KILL ME HILL ME!

Shin Se Gi üçün fan klubmu açsaq?!

http://dreamhigh-happyday.blogspot.com/
SHİN SE Gİ ..
2015 ci ilin ilk seriallarındandır. Yanvarın 7si yayımlanmağa başlayıb və martın 2 sinə qədər yayımlanması nəzərdə tutulub. 20 bölüm olmalıdır, ancaq bildiyimiz kimi bu serialın reytinqinə bağlı olaraq azala və y arta bilər ;) MBC kanalında çərşənbə və cümə axşamları yayımlanır. Eyni vaxtda mövzu etibarilə bənzər olan və bu serialdakı kimi çox məşhur, sevilən aktyor Hyun Bin in Hyde, Jekyll and İ serialı tezliklə yayıma başlayacaq. Hər iki serialın bəyəniləcəyini düşünürəm. izlədiyim Kill Me, Heal Me haqda deməliyəm ki, çox bəyəndim. Əvvəl bu mövzunun 2014 ə damğasını vuran serial İts Ok, Thats Love (bu dramanı çox sevirəm) draması sayəsində (dramanın ostları haqda yazımı oxumaq və ostları dinləmək üçün kliklə )Koreya serial aləmində yeni bir tapıntı kimi həmin andaca iki serialda da istifadə olunması məni bu serialdan uzaqlaşdırmışdı. İzlədikdən sonra bu cür fikrimi dəyişən serial ikiqat əziz olur. ! Komediya, sirr, dram, fantastik, azca da psixologiya və serial hazırdır

http://dreamhigh-happyday.blogspot.com
Baş roldakı oğlanın şəxsiyyət pozğunluğu (psixoloji olaraq tam adının bu tərcüməylə uyğun olub olmadığını bilmirəm) serialın əsas mərkəz nöqtəsidirsə, Shin Se Gi çoxumuzun baş roldan daha çox sevdiyimiz obrazdır. Qeyd edim ki, Shin Se Gi elə baş roldakı oğlandır, sadəcə xəstəliyin sayəsində ortaya çıxan şəxslərdən biri və ən güclüsüdür. Ən əsası isə Se Gi oğlanın keçmişində xatırlamadığı 1 ildə (7 yaşından 8 yaşına kimi) nə baş verdiyini bilir. Gördüyüm andan Shin Se Gi fanı oldum. ! Bir aktyora gözə qara karandaş çəkmək bu qədər yaraşarmı, onu bu qədər dəyişərmi?! Hələ o baxışları, soyuqqanlı hərəkətləri, əminəm serialı izləyənlər əsasən onu daha çox sevdi. Anime qəhrəmanlarına çox bənzəyir. 
http://dreamhigh-happyday.blogspot.com
Qızla tanışlıq anları da maraqlı oldu. Baxmayaraq ki, təkrarın əleyhinəyəm və seriallarda yeniliyi daha çox sevirəm. Burda digər serial-its ok thats love dan istifadə olunsada bu o dərəcə böyük deyildi. Sizi narahat edib də, digər serialı yada salmır, yeni bir drama izlədiyinizi bilirsiniz. 
http://dreamhigh-happyday.blogspot.com/Serialın baş rolu hansı ki, 7 ayrı insanı oynayacaq- Ji Sung -dur. Bu aktyor əvvəlki seriallarındakı adam deyil sanki. Çox dəyişib və həm gənc və həm də çox yaraşıqlı görünür. ;) Fərqi görmək üçün soldakı şəklə baxmaq kifayətdir. Aktyorun 37 yaşı var və yaşını vermək mümkün deyil. Bunun sirrini mənə də desəydilər, gələcəkdə lazım olacaq :D. Aktyor Lee Boo Yung adlı aktrisa ilə evlidir. 



