Saturday, August 22, 2015

Bir Fransız Filmi İzləmək İstəsəniz..

Eyjafjallajökull - adını bilmədiyim o ən sevdiyim komediya filmi deyəcəksiniz.!

   Bu filmi ilk dəfə aztv də izləmişdim. Maraqsız bir film olacağını gözləyirdim ancaq tam yanıldım. Ən sevdiyim şablon komediya filmlərindən fərqlənməsi idi. Yenə baş rollar kişi və qadın idi. Ancaq maraqlı obrazlar düşünülmüşdü. Yəni, şablonu fərqli təqdimat sayəsində filmi mütləq izləniləsilər sırasına daxil edə bilərsiniz.  Təsəvvür edin film bitdiyi an mən onu internetdə yalnız baş rolların sayəsində tapa bildim. İngiliscə film haqqında demək olar məlumat tapmadım. Wikipediada belə ingiliscə məlumat yoxdur. Tərcüməsini bilmədiyim bu film son zamanlarda baxdığım ən çox güldürən komediya filmidir. Filmin adı İslandiyada yerləşən bir vulkandan (vulkan dağından) götürülüb.


 2013-cü il işıq üzü görən film tam komediya axtarışlarınızın nəticəsi olacaq! 

Baş rollarını Valeria Bonneton və Dany Boon oynadığı filmin bu cür keyfiyyətli alınması elə bu baş rollar sayəsindədir. İzləyib buna əmin olacaqsınız. Əsl komediya filmində baş rolların xarici görünüşü əsas rol oynamamalıdır. Bu ki, romantik film deyil. Bu baş rollar xarici görünüşcə adi insanlardan fərqlənmirlər. Maniken olduqlarını düşünmürsünüz. Ancaq film sayəsində onları çox sevəcəksiniz. Film 92 dəqiqə çəkir. Film bir neçə ölkənin çəkiliş heyətinin birgə istehsalıdır. Film 5 ölkədə çəkilib. Bu ölkələr: Fransa, Xorvatiya, Belçika, Almaniya, Avstriyadır.
Filmin rejisoru Aleksandr Coffre-dir.
Bu filmə ilk dəfə baxanda, yalnız baş rol Dany Boon u tanıyırdım. Bu aktyorun başqa maraqlı filmini də izləmişdim. Aktyor film seçimini yenə də doğru edib. Həmin film haqqında da tezliklə yazımı oxuyacaqsınız. 
Filmin sujeti:
Çoxdan boşanmış olan Valeria və Alain qızlarının Yunanıstanda olacaq toylarına vaxtında çatmağa çalışır. Yolda bir-biri ilə qarşılaşmazdan əvvəl isə biz qısa onların ətrafdakılara keçmiş həyat yoldaşlarını tanıtmaqlarından da bir-birlərinə olan nifrət və kinlərini görürük. Əlbəttə boşanmış cütlüyün dostca münasibəti demək olar ki ancaq nağıl kimi filmlərdə olur. :P 
http://dreamhigh-happyday.blogspot.com/
İndi bu cütlüyün qarşılaşdıqlarını təsəvvür edin. Onlar qızlarının gözünə girmək və digərini gözdən salmaq üçün hər yola əl atırlar. 

Bu isə yollarını daha da çətin və uzun edir. Çox qısa və sadə sujet kimi görünsə də başlarına hər ölkədə bir hadisə gəlir, yeni insanlarla xoş olmayan tanışlıqlar isə vəziyyəti daha da çətinləşdirir. Onlar həm də Valerianın Alainlə evləndiyi vaxt geydiyi gəlinliyi də qızlarına vaxtında çatdırmalıdırlar. 
Aşağıdakı filmin trailer(treyler)ini də izləyin.
Stresli gündəlik problemlərdən uzaqlaşıb doyunca güləcəyiniz bir filmdir. Ən sevdiyim isə, filmi ikinci dəfə də izləyəndə gülə bildiyim komediya filmlərindən olmasıdır. Uzun qarışıq ssenarisi yoxdur. Olduqca yaddaqalan maraqlı filmdir. Hamıya məsləhət gördüyüm əyləncəli bir filmdir. Baxın, peşman olmazsınız. İzlədikdən sonra film haqqında fikirlərinizi bura yazmağı unutmayın. Hələlik.
http://dreamhigh-happyday.blogspot.com/

4 comments:

  1. &
    Eğlenceli duruyor^^ (Misaki)

    ReplyDelete
    Replies
    1. Hə, çox əyləncəli, maraqlı filmdir. İzlə vaxt itirmədən ;)

      Delete
  2. bence de eğlenceli. bir ara bakarım :)

    ReplyDelete
    Replies
    1. Mütləq! Baxdıqdan sonra yazarsan fikrini ;))

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...