Mən musiqini çox lap çox sevirəm. O dərəcə ki daş dövrünə geri qayıdırıq desələr ağlıma ilk gələn BES QULAQ ASDIĞIM MAHNILAR? O.o sualı olar.Nə televizor, nə radio, heç telefon da yox. . . .Məni dünyaya həm bağlayan, bəzənsə gündəlik problemlərdən qaça bildiyim yeganə yerdir musiqi. Bilirəmki, bu təkcə məndə belə deyil, yoxsa qulaqciq (nauşnik) istifadə edənlərin sayı bu qədər artmazdı ;) Sadəcə yeni mahnılar axtarmaq üçün kompyuterin başında saatlarca oturduğum vaxtlar o qədər çoxdurki. Və yeni mahnılar tapdığım o andakı sevincim... (heç şişirtmirəm) yeni mahnılar tapdığım gün bayrammış kimi sevinirəm və əlbəttəki bütün gün qulağımda qulaqcıq mahnılardan bezənə qədər qulaq asıram Əslində bu xasiyyətimnən xoşum gəlmir ama əlimdə deyil :/ Mənim sırf fanı olduğum müğənni, ya da grup yoxdur. Çünki mən elə musiqinin vurğunuyam, əsas olan hansı qrupun, hansı müğənninin oxuduğu yox, mahnının necəliyidir mənimçün. Bəzən sevdiyim mahnını hamının dinləməsini istəyirəm, bəzənsə mahniya qarşı qısqanclığım olur istəyirəm heç kim qulaq asmasın O.o (dedim axı musiqi dəlisiyəm-bu da normaldı ona görədə ;P) Ən rahat yazdığım yazı əlbəttə ki musiqi haqqında olur.Serial haqqında yazanda ama əməlli başlı axtarışda oluram- hansı şəkilləri seçim, hansı rəsmi məlumatlar.. bunları axtarib yazmaq məndə daha çox vaxt aparır.
1-2 ƏN SEVDİYİM MAHNIlardan burda paylaşım istədim.Həm də tək K-POP dan yox, ama əlbəttəki K-pop dan başlayaram ;)
İlk olaraq ilk dinlədiyim mahnını paylaşım. Çoxomuzun tanıdığı 1 serialdan və çoxumuzunda sevdiyi bir qrup. Ən tez ağla gəlsin deyə bu cümləni də yazım - Koreya seriallarına çoxumuz bu serialla başlamışıq.=) BoyS OveR FloweR dan ən sevilən OST SS501- Beacuse İ'm stupid
Etiraf edimki yuxardakı video ya baxdığım üçün yenə bu seriala baxmaq istədim. Əlbəttəki Kim Hyun Joong sağ olsun ;P bu mahnının digər versiyası da eladır.
Bu serialda Kim Hyun Joong un rolu bir başqa gözəl idi, serialdakı ütün obrazlar, bütün hadisələr bir yanda Ji Hoo bir yanda . Elə buna görədə müğənni bir müddət Ji Hoo adı ilə yaddaşlarda qaldı və sırf bu roluyla ürəklərə yol tapdı. <3 Ama sonradan insanların gözündə ancaq Ji Hoo olmadığını sübut etmək və Kim hyun Joong kimi özünü tanıtmaq üçün az çalışmıyıb.
Kim Hyun Joong la başlamışamsa, elə onun ən sevdiyim ilk solo ifasını yada salmadan keçmiyim.-Please be nice to me ah aaaaaaah nə çox qulaq asdim bu mahnıya və hələdə qulaq asıram. Mahnının klipini yox konsertdən olan çıxışı paylaşacam, çünki Kim Hyun Joong un rəqsi və ümumilikdə xareoqrafiya superdir.
Kim Hyun Joong dan hələlik bu qədər çünki yazımı tam ona həsr eləmiş oluram yoxsa =))P.S. hər paylaşdığım mahnıya yenidən qulaq asıram, arada fasilə olur ona görə də yazım uzanır :D
Digər mahnı Green Day və Oasis rok gruplarının birgə ərsəyə gətirdiyi mahnıdır. Bu mahnının ilk notlarından üzümə qəribə bir təbəssüm qonur. Optmisit oluram niyəsə, halbuki sözləri elə də optimist deyil O.o Mahhnının adın yazmaq yadımnan çıxmamış yazim mən - "Wonderwall(bəzi yerlərdə Boulevard) of Broken Dreams" mahnını dinləyin sevəcəyinizə əminəm ;)
Oasis qrupundan söz açıb da "Stop crying your heart out" mahnısının üstündən keçmək olmazdı. Çox kədərlidi mahnı, hələ soundtrackı olduğu " butterfly effect" (kepenek effekti) filminə də baxsanız nə demək istədiyimi biləsrsiz. . . . Çox romantik filmdi, filmə baxanda ağlamağı sevənlər hec vaxt itirməsin burda hətta :D Əla filmdi əgər baxmamısızsa elə indi baxın , peşman olmazsız. =)
Növbədə kim var deyə baxdım və Dima Bilan varmış. Bir vaxtlar xüsusilə çox sevilirdi bu ifaçı. Avroviziyanın qaliblərindəndi və çoxları onu elə avroviziyadan tanıyır. Ama mən qalib olduğu mahnını yox digər mahnılarını paylaşacağam. (çünki avroviziyada onu qalib edən mahnını sevmədim heç) Hansı mahnısın seçim deyə çox fikirləşdim və qərarım əsas 2 mahnısı oldu.
