Monday, August 27, 2018

Sofar Sounds

Sofar Baku.

Arzuladığım konsert.http://dreamhigh-happyday.blogspot.com/


  İnsanları o qədər müxtəlif səbəblərdən bölürük ki, bunlardan biri də konsert və musiqiyə olan münasibətləridir. Bəzi insanlar konsert zaman ucadan mahnını ifaçı ilə oxumağı, dostları ilə musiqi haqqında dinləyərkən söhbət etməyi sevir. Ancaq digərləri musiqi başladığı andan sadəcə dinləmək və o an sadəcə musiqini düşünmək, yanında kimin olduğunu belə düşünmədən məhz həmin an yalnız musiqidən zövq  almağa üstünlük verir. Məncə artıq 2. tip insan olduğumu təxmin etdiniz. Sofar məhz belə insanlar üçündür. SOFAR- Songs From A Room. (Bir Otaqdan Gələn Mahnılar)
  Qısaca yaranma tarixinə baxsaq: 2009-cu il Londonda Rocky Start, Rafe Offer, Dave Alexander (Roki Start, Reyf Ofə, Deyv Aleksandr) tərəfindən qurulub. Onlar bir Friendly Fires konsertində ucadan danışanlar, içki şüşələrinin bir-birinə vurulma səsi və insanların mobil telefonlarına baxmalarından qıcıqlanıb və narahat olublar. Bundan sonra ilk Sofar konserti baş tutub. İlk olaraq özləri Aleksnadrın Londondakı mənzilində 5 mahnı ifa edib. Dinləyicilər isə yalnız yaxın 8 dost olub. Ancaq 2. konsertə daha çox insan gəlib. Sofar əsasən ağızdan ağıza məhşurlaşıb. 
Artıq Sofar 400-dən çox şəhərdə keçirilir. Sofarı fərqləndirən əsas bir neçə səbəb var. Bura gələn ifaçılar, qruplar əsasən elə həmin vaxtlar elə də məhşur olmur. İnsanları daha çox cəzb edən isə konsertin yeri və çıxış edəcək performerlərin adının yalnız 1gün əvvəl elan olunmasıdır. Konsertdə iştirak üçün isə siz Sofar-ın rəsmi saytından qeydiyyatdan keçməlisiniz. Ancaq bu kifayət deyil. Bundan sonrası bir az şans işidir. Belə ki qeydiyyatdan keçənlər arasından təsadüfi yolla konsertdə iştirak edəcək şəxslərə elektron poçt ünvanlarına (mail) seçildikləri, konsertin yeri və performerlərin adı olan mesaj gəlir. Konsertlərin təşkilində iştirak edənlər əsasən könüllülər olur. Konsert əsasən ödənişli olur. Bu ödəniş isə konsertin keçirilməsi (baş tutması) üçün xərclənir. Sofar UK(Birləşmiş Krallıq) və İrlandiyada konsertlərində bəzi məhşur, sevilən ifaçıların çıxışı da baş tutub. Bunlara James BayHozierEmeli SandéWill Young, Tom Odell, ShuraBenjamin Clementine, aktyor Robert Pattinson, Wolf AliceBastille  Lianne La Havas aiddir. Yazdıqlarım arasında xüsusilə James Bay, Hozier (hər 2 müğənninin Sofar çıxışlarını dinləmək üçün sadəcə adlarına klikləmək yetər) , Tom Odell dinləyən və sevən biri olaraq həmin konsertlərin necə gözəl olduğunu təsəvvür edə bilirəm. Əsasən konsertlərdə dinləyici normal konsertdəkindən az olur. İnsanda sanki dostlarıyla canlı musiqi dinlədiyi doğma bir yerdəymiş kimi bir hiss yaşadır. Sofar konsertləri ayda ən azı 1dəfə keçirilir. Sofar konsertlərini fərqli edən həm də konsertin keçirilmə yeridir. Belə ki, konsert ağlınıza gələn hər yerdə keçirilə bilir. Bu kiçik bir otaq, hansısa evin damı və ya adi bir geyim magazası belə ola bilər. Sonra konsertlər Sofar-ın youtube kanalına yerləşdirilir. Bu da o deməkdir ki, siz müxtəlif şəhərlərdən heç tanımadığınız bəlkə də, en sevdiyiniz olacaq ifaçını dinləmə imkanına sahibsiniz. 
SofarBaku/ Sofar Bakı. 2016-cı ildən fəaliyyət göstərir. Sofar Bakının rəhbəri Rəşad Nəzərlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sofarın rəsmi vebsaytı: https://www.sofarsounds.com 
Rəsmi instaqram səhifəsi və hər şəhərin rəsmi Sofar instaqram hesabı mövcuddur. 
Növbəti yazım SofarBakı-nın son konserti haqda olacaq. Həmin konsertdə mən də dinləyici idim. Buna görə də xüsusilə fikirlərimi məhz o yazıda sizinlə bölüəşəcəm.
Sofar ifaçılarını diqqətlə dinləyin. Kim bilir gələcəkdə nə baş verəcək. Bəziləri xatirələrə çevrilir, Bəziləri əfsanəyə.

No comments:

Post a Comment

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...