Thursday, August 30, 2018

Sofar Baku concert/Sofar Bakı konserti

Musiqi..

http://dreamhigh-happyday.blogspot.com/
Həmin gündən xatirə şəkil.

Yayın sonunu məhz Sofar Bakı konserti ilə yekunlaşdırmaq- Bunu çox sevdim. Əslində Sofar haqqında elə ilk yazımda həm Sofarın öz tarixçəsi haqqında kiçik məlumat yazmaq, həm də Sofar Bakının son konserti barəsində və həmin konsertdən necə zövq aldığımı sizinlə paylaşmaq istəmişdim. Ancaq özlüyündə bir cümləyə belə güclə sığan məlumat və hisslərimi 1cə yazıya sığdırmaq çətin olardı. Sofar Bakıya əvvəllər heç vaxt dinləyici olmaq üçün qeydiyyatdan keçmirdim. Düşünürdüm ki, şansım gətirməz. Əvvəlki yazımı oxumusunuzsa dinləyicilərin təsadüfi yolla seçildiyini bilirsiniz (oxumayanlar geriyə qayıdıb əsas səhifədən oxuyub gəlsə çox mu şey istədim?) 
http://dreamhigh-happyday.blogspot.com/
SofarBaku-dan həmin o mail.
25 avqust- konsertdən 1 gün əvvəl həmin mail(meyl) gəldi. İlk görəndə inanmadım və SofarBaku instaqram səhifəsinə baxdım. Orda mail-lərinizi yoxlayın mesajını gördüm və əla. Seçilən dinləyicilərə aşağıdakı kimi bir mesaj gəlir. Konsertin yeri, performerlər bir gün əvvəldən və yalnız seçilən dinləyicilərə mail-də göndərilir. Çıxış 5 performer seçilib ki, bu da konsertin uzun olacağı demək idi. Konsertin məkanı isə Lunapark idi. Lunaparkda yere salınmış palazların üstündə oturub canlı musiqi dinləmək mənim üçün unudulmaz xatirə olaraq qalacaq. Konsertdə özümə səhnəyə yaxın yer seçdim, çünki qarşıda kiminsə söhbəti və sair. mənimlə səhnə və musiqi arasına girsin istəmirdim. 
Beləliklə konsert mail-də qeyd olunduğu kimi Vedad-ın çıxışı ilə başladı. İfaçı özü arada zarafatlar edərək, dinləyicilərin əhvalını musiqiyə hazırladı. Ümumilikdə yaxşı danışmağı bacaran, özünəinamlı insan təəssüratı bağışladı. İlk olaraq xalq mahnımız "Sarı gəlin"-i ifa etdi. Bu mahnını məncə sevməyən yoxdur. Sonra ifaçı dünyasını dəyişən xalasına mahnı həsr edib ifa etdi. Daha sonra oxuduğu mahnıları da müğənnin youtube kanalından bura əlavə edirəm.
Son olaraq isə müğənni Nigar ilə duet oxudular. Bu da maraqlı mahnı idi. Mən bəyəndim. Açığı bir az ifaçılardan Nigarın səsində ya ifasında izah edə bilmədiyim əksiklik hiss edirəm. Bu fikir xüsusilə mahnının əvvəllərində olur, sonlarına doğqu sanki hər şey normaldır. Hər halda bu mənim şəxsi fikrimdir. Vedad-da isə özünün də dediyi kimi Müslüm Maqomayev sənətindən bəhrələnib. Bundan əlavə mən ilk gördüyüm və səsini eşitdiyim andan nədənsə ağlıma Marilyn Manson gəldi. 
Bu çıxışdan sonra isə son zamanlar xüsusilə "Ey Gözəl" mahnısı ilə seçilən qrup The Half -ın sırası idi. 
http://dreamhigh-happyday.blogspot.com/

Əvvəlcə qrupun məhz bu mahnısını çox sevdiyimi qeyd etməliyəm. Klip olaraq isə qrup keçən əsrin sonlarından çox maraqlı filmdən kadrları seçiblər. Mahnını daha uğurlu edən səbəblərdən biri də düşünürəm ki, məhz bu seçimdir. Klipi unutmaq məncə mümkün olmayacaq. 
http://dreamhigh-happyday.blogspot.com/
konsertdən çəkdiyim şəkillərdən biri.

