüsusilə uni vaxtı imtahanlara görə İsaac Asimov haqda məlumatlar oxumuşdum və ən çox da yazıçının science-fiction (elmi-fantastik/bilim-kurqu) yazması və Will Smith in eyni adlı filmini bildiyim üçün kitab da mənə maraqlı gəlmişdi. Kitabla filmin fərqli və ya eyni olub olmadığını müqayisə də kitabı oxumaq üçün başqa bir səbəbim idi. Kitabı oxuyub bitirdikdən sonra, filmlə demək olar bənzərlik tapmadım. 
http://dreamhigh-happyday.blogspot.com/
Bir az araşdırmadan sonra isə məlum oldu ki, filmin sadəcə gələcəkdə baş verməsi, bir iki obraz və məşhur robot qanunlarından başqa kitabdan o qədər də çox şey götürülməyib. Hətta əksinə filmdə əsas ssenari Agathe Cristie nin kitablarından birindən rejisorun ilham alması ilə ərsəyə gəlib. Yəni Mən, Robot adı sadəcə izləyiciləri yanılda bilər. (Mənim kimi) Ancaq sizə daha maraqlı bir məlumat da verim. Kitabın əsl adı da heç bu olmayıb. Asimov özü kitaba tamamilə başqa bir ad verib. 

Asimov öz kitabını "Mind and Iron " (Ağıl və Dəmir) adlandırmaq istəyib. Lakin, kitabı yayımlayan şəxs kitabın adını Eando Binder-in eyni adlı məşhur kiçik və məhur hekayəsindən götürüb. Ancaq sonralar Asimovun kitabı daha çox şöhrət qazanıb. Yazıçı xüsusilə robot seriyalı kitabları ilə şöhrət qazanıb. Kitablarından ən yadda qalan isə az-çox yazıçı və ya kitabları haqqında məlumatı olan hamının bildiyi 3 Robot Qanunudur. Bu da həmin qanun:
http://dreamhigh-happyday.blogspot.com/



