Tuesday, March 27, 2018

Yolun sonunda nə var?heç düşündünüzmü?


Image result for don't live the same year 75 times
Yolun sonunda nə var? heç düşündünüzmü?
Bütün günü işləyirsiniz. Səhərdən axşama dayanmadan daha yaxşı iş axtarışlarıyla bərabər işləyirsiniz. Bəzi insanları görəndə işləməkdən işin ağırlıgından ya da sizə uyğun olmadığından şikayətlənirsiniz. Hər şikayətin özünün ünvanı olan insanlar var etrafınızda. Sonra işinizi nə qədər çox sevdiyinizi, məhz işlədiyiniz üçün necə həyatin yaxşı olduğu haqqında danışdığınız insanlar da var. Siz heç vaxt nə tam xoşbəxt nə də bədbəxt ola bilməyənsiniz. Daim həyatınız haradan baxılmasına bağlı olaraq ya ediləsi çox şey var ya da çox yol qət etmiş kimi görünür yol sizə. Ən nəhayətində haradan baxsaq tam da yolun ortasındasınız. Və getmək istəsəniz də istəməsəniz də yol sizi özü aparır. Seçim etsəniz də etməsəniz də irəliləyirsiniz. Siz hətta geriyə getsəniz de yolda irəliyə getmiş olursunuz. İrəli qaçınılmaz yeganə istiqamətdir. 
Image result for working hardHəmişə kiminə görə dünyanın ən xoşbəxtisiniz, kiminə görə isə boşuna yaşayan adi bir insan. Sizin üçün də belə insanlar var. Başqalarına fikir vermədən yaşamaq lazımdır deyilir. Həmin başqalarından biri olaraq yaşayırsınız. Heç özünüz də tam olaraq qərar verə bilmirsiniz həyat sizinlə yaxşı ya pis olub. 3-4 məqsəd qurursunuz və buna gələcək və ya arzu adını verirsiniz. Yaxşi ev, ailə ve iş xoşbəxtliyin açarına çevrilir. Hansıki siz hal hazırda əslində həmin o ailədəsiniz.
 Çatılması daha çətin arzular seçin. Arzulara çatmaq asan olanda həyat daha mənasızlasır. Arzular uğrunda daha çox çalışanda ona çatmaq xəyalı da şirin olur. Bəs əgər şablon motivasiyaedici cümlələr sizə də süni gəlirsə? Bax o zaman yolu düşünün. Sizə əvvəldən danışdığım həmin o yolu. O yolun sonunda nə var? Ümumiyyətlə o yolun sonu var mı? Yolun sonunda nə var? Bu barədə heç düşündünüz mü? Həyatınızda olduğunuz dəfələrdən daha çox səmimi olun və düşünün. Hər kəs özü ilə səmimi olmağa layiqdir. Dərin düşündükdən sonra da boş verin getsin. Qaldığımız yerdən davam edək yaşamağa. 
Image result for smile gif

2 comments:

  1. İnsanoğlunun xoşbextliyi elinin çatmadığı yerlerdedir her zaman. Ele ki, illerle xeyalını qurduğu, arzu etdiyi şeye sahib oldu fısss her şey bir anda besitleşir. Mence insanın hedefleri olmalı mütleq, ama onlara çatmaq üçün deriden-qabıqdan çıxmamalıdır. Sadece ede bileceyini edib neticeni Hikmet Sahibine buraxmalı...

    ReplyDelete
  2. güzel sitenizi takibe aldım banada beklerim

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...