Thursday, November 20, 2014

ALİM QASIMOV

MUĞAMI DÜNYAYA SEVDİRƏN SƏS.

http://dreamhigh-happyday.blogspot.com/2014/11/alim-qasimov.html#more

   Azərbaycanın ən məşhur muğam ifaçısı Alim Qasımov haqqında qısa yazmaq istədim. Çoxumuz onu tanıyırıq. Alim Qasımov 1977ci ildən profesional olaraq muğam ifaçısıdır. Alim Qasımov musiqinin bütün sərhədləri aşa bildiyinin sübutudur. Çünki A. Qasımov yalnız Azərbaycan dilində muğam ifa etməsinə baxmayaraq dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edir. Alim Qasımov 1999cu ildə UNESCO- Beynəlxalq Musiqi Şurasının musiqi mükafatına layiq görülmüşdür. Alim Qasımov 2009cu ildə dünyanın 500 ən nüfuzlu müsəlmanı arasında olan 4 azərbaycanlıdan biri olub ( Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə). . Eyni ildə (2009cu il) Türkiyənin Zaman qəzeti onu "Mərkəzi Asiyanın Ən Böyük Səsi" adlandırıb. Dünyaca məşhur müğənni Bjork Alim Qasımovu ən sevimli müğənnilərindən biri adlandırmışdır. Alim Qasımov dünyanın İngiltərə, Fransa, Amerika Birləşmis Ştatları, Honk Kong, İspaniya, Braziliya, İran, Türkiyə kimi bir çox ölkələrində konsert vermişdir. 
http://dreamhigh-happyday.blogspot.com/

Alim Qasımovu həm də ona görə bəyənirəm ki, ifaçı həmişə yeniliklərə açıq bir insandır. Bunu onun işində də görmək mümkündür. Alim Qasımov muğamın rok, pop kimi janrlarla sintezinə imza atmışdır. Alim Qasımov evlidir, 3 övladı (2 qız bir oğlan) var. (nəvələrinin sayını bilmirəm :D) 
Alim Qasımov 2012 ci ildə Azərbaycan, Bakıda keçirilmiş 57-ci Avroviziya musiqi festivalının final mərhələsində Səbinə Babayeva ilə "When the Music dies" adlı mahnı ilə çıxış etmişdir. 
Alim Qasımov bundan başqa 2010-cu ildə, David Vandetta və Tara Mcdonalds ilə "I'm your Goddess" adlı mahnı da ifa etmişdir. Mahnının klipini izləmək istəyənlər üçün paylaşdım.

 Bu isə 2008ci ildə Londonda bir festivaldandır. Alim Qasımov və öz ansamblı, burada Kronos Quartet (Amerika Birləşmiş Ştatlarından olan orkestr-qrup) ansamblı ilə çıxış etmişdir. İfaçı qadın isə Qasımovun qızıdır. Fərqanə Qasımova həm də Alim Qasımovun şagirdidir. İfa etdikləri mahnı- "Getmə,Getmə" Azərbaycan mahnısı. 

 Mənim ən sevdiyim ifası məşhur Amerikalı rok ifaçısı Jeff (Scott) Buckley ilə Fransada festival zamanı ifa etdikləri mahnıdır. Mahnı təsadüfən youtube-da qarşıma çıxdı. 1995-ci ildə baş vermiş festivaldan olan mahnını yükləmək üçün yalnız youtube dan convert yolunu tapa bildim. Həmin festivaldan yalnız bu şəkili tapa bildim, hansı ki hər iki sənətçi şəkildə yer alıb. (Baxmayaraq ki, A. Qasımovun şəkil çəkilən vaxt şəkildən xəbəri olmayıb.)
http://dreamhigh-happyday.blogspot.com/
gitaralı Jeff Buckleydir. Arxada dayanan ağ köynəkli isə Alim Qasımovdur.
Qeyd edim ki, Jeff Buckley 1997-ci ildə 30 yaşında dünyasını dəyişib. Jeff B. muğama olan marağı, sevgisi ilə seçilən ifaçı olub. Mahnı isə sadəcə möhtəşəmdir. Rok və muğam, 2 gözəl səs bir arada. Mahnının adı "What Will You Say" (Sən nə deyəcəksən) dir. Mahnıda musiqi aləti kimi yalnız Jeff Buckleyin ifası ilə gitara və Alim Qasımovun ifasında dəf olub. 2 İnsan, 2 alət və bərabərdir mükəmməl mahnı.! 
Bu mahnı sonradan Jeff Buckley in ölümündən sonra 2001ci ildə  Live À L'Olympia adı altında çıxmış alboma daxil edilib. 
http://dreamhigh-happyday.blogspot.com/
Bu da həmin albom haqqında yazdığım mahnı albomun sonuncu mahnısıdır. ;)

