Tuesday, October 28, 2014

EPİK HİGH COMEBACK

EPİK HİGH YENİ ALBOMU - SHOEBOX

Epik high ən sevdiyim k-pop qruplarındandır. Elə bu səbəbdən də yeni albom, yeni mahnıları 4 gözlə gözləyirdim. Epik High dan xüsusilə Tablonu hamımız tanıyırıq. Tablonun solo albomu haqqında isə söz yoxdur. Mükəmməl idi. Tablo yenə solo albom hazırlasaydı əla olardı. ^_^ Epik High Koreyada həmişə fərqlilikləri ilə seçilən qrup olub. Əslində bu yazımdan əvvəl Tablo haqqında daha geniş yazı yazmaq istəmişdim və əlbəttə ki, Epik high haqqında da yazım olmalı idi. Birinci bu albom haqqında yazası oldum. 

Shoebox adlı albom qrupun sayca 8ci albomudur. Albomdan Born Hater mahnısı isə (birinci) first Pangyo Techno Valley Festival - da baş verən hadisəyə hörmət əlaməti kimi nəzərdə tutulduğundan daha gec təqdim olunub.







The fisrt Pangyo Techno Valley fetivalı zamanı məşhur gruplar bu festivalda iştirak etmişdi. T-ara, 4Minute, Junggigo, Cherry Filter. Bu qruplardan 4Minute in çıxışı zamanı isə qızları daha yaxından izləmək üçün insanlar daha irəliyə çıxmağa çalışıb və bu zaman ağırlığa dayandıqları yerdən (ventilyasıya/havalandırma reşotka/barmaqlıq-- bunun tərcüməsi üçün düzgün tərcümə heç cür ağlıma gəlmir) 10metr hündürlükdən yıxılıblar. 16 nəfərin öldüyü və 11 nəfərin isə yaralandığı deyilir. Ölənlər əsasən 30-40 yaşlarında kişilər olub, çünki festivalın olduğu yer əsasən texnoloji fabrik və bu kimi iş yerlərinin oldğu yer idi və bu insanlar da həmin iş yerlərindən çıxıb festivala gələnlər idi. Ancaq az qism 20li yaşlarda gənclərin də olduğu qeyd olunub. http://www.allkpop.com/article/2014/10/concertgoers-injured-killed-at-the-1st-pangyo-techno-valley-festival-during-4minutes-performance linkə girib özünüz də oxuya bilərsiniz, mənbəni qeyd etmək istədim. :) 

Born Hater mahnısının klipi isə +19 ilə çıxıb, yəni 19 yaşdan aşağılar siz dinləməyin :P (böyük olmağın verdiyi hiss ha ha :D )Səbəb isə Mahnının lyrics- sözlərində söyüşdən istifadə olunmasıdır. Az-çox hansı sözün olduğunu bildiniz siz, əminəm. Bu mahnını qrup canlı olaraq heç bir kanalda ifa etməyəcək. Səbəbin nə olduğunu artıq bilirsiniz. Düzü Born hater klipini burda paylaşmayacağam. Youtube dan amma izləyə bilərsiniz amma xəbərdarlıq edim ki, yemək yeyərkən filan izləməyin. ;) Şəkildən anladınız siz. Çox adam bir az şişirtdiyimi düşünə bilər, ancaq mən hər ehtimal xəbərdarlıq etdim. Çünki, hamımız eyni deyilik.

 Bu arada deməliyəm ki, mən mahnılarda söyüşün əleyhinəyəm. Ümumiyyətlə söyüş müasir dövrdə o qədər adiləşib ki, insanlar söyüşlə danışmağın böyümək olduğunu düşünür. Bu da ayrı bir mövzudur əslində. Əvvəllər az qala təhqir kimi qəbul olunan sözlər gün keçdikcə zarafat, sonra isə cümləni vurğulamaq üçün işlədilir. Normalda belə məsələn bizim filmlərdə kimsə işlədəndə bip səsi eşidiriksə, xaricdə bu hal artıq yoxdur. Bir də bizim dublajla bütün söyüşlərin ən ağırı əclaf sözü ilə əvəz olunması var. :D Bəzən arxa səs olaraq aktyorun öz səsini eşidirik və eyni söz olmadığını da bilirik. Ancaq tərcümə onsuz da ölkəyə, dilə uyğunlaşadırılmalıdır. Bunu nəzərə alanda mən bu dublajla razıyam. (qeyd- ancaq dublaj heç vaxt orjinalın yerini vermir səbəbi isə aktyor və ya aktrisanın hissi verməsidir. Dublaj bu mənada həmişə 0-1 geridədir.) 

ShoeBox adlı albomdakı mahnıların listi.

Teayangla Tablonun Eyes,Nose,Lips mahnısı da bu alboma daxil olub. Albomdakı mahnıları copy-paste yolu ilə axtarmaq istəyənlər üçün.
1."Encore" (막을 올리며; Mageul ollimyeo) DJ Tukutz4:34
2."Happen Ending" (헤픈엔딩; Hepeunending (feat. Cho Won-sun of Roller Coaster))Tablo
  • Tablo
  • Choice37
4:24
3."Rich" (feat. Taeyang)Tablo
  • Tablo
  • DJ Tukutz
4:17
4."Spoiler" (스포일러; Seupoilleo)Tablo
  • Tablo
  • Choi Pil Kang
4:37
5."Burj Khalifa" (부르즈 할리파; Buleujeu Hallipa (feat. Yankie & Gaeko))
  • Tablo
  • Yankie
  • Gaeko
Tablo4:25
6."We Fight Ourselves" (또 싸워; Tto Ssawo (feat.Younha))TabloTablo4:11
7."Amor Fati" (feat. Kim Jong-wan of Nell)TabloTablo4:53
8."Born Hater" (feat. BeenzinoVerbal JintB.IMino,Bobby)
  • Tablo
  • Mithra Jin
  • Lim Sung-bin
  • Kim Jin-tae
  • B.I
  • Song Min-ho
  • Bobby
  • DJ Tukutz
  • B.I
5:27
9."Lesson 5 (Timeline)" (타임라인; Taimlain)Tablo
  • Tablo
  • Peejay
3:21
10."Life is Good" (feat. Jay Park)Tablo
  • Tablo
  • Peejay
3:19
11."Eyes, Nose, Lips" (feat. Taeyang)Tablo
  • Tablo
  • Teddy
  • Dee.P
  • Rebecca Johnson
3:33
12."Shoebox" (신발장; Sinbaljang (feat. MYK))Tablo
  • DJ Tukutz
  • Mr. Sync
  • MYK
4:25
Total length:
51:35
Tablo haqqında əvvəlki yazımı oxumaq və xüsusilə də o mahnıları dinləmək istəyən linkə klikləsin. ;) Tablo
Bu da tam albom- dinləmək istəyənlər üçün. Mənim favorit mahnım rich oldu.;)
Məndən bu qədər. Hələlik. 

2 comments:

  1. Epik high gozlemeye deyen albomla geri qayidi born hater ilk cixanda bildim ki ela albom olacaq soyukle olan mahni olsa da mence butun il YG atilan disslere cb idi Minho hisse favorim. albomda en cox happen ending , spioller , lesson 5 favorim ela albomdu
    P.S en maraqlisi epick high born hater mv-si cixanda haru intadan atamin klipine baxmaq ucun 15 il gozlemeliyem demeyi idi ))

    ReplyDelete
    Replies
    1. hə düzdü YG disslərinə cvb idi :D Haru :D

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...