Friday, June 27, 2014

BIGBANG

BİGBANG. . . BU QRUPDA SƏS ÖZ SÖZÜNÜ DEYİR...

dreamhigh-happyday.blogspot.com
    Qrup haqqında əvvəlcə öz fikirlərim- KPOP da ən sevdiyim qruplar sırasındadır. Əvvəlcə ama heç bir mahnısını dinləmədiyim vaxtlarda bəyənmirdim. Hə bəyənmirdim, çünki "Fantastic Baby" klipi çıxırdı qarşıma və ilk dəfədən bəyənməmişdim bu klipi ilk saniyələrindən mahnını dəyişmişdim. Ama sonra ən yaxın dostum BigBang-dan "BLUE" mahnısını dinləməyimi məsləhət gördü. Mahnıya qulaq asdım və sonra mahnını telefonuma yüklədim, bütün gün dinlədim :D Sonra digər BigBang mahnılarının axtarışına çıxdım və axtarışın sonunda telefonumda BigBang üçün playlist qurdum o qədər çox mahnı yükləmişdimki. =) Beləliklə hekayənin sonunda qrup ən sevdiyim Cənubi Koreya musiqi qrupları sırasında öz yerini aldı.!
İndi isə qrup haqqında və əlbəttə ki, bir-birindən gözəl BigBang mahnı şəkilləri ilə tanış olaq ..
Qrup əvvəlcə 6 üzvdən ibarət olub. Şəkildən də bunu görə bilərsiniz. Bu 6-incı üzvü çoxumuz tanıyırıq. Bu indiki Beast(bu  da sevdiyim qrupdur) qrupundan Jang Hyun Seung- dur. Jang Hyun Seung 1il 4aylıq YG 
Entertainment-de(şirkətində) treyninqlərdən sonra qrupun debut mahnılarından əvvəl YG -nin Seungri və Hyun Seung arasındakı seçimindən məğlub ayrılıb və qrupu və şirkəti tərk edib. Əgər indi bu qədər məşhur olmasaydı onun üçün kədərlənərdim. Amma o indi məşhurdur =) Səsini çox bəyənirəm. Onda bir BigBang stili görən tək mən deyiləm hə? :P  
Beast

Qrupların ilk debüt etdikləri vaxtlardakı şəkilləri çox sevirəm. Çox vaxt aradakı fərq inanılmaz dərəcədə olur. =) Həm də ilk vaxtlardakı duruşları ilə müqayisədə artıq şəkildən də özlərinə inamı hiss etmək mümkündür. Çünki özlərini sübut edə biliblər. Bigbang də bu qruplardandır. Onlar artıq nəyə qadir olduqlarını sübut ediblər. 
dreamhigh-happyday.blogspot.com

  Qrupun adı -           BigBang 빅뱅. 
Bigbang qrupu :         K-POPJ-POP(Yaponiya-J), Hip                                                       hopRokElektronikR&B janrında mahnılar                                     ifa edir. 
Qrupun Lideri :          G-Dragon dur.
 Digər üzvləri:            T.O.P. , Taeyang (Günəş) , Daesung, Seungri.                                    Qeyd edim ki, bütün adlar ifaçıların səhnə                                        adıdır. 
Qrupun 
rəsmi saytı :                 www.ygbigbang.com

2006-cı ildə Cənubi Koreyada debüt edib. Qrup əsasən "Lies" ("Yalanlar") adlı mahnı ilə məşhurluq qazanıb. 
 Qrup üzvlərinin YG-yə gəlişi haqqında..
dreamhigh-happyday.blogspot.com Qrup üzvlərindən  G-Dragon və Taeyang ilk olaraq YG Entertainment-ə qoşulub. Həm də 11 yaşlarında. (NOT. halhazırda bigbang haqqında şəkillər və çoxlu məlumatlar oxuyuram və ən əsası canlı konsertə baxıram eyni zamanda ona görə də gecikir yazım, düzü o qədər çox məlumat varki, bilmirəm necə edim..Reklamlar bitdi seyrə davam kimi bir bərbad zarafat edim istədim :P :D ) 
dreamhigh-happyday.blogspot.com

