Novruz bayramı gəldi nəhayət!Hər il Mart ayının 20 -si və 21 -i Azərbaycanda Novruz bayramı qeyd edirik.Ən sevdiyim bayramlardandı, baharın gəlişini təmsil edir bu bayram. Bu bayram bir neçə ölkədə keçirilir (əsasən türk,şərq ölkələrində).Ancaq əminliklə deyə bilərəm ki, Novruz ən gözəl Azərbaycan da keçirilir. Öz ölkəmdi deyə yox. Bu subyektiv fikrim də deyil, faktdı. Bizim ölkəmizdə böyükdən kiçiyə hamı hazırlaşır bu bayrama. Bayram da olmalı olan hər şey var bu bayramda qisaca desəm :D Evdə analar, nənələr, gəlinlər , qızlar biş-düş edir əlbəttəki. Bu bayramın ŞİRİN hissəsindən yazım birinci.Novruzda Paxlava, şəkərbura, qoğal (və səməni halvası) olmasa qeyd etdiyin bu bayram Novruz bayramı deyil bunu əvvəlcədən deyim. Koreya serialı haqqında yazıram elə bil geniş geniş də yazıram bayram haqqında məlumat :D
Şəkərbura
Şəkərbura & Paxlava
Və qoğal. Mən şorqoğalı əsasən səhərlər şirinçayla yeməyi çox xoşlayıram, çox dadlı olur :))
Rəngli yumurtalar. Bunlar da işin əyləncə tərəfinə aiddi əslində. Çünki biz hərə bir yumurta seçib döyüşdürürük. Yumurtan sındısa məğlubsan.
Bakı bayramda daha gəzməli olur.
Cavan qızlar evlənəcəyi adamla bağlı məlumatlar almaq üçün müxtəlif sınamalar dan istifadə edir. Ən məşhuru İlaxır Çərşənbə də nişanlı bir qızın üzzüyünü və evlilik yaşını bilmək istəyən qızın 1 tel saçını qoparır və 1 stəkandə (stəkana su da tökürük) saç telindən asılı üzzüyü stəkanda suya salıb çıxarır və sonra stəkandan tam çıxartmır, sora normalda üzzük təbiiki, stəkanın divarına dəyir və başla saymağa, harda dayansa o yaşda da evlənərsən :D
Not. Mən bu sınamalara inanmıram, bunlar sadəcə adətlə bayramın bir hissəsi olaraq bizə gəlib. Bu mənim düşüncəmdi təbii iki, inananlarda var. Yəni sınaya bilərsiz ;)
Tonqal. Bayrama qədər 4 Çərşənbə olur. Su, od, külək, Torpaq Çərşənbəsi . Niyədi bu adlar?- Bunlar su məsələn suların , donmuş çayların əriməsini bildirir, torpaq ən sonda olur . Ən sonda baharın gəlişi torpağın oyanması ilə özünü göstərir. Hər Çərşənbə axşamları qeyd olunur və tonqal yandırılır. Bunu əsasən biz tərəflərdə uşaqlar yəni lap da azyaşlı yox :D yandırır. tonqal üstündən atlanmağın da mənası var. Ağırlığını, xəstəliyini keçmiş ildə qoymaq deməkdi. Axı baharla yenilənir təbiət, buna görə yeni il.
Plov/ Aş . Hər Çərşənbədə və Bayram axşamı hər evdə plov dəmlənər.Plovun da növlərini saymaqla bitməz . Ama bir növü bişiririk, sevdiyin hansı növ plovdusa onu.
Bir də Keçəl ilə Kosa olur. Bayramın obrazlarıdırlar. Kosa yığar bayram payın keçəlin toyun eylər deyib pay yığar :D
Xoruz döyüşdürmək də var əlbəttə.Sazlı-sözlü, musiqili, bol rəqs olan bayramdı Novruz.Baharın gəlişini qeyd edirik bu bayramla biz.
Bayramda əsas hər evdə Səməni olmalıdı. Səməni nədir bilməyənçün baharın rəmzi. Sünbül cücərir səməni olur. Səməni evdə cücərdilir çünki ruzi, bərəkət rəmzidir. Ama günümüzdə çoxları marketlərdən də ala bilər.
Xonça . Xonçada rəngli yumurta , paxlava, şəkərbura , qoğal, qoz-fındıq, iydə kimi çərəzlər, şam olur və səməni. Şəkildəki kimi
Bayramda cavanlar yaşlılarla bayramlaşmaq üçün görüşər həm də.
Yazımı bu gün paylaşdım , çünki sabah notebook un başına gəlib bir şey yazmağa vaxtım olmayacaq. ;))
Bayram əhvalını hiss etməkçün mahnını dinləyin.
Tünzalə Ağayeva nın Novruz mahnısı da yeni bəstələdiyi mahnıdır. (bu müğənninin bütün mahnıları mükəmməldir. bu haqda yazmağı düşünürəm)
Bayramımız Mübarək !!
Ayy ne güzel şeyler bunlar :D Ama benim gözüm baklavanın altındaki şekerburada kaldı ne kadar güzel şekli var öyle hemen araştırıp öğrenmeliyim:))
ReplyDeleteÇox sağol :)) Şəkərburanı öyrən , bişirsən mənə də nəticəni yazarsan ;) görünüşcə ən qəşəngi şəkərburadı düzdü :D
ReplyDelete