Keçən il nə qoyub keçdi |
Resme baxanda qapıdan keçib çıxmaq istədiniz ya durub pəncərədən izləmək? |
Bəlkə də dünyaya səhv tərəfdən baxmışam cümləsini hətta bir anlıq oxucuya belə düşündürə bilən bir güclü obrazı olan kitab düşünün. 2017nin bəxtinə düşən kitabı yay aylarında oxudum. Keçən ildə Alfred Adlerin Yaşamaq Sənəti kitabını da aldım. Amma oxumadım. Və bəlkə də heç vaxt oxumayacam. Seçimlərimiz bəzən məhz heç bir səbəbsiz olur ya da səbəbin kitaba dəxli olmur.
Daniel Keyes in Elcernon üçün çiçəkləri-ni oxudum, çox lap çox bəyəndim və ən qəribəsi bu qədər çox bəyənməyim bitirməyim üçün səbəb ola bilmədi. Kitabları bəzən oxuyanda sanki məhz həyatımızın o anında oxuyaq deyə qarşımıza çıxıb, heç yazar da yazmayıb sadəcə haradansa məhz sən(biz ya da elə mən) o günlərini kimləsə söhbət, ya da bənzər kiçik həyat hekayələri ilə sənə, hisslərinə güzgü olan kitabı bitirmək bəzən düşündüyümüzdən çox daha çətin gəlir. Elcernonu bu ilə 2018ə keçən ilin hədiyyəsi kimi qəbul etdim. İnsanlar üçün əsl dəyərin nə olduğunu çox düşündüm və cavab heç də kitablar, öyrənərək böyüdüyümüz reallıqların cavab olmayacağı kimi qarışıq cavablardan yenə suallar doğdu sualdan. Bir insan özü üçün belə tam bir sirdir, əminliklə arxasında dura biləcəyi çox az şey var. Zaman hər şeyi dəyişir. (insan buna daxil deyil o məhz dəyişimdən ən çox payını alandır.) Sonra SYML-Mr.Sandman mahnısını sevdim. Okean Elzi qrupunu özüm üçün kəşf etdim. Əslində bəlkə daha çox şey var amma, keçmiş nə qəribə şeydir ki, 1 il belə olsa 5il əvvəlki xatirələrlə birləşib bir bütün keçmiş olublar beynimdə artıq. Dəqiq olmağa çalışdığın zaman çox şeyi demirsən və çox düşünürsən. Bu il hamı kimi həm çox sevildim və həm də çox nifrət edilən oldum. Hamı üçün yaxşı anlayışının olmadığını özümə artıq qəbul etdirməkçün iri bir addım atdım.
Ceron Devid Selincerdən Çovdarlıqda Uçurumdan Qoruyan kitabını oxudum. Kitab uzun müddətlik oxuyabilməmə problemi olan, vaxt azlığını bəhanə edə bilən mənim üçün çox tez təxminən 1həftəyə bitdi. Kitabda təmiz yeniyetmə oğlanı gördüm və ən sevdiyim isə adı oldu. Adı əsas obrazın təmizliyi göstərirdi, yalanların arxasında gizlənən saflıq vardı. Uşaq/yeniyetmə zəifliyi və acizliyini oxuanda hiss etdim. 17-18 yaş artıq böyümək deyil amma öz qərarlarını heç verə bilməmək də deyil, ikisinin arasında bir şeydir. Sonra tez Jose Saramago nun Korluq kitabını oxudum. O da sürətlə bitdi.
Ölülərin yanından keçib onları görməmək insanların çoxdankı adətidir.(səh.361)
Bilirsən biz hamımız hansı maddədən ibarətik- laqeydliklə alçaqllığın qarışığından. (səh.45)
Kitabdan mənə təsir edən cümlələri oxuduğum zaman seçmişdim. Bunlar da seçilmişlər içindən seçilənlər idi. Dünyada hər şey alış-verişdir ya mənası daha dərindir. -Cümləsi bəzən sizə də daha çox pulun açar olduğu yerdə düşündürücü gəlir mi?
Həyata bacardığımız qədər daha çox məna qatmalıyıq. İtməmkçün, ruhumuzu, düşüncələrimiz itirməməkçün. Bugünkü yazımı Cem Adrian sayəsində yazdım. Gecə Cem Adrian dinləyən insan necə düşüncələrlə yaza bilərsə,musiqinin təsiri ilə hansı ab-havayla, düşüncələrlə yaza bilərsə məhz elə də yazdım. 2017də Cem Adrian sevdim. Yazdığım anda isə Geçecek(Keçəcək), Gidemem (gedə bilmərəm) və Tut elimi (əlimi) mahnılarını dinlədim. ən azı bir cümlədə özünüzü tapdınızsa, ortaq cəhətimiz oldu deməkdir.
Qış günbatımı kimi bir resm.Solğun ama rengarəng |
2017 mənim də ürəyimcə olmadı. Ömür adlı kitabın bir səhifəsidir o da. Sevmək məcburiyyətindəyik bəlkə də. Amma öz uğursuzluqlarımız üçün bir günahkar tapmalıyıq ya... Nə isə... Özüm üçün deyirəm əslində :) 2018 xoş sürprizlərlə dolu bir il olsun hər birimiz üçün in şə Allah. Sevgilər.
ReplyDeleteHello, I enjoy reading all of your post. I like to write a little comment to support you.
ReplyDelete