Bu mahnının klipindən də çox xoşum gəlir.
bu mahnı isə çox çox sevdiyimdi, ad günü təbriki ilə başlıyıb ayrılığa keçən bir mahnı :'(
2 dedim 4 oldu :D daha çox ola da bilərdi çünki qəsəng mahnıları çoxdur. Bu mahnının klipi orijinal və fəqrlidir. ;)
Emre aydın bu ifaçıdan hansı mahnı olsun? Bütün mahnılarını sevirəm hamısı çox gözəldi və 1 insan bəstələsə də oxşar deyil ən əsası 1 əvvəlki 1 də yeni albomundan olan mahnı paylaşım. İlk qulaq asdığım mahnısını yəni " Bu yağmurlar"
bu müğənni bilir insanın ən dərin duyğularına mahnıyla necə təsir etmək olar, yəni işinin usatısıdır. Növbəti çox sevdiyim mahni ' Eylül" sözləri də bir başqa gözəldi mahnının . . .
Və Manga . Bu qrupu da çox xoşlayiram. Cevapsız sorula- mahnısı
Alışırım gözlərimi kapamaya
2PM Koreyanın ən sevdiyim gruplarından biri bəlkədə birincisi, demək olar bütün mahnılarına qulaq asmışam və hamsını da bəyənirəm. Sırf 2PM imzası olduğuna görə yox mahnılarda çox gözəldir. Yenə çətin seçim qarşısındayam və ...
Klipin təsirindən qara rəngli yazıya keçdim =))
Digər mahnı "Without you" xüsusilə yağış və piano ikilisi yadda qalan təsirə malikdir.
2PM dən ayrıca yazacağam, bütün mahnıları da orda paylaşaram ;)
Chery Cole və Will.I.Am
3words (I LOVE YOU)
Huang YiDa - Set me free
Əslində Çin mahnılarına qulaq asan deyiləm ama .. sadəcə dinlədikdən sonra nə demək istədiyimi anlayacaqsınız.
One Republic dən də All the right moves
Bigbang dan mahni olmazsa olmaz əlbəttəki ;)
Bigbang ın ilk sevdiyim mahnısı "BLUE"
Bigbang grup üzvü Seungri Gotta to talk to you
çooooooox sakit, super səs və musiqidir.... =)
Beast -dən Fiction klipə baxın rəqslərini xüsusilə sevdim ;)
Beast varsa onda Yong Junhyung un Flower mahnısı da burda olmalıdı dedim və buda o mahnı (1vaxtlar telefon zengim olub bu mahnı =))
CNBLUE dan ilk sevdiyim mahnı İ'm sorry mahnısı və klipi. Klipə baxın əladır. (bilirəm paylaşdığım bütün mahnıları tərifliyirəm və demək olarki hamısının da kliplərinə 'baxın çox gözəldi' yazmışam ,ama doğrudanda belədir çünki burda seçmələrdir ;))
Tablo dan da ən sevdiyim mahnı Bigbang grupundan Taeyang la duetləridir.
Tablo dan digər mahnılar və Tablonu daha yaxşı tanımaq üçün kliklə =)
Əslində burda ola biləcək mahnı əlbəttəki çox idi ama mən yazıb bitirə bilməzdim onda ;/
Son olaraq bu yazini yazmağımda böyük rol oynayan ilham verən CNBLUE dan COLD LOVE Cnblue nun yeni comeback geri dönüş albomundan olan və həmin albomdan ƏN SEVDİYİM mahnı. Telefon zəngimdi bu mahnı artıq o devdim ;)
BU da son .. İnanıramki dinləyəcəksiniz və bəyənəcəksiniz. Rəy lərinizi də yazsanız sevinərəm ;)
No comments:
Post a Comment