Təəssüf ki konsertdən daha çox şəkil çəkə bilmədim. Daha çox canlı musiqi dinləməklə məşğul idim. The Half rock (rok) qrupunun digər mahnılarını da canlı dinlədik. Yenə də canlı ifanı Sofar bakı-nın öz youtube kanallarına yerləşdirəcəkləri günü gözləyək. Canlı çıxışda qrupun bütün mahnılarını sevdim. Ümumilikdə həmin konsertdən bütün çıxışları Sofar Bakı-nın youtube kanalında paylaşmasını gözləyirəm. Həmin günü və musiqidən  zövq aldığım anları yenidən hiss etmək xoş olardı. Aşağıfakı paylaşdığım mahnının- "Neyniyim Qardaş"- canlı ifasını daha çox bəyəndim.
Digər mahnı "Sərxoş Qadın" mahnısı daha çox ilk notlarından kədər hiss etdirən gözəl mahnıdır. 
Təbii olaraq qrupun ən son və ən sevilən mahnısını sona saxladım. Qrupun son ifa etdiyi mahnı həm də onları tanımayanlara da tanıdan bir mahnıdır. Əvvəlcədən haqqında qeyd etdiyim "Ey Gözəl" mahnısıdır.  "Babamızın babasının babası" filmini izləməyən varsa məncə izləsin. 
The half qrupu konsertə bir rock konserti havası qatmışdı. Belə ki sakitcə oturub dinlədiyim konsertin yarısında artıq ayaqüstə idik. Tam da rock dinləyicisi və rock konserti kimi. 
The Half-dan sonra isə "East or West" qrupu çıxış etdi. Bu qrup daha çox milli və xarici mahnıları mix-i  və ya xarici populyar mahnıların milli alətlərimizlə ifası ilə seçilir. 
Konsert haqqında daha çox yazmaq istərdim amma təəssüf ki, saat 9-10 radələrində artıq yolu nəzərə alıb, konsert yerini tərk etməli oldum. Fikrimsə sonra çıxış edəcək "Ahmedovski trio" (qrupu dinləmək üçün adına klikləmək yetər)  və "Free from Four" qruplarında qaldı. Gözəl mahnı, qrup, konsert vaxtı musiqiylə bağlı hər cür fikrinizi, məlumatınızı bölüşün. Rəylər (comment/yorum) bölməsi bunun üçündür. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.

Monday, August 27, 2018

Sofar Sounds

Sofar Baku.

