Tuesday, June 21, 2016

Harry Potter sevərlərin yeni filmi.

Fantastic Beasts and Where to Find Them.
http://dreamhigh-happyday.blogspot.com/
  Hər bir Harry Potter sevər kimi film haqqında gördüyüm ankı həyəcanımı, sevincimi, içimdəki qəribə qığılcımı təsəvvür edərsiniz. Film J. K. Rowling-in eyni adlı kitabı əsasında çəkilib. J. K. Rowling Harry Potter kitab seriyasının müəllifidir. Bu dəfə treylerində Harry potter soundtrackı eşitmək isə həyəcanımı ikiqat artırdı. İndi isə sizə bir az gözlədiyizdən fərqli yenilik deyim, film bu dəfə Harry və dostlarının deyil, Newt Scamander in macəralarını bizə göstərəcək. Ancaq bu da bir Harry Potter havası olduğundan izlənəcək. Ən azı mən izləyəcəm. Film 2016-cı il noyabrdan kinoteatrda yayımlanacaq. Azərbaycana da maksimum bir aydan sonra gələcəyini düşünür və ümid edirəm. Filmin azərbaycancada adı Fantastik heyvanlar(bədheybətlər) və onları harada tapmaq kimi tərcümə olunur. 
 Mən o köhnə dünya havasını treylerdən (trailer) artıq sevdim. 
dreamhigh-happyday.blogspot,com
Təxmin etdiyiniz kimi filmdə hadisələr XIX əsrdə (1926-cı il) cərəyan edəcək. İnşaAllah Harry Potter filmləri qədər şirin və maraqlı olar. Fantastik olacaq deyə film soyuq olmasın. Soyuq fantastik filmlər boldur. İçində dostluğa daha çox yer verilən Harry Potter ə bənzər film olsun istəyərəm. Doğrusu bu dəfə baş qəhrəmanımız məktəbli deyil, müəllim olacağı üçün hekayədə fərq mütləq olacaq. Bir də filmdə Harry Potter filmindən Dambledore u görmək ehtimalımız var, həm də bir az daha gənc olaraq. 
Hadisələr 1926-cı ildə Newt Scamander New Yorka, Amerika Birləşmiş Ştatlarına ABŞ Sehr Konqresinə gəlir. Burada o çox vacib bir şəxslə görüşməlidir. Treylerindən də görəcəyiniz kimi Newt Scamanderin artıq çox ağır bir məsuliyyəti var. Ona içi saysız sehrli bədheybətləri yaşadığı bir çamadan verilib. Çamadandan artıq bir neçə bədheybət dünyaya qaçıb. Yəgin ki, Newt Scamander həmin fantastik və təhlükəli canlıları geri qaytarmalıdır. Film haqqında çox da geniş bir məlumat yoxdur. Məlumat olduqca sizinlə bölüşərəm. Keçək aktyor heyəti ilə tanışlığa:
dreamhigh-happyday.blogspot.comFilmin baş rolu aktyor Eddie Redmayne-a həvalə olunub. Doğrusu bu aktyoru o qədər də bəyənmədim. (Filmi bir tərifləyib bir pislədiyimi düşünməyin, filmə yenədə baxacam) Üz qurluşumu( dodaqları xüsusilə) ya mimikası ilə mi bilmirəm azca məni filmdən uzaqlaşdırır. Amma ümidvaram filmi izləyəndə bu tərəddüdüm yox olar.
dreamhigh-happyday.blogspot.com

Aktrisa Katherine Waterston isə əsl həyatda və digər şəkillərdə daha gözəl və səmimi gəlir. Filmin treylerində sanki çox az görsəm də qısa saçlarına görədirmi bilmədim ancaq daha solğun görünürdü. O filmdə əsas qadın qəhrəman Porpentina "Tina" Goldstein obrazını canlandıracaq. Ümidvaram aranızda Goldstein familyasını gördüyü an George Orwel in 1984 kitabını(kitab haqqında yazı üçün kitabın adına basın/klikləyin/tiklayin) xatırlayanlar oldu. ;)
dreamhigh-happy.blogspot.com
Məni ən çox da fantastik filmdə gördüyümə təəccübləndirən isə aşağıda şəklini gördüyünüz aktyor Colin Farrell oldu.Aktyoru daha çox triller (thriller) janrındakı filmlərdə görməyə alışmış olsaq da bu filmdə fantastik filmdə öz bacarıqlarını göstərəcək. 
dreamhigh-happyday.blogspot.comAlison Sudol isə Porpentinanın kiçik bacısı Queenie Goldstein rolunu oynayacaq. 







