Romantik- komediyadan bezənlər üçün , Ciddi serial ;)
Two weeks serial 2013-cü il 7 avqustdan MBC kanalinda yayıma başladı. Seriala baxmaq üçün sadəcə Lee Joon Gi (이준기) nin baş rolda olması belə yetərlidi əslində, çünki bu aktyor adi 1 hekayesi olan seriala çəkilmir, məsələn sadəcə romantika və azca komediya olan seriallarda bu ada rast gəlmək mümkün deyil əsasən. Lee Joon Gi nin seriallari həmişə uğur qazanıb. Bu drama da onların sırasına qatılacaq və bəlkədə aktyorun ən uğurlu serialidir.
Ama əlbəttəki serialın üstünlüyü tək 1 aktyorda deyil. Digər aktyor heyəti də işində profisionaldır : Mənfi baş qəhrəmanlardan tutmuş Lee Joon Gi nin qızını canlandıran balaca qıza qədər .

Sümüy iliyi əməliyyatı üçün vaxt 14( 2həftə- two weeks) gün sonraya təyin olunur və bu vaxt ərzində Seo So-Jini (qızı) əməliyyata hazırlayaqdılar və Tae-San əməliyyata gəlməsə qızının öləcəyini ona bildirirlər. Jang tae-San Seo İn-Hye dən gangster Moon İl-Seok a görə ayrılmışdı, Moon İl-Seok İn-Hye nin həyatının qarşılığı olaraq Tae-San dan insan öldürdüyünə görə onun yerinə polisə təslim olmasını tələb etmişdi. (Öldürülən adamın qızı Park Jae-Kyung gələcəkdə Moon İl-Seok üçün baş ağrısına çevriləcəydi və prokuror(türkcə savcı) olduğu üçün də onu öldürmək asan deyildi o dövlət adamıdı çünki.) Tae-San Oh Mi-Sook (Park Jae-Kyung tərəfindən gizlicə Moon İl-Sook un yanına yerləşdirilmişdi, onu ifşa etmək üçün) adlı daimi müştəri olan (1 azda saf qızdı) qızın xəstə olduğu üçün onu çağırdığını eşidir və onun ev adresini alıb ora gedir ( ama hələdə başa düşə bilmirəm niye?! özünə bu sualı versəydi Tae-San vaxtında, bu hadisələr də olmazdı bəlkədə :P :D ). Evin qapısı açıq olduğundan içəri girir və başına arxadan aldığı zərbədən sonra oyananda artıq 

yanında Mi-Sookun cəsədi elində bıçaq vardı və o an əlbəttəki polis evə daxil olub onu həbs edir və Tae San sağ qalmağ üçün həbsdən qaçır (əslində qaçışı planlamamışdı sadəcə maşın qəzası olur və o da bundan istifadə edir). Tae-San indi qızını xilas edə bilmək üçün 2 həftə polislərdən və Moon İl-Sookun adamlarından gizlənməlidi. Artiq Koreyada onun qaçaq qatil olduğu bütün kanallarda yayımlanıb və heç kim qatilə kömək eləməz. Həmdə o bu müddətcə sağ qalmalı və ən əsasə yara almamalıdı, çünki yaraya düşə biləcək infeksiya əməliyyat üçün təhlükəlidir. Bu da ilk bölümlərdən olan şəkil :)))))
Əsas rollari taniyaq :)

Baş rolda Lee Joon Ki nin olduğunu əvvəldən bildirmişdim və onun haqqında məlumat da verdim yuxarida ;) Novbədə Kim So-Yeon (김소연) dur. O serialda Park Jae-Kyung rolunu canlandırır ve deməliyəmki rolunun öhdəsindən əla gəldi. =) Bütün ömrünü atasının qatillərinin həbsinə həsr edib deyə bilərik. 







Digər tərəfdənsə(nə çox tərəf oldu :D) o bu adama nifrət
edir, çünki qadını uşaqla birgə atib bu adam.
Və növbədə mənfi obrazlardi!!!!!! Serialin uğurunda mənfi rolların da rolu danılmazdır.
Moon IL-Seok rolunu Jo Min-Gi , onun oğlu profisional killer




Bundan sonrasını isə seriala baxmaqla öyrene bilersiz ;) Baxanlar peşman olmur :P
Soundtrack / ost isə əla seçilib , drama nın həyəcanıni hiss elətdirir.
![]() |
No comments:
Post a Comment