Arzuladığım konsert.http://dreamhigh-happyday.blogspot.com/


  İnsanları o qədər müxtəlif səbəblərdən bölürük ki, bunlardan biri də konsert və musiqiyə olan münasibətləridir. Bəzi insanlar konsert zaman ucadan mahnını ifaçı ilə oxumağı, dostları ilə musiqi haqqında dinləyərkən söhbət etməyi sevir. Ancaq digərləri musiqi başladığı andan sadəcə dinləmək və o an sadəcə musiqini düşünmək, yanında kimin olduğunu belə düşünmədən məhz həmin an yalnız musiqidən zövq  almağa üstünlük verir. Məncə artıq 2. tip insan olduğumu təxmin etdiniz. Sofar məhz belə insanlar üçündür. SOFAR- Songs From A Room. (Bir Otaqdan Gələn Mahnılar)
  Qısaca yaranma tarixinə baxsaq: 2009-cu il Londonda Rocky Start, Rafe Offer, Dave Alexander (Roki Start, Reyf Ofə, Deyv Aleksandr) tərəfindən qurulub. Onlar bir Friendly Fires konsertində ucadan danışanlar, içki şüşələrinin bir-birinə vurulma səsi və insanların mobil telefonlarına baxmalarından qıcıqlanıb və narahat olublar. Bundan sonra ilk Sofar konserti baş tutub. İlk olaraq özləri Aleksnadrın Londondakı mənzilində 5 mahnı ifa edib. Dinləyicilər isə yalnız yaxın 8 dost olub. Ancaq 2. konsertə daha çox insan gəlib. Sofar əsasən ağızdan ağıza məhşurlaşıb. 
Artıq Sofar 400-dən çox şəhərdə keçirilir. Sofarı fərqləndirən əsas bir neçə səbəb var. Bura gələn ifaçılar, qruplar əsasən elə həmin vaxtlar elə də məhşur olmur. İnsanları daha çox cəzb edən isə konsertin yeri və çıxış edəcək performerlərin adının yalnız 1gün əvvəl elan olunmasıdır. Konsertdə iştirak üçün isə siz Sofar-ın rəsmi saytından qeydiyyatdan keçməlisiniz. Ancaq bu kifayət deyil. Bundan sonrası bir az şans işidir. Belə ki qeydiyyatdan keçənlər arasından təsadüfi yolla konsertdə iştirak edəcək şəxslərə elektron poçt ünvanlarına (mail) seçildikləri, konsertin yeri və performerlərin adı olan mesaj gəlir. Konsertlərin təşkilində iştirak edənlər əsasən könüllülər olur. Konsert əsasən ödənişli olur. Bu ödəniş isə konsertin keçirilməsi (baş tutması) üçün xərclənir. Sofar UK(Birləşmiş Krallıq) və İrlandiyada konsertlərində bəzi məhşur, sevilən ifaçıların çıxışı da baş tutub. Bunlara James BayHozierEmeli SandéWill Young, Tom Odell, ShuraBenjamin Clementine, aktyor Robert Pattinson, Wolf AliceBastille  Lianne La Havas aiddir. Yazdıqlarım arasında xüsusilə James Bay, Hozier (hər 2 müğənninin Sofar çıxışlarını dinləmək üçün sadəcə adlarına klikləmək yetər) , Tom Odell dinləyən və sevən biri olaraq həmin konsertlərin necə gözəl olduğunu təsəvvür edə bilirəm. Əsasən konsertlərdə dinləyici normal konsertdəkindən az olur. İnsanda sanki dostlarıyla canlı musiqi dinlədiyi doğma bir yerdəymiş kimi bir hiss yaşadır. Sofar konsertləri ayda ən azı 1dəfə keçirilir. Sofar konsertlərini fərqli edən həm də konsertin keçirilmə yeridir. Belə ki, konsert ağlınıza gələn hər yerdə keçirilə bilir. Bu kiçik bir otaq, hansısa evin damı və ya adi bir geyim magazası belə ola bilər. Sonra konsertlər Sofar-ın youtube kanalına yerləşdirilir. Bu da o deməkdir ki, siz müxtəlif şəhərlərdən heç tanımadığınız bəlkə də, en sevdiyiniz olacaq ifaçını dinləmə imkanına sahibsiniz. 
SofarBaku/ Sofar Bakı. 2016-cı ildən fəaliyyət göstərir. Sofar Bakının rəhbəri Rəşad Nəzərlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sofarın rəsmi vebsaytı: https://www.sofarsounds.com 
Rəsmi instaqram səhifəsi və hər şəhərin rəsmi Sofar instaqram hesabı mövcuddur. 
Növbəti yazım SofarBakı-nın son konserti haqda olacaq. Həmin konsertdə mən də dinləyici idim. Buna görə də xüsusilə fikirlərimi məhz o yazıda sizinlə bölüəşəcəm.
Sofar ifaçılarını diqqətlə dinləyin. Kim bilir gələcəkdə nə baş verəcək. Bəziləri xatirələrə çevrilir, Bəziləri əfsanəyə.

