Love Blog

Blogların gücühttp://dreamhigh-happyday.blogspot.com/

Blog oxumağı da, yazmağı da çox sevirəm. Bloq yazmağı boşluq, işsizlik kimi görənlərə isə yaxşı ki varsınız deyirəm. Niyə?- Çünki, onların sayəsində blog yazarları çox deyil. (mənə görə) Bir insan bloqdan nələr öyrənə bilər bir düşünək. Ən başlıcası qarşımda bir insanın təcrübələri var. Musiqi, film, kitab haqqında, və ya elə həyatın özü haqqında. Bu insan təcrübəsi nə qədər səmimi olursa o qədər çox oxuyuram. Bloq sayəsində haqqında heç nə bilmdiyim kitablar haqqında bilgim olur. İçlərindən bəyənəcəklərimi seçib oxuya bilirəm. Yeni mahnılar kəşf edirəm. Fərqli düşüncə tərzləri ilə tanış oluram.
http://dreamhigh-happyday.blogspot.com/
 Bloggerlər olaraq bir-birimizi çox yaxından tanımağa ehtiyacımız yoxdur. Sadəcə yazdığımız qədər tanıyırıq bir-birimizi. Ancaq bloq yazıları sayəsində  çoxdanın tanışı hissini verir. Bu hissəni də çox sevirəm. Bu tanımadığın hər hansı bir insanı müşahidəyə bənzəyir. Və ya tanımadığın insanla kiçik bir söhbətə, hansı ki o insanı heç tanımağa ehtiyac da yoxdur. Sanki bloqla tamam başqa dünyaya keçirəm. Bir toxunuşla dünyanın digər ucundakı bir insanın çox sevdiyin film haqqında eyni fikirləri bölüşdüyünü görə bilərsən. Bloqu hər kəsin yazmağını və bloq yazmağın dəb olmağını da heç istəmirəm. İnstaqram məsələn dəbdir. Hər istifadə edəndə  neçə saatımız gedir, amma çox lap çox vaxtımız getsə də düşünürəm ki son zamanlar xüsusilə reallığı itib. Az qala hər kəsin Cənnətə bənzər həyat yaşadığı yerdir İnstaqram. Çoxluq da şəkillərində effektlərlə dəyişikliklər edir. Və hər kəsin bir profili var. Dünya görüşü sənə uyğun olan, olmayan və ümumiyyətlə dünyagörüşü yox dərəcə olanlar. Bloq dünyası ancaq mənə görə elə deyil. Burda daha çox istədiyim, düşüncəmə uyğun yazılar tapa bilirəm. Özünə uyğun bloqları mütləq tapacaqsan. Bloq yazıb fikirlərimi, izlədiyim, dinlədiyim, oxuduqlarım haqqında təəssüratlarımı paylaşmağı da sevirəm. Siz də öz səbəbinizi yaza bilərsiniz, istər bloq yazarı, istər bloq oxuyucusu olaraq. 
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

14 yorum:

  1. neler anlatıyo bu blogçu söleseneee :)

    ReplyDelete
    Replies
    1. paylaşmaq istədiklərini və paylaşınca başqasına bir şey qatacaq şeylər. :)

      Delete
  2. Yazını çok beğendim blog okumayi kitap okumak kadar seviyorum azerbaycanli olmasamda yazdiklarini anliyorum ve çok doğru seyler yazmışsın instagrama bakmak beni mutlu etmiyor daha çok üzüyor kendimi yetersiz hissediyorum ama blog öyle değil sevdiğim bloggerlarin yazilarini hemen okuyorum cokda mutlu oluyorum okudugumda :) iyi ki blog var 💖

    ReplyDelete
    Replies
    1. Eyni dil ailəsindən olduğumuz üçün bu qədər anlaşılır. Azərbaycan türkcəsi və Türkiyə türkcəsi o qədər bənzərdir ki, sadəcə diqqətlə oxusan bir müddət sonra çox daha rahat anlaşılacaq. İnstaqramda olmadığın kimi görünməkdənsə olduğun kimi qal. İnstaqram olmasa da olar həyatında. ;) Məncə də yaxşı ki Blog var <3 Oxuduğun və rəy/yorum yazdığın üçün ayrıca təşəkkür edirəm.

      Delete
  3. Çok güzel bir yazıydı :) Sana kesinlikle katılıyorum. Blogta pek çok insan tanıdım, tanımaya da devam ediyorum. Onların hayatlarını bilmiyorum. Yani hayatlarında olup bitenleri, gündelik yaşamlarını vs. Ama bir şekilde onları tanıyorum. Her gün görüp de zoraki yoldan sohbeti devam ettirdiğim tonla insandan daha fazla tanıdığımı düşünüyorum en azından. Ve ınstagram... Bence de bloğun yanına yaklaşamaz. Blog yazmak bana daha meşakkatli, emek isteyen ama en önemlisi de gerçek geliyor. Bloğunu takipteyim :)

    ReplyDelete
    Replies
    1. Eynən! qatılıram fikirlərinə. Blog əmək tələb edir. Ruhsuz yazılar deyil burdakılar, hər kəs özündən düşüncələrindən, hisslərindən qatır yazdıqlarına. Məncə bloglar buna görə maraqlıdır.

      Delete
  4. Nasıl günümüzde insanlar arasında kitap okuma televizyon izlemenin gerisinde kaldıysa maalesef bloglar da biraz youtube gibi mecranın arkasında kalmış gözüküyor. Yalnız kitapların değeri düşmediği gibi bloglar da hala değerlidir. İnsanlar kolay yolu seçiyor diye doğru yol hiçbir zaman değişmeyecektir.

    ReplyDelete
    Replies
    1. Tamamilə razıyam. İnsanlar asan yolu seçir deyə, doğru yol heç bir zaman dəyişməyəcək. BU cümlən hər şeyi izah edir..

      Delete
  5. Merhaba... Okuduğum her blog bana yeni birşeyler katıyor. Bazen yüreklere dokunan bir yazı oluyor. Bazen müzik listesi ya da okunmaya değer kitaplar.Bazense işe yarar ürün tanıtımları. Her bloggerin dünyası birbirinden farklı olsa da her insandan öğrenilecek çok şey var. Güzel bir yazı olmuş. Emeğinize sağlık...

    ReplyDelete
    Replies
    1. Salam. Doğrudur, hər blogdan öyrənəcəyimiz nəsə olur. Təşəkkür edirəm.

      Delete
  6. Gorduyum qederiyle turkler daha cox oxuyur yazilarinizi.Kas bizimkiler de gorse😂Mence bizde blog yazicilari azdi.Cox duzgun yazmisiz herseyi.Ugurlar size

    ReplyDelete
    Replies
    1. Salam. Türkiyədən də çox oxuyurlar, Azərbaycandan da. Sadəcə azərbaycanlılar rəy çox bildirmir. :)

      Delete
  7. Artık eskisi kadar yazmasam da blogdan tamamen kopamıyorum çünkü dediğin gibi blog başka bir alem. Ulaşılabilirlik, fikir paylaşımı onu daha vazgeçilmez kılıyor :)

    ReplyDelete
    Replies
    1. Məncə də, eyni vəziyyətdir. Az zaman ayırsam da blog mənim üçün dəyərlidir. 1sənin yorumun/rəyin belə bura yazmağa həvəsləndirir.

      Delete