Ən yaxşı insan axmadır, yoxsa axmaq ən yaxşı insandır?
məhz bu üz qabığı kitabın ən sevdiyim və ən mənalı üz qabığıdır. |
Kitabı bitirən kimi onun təəssüratları təzə ikən bu yazını yazmaq istədim. Əslində siz bu yazını oxumadan da sadəcə kitabı alıb oxuya bilərsiniz. Hətta belə çox daha maraqlı olar. (Əlbəttə əgər hələ də kitabın mövzusundan xəbəriniz yoxdursa) XX əsrin ikinci yarsında işıq üzü görmüş kitab mənim bir neçə ildir ki, hər yerdə rastıma çıxır. Daha aydın desəm "Kürk paltolu madonna" nı hər yerdə əvvəlcədən sözləşmiş kimi müxtəlif insanların əlində gördüyüm kimi bu kitab da nisbətən həmin tipdə son zamanlar məhşurlaşıb. (təbii ki şəxsi fikrimdir).
Yazıçı Daniel Keyes in ən məhşur əsəridir. Amerikalı yazıçı ilk olaraq mövzunu qısa hekayə olaraq 1958-ci ildə yazıb. 1959-cu ildə isə elmi fantastik jurnalda kiçik hekayə yayımlanır. Hekayənin uğurundan sonra 1966-cı ildə kitab çap olunur.
Bu üz qabığı isə mənim kitabımındır. |
Əslində öz oxuduğum kitabın üz qabığına görə çox da maraqlı gəlməzdi almazdım. Kitabın içini nəzərə alsaq bu üz qabığı uşaq kitabını və ya romantik kitabı xatırladır. Bu romanın sadəcə adi romantik olduğunu düşünmürəm.
Romanın mövzusu haqqında mümkün qədər qısa yazmağa çalışacam. Bütün insanların hüququ bərabərdir. Yalnız üzərinizdə işləməklə, həyatda daha çox nailiyyətlər əldə edə bilərsiniz və bu da çox ədalətli yoldur. Ancaq bəzi insanlar həyata eyni bacarıqlarla başlamır. Romanda əsas qəhrəmanımız əqli cəhətdən geri qalmış (əqli qüsurlu) Çarli Qordondur. Onun həyatı ürəyincədir. İşi var, dostları var və yeganə arzusu hamı kimi ağıllı olmaqdır. O bunun üçün özü kimi insanlar üçün nəzərdə tutulmuş axşam məktəbinə gedir. Orada yazmağı və oxumağı öyrənməyə çaılışır. O sinifdəki ən çalışqan və ən həvəsli adamdır. Keçmişi və ailəsi haqqında demək olar heç nə xatırlamır. Yalnız qısa dumanlı xatirələr var. Təsadüf nəticəsində o üzərində təcrübə xarakterli onun əqli qabiliyyətini inkişaf etdirəcək əməliyyat üçün seçilən ilk insan olur. Əməliyyat uğurlu keçsə o hamı kimi ola biləcək. Romanda biz yaşadığı dünyaya 2Çarlinin gözü ilə baxırıq. Əqli qüsurlu Çarli 30lu yaşlarında olsa da balaca uşaq kimidir. Dünyanı da elə uşağın gözləriylə görür. Biz ilk kitabda hər şeyi məhz həmin Çarlinin gözləriylə görürük. Çarli olduqca yaxşı, xeyirxah insandır. Əməliyyatdan sonrakı Çarlinin gördüyü dünya isə zaman zaman sizi təəccübləndirəcək, kədərləndirəcək və düşündürəcək. Çarli üçün əməliyyatdan sonra dünya özü dəyişəcək. Biz isə kitabın hər səhifəsində onun tədricən gedən inkişafını və onda olan dəyişiklikləri oxuyacayıq. Əvvəlcə ona kəmağıl kimi baxırdılar. İndi isə o həddindən artıq inkişaf etmişdir və güclü intellekti var. Cəmiyyətin fərqli münasibəti və Çarlinin özünün düşüncələrindəki dəyişikliklərin şahidi olacaqsınız. Çarli təkcə daha ağıllı olmur, o həm də şəxsiyyət, bir fərd kimi inkişaf edir və dəyişir. Siz kitabı oxuyarkən onunla birlikdə bunu hiss edəcəksiniz. Məhz bütün bunları oxuduğunuz zaman zövq alacaqsınız.
Roman əsasında bir neçə film çəkilib. Kitabını oxuduqdan sonra məncə ilk olaraq elə 1968-ci ildə çəkilmiş filmi izləmək olar. Məndən sizə məsləhət kitabı oxumamış kitab əsasında çəkilmiş filmmi izləməyin. Hətta filmin afişasına belə baxmayın. Kitabın baş qəhrəmanını təxəyyülünüzdə özünüz canlandırın. Hansısa aktyor ağlınıza gələndə həmişə kitab daha az cəlbedici olur. Ən azı mənə görə elədir. Ancaq 1968-ci ildə çəkilmiş filmdə üzlər görünmür deyə xüsusilə paylaşmaq istəyirəm. Filmin adı romanla eyni deyil. Filmin adı "Charly"/CHAЯLY (Çarli) dir. Filmin adı elə qəhrəmanımızın öz adını yazdığı kimi təqdim olunur. Tərsinə yazılmış R hərfi ilə.
Romanın əsasında müxtəlif filmlər, tamaşalar, musical/myuzikl, seriallar çəkilib. Xüsusilə seçilənlər sırasında isə fransız filmi "Des fleurs pour Algernon" (2006-ci il) filmi var. Xüsusilə diqqətimi çəkən isə yaponların roman əsasında fərqli illərdə 2 serial (Yapon draması) çəkməsi oldu. "Algernon ni Hanataba wo" (romanın adının yaponcası) 2015-ci ildəki mini serialda baş rolda aktyor, müğənni Tomohisa Yamashita (səhnə adıyla Yamapi) oynayıb.
Kitab haqqında oxumayanları nəzərə alıb sadəcə spoi-siz qısa məlumat yazdım. Ancaq kitabdakı bir sözü paylaşmaya bilməzdim. İngiliscədən düzgün tərcümə olunmayan sözün altından qara xətt çəkmişəm. Hərfi tərcümə edilib. Əslində isə serial sözü düzgün tərcümə olardı. Kitabın son səhifələrindən olduğunu nəzərə alsaq kitabı oxumayanlara xəbərdarlıq edim ki, məhz səhifəni oxumayın.
Sonda isə başlıqdakı cümləni sual kimə yazını oxuyan sənə ünvanlayıram. Ən yaxşı insan məhz yaxşı olmağa çalışdığı üçün axmaqdır? Ya əvvəlcədən elə axmaq adam məhz ən yaxşı adamdır? Suala bir neçə tərəfdən baxmaq olar. Tərəfinizi seçin və fikriniz bölüşün.
teşekkür ederiim not aldım mutlaka okuycam duymamışım daha önceeee yaaa bellki ki çok güzeeel :)
ReplyDeleteÇox sağ ol Deep. Çox gözəldir, məncə mütləq oxumalısan. ;)
DeleteGüzel bir kitaba benziyor, paylaşım için teşekkürler :)
ReplyDeleteÇox bəyənəcəyinə əminəm. Mütləq şans ver kitaba və oxu
DeleteGüzel anlatmışsın canım sağol
ReplyDeletexoşdur, bəyəndiyinə sevindim.
Delete