Kitab Syuzan Kalvin ( Susan Calvin) adlı yaşlı qadından gənc jurnalistin müsahibə götürməsi ilə başlayır.
Yəni bizim kitabda oxuyacağımız bütün hadisələr əsasən həmin qadının robotlarla əlaqədar xatirələridir. Syuzan Kalvin ABŞ Robot şirkətində psixoloq daha dəqiq robopsixoloq (bəli robotlar üçün olan psixoloq) kimi uzun müddət çalışmış tanınmış bir şəxsdir. Unutmadan qeyd edim, Dünyada/Yer planetində robotlar demək olar ki qadağan olunur. Və onlar əsasən digər planet və ulduzlarda istifadə olunur. Şirkətin əsas simalarından biridir. Şirkətin ən pis və həm də yaxşı vaxtlarında orada işləmiş və bütün həyatını robotlara həsr etmiş bir insanın dilindən danışılan hekayələr çox maraqlıdır. Ancaq qeyd edim ki, siz bu hekayələri oxumağa başlayanda heç də kiminsə dilindən yazıldığı hissi olmur. 
İsaac Asimov
Daha çox elə yazıçının öz dilindən yəni, hadislərə gizli baxan izləyici kimi oluruq. Bu da sevdiyim hissələrdən idi. Bu hekayələri danışması üçün isə gənc jurnalist əlindən gələni edir, qadını daha çox məlumat üçün dilə tuturdu. Kitab boyu kitabın əslində onun dilindən yazıldığını demək olar ki, oxuduğumuz zaman hiss etmirik.  Bu maraqlı hekayələrin haqqında əlbəttə Syuzan (Susan) öz fikirlərini söhbətin sonunda deyirdi. Ancaq bu tam olaraq sizə təsir etmirdi, hər hekayədən çıxaracağınız nəticə tam sizin öhdənizdədir. Kitabda xüsusilə bir neçə hekayənin birləşməsi sayəsində kitabı oxuyub bitirdiyiniz zaman sizə elə gələcək ki, bir neçə kitab oxumusunuz. Mən bunu da kitabın üstünlükləri sırasına əlavə edirəm. Müasir dünyamızda robotlarla bağlı bu qədər çox fantastik və bənzər hekayə, kitab və filmlərin olduğunu nəzərə alsaq bu kitab mənim üçün robotları tamamilə başqa bir tərəfdən incələyib yazan bir kitab oldu. Robot deyəndə ağlınıza gələnlər yox ağlınıza gəlməyənlər daha çox qarşınıza çıxacaq kitabda buna görə də, sürpriz, həyəcan sevənlər oxumalıdır. Müəyyən mənada isə, yazıçı əsasən sırf hissiz robotlar haqda yazdığı bir kitab deyildi. Əksinə burda daha çox bəzən hadisələr robot deyil insan tərəfindən icra olunurmuş kimi olacaq. Ancaq insanlardan fərqli olaraq robotlar yalan danışa bilməz, 3 qanunun əleyhinə davrana bilməz. Bəzən isə biz insanlar deyil də hər şeyə robotun gözündən baxmış oluruq, daha doğrusu, robotların düşüncə tərzi ilə qarşılaşırıq. Məhz kitabda ən öndə bu hissənin olduğunu düşünürəm. Elə buna görə də, hər şey bir robopsixoloqun danışdığı hekayələrlə başlayır. 
Əslində biz həm də kitabda insanların bir-birinə münasibətinin necə mürəkkəb bir sistem olduğunu görürük robotların heç vaxt anlaya, dərk edə bilməyəcəyi bir sistem. Ancaq sonra hadisələrin inkişafı həm də dünyanın inkişafını bizə göstərir. Bu sayədə biz robotların necə inkişaf edə biləcəyini öyrənmiş oluruq. Həm də hadisəyə sırf robopsixoloqun tərəfindən baxmasının səbəbi bizim də hadisəyə məhz onun gözündən baxmağımızı istəməsidir. Daha aydın, hadisələr robotların bütün inkişaf yolunda əsas rol oynamış bir şəxsin gözləri ilə baxırıq. Bu da o deməkdir ki, ilk düzəldilmiş robotlardan ən üst səviyyə robotlara qədər maraqlı  bir yol bizi gözləyir. Kitab daha çox bir neçə robot hekayələrindən ibarətdir. Bir ara hekayələr kitabı oxuyursunuz kimi hiss edə bilərsiniz. Ancaq bu da kitabı oxumaqda çətinlik yaratmır. Çünki bütün hadisələr bir-biri ilə bağlıdır. Hər robotun hekayəsində başqa bir mövzu ortalığa qoyulur. Yəni düşünmək üçün çoxlu mövuzunuz olur və robotları bir neçə tərəfdən tanımış olursunuz. 
Kitab aşağıdakı hissələrdən ibarətdir:
1. Giriş hissə (Susanla jurnalistin görüşü də demək olar.)
2. Robbie
3. Runaround / Dolama (burada daha çox çətinlikdə problemin             ətrafında ilişib qalmaq ancaq onu həll edə bilməmək)
4. Reason/ Səbəb
5. Catch the Rabbit/ Dovşanı tut.
6. Liar/ Yalançı
7. Little Lost Robot/ Balaca İtkin Robot
8. Escape/ Qaçış
9. Evidence/ Dəlil
10. The Evitable Conflict/ Qaçınılabilən Konflikt. (Mübahisə) 
Aşağıda hər bir hekayə haqqında məlumat vermişəm. Bu məlumatlar hər hekayənin başlanğıcından xəbər verməklə və sonunu və sonradan hadisələrin necə inkişaf edəcəyini yazmamaq şərti ilə yazıldığı üçün bunu spoi kimi qəbul edib-etməmək sizin seçiminizdir. 
Əvvəlcədən qeyd edim ki, mən kitabın pdf variantından və Türkiyə türkcəsindən oxumuşam. Oxudğum variantda vikipediada haqqında məlumat verilməyən bir qısa hekayə də vardı. Satisfaction Guaranteed / Razı qalacağınız qarantidir Ancaq bir az araşdırmadan sonra məlum oldu ki, bu hekayəyə əslində başqa 2 kitabda yer verilib. Çox maraqlıdır ki, orjinalda kitabda doğrudan da dediyim hissə yoxdurmu? 
Dediyim bu hekayə də maraqlıdır. Bir qadının özünə inamsızlığı, robotun ona köməyi və insanların əslində daha çox necə insanlara hörmət etdiyi barəsində düşündürən maraqlı hekayədir. Claire adlı robot şirkətində işləyən işçinin yoldaşı olan bu qadına şirkət gizli şəkildə testlərində iştirak şansı tanıyır. Tapşırıq isə çox asandır. Bir insandan seçilməyən yeni tip robotla bir evdə yaşamalıdır. Bu robot isə əsasən ev işləri üçün nəzərdə tutulub. Sonradan bizə Claire in özünə inamı olmayan bir qadın olduğu məlum olacaq. Hadisələr isə getdikcə daha maraqlı hal alacaq. 

