Musiqi..
Həmin gündən xatirə şəkil. |
Yayın sonunu məhz Sofar Bakı konserti ilə yekunlaşdırmaq- Bunu çox sevdim. Əslində Sofar haqqında elə ilk yazımda həm Sofarın öz tarixçəsi haqqında kiçik məlumat yazmaq, həm də Sofar Bakının son konserti barəsində və həmin konsertdən necə zövq aldığımı sizinlə paylaşmaq istəmişdim. Ancaq özlüyündə bir cümləyə belə güclə sığan məlumat və hisslərimi 1cə yazıya sığdırmaq çətin olardı. Sofar Bakıya əvvəllər heç vaxt dinləyici olmaq üçün qeydiyyatdan keçmirdim. Düşünürdüm ki, şansım gətirməz. Əvvəlki yazımı oxumusunuzsa dinləyicilərin təsadüfi yolla seçildiyini bilirsiniz (oxumayanlar geriyə qayıdıb əsas səhifədən oxuyub gəlsə çox mu şey istədim?)
25 avqust- konsertdən 1 gün əvvəl həmin mail(meyl) gəldi. İlk görəndə inanmadım və SofarBaku instaqram səhifəsinə baxdım. Orda mail-lərinizi yoxlayın mesajını gördüm və əla. Seçilən dinləyicilərə aşağıdakı kimi bir mesaj gəlir. Konsertin yeri, performerlər bir gün əvvəldən və yalnız seçilən dinləyicilərə mail-də göndərilir. Çıxış 5 performer seçilib ki, bu da konsertin uzun olacağı demək idi. Konsertin məkanı isə Lunapark idi. Lunaparkda yere salınmış palazların üstündə oturub canlı musiqi dinləmək mənim üçün unudulmaz xatirə olaraq qalacaq. Konsertdə özümə səhnəyə yaxın yer seçdim, çünki qarşıda kiminsə söhbəti və sair. mənimlə səhnə və musiqi arasına girsin istəmirdim.
Beləliklə konsert mail-də qeyd olunduğu kimi Vedad-ın çıxışı ilə başladı. İfaçı özü arada zarafatlar edərək, dinləyicilərin əhvalını musiqiyə hazırladı. Ümumilikdə yaxşı danışmağı bacaran, özünəinamlı insan təəssüratı bağışladı. İlk olaraq xalq mahnımız "Sarı gəlin"-i ifa etdi. Bu mahnını məncə sevməyən yoxdur. Sonra ifaçı dünyasını dəyişən xalasına mahnı həsr edib ifa etdi. Daha sonra oxuduğu mahnıları da müğənnin youtube kanalından bura əlavə edirəm.
Son olaraq isə müğənni Nigar ilə duet oxudular. Bu da maraqlı mahnı idi. Mən bəyəndim. Açığı bir az ifaçılardan Nigarın səsində ya ifasında izah edə bilmədiyim əksiklik hiss edirəm. Bu fikir xüsusilə mahnının əvvəllərində olur, sonlarına doğqu sanki hər şey normaldır. Hər halda bu mənim şəxsi fikrimdir. Vedad-da isə özünün də dediyi kimi Müslüm Maqomayev sənətindən bəhrələnib. Bundan əlavə mən ilk gördüyüm və səsini eşitdiyim andan nədənsə ağlıma Marilyn Manson gəldi.
SofarBaku-dan həmin o mail. |
Beləliklə konsert mail-də qeyd olunduğu kimi Vedad-ın çıxışı ilə başladı. İfaçı özü arada zarafatlar edərək, dinləyicilərin əhvalını musiqiyə hazırladı. Ümumilikdə yaxşı danışmağı bacaran, özünəinamlı insan təəssüratı bağışladı. İlk olaraq xalq mahnımız "Sarı gəlin"-i ifa etdi. Bu mahnını məncə sevməyən yoxdur. Sonra ifaçı dünyasını dəyişən xalasına mahnı həsr edib ifa etdi. Daha sonra oxuduğu mahnıları da müğənnin youtube kanalından bura əlavə edirəm.
Bu çıxışdan sonra isə son zamanlar xüsusilə "Ey Gözəl" mahnısı ilə seçilən qrup The Half -ın sırası idi.
Əvvəlcə qrupun məhz bu mahnısını çox sevdiyimi qeyd etməliyəm. Klip olaraq isə qrup keçən əsrin sonlarından çox maraqlı filmdən kadrları seçiblər. Mahnını daha uğurlu edən səbəblərdən biri də düşünürəm ki, məhz bu seçimdir. Klipi unutmaq məncə mümkün olmayacaq.
