Saturday, June 7, 2014

Psychometry 2013

KIM BUM SEVMƏYƏNLƏRİN BELƏ BƏYƏNƏCƏYİ BİR FİLM !!!!

  Film haqqında ilk sözüm mükəmməl Filmdir, yazımı oxuyub bitirdiyiniz an filmi izləyin.! ;) 
dreamhigh-happyday.blogspot.comFilmin adı -  Psychometry 2013 / The gifted Hands (vergili əllər ) Koreya dilində/
 Hangul-사이코메트리
Rejisor : Kwong Ho Young
Prodüser: Kim Bong Seo, Suk Dong Joon, Park Jae Yong.
Sinematoqraf : Kwon Hyuk Joon, Yoo Young Joon.
Yayımlanma tarixi- 07.03.13
Müddət (filmin)- 108 dəq.
Janr -    sirrli, triller, fövqəltəbii( fantastik)
Distribüter : CJ Entertainment Dil-   Koreya dili/Hangul
Ölkə-  Cənubi Koreya.



Filmin rejisoru Kwong Ho Young dur. Filmdə əsas rollarda :
dreamhigh-happyday.blogspot.com














   Hadisələr  bir qadının polis idarəsinə gəlib, balaca qızının itkin düşdüyünü bildirməsi ilə başlayır. Dedektiv Yang Choon-Dong, gənc dedektivdir və əsasən işində uğur qazana bilmir. Polis idarəsinə gələn bu qadının ifadəsi alındığı zaman digərləri qadının ifadəsinə o qədər də ciddi yanaşmır, ancaq dedektiv Yang Choon Dong bu işi götürmək üçün könüllü olur və bunun uşaq oğurluğu ola biləcəyini düşünür. Sonra bu işi araşdırmaq üçün rütbəcə ondan böyük dedektivdən icazəni ala bilir. 
.
   Bundan bir müddət əvvəl Choon Dong gecə küçədə bir oğlanın divara spreylə şəkil (grafiti) çəkdiyini görüb onu danlayır və bunun vandalizm olduğunu deyir. 
Üzünün görünməməsi üçün kapşonlu sviter geyinmiş bu gənc oğlan Kim Joon (Kim Bum) dur. O spreyi Choon Dong un gözünə sıxıb, qaçır. (Kim Bum filmdə çox yaraşıqlıdı ^_^)


 
Bir müddət sonra, polis axtarılan qızın (Choon Dong un öhdəsinə götürdüyü araşdırma) cəsədini boş bir ərazidən basdırılmış tapır. Dedektivin işi yenə də uğursuzluqla nəticələnmişdi. 


   Axşam xəbərlərdə bu cinayətlə bağlı xəbəri izləyərkən Choon Dong qəribə bir bənzərliyin şahidi olur. Xəbərlərdə cinayət ərazisinin uzaqdan görüntüsü yayımlanan zaman dedektiv bu görüntünün küçədə  gözünə sprey sıxıb qaçan oğlanın çəkdiyi şəklə necə oxşadığına təəccüblənir, hətta bu şəkil həmin cinayət haqqındaydı. Ancaq əsas məsələ o idi ki, oğlan bu şəkli cəsədin tapılmasından təxminən 1 ay əvvəl çəkmişdi... 


 Dedektiv Choon Dong dəqiqləşdirmək üçün həmin küçəyə gedir və bir daha əmin olur. Bu da o deməkdir ki, onların əlində bir şübhəli var.. Lakin şübhəlinin üzünü görməməsi işləri daha da çətinləşdirir. 
    Bütün çətinliklərə baxmayaraq dedektiv Choon Dong nəhayət bu oğlanı tapır. Ancaq hadisələr onun gözlədiyi kimi deyil. Kim Joon (Kim Bum) ona öz bacarığı haqqında danışanda ilk əvvəl dedektiv ona inanmasa da,  Choon Dong un keçmişdə hələ uşaq ikən baş vermiş, heç kimin bilmədiyi qardaşı ilə bağlı bir sirrini ona dediyi zaman dedektiv ona  inanır.
Choon Dong dan başqa heç kim bu sirri bilmirdi.. Belə ki, Kim Joon da Psixometriya bacarığı var və o toxunduğu canlıların keçmişini görə bilir. 


Kim Joon hətta əşyalara toxunduğu zaman belə bu əşyalarla bağlılığı olan insanları və hadisələri görə bilir. Dedektiv Chan Dong un fikrincə bu qabiliyyət sayəsində onlar əsl qatili( hətta manyak) tuta bilərlər. Lakin polis idarəsindəki digər işçilər buna inanmır. 
   Dedektiv Choon Dong bu gənci axtaran zaman onun keçmişi ilə bağlı bəzi şeylər də öyrənir. Məsələn o çoxdandır ki, dostlarından heç kimlə görüşmür. (digərlərini filmi izlədiyiniz zaman biləcəksiniz ;)) 

  Artıq Kim Joon (Kim Bum) balaca qızın cinayətində əsas şübhəlidir. Hətta bundan əlavə onu həbs qərarı da çıxır. Kim Joon a yalnız dedektiv Choon Dong inanır. Dedektiv Choon Dong cəsədin tapıldğı ərazidəki uşaqları və onların valideynini oxşar hadisənin ola biləcəyi ilə bağlı xəbərdar edir. O balaca şirin bir qıza təhlükə hiss etsə insanları çağıra bilsin deyə fit çalması üçün alət verir (adını heç cür yadıma sala bilmədim qınamayın ;D). 

   
   Bir neçə gün sonra, məhz bu şirin balaca qızın itkin düşməsi xəbəri çıxır. Filmi izlədiyim zaman, qızın atasına nifrət elədim -_- Baxanda biləcəksiniz NİYƏ ?! .. Bu hadisədən sonra isə artıq Kim Joon u həbs edirlər. Həbs zamanı Kim Joon a inanmasalar da ondan qızın yerini tapmaq üçün kiçik təcrübə istəyirlər. Bax o hissədə Kim Bum un aktyorluq bacarığına heyran oldum, ama Kim Joon (Kim Bum un filmdəki adı) a yazığım gəldi :( 

 Dedektivlər nəticə etibarilə yenə də Kim Joon u həbsxanaya yollayır. Yolda dedektiv Choon Dong onu qaçırır, çünki ona inanır və onun köməyinə ehtiyacı var. 



    Filmin əvvəlində bir anlıq tərəddüd edirsən ki, bəlkə Kim Joon elə manyakdı?

   
    Bu qədər.. Düzü istəmirəm sizə bütün filmi başdan axıra yazmaq, onda maraqlı olmur çünki.. ;)
     Filmə baxdığınız zaman biləcəksiniz: 
1. Dedektiv Choon Dong və Kim Joon əsl qatili/manyakı tapa biləcək?
2. İtkin düşən balaca qız sağdır ?
3. Qatilin aqibəti necə olacaq?
4. Ən əsası Kim Joon (Kim Bum)u SON da nə gözləyir???..










 Bu da filmin sonunda səslənən mahnı/soundtrack
                             

Bundan başqa bir video da varki, bunu da izləməlisiniz. Mahnı filmin soudtrackı deyil. Ancaq film üçün əla soundtrack olardı ^_^



Çox bəyənmişdim filmi, sizə də məsləhət görürəm... 



2 comments:

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...