Saturday, August 11, 2018

The Best Hit

Koreya Draması.

http://dreamhigh-happyday.blogspot.com/
İngiliscə adı: The Best Hit.
Azərbaycanca adı: Ən Yaxşı Hit.
Hangul(koreyaca): 최고의 한방.
Rejissor:  Yoo Ho-JinCha Tae-Hyun.
Yayımlandığı Kanal: KBS2.
Janr: Gənclik, komediya, romantizm.
Bölüm sayı: 32
Dil: Kreya dili( Hangul)
Yayımlandığı ölkə: Cənubi Koreya.
Serialın yayım ili: İyun 2 - İyul 22, 2017.
Serialın 1 bölümü 35dəqiqə davam edir. Bu da serialın daha axıcı olmasına və tez bitməsinə gətirib çıxarır. Yəni 32 deyil də 16 bölümlük bir serial kimi qəbul edə bilərsiniz. Serialın hər iki rejissorunun ilk işidir. Ilk iş olsa da çox keyfiyyətli alınıb. Rejissorlardan Cha Tae-Hyun həm də aktyordur və bu serialda da əsas rollardan birini canlandırır. Serialı çox bəyəndim. Serial çox əyləncəlidir və bolca güldürür. Mənim kimi serialları sona kimi izləməyə səbri çatmayan biri sona qədər heç həvəsini itirmədən izləyib. Tam yayda izlənəcək drama tapmışam. Serialda ən sevdiyim isə baş rol anlayışı demək olar yox idi. Hər kəsə güldüm və hər kəsi bəyəndim. Daha aydın desəm serial o qədər gözəldir ki, pis insan anlayışı demək olar sıfırdır. Koreya dramalarında bunu bir neçə dəfə görmüşəm. Pis insan yoxdur. Yalnız sizə pis tərəfi görünüb. Tərəddüd etmədən izləyin!
http://dreamhigh-happyday.blogspot.com/
J2 
Mövzusu: 1993-cü ildə Jay-2 qrupunun məşhur solisti Yoo Hyun-Jae məşhurluğunun ən zirvəsində olan bir mügənnidir.
http://dreamhigh-happyday.blogspot.com/
 O səsi, rəqs qabiliyyəti və dəblə geyimi ilə seçilir. Tufanlı bir gündə isə o işlədiyi səsyazma studiyasının damından pilləkanla aşağıya yıxılır. Və budur, o artıq 2017-ci ildədir. Onu 2017-ci ildə az qala maşınla vuracaq olan 3gənc isə onun gələcək həyatında böyük yer tutacaq. 2017-ci ildə isə onun keçmişdən yaxşı tanıdığı meneceri və işlədiyi şirkətin Ceosu ilə eyni yerdə yaşamalı olacaq. Ən pisi isə o burada öyrənir ki 1il sonra 1994-cü ildə yoxa çıxacaq və ölü qəbul ediləcəkdi. 90-cı illərin geyimi və tərzi ilə özünü hələ də məhşur 
http://dreamhigh-happyday.blogspot.com/
hesab edən Hyun Jaenin heç kimin onu tanımadığı dünyaya alışması çox çətin olacaq. İlk ağlına gələn keçmişdən tanıdığı insanları axtarmaq olacaq. Əslində keçmişdən tanıdığı insanların xatirəsində o heç də yaxşı insan kimi qalmayıb. Hyun Jae onların həyatında nə dəyişikliyə səbəb olacaq? Öz itkin düşməsiylə bağlı əsas günahkar kimdir? Suallar çoxdur, ancaq serial əsas şübhəlini tap havasında deyil. Yəni daha çox əyləncəli tərzdədir. 
http://dreamhigh-happyday.blogspot.com/90lardan bizim dövrə düşən insanın telefonla tanışlığı və telefona sevgisi xüsusilə maraqlı və izləyicini güldürən tipdə idi. 
Hyun Jae nin gəldiyi dünyada ən qəribəsi onun keçmişdəki meneceri, məşhur müğənni dövründə gözəlliyinə görə pəri adlandırılan qadın və yaşlı işlədiyi şirkətin müdiri birlikdə yaşayırlar. Hər şeyi qarışıq edəndə budur.
http://dreamhigh-happyday.blogspot.com/
Yoo Hyun-Jae rolundakı aktyor Yoon Si-Yoon -dur. Bu aktyoru əvvəldən tanıyırdım. Bu serialda ikiqat sevdim. 31 yaşındakı bir insan 23 yaşlı gənc rolunu oynayır və mən onu izləyəndə daha az yaş verirdim. (Koreyalılar nə yeyib içir yaşlanmır;) 
http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/Choi Woo-Seung- bu rolu Lee Se-Young oynayır. Məmur olmaq üçün imtahana hazırlaşan şanssız qız. Hər cür yarı zamanlı işdə çalışaraq yaşayan qız. 