Dan Fogler  isə filmdə Jacob Kowalski olaraq qarşımıza çıxacaq.
dreamhigh-happyday.blogspot.com
Bu da filmin treylerləri. Bu arada blogger dostlarım mənə bloga youtube-dan bloga video yükləməyin doğru olub olmadığı ilə bağlı (xüsusilə aşağıdakı film trailer i kimi rəsmi videolar) məlumat verməyinizi xahiş edirəm. Çünki çox axtarıb az məlumat tapdım bu haqda. (sona qədər oxuyan bütün bloqqer dostlarımdan cavab gözləyirəm)

İkinci treylerdə isə daha çox Harry Potter soundtrackı, ya da bənzər saundtrak diqqətimizi çəkir. 



Ümidvaram yorulmadan oxudunuz və filmi izlənəcəklər listinizə qeyd etdiniz. Özünüzə yaxşı baxın. Hələlik.

Wednesday, June 15, 2016

Mən kiməm.

MİM № Bir bloqqer özü haqqında yazarsa..

http://dreamhigh-happyday.blogspot.com  Bu mimə özüm özümü mimlədim. Halbuki başqa 2 mim artıq çoxdandır yolumu gözləyir. Tezliklə onları da bitirəcəm. Bu mimi isə, Gözdənin yazısından həvəslənib yazmağa başladım və bir də baxdım ki, bir yazı ortaya gəldi. Gözdənin yazısı üçün kliklə. Aşağıdakı soundtrack də həmin yazıdan sonra dinlədiyim və dinləyərək yazdığım musiqidir. Dinləyərək oxuyun. Yazı uzun olsa da bu yazıda hər şeydən bir az olduğu üçün nəticədə çox şey öyrənib, müxtəlif mövzularda oxuyacağınız üçün sonda yazı sizi heç yormayacaq. 
http://dreamhigh-happyday.blogspot.com

  Əslində özüm haqqında kiməsə məlumat verməyi o qədər də sevmirəm. Sanki ən böyük sirmiş kimi və bunu hamıya deyirəmmiş kimi hiss edirəm. Kim olduğumla bağlı çox düşünürəm. Düşündükcə də saysız fikirlər içində qalıram. Təkcə özüm deyil, uzun-uzun bütün dünyadakı insanları, yaşamağı sevib-sevmədiklərini, dünyada yaşama səbəblərini düşünürəm. Bu zövq aldığım mövzulardandır. 
http://dreamhigh-happyday.blogspot.com

Uşaqlara qarşı qəribə bir sevgim var. Onlarla oynamağı sevirəm. Xüsusilə də yolda uşaq gördümsə bəzən onlarla oynamamaq üçün özümü güclə saxlayıram. Ya da anasından gizlicə məsələn əlinə toxunub tez elimi çəkirəm. Uşaq kimin etdiyini görmək üçün ki ətrafına baxır çox sevirəm o anı. Uşaqlar sevinc dolu olur. 
keçmiş hamı kimi mənə də doğma gəlir. Televizorun kəşf olunmadığı, klaviaturada deyil də qələmlə ağ vərəqə yazıldığı vaxt kimi təsəvvürümdə olan illər. Bəlkə də, tanıdığımız bütün doğma insanların, ən doğma insanların keçmişdən gəlməsi ilə başlayıb hər şey. Bizim üçün yaşadığımız ilk keçmiş-dünyaya gəldiyimiz andan, yanımızda olan ilk doğmalarımız bəlkə də bizə keçmişi sevdirib. Mənim heç vaxt həyatda tanımadığım, görmək şansımın olmadığı Jeff (haqqında oxuyub, onu dinləmək üçün adı klikləyin)-ə olan heyranlığım və ya Martin İden (haqqında oxumaq üçün adı klikləyin/tıklayın)ə olan sevgim də yəgin ki musiqi və ədəbiyyatdan əlavə həm də keçmişlə də bağlıdır.

