Wednesday, April 8, 2015

Who_Are_You: SCHOOL 2015

School 2013 sevərlərin gözlədiyi drama.!

http://dreamhigh-happyday.blogspot.com/
  Yenə KBS2 kanalının yayımlayacağı serial xüsusilə school 2013 sevərlərin gözlədiyi serialdır. Serial 2015 ci il apreli 27 sindən yayıma başlayacaq.  School 2013 kimi həftənin bazar ertəsi və çərşənbə axşamları yayımlanacaq. Serialın neçə bölüm olacağı hələ bilinmədiyi üçün bitmə vaxtı da dəqiq deyil. Əslində School 2013 ün şöhrəti və son zamanlarda sevilən dramaların əsasən 20 bölüm olmasını nəzərə alsaq 20 bölüm ola bilər. Ancaq School 2013 16 bölüm olmuşdu. İndi isə drama haqqənda daha geniş:

 Cənubi Koreyada, Seul, Ganggamda yerləşən prestijli, özəl məktəblərin birində təhsil alan Eun Byeol məktəbin populyar şagirdlərindəndir. O bir müddət yoxa çıxır. İtkin olan qız geri qayıtdığı zaman isə keçmişi haqqında heç nə xatırlamır. Yəni yaddaşını itirir. Serialın adındakı Who are you/Sən kimsən cümləsi də buradan götürülüb. Artıq Eun Byeol un məqsədi hər şeyi xatırlamaq və gerçəyi öyrənməkdir. 
http://dreamhigh-happyday.blogspot.com
Drama haqqında bundan əlavə məlumat yoxdur, ancaq təxmin etmək olar ki, ona məqsədinə nail olmaqda digər baş rollarımız da kömək edəcək. Ən azı baş rol oğlanlardan biri- o qədər drama izləmişik bu fikrim doğru olmalıdır. :P
Seriala seçilən simalar da az-çox bizə tanışdır. 

http://dreamhigh-happyday.blogspot.com/
Dramada həm Lee Eun Byeol, həm də Lee Eun Bi rolunu oynayacaq Kim So Hyun 김소현 kiçik yaşlarından müxtəlif dramalarda rol alıb. Buna görə də aktrisanı çoxumuz yaxşı tanıyırıq. Çünki, ən reytinqli seriallarda baş rol qızların uşaqlığını və böyüdükcə də gəncliyini oynayıb. Ən son hal-hazırda Koreyada yayımlanan "The Girl who sees smells " dramasında 2 bölümlük ( bəlkə də bir az çox ola bilər çünki dramanın yalnız ilk 2 bölümü yayımlanıb) rol alıb. 
http://dreamhigh-happyday.blogspot.com/
Kim So Hyunun özünü bu rolda da doğruldacağına inanıram. Bunu da deyim ki, (yazım) Kim So Hyun a məktəb forması çox gözəl yaraşır. Serialda məktəbin forması zoğalı rəngdədir. 



http://dreamhigh-happyday.blogspot.com
Han Yi An rolunu isə Nam Ju Hyuk 남주혁 oynayacaq. Ju Hyuk model və aktyordur. Bu onun ilk baş roludur. Bundan əvvəl isə o "Surplus Princess" dramasında rol alıb. Qeyd edim ki, Ju Hyuk YG Entertainment in bir qolu olan ( ya da alt şirkət də deyə bilərik) YG K-Plus ilə çalışır. YGstanların sevimlisi ola bilər. ;) 
Şəkildən də əminəm ki, çoxunuzun onunla Cnblue dan Lee Jung Shinin (Cnblue və Lee Jung shin haqqında daha çox oxumaq istəyənlər rəngli yazını klikləsin) oxşarlığı diqqətinizi cəlb etdi. Yazımın ilk şəklində çox bənzəməsələr də digər şəkillərdən bir-birilərinə bənzərlikləri əkiz deyə biləcək qədərdir. Aşağıdakı şəkldə xüsusilə.
http://dreamhigh-happyday.blogspot.com/


http://dreamhigh-happyday.blogspot.com/
Serialda bu dəfə baş rol aktyorları çox gəncdir. Belə ki, Kim So Hyun 1999, Nam Ju Hyuk 1994 və Yook Sung Jae isə 1995 ci ildəndir. 
http://dreamhigh-happyday.blogspot.com/





http://dreamhigh-happyday.blogspot.com/Əsas oğlan baş rol olmağını daha çox istədiyim aktyor isə Yook Sung Jae 육성재 dir. BTOB kpop oğlan qrupu üzvüdür. Daha çox gülüşünə görə onu Seo İn Guk a bənzədirlər. Amma mən daha çox İnfinite dən Lə bənzətdim. Yong Jae bundan əvvəl çoxmuzun ilk dəfə replay 1994 lə dramalarda gördüyümüz simadır. 

http://dreamhigh-happyday.blogspot.com/
Bundan sonra Age Ending in Nine Boy adlı TVN dramasında rol alıb. Sung Jae nin bir az da yapon havası var. Sərt siması bəzən onu yaponlara oxşadır. Yong Jae serialda Kong Tae Gwang rolunu oynayacaq.


http://dreamhigh-happyday.blogspot.com/

Bundan başqa serialda rol alan digər aktyor heyəti-
http://dreamhigh-happyday.blogspot.com

Dramanın çəkimlərindən bağlı ilk və yeganə şəkildə isə baş rol qıza digərlərinin əziyyət verdiyini görürük. Ola bilsin ki, yaddaşını itirdikdən sonra bunlar başına gəlir. Görək bu serial School 2013 qədər maraqlı və reytinqli ola biləcək mi?.Hələlik bu qədər, drama yayımlandığı zaman yeni yazıyla daha yaxşı fikrimi bildirəcəm.
http://dreamhigh-happyday.blogspot.com

6 comments:

  1. School serisinden hiç birini izlemedim ama bunu izleyebilirim gibi geliyor bakalım :)

    ReplyDelete
    Replies
    1. Mən də izləmək istəyirəm. School 2013 izlə. Sevdiyim dramalrdandır. ;)

      Delete
  2. school 2013 koreya dramalarina 2 mehsur aktiyor verdi :D bu defe kim parliyacaq goresen bas roldaki qizi beyenirem cox dramada rol alib yaxsi oyunuyur

    ReplyDelete
    Replies
    1. Baş roldakı qızı mən də bəyənirəm BTOB dan oğlanı da çox bəyəndim. :D ;)

      Delete
  3. Başroldeki kız çok güzel rol yapıyor. Şimdi 6.bölümünde merakla diğer bölümleri bekliyorum :Dd

    ReplyDelete
    Replies
    1. O qızı uşaq rollarından bəyənirəm. Nəhayət baş rol olacaq yaşa çatdı :D görək necə olacaq ;)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...