2. Robi (Robbie)
http://dreamhigh-happyday.blogspot.com/İlk hekayəmiz isə, 8 yaşlı qızla Robi (Robbie) adlandırdığı robotu haqqındadır. Bu robot uşaq baxıcısı rolundadır. Əslində isə daha çox uşağın oyun dostu olur. Bizi təəccübləndirən məsələn robotun qızdan həmişə eyni nağılı danışmasını istəməsi ola bilər. Bu robot ilk hazırlanmış seriyalardan olduğu üçün çox iri və ağırdır, eyni zamanda danışa bilmir. Sadəcə baş hərəkətləri ilə qarşısındakı insanla əlaqə yarada bilir. Robotla qızın hekayəsi çox maraqlı idi. Xüsusilə də ailə robotu ondan ayırmağa qərar verəndə. Və burda həm də çox sevdiyim bir neçə mövzuya da toxunulub. Məsələn qadın digər qadınların, ətrafındakıların təsirinə düşür və həmişə öz həyat yoldaşını da razı salmağı bacarır. Ancaq bu hekayə sonra oxuyacaqlarınızın yanında adi nağıl kimi gələcək.
3. Dolama (burada daha çox çətinlikdə problemin ətrafında ilişib qalmaq ancaq onu həll edə bilməmək)/ RunAround.
http://dreamhigh-happyday.blogspot.com/
Bu hekayə kitabdakı əksər hekayələrin baş qəhrəmanı olan başları həmişə bəlada olan iki nəfər, Gregory Powel və Mike Donovan ilk robotları testdən keçirirdilər. Onlar problemli robotların əsas texniki problemini aşkar etməli və bunu aradan qaldırmalı idilər. Həmişə də bunun üçün onlara müəyyən vaxt və plan verilirdi. Beləliklə ən çətin iş onların idi. Çünki onlar dəfələrlə ölümlə üzbə-üz qaldıqları sərgüzəştləri daha çoxdur. Bu ilk hekayələri də onlardan biri idi. Speedy adını verdikləri robot Merkuridə selenium gətirməkdə gecikirdi və bu gecikmə onların ölümünə səbəb ola bilərdi, çünki bunsuz onlar Yer planetinə geri qayıda bilməzdilər. Bəs speedy nin problemi nə idi? Uzaqdan onu izləyən Donovan və Powel robotun eyni istiqamətdə dairə şəklində hərəkət etdiyini görsə də ən isti planet Merkuridə robotun yanına yaxınlaşmaq üçün ikinci belə robotları yox idi. Bəs onlar burdan necə xilas olacaqdılar və ən əsası robotun problemi nə idi?
Gregory Powel dediyi belə bir cümlə- Həyəcanın heç bir yararı yoxdur.
4. SəbəbReason.
Yenə də əsas qəhrəmanlarımız Donovan və Poweldir. Bu hekayəni çox bəyənmişdim.. Məni çox təəccabüləndirmişdi. Müəyyən mənada isə robotların özlərini insanlardan üstün tutması və hətta bu robotun daha irəli getməsini oxuyacaqsınız. Ən sevdiyim hekayə və ən təəccübləndiyim hissə məhz bu idi. Əlavə bir spoi də vermədən hekayə haqqında məlumatı sonlandırıram.
5. Dovşanı Tut/ Catch The Rabbit.
Donovan və Powelin macəraları davam edir. Bu qəhrəmanların hekayəsinin çoxluğu sizi heç bezdirməyəcək. Bu dəfə isə DV-5 (Dave/Deyv) adlı bir yeni robot növünü test etmək onlara tapşırılır. Bu robotun adındakı 5 rəqəmi, robotun əmrində olan barmaqlar adlandırılan 5 kiçik robota görədir. Belə ki, insanlar onlardan uzaq məsafədə olanda, robotlar marşa və ya rəqsə bənzər hərəkət edir. Sonradan isə robotlar bu haqda heç nə xatırlamadığını deyir. 
6. Yalançı/Liar.