Təəssüf ki konsertdən daha çox şəkil çəkə bilmədim. Daha çox canlı musiqi dinləməklə məşğul idim. The Half rock (rok) qrupunun digər mahnılarını da canlı dinlədik. Yenə də canlı ifanı Sofar bakı-nın öz youtube kanallarına yerləşdirəcəkləri günü gözləyək. Canlı çıxışda qrupun bütün mahnılarını sevdim. Ümumilikdə həmin konsertdən bütün çıxışları Sofar Bakı-nın youtube kanalında paylaşmasını gözləyirəm. Həmin günü və musiqidən zövq aldığım anları yenidən hiss etmək xoş olardı. Aşağıfakı paylaşdığım mahnının- "Neyniyim Qardaş"- canlı ifasını daha çox bəyəndim.
Digər mahnı "Sərxoş Qadın" mahnısı daha çox ilk notlarından kədər hiss etdirən gözəl mahnıdır.
Təbii olaraq qrupun ən son və ən sevilən mahnısını sona saxladım. Qrupun son ifa etdiyi mahnı həm də onları tanımayanlara da tanıdan bir mahnıdır. Əvvəlcədən haqqında qeyd etdiyim "Ey Gözəl" mahnısıdır. "Babamızın babasının babası" filmini izləməyən varsa məncə izləsin.
The half qrupu konsertə bir rock konserti havası qatmışdı. Belə ki sakitcə oturub dinlədiyim konsertin yarısında artıq ayaqüstə idik. Tam da rock dinləyicisi və rock konserti kimi.
The Half-dan sonra isə "East or West" qrupu çıxış etdi. Bu qrup daha çox milli və xarici mahnıları mix-i və ya xarici populyar mahnıların milli alətlərimizlə ifası ilə seçilir.
Konsert haqqında daha çox yazmaq istərdim amma təəssüf ki, saat 9-10 radələrində artıq yolu nəzərə alıb, konsert yerini tərk etməli oldum. Fikrimsə sonra çıxış edəcək "Ahmedovski trio" (qrupu dinləmək üçün adına klikləmək yetər) və "Free from Four" qruplarında qaldı. Gözəl mahnı, qrup, konsert vaxtı musiqiylə bağlı hər cür fikrinizi, məlumatınızı bölüşün. Rəylər (comment/yorum) bölməsi bunun üçündür. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.
Əvvəlcə qrupun məhz bu mahnısını çox sevdiyimi qeyd etməliyəm. Klip olaraq isə qrup keçən əsrin sonlarından çox maraqlı filmdən kadrları seçiblər. Mahnını daha uğurlu edən səbəblərdən biri də düşünürəm ki, məhz bu seçimdir. Klipi unutmaq məncə mümkün olmayacaq.
konsertdən çəkdiyim şəkillərdən biri. |
Təəssüf ki konsertdən daha çox şəkil çəkə bilmədim. Daha çox canlı musiqi dinləməklə məşğul idim. The Half rock (rok) qrupunun digər mahnılarını da canlı dinlədik. Yenə də canlı ifanı Sofar bakı-nın öz youtube kanallarına yerləşdirəcəkləri günü gözləyək. Canlı çıxışda qrupun bütün mahnılarını sevdim. Ümumilikdə həmin konsertdən bütün çıxışları Sofar Bakı-nın youtube kanalında paylaşmasını gözləyirəm. Həmin günü və musiqidən zövq aldığım anları yenidən hiss etmək xoş olardı. Aşağıfakı paylaşdığım mahnının- "Neyniyim Qardaş"- canlı ifasını daha çox bəyəndim.
The Half-dan sonra isə "East or West" qrupu çıxış etdi. Bu qrup daha çox milli və xarici mahnıları mix-i və ya xarici populyar mahnıların milli alətlərimizlə ifası ilə seçilir.
Konsert haqqında daha çox yazmaq istərdim amma təəssüf ki, saat 9-10 radələrində artıq yolu nəzərə alıb, konsert yerini tərk etməli oldum. Fikrimsə sonra çıxış edəcək "Ahmedovski trio" (qrupu dinləmək üçün adına klikləmək yetər) və "Free from Four" qruplarında qaldı. Gözəl mahnı, qrup, konsert vaxtı musiqiylə bağlı hər cür fikrinizi, məlumatınızı bölüşün. Rəylər (comment/yorum) bölməsi bunun üçündür. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.
Great post , I'm following you , please follow me too
ReplyDeletewww.makeyourfashionchoice.blogspot.com
Hi, Thank you. Sure ;)
Deletene güzel olmuş senin içiiin :) şimdi hepsini dinliycem nigarı daaa :)
ReplyDeleteÇoox gözəl gün idi. Məncə də dinlə. Əmin ol bəyənəcəksən :)
DeleteSofar haqqinda hec esitmemisdim.Maraqli yazi olub
ReplyDeleteSofar haqqında elə çox adam bilmir. Təşəkkür edirəm
Delete