Bu Mövzuya DİQQƏT!!

YouTube da Kpop videolarına rəy yazıb fanlar arası mübahisələrə qəsdən səbəb olanlar..

http://dreamhigh-happyday.blogspot.com
Salam, bugün bu mövzunu yazmağı qərara aldım. Hamımız əsasən videoları, əlbəttə ki kpop videolarını da youtube dan izləyirik. Çoxumuz da dinlədiyimiz, bəyəndiyimiz klip, mahnılar haqda fikrimizi rəylərdə bildiririk. Ancaq bəlkə də çoxunuz fikir verməmisiniz. Bəzən videoların altında bir rəyə 400-500 ə yaxın cavab gəlir. Bir sözlə aləm qarışır bir-birinə. Sonra rəyi oxuyursanş Orda da əsasən bənzər yazılar olur hər dəfə. Mənim başqa qrup fanı dostum deyir ki bizimqrup bu qrupdan güclüdür. Sizdən soruşmaq istədim belədirmi?- Bu yazılara aldanıb cavab yazmayın. Çünki bu rəylərin məqsədi sadəcə qarşı qrupa qarşı nifrət yaratmaqdır. Daha doğrusu isə tam olaraq fanları bir birinə qarşı qoyur. İnanmamalı olmağınızın əsas səbəbi isə budur ki, eyni istifadəçi adı ilə bənzər yazını müxtəlif kpop qruplarının videolarının altına yazır. Yəni bir gün exo, o biri gün super junior, bir saat sonra da got7 və digər bütün qrupların videolarının altına yazır. Mən sizə ekranın şəklini çəkib atmışam. Ancaq inanmayan olsa -ki inanmıram buna ;) - həmin videoların altında eyni yazıları tapa bilərsiniz. 
Bir ara google + da bir oğlan da kpop oğlanlarının şəkillərinin altına qız kimi olduqlarını filan yazmışdı amma heç cavab da yazmadım. Bu qısqanclıqdan yazılır. Amma indi haqqında yazdığım isə bir az başqadır. 
http://dreamhigh-happyday.blogspot.com/
Həm də mən heç hamısını atmıram şəkildə 400-500 rəy var hamısını atsam sonunu təsəvvür etmirəm. Əvvəl bu adının da fake/saxta olduğunu düşündüyüm istifadəçinin adından başqa adların adını gizlətdim. Amma sonra bu adamın da adını gizlətdim. Çünki bu yazılardan gördüyüm qədəri ilədavakar, saqqız tipdir. Düşünün öz adını görüb, yazılarda bir şey anlamayıb da burda eyni şeyi etməyə çalışsa? Heeç səbrim yoxdur indi onunla atışmağa. :D :P Aşağıdakı şəkillərdə axtarış/searh hissəsinə mahnının adını yazdım çünki yuxarda qalıb görünmür. Həmin rəsmi videoların altında elə bu yazıları görə bilərsiniz. Və istəsəz ardını da orda oxuyarsınız. :D 
http://dreamhigh-happyday.blogspot.com/
Gördüyüüz kimi gah, ELF olur, gah EXOL gah da Got7 fanlarını qıcıqlandırır. Hələ bu mənim tapa bildiklərimdir. Hər videonun çıxdığı gün yazdığı üçün sonradan tapmaq çətin olur. Bildiyimiz kimi fanlar youtube videolarının altına yazmaqda ustadır :D Ən son Super Juniordan D&E Growing Pains  - Donghae və Eunhyukun yeni klipinin altına yazmışdı. 
http://dreamhigh-happyday.blogspot.com
Elə orda gördüm yadıma düşdü ki az qala bütün videdoların altına yazır. Bəzən özünü 2NE1 fanı kimi təqim edir digər bir vaxt da sadəcə maraqdan yazdığını deyir. Bir sözlə gıcık. -_-

http://dreamhigh-happyday.blogspot.com

Hər Kpop ifaçısının videosunun altında yazır bu. 
http://dreamhigh-happyday.blogspot.com
bu yazını görüb çox əsəbləşdim.!
Ailee haqda yazdıqları isə artıqlaması ilə əsəbləşdirdi məni. Siz əsəbləşib nəsə yazmayın. İstədiyini verməyin. Yazıb yazıb cavab gəlmədiyini görüb gedəcək. Səbrli olun. Ağılsızlara qarşı. ;) Həqiqətən bu təhqir deyil, ağlı olan bu cür hər video altına bənzər şeylər yazmazdı. Yəgin ki fanların çoxunun xəbəri yoxdur ki, bugün məsələn exo videosuna Super junior tərifləyən bu user sonra super juinor klipinin altında exo fanı kimi təqim edə bilir özünü. Yazıda artıq sözlərin də üstünü ağartdım :) 
http://dreamhigh-happyday.blogspot.com


http://dreamhigh-happyday.blogspot.com/ Mənim onsuz da əsas məqsədim sizi bilgiləndirməkdir. Gördüyünüz zaman əsla nəsə yazmayın. Özünü sakit, saf kimi göstərir, sonrasında da hətta başlayır asiyalı və digər irqləri alçaltmağa, biz ağlar hakimiyyətdəyik dünyada filan yazır.  
http://dreamhigh-happyday.blogspot.comƏminəm ki bunu edən bir deyil bir neçə bənzər fake/saxta istifadəçi adı var. Və bu istifadəçinin varlığı, düşüncələrinə də şübhəm var. ;) Bütün bunlardan sonra sakitləşin. Sadəcə fikir verməyin. Belə olduqda o özü unudulacaq.

Bu qısa yazım haqda və ya bənzər gördüyünüz araqarışdıranlar haqda bildiklərinizi bölüşün. Əlbəttə ki, rəylərdə. 
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 yorum: