MƏSLƏHƏT İSTƏYƏN..

MAHNI YÜKLƏDİYİM, DRAMA İZLƏDİYİM SAYTLARDAN..
dreamhigh-happyday.blogspot.com




 Çoxumuzun oxşar problemi olur. Hansı saytdan izləməli? Hansı saytdan K-POP a aid mahnıları dinləyə, yükləyə bilərəm? Bu suallar şəkildəki kimi çoxalır və çoxalır..
 Mən öz bəyəndiyim saytları yazım istədim. 
Beləliklə sadəcə yeni K-drama izləyənlər və ya K-pop dinləyənlər üçündür bu yazım. Çünki özümdən bilirəm, ilk dəfələrdə youtube-dan izləyirdim dramalara ama bu cür alınmır. Film, serial üçün youtube u üstün tutmuram. Məsələn irəli ya geriyə getmək istədiyin zaman çox vaxt yenidən yığılır və gözləməli olursan. Mən Koreya serialları sayəsində altyazılı serial izləməyin dublajdan üstün olduğunun fərqinə vardım. Səslər gerçək olmayanda film/serial keyfiyyətinin 50% ini itirir məncə.. BU ANDA DEMƏK İSTƏYİRƏM BU YAZIMI YAZARKƏN BU MAHNIYA - TABLO NUN TAEYANG IN MAHNISINA OLAN COVER VERSİYASINA QULAQ ASIRAM. Məsləhət görürəm siz də belə edin. Bu yazımı çoxdan yazmaq istəyirdim ancaq elə bu mahnı səbəb oldu başlamağıma..

   Mən əsas 2 saytda baxıram seriallara. Əvvəla qeyd edim ki, Azərbaycan dilində altyazılı sayt tapmamışam, yoxdu məncə hələki. Amma əminəm olacaq ;) 
       Çox vaxt seriallar hələ Cənubi Koreyada
da yayımlanırsa, http://www.koreanturk.com -saytını məsləhət görürəm (çoxunuz bilir məncə artıq). Koreyada yayımdan bir gün sonra baxa bilərsiz bu saytda. Həm də bu saytın əvvəllər məlumat, K-pop, K-drama haqqında yeniliklər hissəsi vardı ki, artıq ayrıca sayt halında fəaliyyət göstərir. Çox yararlıdır. Ancaq sayt adından da bəlli olduğu kimi, ancaq Koreya film/dramaları üçündür.
 Aranızda Yaponiya, Çin serial/filmləri sevən varsa asyafanatikleri.com saytını məsləhət görürəm. Həm də bu saytın digər bir üstünlüyü isə mənim üçün odur ki, burda serial/filmə VK, PUTLOCKER, MR, DAİLY kimi bir çox video növləri şəklində paylaşılır, yəni seçim çoxdur. VK lə izləməyi sevənlər və ya internet sürəti zəif olanlar üçün ən yaxşısı Putlocker -di sürətlə yığır. ;) bu saytın ost lar üçün saytı da var ama düzü mən istifadə etməmişəm. =) 
 Gəldik əsas məsələyə. Əlbəttə ki mənim üçün bu musiqidir. Mahnıları yükləmək üçün sayt tapmaqda çətinlik çəkirdim bu saytı tapana qədər.  http://pleer.com bu saytı çox sevirəm.
dreamhigh-happyday.blogspot.com
 Özünə sevdiyin mahnılardan ibarət playlist də qurub dinləyə bilirsən.. Axtardığım mahnıların da çoxunu tapıram. İstisnalar isə hər zaman mövcuddur ;) Tablo nun Taeyang-ın eyes, nose, lips-- mahnısının cover-i kimi.. Tapa bilmədim yeni olduğu üçün hələ yüklənmiyib ama Taeyang ın mahnısının orjinal variantını çıxdığı vaxt həmin saytdan köçürmüşdüm. Belə istisnaların da yolu var narahatlığa əsas yoxdur ;) (Çoxunuz bilirsiniz ama bilməyənlər varsa) google-a convert youtube to mp3 yazın və gələn saytlardan birinə daxil olun, ancaq unutmayaq ki, bundan əvvəl sevdiyiniz mahnının youtube -da tapın. Diqqət yetirin ki, orijinal olsun, unutmayın youtube dakı kimi mp3 də səslənəcək. ;) sonra linki kopyalayıb google da açdığınız saytda bunun üçün yer olacaq ora paste edin və sonra convert -i klikləyin sonra da gözləyin və hazır olduqdan sonra saytda yazılacaq yükləyin. klik və buda sevdiyiniz mahnı. =))
dreamhigh-happyday.blogspot.com Bu qədər məlumatımın yararlı olub olmadığını bilmirəm amma özümün ilk K-drama, K-pop a başladığım zamanları yadıma saldım və bu məlumatlar mənə lazım idi. Sizin də işinizə yarayar ümidvaram ki .. Bildiyiniz saytlar varsa daha yaxşı olduğunu düşündüyünüz rəyə yazın, bilmək istərdim ;) Hələlik :) P.S. Əslində artıq 3üçüncü yazımdır ki, bir yazımdan əvvələ keçir, çox vaxt sərf edirəm o dediyim yazıma axırı paylaşa bilsəm onu da :))dreamhigh-happyday.blogspot.com
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

11 yorum:

  1. Replies
    1. Gördüm Viva çox sağol tezliklə yazacağam ;)

      Delete
  2. məndə seriallara koreanturkdə baxıram. Əvvəl asyafanatiklerinde də baxırdım. İndi də bəzən baxıram. Amma mahnı yerini bilmirdim. Bildirdiyinə görə təşəkkür edirəm. Və onu da deyə bilərm ki koreantürk də sonraki bölümün aşağıda qeyd edilməsi məncə ən avantajlı üsuldu. Sayt olaraq başqa Yeppudaa.com da yaxşı saytdı. Çox axt serialların mövzusuna ordan baxıram. K pop üçün bir daha təşəkkürlər :)

    ReplyDelete
    Replies
    1. Dəyməz doğurdan da köməyim oldusa =) Yeppuda.com a mən də əvvəllər baxırdım seriallar haqqında məlumar bir də Vampire boy - yapon serialına o saytdan baxmışdım ama son vaxtlar girmirəm o sayta :))

      Delete
  3. men mahnilari 4sharet.com-dan yukleyirem bu saytin tel ucun proqramida var play marketden yuklemek olur. tele mahni yuklemek daha rahatdi. Amma daha cox qrupkarin albomlarin yuklemeyi sevirem http://k2nblog.com/category/single-album/k-pop/ bu sayt yaxsidi hem albomlar hem klipler yuklemek olur yuklemek ucun coxlu linkler de var .. bu arada melumat ucun tesekkürlər :))

    ReplyDelete
    Replies
    1. wooow =) bu saytlar işimə çox yarayacaq ;) çox sağol sən də Simi :))

      Delete
  4. pleer.com mən də belə bir sayt axtarirdim.cox sağ ol)

    ReplyDelete