Robot şirkəti fizik və digər mütəxəssisləri özləri də necə olduğunu bilmədən, telepatiya bacarığı olan bir robot yaradır. Bu robot isə Syuzan Kalvin və onun iş yoldaşaları arasında böyük konfliktə səbəb olur. Bu belə də davam edərdi, əgər orada psixoloq, robopsixoloq Syuzan olmasaydı. Bu hekayədə mənə ən çox Syuzanın arzularının puç olması təsir etdi..
7. Balaca İtkin Robot/ Little Lost Robot.
Hiper bazada işləyən alimlər və digər buradakı işləyən şəxslərin işi çox çətindir. Belə çətin anlardan birində həmin şəxslərdən biri Gerald Black (Cerald Blək) onunla onun əmrində işləyən NS-2 (Nester) adlı robotu danlayır, onu söyür. Bundan sonra isə həmin robot yoxa çıxır. Sonradan aydın olur ki, gerald robota bir də görünməməyi, gözdən itməyini deyib. Hirslə deyilən bu sözlərin robotlar tərəfindən əmr kimi qəbul olunduğu isə o zaman Geraldın ağlına da gəlməzdi.  Məhz bu səbəbdən Syuzan və Piter Bogert təcili bura gəlir. Yalnız burada Syuzana bu robotun itməsinin niyə belə önəmli olduğu bildirilir. Əsas məsələ isə robotun yerini bilməklərinə baxmayaraq onu digər robotlardan seçə bilməməkləridir. Bunun isə nəticəsi onlar üçün çox ağır ola bilər. 
8. Qaçış/ Escape.
Bu hekayə də çox maraqlı idi. Robot istehsal edən iki şirkətdən digəri Syuzanın işlədiyi şirkətə çox qəribə bir təkliflə gəlir. Onlar bir problem nəticəsində öz beyin adlandırılan əsas kompyuterlərinin çokməsi səbəbindən bir neçə riyazi hesabları rəqib şirkətə verməyə və hətta problemin həlli müqabilində pul da təklif edir. Və məlum olur ki, bu hesablamarda məhz insan ölümü ilə bağlı bir hissə olduğu üçün bu Syuzanın işlədiyi şirkətinin beyini üçün də olduqca təhlükəlidir. Ancaq Syuzan bu hissəni uğurla həll edir. Əlbəttə nə dərəcədə uğurlu olduğunu biz sonra öyrənəcəyik. Hardasa təhlükəli bir testdən söhbət gedirsə mütləq Donovan və Powel məkəzdədir. Bütün bu işlərin cəmi birində səhv etsəniz işdən qovula bilərsiniz, çünki bu şirkətdə heç vaxt ikinci bir şans verilmir. Hətta ölüm təhlükəsi ilə üz-üzə qalan işçilərə də..
Kosmik gəmini gəzdikləri zaman qəhrəmanlarımız gözlənilmədən gəminin hərəkət etdiyini görür. İçəridə isə istifadə üçün heç bir şey yoxdur 2 pilot oturacağının qarşısında yalnız bir cədvəl var, nə üçün olduğunu isə qəhrəmanlarımız da bilmir. Bəs onlar hara gedir? Necə qayıdacaq?
Bu dəfə beyin adlandırılan kompyuter qəhrəmanlarımızla unuda bilməyəcəkləri bir zarafat da edir. 
Kitabdan stat --
 "Son zamanlarda tabutunuz sizə uymur? O zaman niyə  üzsüz Kadavranın genişləyə bilən tabutlarını sınamırsınız? Bu tabutlar bədənin qıvrımlarına uyğun biçimdə, elmi prinsiplərə uyğun olaraq hazırlanıb. Bundan əlavə B1 vitamini ilə də zənginləşdirilib. Rahatlıq istəyirsinizsə, Kadavranın tabutlarını istifadə edin. Unutmayın.. Siz.. Çox.. Çox... uzun bir müddət ölü qalacaqsınız!"
Bütün bunların əsas səbəbini və sonunu bilmək istəyənlər artıq nə edəcəyini bilir ;) 