 Bu zaman onlar YG -nin gənc versiyası olan YG- Duo da fəaliyyət göstərib. Əvvəlcə GD və Taeyang GDYB adı altında qrup olaraq mahnılar ifa edib. İzləmək və dinləmək üçün aşağıdakı videonı paylaşıram . Stilə baxın siz ^_^





GDYB qrupunun kimi fotosessiyası da baş tutub. Lakin YG hələ də G-Dragonun solo ifası və qrup üzvü kimi fəaliyyəti arasında seçim edə bilmirdi. Sonda isə GDYB əvəsinə 5-6 üzvdən ibarət qrupun yaradılmasına qərar verdi. 


dreamhigh-happyday.blogspot.com
   
dreamhigh-happyday.blogspot.com    Qeyd edim ki, G-dragon YG -nin prezidenti ilə qrup üzvlərinə müqayisədə daha rahat ünsiyyət qurur. 
Bunu hələ GD yeniyetmə vaxtlarında YG prezdenti Yang Hyun Suk ilə çəkilmiş bu foto da sübut edə bilər ;)

dreamhigh-happyday.blogspot.comAncaq bilirik ki, YG-nin prezidenti Yang Hyun Suk yumor hissi olan bir insandır. Yoxsa Bigbang üzvləri şou proqramlarda necə onu yamsılaya bilərdi deyilmi ? ;)

Yg Entertainment ilə müqavilə bağlaya növbəti qrup üzvü isə qrupda ən yaraşıqlı və xarizmatik reper T.O.P olub. T.O.P. əvvəllər yeraltı reper olub.- bunu olduğu kimi yazdım mənası isə küçələrdə, kiçik yerlərdə ifa edən biridir. Bu o insanın o qədər də məşhur olmaması da deməkdir. T.O.P. un o zamankı özünə götürdüyü səhnə adı isə Tempo olub. T.O.P. G-Dragon-la uşaqlıqdan dostdurlar və onun YG- yə gəlişi də GD sayəsində olub.

 Lakin ilk dəfə YG onu qəbul etməyib səbəb kimi isə T.O.P. -un çox kök olduğunu bildiriblər. Bundan 6 ay sonra isə T.O.P. YG -yə qəbul ola bilib, çünki o artıq bizim indi gördüyümüz bədən quruluşuna sahib idi, bu da o deməkdir ki, T.O.P. 40 gündə 20kq. arıqlayıb. Fərqi görmək üçün bu şəkillərə baxmaq kifayətdir.. T.O.P. öz səsinin qalınlığı ilə fərlənir ki, repdə bu səs çox yaxşı səslənir. Qrup üzvləri arasında yaşca ən böyük odur. Görünüşü və səsi ilə xarizmatik, kobud görünür. 






Lakin əslində göründüyü kimi deyil. O əslində çox uşaq kimidir. Şəkillərdə şirin görünməyə çalışması gözdən qaçmır.. :D Görünüşə aldanmayaq =)) T.O.P. un aşağıda paylaşdığım şəklinə baxın :D Fotosesiyalardakı adam budurmu deyir insan :D Bu arada T.O.P. rəqs etməyi bacarmır. Və bunun üzünə vurmaqla ölüm fərmanınızı imzalayarsınız (zarafatdı ama qrup üzvlərindən Daesung proqramda demişdi və o an T.O.P. un ona baxışını görməliydiniz =) :D
dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com


  " Fantastic Baby" klipindəki göy rəngli saçları ilə daha çox yadda qalıb.





Digər qrup üzvü Daesung-dur. Qrupda ən güclü səsin sahibidir. Zarafatcıldır. Səsini çox bəyənirəm. Səsinin necəliyini ifadə edəcək söz tapa bilmirəm indi ama fərqli səsi var. Ümumiyyətlə qrupun sirri də elə bundadır. Bir qrup üzvünün səsi digərinin səsinə heç bənzəmir. Rahatlıqla ayırd edirsən səsləri. Hər birinin özünəməxsus səsi var.. Bu da mahnılara xüsusi rəng qatır əbəttə ki.. Daesung haqqında deyim ki, ailəsi onun müğənni olmasını heç istəmiyib ancaq o istəyinə çatıb sonunda. ;) Konsertləri zamanı səhnəyə Wings mahnısına uyğun gəlişi çox gözəl idi. 

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.comQrupun ən gənc üzvü isə Seungri dir. Onun səsini qız səsi ilə müqayisə edirəm çünki səsi çox incədir. Ama sırf qız səsinə oxşatmıram. :) Qrupda daha çox zarafatcıllığı ilə seçilən odur. YG indiki Beast üzvü Hyun Seung la Seungri arasında seçim edilib və Seungri qrupda qalıb. 
Videosuna baxmışdım əslində ama indi tapa bilmədim.. O.o  Ona Panda da deyir fanlar. Səbəbi isə gözaltı qaraltıdır. Oxatan bürcündəndir mənim kimi :P 







Digər Bigbang üzvlərikimi onun da qrupdan əlavə solo kariyerası var. Və ən sevdiyim mahnı isə "Gotta talk to you " dur. Dinləməyən varsa məsləhət görürəm dinləyin. Şəkillər də mən də belə poza verirəm bu şəkli görüb də burda paylaşmamağ olmazdı deyilmi ?! ;)



Bigbang -in ilk debut çıxışını izləməyə dəyər. Bu ilk və hələki sondur. Nə mənada?- T.O.P. un açıq geyimi yəni Taeayangın əksi olaraq :D 


Debut dedimsə grup üzvlərinin debutdən əvvəlki şəkilləri olan bu videonu da atım bura. :) Ən yaxşı görünüt G-dragonundu.=)



Bu da qrupun daha çox sevildiyi mahnı "LIES" . Klipi Amerika kliplərini yadıma salır. Ümumilikdə qrupun əvvəlki bir iki klipi Amerika klipləri kimidir. O stildədir. Ancaq sonra.... Qrup özünəməxsus klipləri ilə seçildi. Əlbətt razı olmaya bilərsiz hərhalda bu mənim fikrimdir. ;)


BigBang fotolarından da paylaşım bir az ;)
Unutmadan deyim ki, grupda Taeyang ın səsi qaradərili məşhur müğənnilərin səsinə çox bənzəyir. Yəni onun solo oxuduğu mahnıları radiodan eşitsəm ingiliscə ama ifaçının koreyalı olduğunu düşünməzdim. Bildiyimiz kimi qaradərili müğənnilərin (burda qaradərili yazmaqla irqiayrıseçkilik salmaq niyyətim heç yoxdur mənim üçün irqçilik yox insanlıq əsasdır. :)) 

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com

BigBang qrupunu dünyada daha çox məşhur edən isə "Fantastic Baby" mahnı və klipidir. Tamamilə fərqlidir. Qrupun debut vaxtlarındakı stildən çox fərqlənir bu klipdəki stilləri. Elə bu görüntü ilə də diqqəti cəlb edə bildilər. Sonrası isə ifalarının üstünlüyüdür. 


Qrupun lideri olan G-Dragonun dəb/modaya olan marağından çoxumuz xəbərdarıq. O həm də geyim tərzi ilə seçilir. G-Dragon saçlarını sarıya boyadıqdan sonra onun qız fanlarının sayı artıb ;) O da tez-tez saç rəngini dəyişməyi sevən məşhurlardandır. 
dreamhigh-happyday.blogspot.com

  Qeyd edim ki, qrup ilk debutu zamanı insanlar onların çirkin olduğunu deyib. Bəli çirkin.. Lakin bu qrup sonradan insanların fikrini alt üst edə bilib. Məsələn artıq T.O.P. ən yaraşıqlı K-Pop müğənniləri sırasında önlərdən özünə yer tutub =) Həm də onun daha çox sevilməyinə səbəb Flower boy imicindən fərqli görünüşüdür. Sərt daha çox. T.O.P. açıq geyinməyi heç sevmir, bu da o deməkdir ki, sevilmək üçün açıq-saçıq geyinmək şərt deyil ;) Bu ən sevdiyim xarakteridi onun. :D Bir də baxışı cazibədardır. Özü bir dəfə adını gizli tutduğu bir Koreyalı məşhur xanımla reklam çəkilişləri zamanı ona baxdığı zaman qızın çox təsirləndiyini filan deyirdi :D Özündən razı -_- :P
dreamhigh-happyday.blogspot.com

SEUNGRİ, TAEYANG və G-DRAGON un səmimi çəkdirdiyi bir şəkil :)
dreamhigh-happyday/blogspot/com

Qrup üzvləri arasında G-Dragonun solo çıxışı daha çox uğur qazanıb. İndi başa düşmək olar niyə YG onun solo və ya qrup çıxışı arasında qalıb. 


Bu il isə Taeyang öz uğurlu çıxışı ilə yadda qalıb. Azərbaycan altyazılı klipi izləmək başqa gözəl olur. ;) (Təşəkkürlər Simuzər =))
not. YG youtube da öz kliplərini başqa paylaşanı blok edir və video açılmır. Bu videoların başına da eyni şey gələ bilər yəni -_- :(



Bu mahnının Tablo(Epik High) cover versiyasını ifa edib bunu da çox bəyəndim.

Bigbang "Secret Garden" və "Coffie Prince" kimi məşhur Koreya dramalarını parodiya edib. Bundan başqa qrup üzvlərindən Daesung, T.O.P. seriallarda və filmlərdə rol alıb. T.O.P. un filmləri xüsusilə çox sevilib. T.O.P. özü romantik serial/filmlərdə çəkilmək istəmədiyini deyib. Elə buna görədə bu cür film/seriallarda onu görmürük :/ 




Sevdiyim və dinlədiyim BigBang mahnıları..
"Ain't No Fun " mahnısı. 

"Cafe" mahnısı ilə yenə də fərqli bir ifa.. 

BigBang qrupunu mənə sevdirən mahnı "Blue". Canlı ifa olan videonu seçdim canlı ifa həmişə daha yaxşısıdır deyilmi?! ;)
"Monster" bu mahnını qulaqcıq(nauşnik)lə dinləyin . Dinləyəndə biləcəksiniz niyəsini ;)

draemhigh-happyday.blogspot.com

Bu klipi də çox bəyənirəm. Xüsusilə də ilk hissədə T.O.P. la G-Dragonun mübahisəsi olan hissəyə görə =D

Bu mahnının adı "I Don't Understand"



Son olaraq pozitiv notlarla "Stupid Love" 

Əslində BigBang-dən çox mahnı var sevdiyim. Amma yarısı da qalsın digər yazılarıma. Bu BigBang haqqında ilk yazımdır ama SON deyil ;)

dreamhigh-happyday.blogspot.com



Bigbang haqqında olan bu yazımda yəginki sizin də diqqətinizi çəkdi ki, qrup üzvləri haqqında çox yazmamışam. Səbəbi isə odur ki, hər qrup üzvü haqqında ayrıca yazacağam. Grup üzvlərinin Solo kariyersaı da buna imkan verir... 



Ümidvaram bəyənərsiniz.. Hələlik ...

11 comments:

  1. Yazın çok uzun olmuş Nanacığım ^_^ Ama yine de hiç sıkılmadan okudum :) Ve bu sefer hepsini anlayabilmeyi başardım!! Tebrikler bana :D

    ReplyDelete
    Replies
    1. ha ha :D anladığına sevindim =) aferin sənə =) çox uzundu hə bigbang haqqında dı çünki ama hələ heç yarısı deyildi bu, qrup üzvləri haqqında da yazsaydım düşün sən uzunu :D