Bir də onunla bağlı ilk bölümlərdə serialda Lee Kwang-Soo rol alıb. Bu aktyor nə oynasa baxa bilərəm. Xüsusilə də komik obrazdırsa daha gözəl olur. 
Lee Deok-Hwa, Hong Kyung Min and Chae Tae Hyun.
Cha Tae-Hyun- Lee Gwang-Jae  rolundadır. Hyun Jae-nin meneceri. Birlikdə yaşayan qəribə ailənin rəisidir. Belə etibarlı insana az-az rast gəlmək olar.
Hong Kyung-Min- Park Young-Jae obrazındadır. 90-cı illərdə itkin düşən Yoo Hyun Jae ilə məşhur J2 qrupunda olan digər müğənnidir. Günümüzdə isə o məhşur Əyləncə şirkətinin (Star Punch Entertainment company) seo(ceo)-sudur. 
http://dreamhigh-happyday.blogspot.com/
Taeyang kimi t-shirt ün kəşfindən xəbərsiz, deməli bu onlarda genetikdir. 
http://dreamhigh-happyday.blogspot.com/
Ən sevdiyim obrazlardan biri isə MC Drill(Dong Hyun-Baeoldu. Serialda Lee Ji Hoon  -un yaxın dostudur. Onlar əyləncə şirkətində  stajyerdirlər və müğənni(reper) kimi çıxış etmək üçün şans gözləyirlər. Mənim üçün ən yadda qalan obrazlardan oldu. Dramadan ən çox 2aktyoru xüsusilə bəyəndimsə onlardan biridir. Serialda ilk gördüyünüz andan sizə tanış üzü ilə də yadınızda qalacaq. 
İlk baxışdan Bigbang qrupunun solisti Taeyang a çox bənzəyir. İstər saç düzümü, istər görünüşü ilk ağlınıza Taeyang-ı salacaq. 
http://dreamhigh-happyday.blogspot.com/
 Amma daha qəribəsi əslində elə Taeyang-ın böyük qardaşı olmasıdır. (qeyd bloga yazı yazarkən öyrəndim. 1az araşdırma həmişə yaxşı nəticə verir.) Dong Hyun-Bae aktyor roluna uyğun olaraq dramaya rəng qatır. Süni görnmür. Əsas rol deyil ancaq yadda qalan olacaq. Əlavə qeyd edim ki, gənc qardaşının çox məhşur olması ona həmişə daha məsuliyyətli olma hissi veridiyi barəsində o özü etiraf edib.


http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Kim Min-Jae- Lee Ji Hoon rolundadır. Anası 90-larda məşhşur pəri ləqəbli müğənni olub. Ailəsindən gizli stajyerlik edir. Arzusu müğənni olmaqdır. Ailəsi onun məmurlu imtahanı üçün hazırlığa getdiyini zənn edir. Aktyor qalın səs tonuyla seçilir. Onu əsasən tarixi film və seriallarda daha çox görürük. 

http://dreamhigh-happyday.blogspot.com/
Aktyorlar içində "Astro" qrupundan Cha Eun-Woo isə məşhur müğənni rolundadır. Onun haqqında sadəcə bir şey qeyd edim, həqiqətən də qəribə cazibəsi olan yaraşıqlı aktyor/müğənnidir. Bu adama tezliklə bir vampir rolu təklif edilsin. Yəgin ki soyuq havasina görə onu aktyor Ahn Jae-hyun-a bənzətdim.
Da Bong - serial bitəndə ən yadda qalan məhz bu olacaq. Serialdan sizə həm də gözəl mahnılar qalacaq. T-ara dan My love mahnısı.
Kim Min Jae nin repini də eşitmək xoş olar.
 Bu da digər sevdiyim mahnı. 