http://dreamhigh-happyday.blogspot.comDüşüncələrim qarışıq və çoxdur. Ancaq çoxdanışan heç deyiləm. Yəni, asanlıqla bir mövzudan digərinə sürətlə keçə bilərəm. Deyək ki, bir mövzudan danışdığım vaxt həmin mövzu ilə yenisi arasında mənim üçün bir xırda əlaqə var. Bu zaman birincini yarıda saxlayıb həvəslə digərinə keçirəm. Yəni mənə qulaq asanda diqqət çox vacibdir. :D Fikirlərimi tam və bütün olaraq çatdırmaq üçün tələsdiyim də olur. Bir nəfəsə həvəslə danışıb hər şeyi qarşımdakı insana çatdırmaq istədiyim anlar.
http://dreamhigh-happyday.blogspot.comhttp://dreamhigh-happyday.blogspot.com
Məncə insanların öz simalarından əlavə daxili, ruhları da simalarında əks olunur. Danışıqları ilə, kimisi dərin fikrə daldığı zaman və ya ağladığı zaman qəlibi(kalıb, görünüşü) deyil də əsl özünü gördüyümüz vaxtını həmişə yadımızda saxlayırıq.

 Bu səbəbdən insanlar hər kəsə fərqli görünə bilər. 

http://dreamhigh-happyday.blogspot.com
Ümumilikdə dünyanı hamımızın eyni cür və eyni rəngdə gördüyümüzə inanmıram. Tam olaraq heç kim bunu sübut edə bilməz. Yaşıl rəng bəlkə də mənə görə bir az daha tünd başqasına görə daha açıq rəng görünür. Tam olaraq bunu necəsə sübut etməyin mümkün olduğunu düşünmürəm. 
http://dreamhigh-happyday.blogspot.com

Dostlar mənim üçün çox önəmlidir. Ancaq həm də dostlarıma qarşı qısqancam. Özümü haqlı da hesab edirəm. Mənim ən yaxın dostumun başqa bir insanla yaxın olduğunu görəndə və orada yoxamsa əlbəttə bu mənə yaxşı təsir etməz. Dostlarımı sevdiyim qədər yalnızlığı da sevirəm. Uşaqlıqdan tək oynamağı daha üstün tutmuşam. Yaşıdlarımla əlaqə qura bilməsəydim bu mənim üçün problemə çevrilməzdi. Çünki mənim artıq özümün xəyali dostlarım vardı. Dünya qəribədir. uşaqların öz-özünə danışması və oynaması normal qəbul olunduğu kimi, böyüklərin öz-özünə eyni şəkildə danışdığı görsək onu dəli, ən yaxşı halda psixoloji problemləri olan insan adlandırarıq. Uşaqlar dünyaya və dünyanın normal hesab olunan qaydalarına yad olduqları üçün bizdən daha azaddırlar. Onlar üçün hər şey yenidir. İstəmədiklərini, istədiklərini demək onlar üçün çətin deyil.
http://dreamhigh-happyday.blogspot.com

Məncə insan tənhalığı unutmamalıdır. Əsl özünlə üzləşib, onu, özünü tanımaq üçün yalnızlığı da sevməlisən. Bəzi şeylər tək ikən daha çox zövq verir. Kitab oxumaq, ya da musiqi dinləmək ola bilər. Ya da düşünmək, özün haqda yox, bütün dünya haqqında, normalda qəbul etdiyin şeylərin dərinliyini düşünmək. İnsanların necə bir varlıq olduğunu düşünmək. məncə, kitab oxuyanların içində bu cür düşüncələri olan insanlar da çoxdur. Kitab mənə daha çox insanı tanımağa, daha çox təcrübə qazanmağa imkan verir. 

http://dreamhigh-happyday.blogspot.com Piano uşaqlıqdan ən çox sevdiyim musiqi alətidir. Həmişə pianino çalmaq istəmişəm. 
http://dreamhigh-happyday.blogspot.comHər pianino çalındığı anda gözümün önünə pianinonun  notlara uyğun dilləri gəlir (çalmağı bilirmişəm kimi hiss yaranır)və əllər, həm sürətli və həm də sakit qəribə ahənglə çalan əllər. 

Ümumilikdə musiqini çox sevirəm. Musiqi asanlıqla əhvalımı o an dəyişə bilər. Ən sevincli anımda dinləyəcəyim mahnının ilk notları artıq yetərlidir, bütünlüklə o andan sevincim kədərlə əvəz oluna da bilər. Kədər sadəcə hər hansı bir pis hadisə ilə əlaqəli olmaya da bilər. 
http://dreamhigh-happyday.blogspot.com
Bəzən hisslər heç nə ilə əlaqəli olmur. Səbəbsiz sevinc, səbəbsiz kədər düşür içimizə. Bütün ruhumuz bununla əhatə olunur. Məncə o ən təmiz hisslərdir. Saf, qatqısız . Bütün dünyadakı sizi və digərlərini unudub, musiqinin bir hissəsi olmaq. Musiqinin bir hissəsi kimi var olmaq-kimi qəribə duyğuları bəzən musiqi dinlədiyiniz zaman yaşayırsınızsa məncə axtardığınız musiqini, mahnını tapmısınız. 
http://dreamhigh-happyday.blogspot.com
Fiqurlu kankisürməni çox sevirəm. 
http://dreamhigh-happyday.blogspot.comMusiqi, rəqs birlikdə xüsusilə də buz üstündə olması başqa bir incəlik qatır. Büzüstü kankini sevməyən insan təsəvvür etmirəm. 
http://dreamhigh-happyday.blogspot.com
Valentin günü üçün fanlarına etdiyi hədiyyə ;)
Fiqurlu kankisürmədə ən sevdiyim idmançı isə Yuzuru Hanyudur. İlk dəfə ictimai tv-də canlı Soçidən yayımlanan yarışları izlədiyim zaman Yuzurunun yıxıldığı an çox pis olmuşdum. Sonrakı iştirakçıların da yıxılmasını o qədər çox istəmişdim. Çünki belədə Yuzuru yaxşı yer tuta bilərdi. Yıxılmağına baxmayaraq heç nə olmamış kimi çıxışına davam etməsi isə xüsusilə mənim diqqətimi çəkmişdi. Nəhayət sonda qızıl medala layiq görüləndə isə çox təəccübləndim və sevindim. Yuzuru çox çətin tapşırıqları mükəmməl yerinə yetirir və artistizmi onda daha çox hiss edirəm. Həmin videonu izləyin.

http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.comBundan əlavə balet sevməsəm də tək bir balerin qızın sakit ritmlərə uyğun və musiqisiz rəqsi məni çox cəlb edir. Musiqi o an olsa da çox sakit ritmlərlə olmalıdır.
http://dreamhigh-happyday.blogspot.com
Mən uşaqlıqdan Tom Və Cery (Tom & Jerry) kimi cizgi filmləri deyil, Digimon, Ay savaşçısı (Sailormoon) kimi cizgi filmləri daha çox sevirdim. İndi də fikrim dəyişməyib. 
Uşaqlıqlarından insanların sanki çox keçmişdəki yad insan kimi danışmaqlarını həmişə görəndə çox qəribə hislər kçeirirəm. Uşaqlıqdan bu səbəbdən insanın uşaqlıqdan böyüklüyə keçəndə dəyişdiyini düşünürdüm. Böyüməyə çox can atırdım. Böyüyəndə məndə nəyinsə dəyişəcəyini düşünürdüm. 
http://dreamhigh-happyday.blogspot.com

Ancaq hələ də o dəyişiklik, gözlədiyim sehirli dəyənək dəyməsi qədər fərqli bir şeyin yaşanacağı an gəlməyib. Anladım ki, böyüdüyün zaman heç nə dəyişmirmiş. Məcburi hamının keçdiyi bir dəyişiklik yoxmuş. İnsanlar istədiyi üçün dəyişirmiş. Mən ancaq uşaqlıqdakı məndən fərqləndiyimi düşünmürəm. Görünüş olaraq dəyişsəm də, hələ də çəkinməsəm saatlarla topla oynamaq, gizlən-qaç oynamaq hələ də mənim üçün əvəzolunmazdır. 

http://dreamhigh-happyday.blogspot.com

Rok musiqisini dinləməyi sevirəm. Ümumilikdə hər ölkənin mahnısını sınayıb dinləməyi sevirəm. Bu ayrı bir həyəcan verir. Türkiyə, Rusiya, Cənubi Koreya, Yaponiya, Çin, Norveç, Finlandiya və başqa ölkələrdən telefonumda hər gün dinlədiyim mahnılar var. 
Nəhayət mimi sona çatdıra bildim. Ancaq mən də tükəndim. Ümidvaram sevərək sonadək oxuyacaqsınız. Rəylərinizi (yorum, comment) yazmadan blogdan çıxmayın. Bu arada Mimi kimlərin edib kimlərin etmədiyini bilmirəm. Mənim kimi siz də mimi sevdinizə mimlənmiş sayılırsınız, yazın mən də oxuyum ;)
http://dreamhigh-happyday.blogspot.com

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...