9.  Dəlil/ Evidence.
Stephen Byerley adlı bir vəkilinin bələdiyə sədri seçimlərinə qatıldığı vaxt, Francis Quinn (Fransis Qvin) robot şirkətinə gəlib Stephenin əslində bir insana bənzər robot olduğunu iddia edir. O eyni zamanda şirkətin əsas simalarından olan Alfred Lanninglə görüşür. Bu nəticəyə gəlməsinin səbəbi isə çox sadədir. Stefanı heç vaxt nəsə yeyən, su içən və ya yatan görən olmayıb. Fransis Stefanı izlətdirdiyini də etriaf edir. Ancaq fikrindən dönmür. Ya gizlicə Robotlar və Mexaniki insanlar korporasiyası (Syuzanan işlədiyi şirkət) bu işdə ona kömək etməlidir. Ya da, bu xəbər şirkətin özünün sonuna səbəb ola bilər. Çünki bu robotu hazıralaya biləcək əsas şirkətdirlər. Və bu qanunlara ziddir. Xüsusilə də, bu robot seçkilərdə insanın əvəzinə iştirak edirsə. Syuzan və Alfred isə məsələni başqa cür həll etmək istəyir və Stepfanı dəvət edib ona hər şeyi deyir. Bütün hadisələr də bundan sonra başlacaq. Çünki Stefan robot olmadığını sübut üçün insanların arasında məsələn bir restoranda yemək yeməyi və ya su içməyi qəbul etmir. Bu isə xüsusilə biz oxucularda böyük maraq doğurur. Görəsən bu sadəcə qururunu düşünən tərs bir vəkilin ya bir robotun gedişidir?.. 
10. Qaçınılabilən Konflikt. (Mübahisə)/ The Evitable Conflict.
Bu sonuncu hissə, hekayə isə elə Stefanın əhvalatının davamıdır. Sadəcə burada daha çox Syuzanın və Stefanın kiçik dialoqu və digər şeylər (oxuyanda biləcəksiniz) haqda yazılıb.
Ümumilikdə kitabı çox bəyəndim. İsaac Asimovun ikinci bir kitabını və hətta üçüncü kitabını oxumaq istəyi yaradan ilk oxuduğum kitabı yaddaşımda öz izini qoydu. Kitabda demək olar ki, heç bir ölkə və ya milliyyət haqqında məlumat yoxdur. Ancaq iki əsas rəqib robot korperasiyalarının birinin Amerika Birləşmiş Ştatlarına, digərinin isə o zamanki, SSRİ ə məxsusu olduğunu təxmin etmək olar. Çünki bu kitab 2. Dünya Müharibəsi vaxtlarına düşür. O zamankı iki əsas rəqibin məhz texnoloji baxımdan da yazıçının kitabında əsas yer tutduğunu düşünürəm. Yazıçının yazmaq tərzini də çox bəyəndiyim üçün əlavə bir neçə kitabını oxumuşam. Yəni qarşıda başqa Asimov kitabları haqqında yazılarım olacaq. Və əmin olun ki, oxumağa dəyər kitablar haqqında yazılarım olacaq!. 

http://dreamhigh-happyday.blogspot.com/
Kitabın ilk üz qabığı

2 comments:

  1. Mimlendiiiiinnn! Hem de saçmalamaktan saçmalayacağın bir mime!

    ReplyDelete
    Replies
    1. Çox sağ ol Ranao :) Tezliklə yayımlayaram Mimi :D

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...