Tam yayda izlənəcək bir drama tapmışam. Serialın mövzusunu daha çox öyrənməyə çalışmayın izləyin, belə daha maraqlı olacaq. Seriala bir az da rəng qatmaq üçün əlavələr olduğu üçün bölümləri tam sona qədər izləyin. Hətta J2 üçün klip belə var. 90lar havasında klip maraqlı alınıb. Bu arada J2 qrupun hər 2 üzvünün də eyni adda olmasıyla bağlı verilmiş addır. Sonu haqqında yalnız bunu mütləq deməliyəm. İstədiyim və gözlədiyim hər şey oldu ama istəmədiyim də oldu. Belə deyim 2 seçim var idi və hər 2sini seçə biliblər. 
http://dreamhigh-happyday.blogspot.com/

Friday, August 3, 2018

Love Blog

Blogların gücühttp://dreamhigh-happyday.blogspot.com/

Blog oxumağı da, yazmağı da çox sevirəm. Bloq yazmağı boşluq, işsizlik kimi görənlərə isə yaxşı ki varsınız deyirəm. Niyə?- Çünki, onların sayəsində blog yazarları çox deyil. (mənə görə) Bir insan bloqdan nələr öyrənə bilər bir düşünək. Ən başlıcası qarşımda bir insanın təcrübələri var. Musiqi, film, kitab haqqında, və ya elə həyatın özü haqqında. Bu insan təcrübəsi nə qədər səmimi olursa o qədər çox oxuyuram. Bloq sayəsində haqqında heç nə bilmdiyim kitablar haqqında bilgim olur. İçlərindən bəyənəcəklərimi seçib oxuya bilirəm. Yeni mahnılar kəşf edirəm. Fərqli düşüncə tərzləri ilə tanış oluram.
http://dreamhigh-happyday.blogspot.com/
 Bloggerlər olaraq bir-birimizi çox yaxından tanımağa ehtiyacımız yoxdur. Sadəcə yazdığımız qədər tanıyırıq bir-birimizi. Ancaq bloq yazıları sayəsində  çoxdanın tanışı hissini verir. Bu hissəni də çox sevirəm. Bu tanımadığın hər hansı bir insanı müşahidəyə bənzəyir. Və ya tanımadığın insanla kiçik bir söhbətə, hansı ki o insanı heç tanımağa ehtiyac da yoxdur. Sanki bloqla tamam başqa dünyaya keçirəm. Bir toxunuşla dünyanın digər ucundakı bir insanın çox sevdiyin film haqqında eyni fikirləri bölüşdüyünü görə bilərsən. Bloqu hər kəsin yazmağını və bloq yazmağın dəb olmağını da heç istəmirəm. İnstaqram məsələn dəbdir. Hər istifadə edəndə  neçə saatımız gedir, amma çox lap çox vaxtımız getsə də düşünürəm ki son zamanlar xüsusilə reallığı itib. Az qala hər kəsin Cənnətə bənzər həyat yaşadığı yerdir İnstaqram. Çoxluq da şəkillərində effektlərlə dəyişikliklər edir. Və hər kəsin bir profili var. Dünya görüşü sənə uyğun olan, olmayan və ümumiyyətlə dünyagörüşü yox dərəcə olanlar. Bloq dünyası ancaq mənə görə elə deyil. Burda daha çox istədiyim, düşüncəmə uyğun yazılar tapa bilirəm. Özünə uyğun bloqları mütləq tapacaqsan. Bloq yazıb fikirlərimi, izlədiyim, dinlədiyim, oxuduqlarım haqqında təəssüratlarımı paylaşmağı da sevirəm. Siz də öz səbəbinizi yaza bilərsiniz, istər bloq yazarı, istər bloq oxuyucusu olaraq. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...