Thursday, June 26, 2014

QƏRİBƏ YA NORMAL

QƏRİBƏ BİR YAZI YAZDIM DEYƏSƏN.

dreamhigh-happyday.blogspot.com

   İnsan olmaq çox qəribədir.. Deyəkki bir məqsəd üçün çalışırsan ama məqsədinə çatdığın zaman qane etmir səni bu... Ya da çox baxmaq istədiyin bir film var və sən nəhayət ki, bu filmi izləyirsən, ama izlədiyin zaman niyəsə səbəbsiz yerə baxmaq istəmirsən.. Çox sevdiyin can atdığın arzularına çatanda qəribə də olsa gözlədiyin o böyük sevinc hissi əvəzinə heç nə yoxdur..  Bunlardan ən azı biri sizdə də olub? Ona görə də məncə insanları yəni bizləri anlamaq çox çətindir. (Halhazırda sadəcə düşündüyüm kimi yazıram) . Dünyada nə qədər çox insan var. Bu da o deməkdir ki, nə qədər çox arzu var, sevgi var, nifrət də var.. Heç düşünmüsünüzmü-
Mən, mən yox başqası olsaydım necə olardım? .. 
  Bəzən başqalarını qınaya bilmirik, çünki onun yerində olsaq biz nə edərdik bilmirik. Bilə bilmərik, bilmək başqa, yaşamaq tam başqa.. 
   Yaşlı insanlar yenidən uşaq olmaq istəyir və uşaqları görüb kaş onların yerində ola bilsəydim deyir. Bunu siz də eşitmiş olarsınız. Ancaq reallıq budur ki, onlar artıq bu mərhələni yaşayıb, necə ki, bəlkə də bu uşaqlar da böyüyüb başqa kiçik uşaqlar haqqında eyni cür düşünə bilər. Bütün bunlar mənə qəribə gəlir.. Həyat özlüyündə qəribədir..
dreamhigh-happyday.blogspot.com  Biz bəzən ətrafımızdakı gözəlliyə o qədər öyrəşirikki, artıq gözəllik görmək üçün başqa nəsə etməli oluruq.. Məsələn havai fişəngləri götürək.. Göydə eyni zamanda nə qədər rənglər olur fişəng atılanda.. Amma niyəsə diqqətimi cəlb etmir mənim..
dreamhigh-happyday.blogspot.com
 Gün batımı vaxtı göydə olan rənglər isə mənə o qədər ecazkar görünür ki.. Hələ göyqurşağı da var. Bunların gözəlliyi onların insan tərəfində kəşf olunmamasıdı bəlkə də.. İnsanlar bax belə müxtəlifdir..(özüm də içində olmaq şərti ilə ;))


  Bəlkə də danışsaq çoxumuz eyniyik biz.. Ancaq biz özümüz haqqında o qədər də danışmırıq.. Hər birimiz öz həyatımızı yaşayırıq. Hamımız bilirikki nə vaxtsa vaxtımız qurtaracaq, ancaq bunu bilmək başqa dərk etmək., anlamaq başqa.. Yaşamaq isə tam başqa.. 
P.s. nəzərə alın ki, bunlar sadəcə mənim gözümdən gördüyümdü, mənim düşündüklərimdir. ;) Yəni qınamıyın :D hətta indidən deyim düşünürəmki ən az bəyənilən yazım bu olacaq. :/ :))) Amma yazdım. Hələlik. Bunu oxuyursunuzsa deməli ya tam oxumusunuz, ya da birbaşa axıra keçmisiniz hər halda təşəkkür :P :)) 

3 comments:

  1. mence de dunya cox qeribe ve maraqli yerdir ve heyat eslinde biz gormek istediyimiz kimidir ona gore heyati deyisdirib istediyimiz kimi etmek oz elemizdedir maraqli ve maraqsiz gozel ve cirkin hec ne yoxdur her sey nisbidir ve sexsi secimden asilidir

    ReplyDelete
    Replies
    1. haqlısan Ja Konda mən də sənin kimi düşünürəm :)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...