Həmin alboma daxil olan mahnılar.  
  1. "Lover, You Should've Come Over(Jeff Buckley) – 7:47
  2. "Dream Brother(Jeff Buckley, Mick GrondahlMatt Johnson) – 8:00
  3. "Eternal Life(Jeff Buckley) – 5:06
  4. "Kick Out the Jams(Michael DavisWayne KramerFred "Sonic" SmithDennis ThompsonRob Tyner) – 3:06
  5. "Lilac Wine(James Shelton) – 5:39
  6. "Grace(Jeff Buckley, Gary Lucas) – 6:08
  7. "That's All I Ask" (Horace Ott) – 5:18
  8. "Kashmir(John BonhamJimmy PageRobert Plant) – 1:34
  9. "Je n'en connais pas la fin" (Raymond AssoMarguerite Monnot) – 6:25
  10. "Hallelujah(Leonard Cohen) – 9:35
  11. "What Will You Say" (featuring Alim Qasimov) (Carla Azar, Jeff Buckley, Chris Dowd) – 7:49 (Festival of Sacred Music)

http://dreamhigh-happyday.blogspot.com/

Qeyd edim ki, mahnının bu variantı yalnız Parisdəki festivalda ifa edilib. Yaxşı ki də ifa edilib. ^_^  Bu da həmin Video yazı. 

Ancaq video yazıda səs aydın eşidilməyə bilər. Buna görə də audio yazını da sizinlə paylaşdım, ümidvaram dinləyib bəyənərsiniz. (Ola bilsin ki, mahnı ilk dinlədiyiniz zaman sizə bir qədər qəribə gəlsin. Rokla muğam bir arada dinləməyə alışmadığınız üçün bu normaldır. Bir daha dinlədikdə bunu daha yaxşı anlayacaqsınız. ;))

Alim Qasımov hal-hazırda qızı və şagirdi Fərqanə Qasımova ilə birlikdə fəaliyyət göstərir. 
http://dreamhigh-happyday.blogspot.com/
Alim Qasimova və Fərqanə Qasımova.

http://dreamhigh-happyday.blogspot.com/
Bu da internetdə qarşıma çıxdı.
2014cü il oktyabr ayı üçün bir konsert afişasıdır.
 Səhv etmirəmsə Mexiko da baş verib. 
Alim Qasımovun albomları :
  • Classical Mugham (3 January 1996)
  • The Legendary Art of Mugham (15 October 1997) with Alim Qasimov Ensemble
  • The Art of Mugham: Azerbaidjan (Live) (1 December 1997)
  • The Mugham of Azerbaidjan (1 October 1999)
  • Love's Deep Ocean (11 October 1999) with Farghana Qasimova
  • Oyanish (December 2003) with Coldünya
  • Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan (25 September 2007) with Farghana Qasimova
  • "Intimate dialogue" - Live at Morgenland Festival Osnabrück 2009 with Farghana Qasimova
http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/
Alim Qasımov
Alim Qasımovun ifasında Əzan. 

http://dreamhigh-happyday.blogspot.com/

Daha çox məlumat üçün isə wikipedia-ya baxa bilərsiniz. Düzü saytda ingiliscə məlumat azərbaycanca məlumatdan daha çoxdur, halbuki, mən tərsinə gözləyirdim, çünki azərbaycanlı ifaçı haqqında bizim dilimizdə daha çox məlumat olmalıdır. Bu qədər özünüzə yaxşı baxın əziz oxucu. Hələlik.


NOT: Məlumatları əsasən wikipedia dan götürmüşəm. Musiqi biliyim olmadığı üçün səhvlərim varsa bunu nəzərə alın. ;) 
NOT: Muğam haqqında, ya da hansısa muğam ifaçısı haqqında yazmaq çox məsuliyyətlidir. Burda sadəcə çox az bir hissə yaza bildim. 

2 comments:

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...