      Delete
  2. Bu T.O.P-u gostermeyinde mene...=P =D Ureyim gedir......Cox gozel meqale idi.........Bilmediyim seyler, mahnilari bildim sizin sayenizde....Men ilk defe G-Dragonu, xeberlerde gorurdum ki, Heirs-deki Woo Bin-in G-dragonun fani oldugunu , onunla dost oldugunu bildim, sonra 1-2 gun sonra onun "who you" klipini Kpop Azerbaijan fan page-inde gordum ve qulaq asdim ve cox beyendim, sonra oyrendim ki, BIGBANG deye bir qrupun uzvudu.....fantastik baby-ye qulaq asdim, 1-ci o qederde beyenmedim, amma sonra bir nece defe qulaq asandan sonra indi beyenirem...........Gd-nin heartbreaker mahnisina qulaq asib, o mahniya asiq oldum......Cox sevirem o mahnini....Blue mahnisini da ilk dfe rus qizlarinin oxudu cover-e qulaq asib, cox beyendim, indi de 1 nece gundu dayanmadam, Tonight mahnilarina qulaq asiram.........Taeyang-in da Ringa- Linga mahnisi evvelce cox beyenmesem, indi hemise, qulaq asiram, ve reqs versiyonuna boyuk bir zovqle baxiram.......Mence de Daesung-un cox gozel sesi var..........GD ve T.O.P-un menim ucun xususi yerleri var........T.O.P -u sevirem..........<3 :*

    ReplyDelete
    Replies
    1. woow =)) T.O.P, mənim də çox bəyəndiyim reperdi <3 fikirlerimiz oxşardır.. Qrupun digər mahnılarına da qulaq as bəyənəcəyinə əminəm.. ;)

      Delete
  3. men YGstanam yeni YGde ne varse sevirem qruplari ele baskani da :D adamin soz verdiyi vaxta albom cixarmamasi da ayri dram :D Bigbang kpopda en sevdiyim qrup men de bir vip-em ))) uzvleri arasinda secmin etmek cetindi amma men GD daha coz sevirem . BB-de en cox sevdiyim sey mahnilarini ozleri yeni GD yazmagidi co tesirlidi sozleri. BB kpopda yegane qrupdu ki sirin mesum imicleri yoxdu ve oldugu kimidiler ve fanlari da onlari ele qebul edir Rİ nin qalmaqalarina gulen GD yene sevgilisinde ayrilib ayriliq mahnisi yazir deyen Taeyanda klipinde daha cox kiss olardi deyen yegane fandom :D ve bu arada BB-nin bir cox dunyaca mehsur mugenilleri kecim MT mukafani almagini da unutmayaq. YG sene seslenirem albomu cixart yaya da geldi nece ildi soz verirsen :D

    ReplyDelete
    Replies
    1. ha ha :D caaan tam Vip sənki =) Ri nin qalmaqalları heç də :D YG səsimizi eşit -_- çıxsın bu albom =)) hə mahnıların çoxunu GD yazır =))

      Delete
  4. T.O.P qrupun gozudu)) xarizmatik dogurdan da ve kobu gorunuwu ela yarawir.Ilk defe filmlerde beyenmiwdim daha sonra big bang uzvu oldugunu oyrendim.Ve de playlistinden blue mahnisini secib dinleyerek oxudum)Ama men bir Mblaq severem))maraqli yazi idi) p.s qulaqciqla dinledim raziyam daha effektiv alinir mahni)

    ReplyDelete
    Replies
    1. məsləhətimi dinlədiyin üçün sağol ;) aha qulaqcıqla supe olur =))

      Delete
  5. Bu grubu çok severim hatta Fantastic Baby şarkısını da :D Ama hiç bu kadar araştırmamıştım...Tam T.O.P evrim geçirdi diye yazmaya hazırlanıyorken bir de baktım; T.O.P ın obezite sınırını aşmış küçüklük fotoğrafı!Tabi o halini görünce şok oldum :)) Gerçekten evrim geçirmiş! İyi de olmuş :))

    ReplyDelete
    Replies
    1. ha ha :D T.O.P. evrim kecirib he :))) düzdü yaxşı ki evrim keçirib =))

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...