http://dreamhigh-happyday.blogspot.com/

Baş rol qız isə, Hwang Jung-Eum dur. Aktrisa rolun öhdəsində əla gəlir. Xüsusilə Paradise in qarşısında Se Gi ilə ilk görüşlərində çox maraqlı idi, həm də reala çox yaxın, onun yerində olsam mən də eyni cür hərəkət edərdim deyə düşündüyüm nadir baş rol qızlardandır, əlbəttə ki, Koreya seriallarında. Aktrisanın 29 yaşı var. Aktrisa çox gözəldir. Full house 2 serialında o stilini nəzərə almasaq. ;D
Bu serial baş rolların birliktə ikinci işidir. Bundan əvvəl onlar secret love serialında baş rolu bölüşürdülər. Ümumilikdə bu aktrisa əsl həyatda dramalardakından daha gözəldir, sağdakı şəkil də sübutudur.
http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.comPark Seo Joon isə Oh Ri Jin (baş rol qız ) in qardaşıdır. Ailə bağları haqqında gizli sirrlərin ip ucları bizə artıq 4cü bölümdən verilir. Oh Ri On bir yazardır və gizli qalmaq üçün Omega adı ilə əsərlərini yazır. 

http://dreamhigh-happyday.blogspot.comOmega nın da özünə görə sirrləri var. O hər şeyi bilir məncə. 
http://dreamhigh-happyday.blogspot.com
Cha Do Hyun (baş rol oğlanın rəsmi adı :D) u izləyir onun və ailəsi haqqında qeydlər saxlayır. Daha çoxunu yazmayım, izləyəndə biləcəksiniz. 
http://dreamhigh-happyday.blogspot.comSerialın maraqlı hissələrindən biri də aşağıdakı şəkildə gizlidir. 3lü olaraq baş rolların yanına şirkətdəki varisi, ya da digər qızı yox, Omega nı qoyublar.

http://dreamhigh-happyday.blogspot.com


http://dreamhigh-happyday.blogspot.com
Kim Yoo Ri isə sevməyəcəyiniz və araya girməyə çalışan qız olacaq. Master Sun dakı rolunda daha şirin idi. 
Bir şirkət varsa sözsüz ki, orada şirkət uğrunda mübarizə aparan ikinci bir qohum olur. Bu dəfə bu vəzifə aktyor Oh Min Seok un üzərinə düşür. 
http://dreamhigh-happyday.blogspot.com
Aktyor Oh Min Seok isə Cha Do Hyun un (Shin Se Gi demək istəyirəm ona :D) şirkətdəki əsas rəqibidir. Eyni zamanda, onun ilk sevgisi saydığı Han Chae Yeon (Kim Yoo Ri) un sevgilisidir. Ancaq bunu Do Hyun bilmir. 
Bundan başqa şirkətin sahibi, Do Hyunun atası şok halındadır və hələ də oyanmayıb, şirkət başında isə onun nənəsidir. Bu qadın da Do Hyunu o qədər də sevmir. Xüsusilə atasına olanların onun günahı olduğunu düşünür sanki. Ancaq əslində nələrin baş verdiyini heç kim bilmir, yalnız ailənin yaşlılarından başqa- bunlar Do Hyunun nənəsi, evin digər gəlini- digər varisin anası, Do Hyunun anasıdır. (anası rəsmi olaraq atası ilə evli olmayıb, bunu isə ailədən kənarda çox adam bilmir)
http://dreamhigh-happyday.blogspot.com

Bu ailə, varis oyunları (çox serialda varislər var amma ;)) və sekreter bir az secret garden serialını da yadıma saldı. 
Gələk serialın mərkəzinə, yəni Do Hyunun sirri və digər 7 şəxslə tanışlıq hissəsinə.
http://dreamhigh-happyday.blogspot.com
Cha Do Hyunun sirrini yalnız həkimi, katibi( köməkçi/sekreter) və baş rol qızımız bilir. Do Hyun ailəsinin digər üzvlərindən bu sirri saxlamalıdır. Ancaq hər güclü stres və ona qarşı zorakılıq (onu bərk vuranda, döyəndə) halında dəyişim baş verir. Və ən böyük problem isə odur ki, Do Hyun bilmir bu dəyişim zamanı 7 şəxsiyyətdən hansı ortaya çıxacaq.
http://dreamhigh-happyday.blogspot.com Bu serialı həm daha maraqlı edir, həm də hadisələri daha da mürəkkəbləşdirir- Do Hyun üçün. 
Bu 7 şəxsdən serialın əvvəlində hələ 7si də qəhrəmanlarımıza məlum olmur. Böyük stres sonunda yeni şəxsiyyət dəyişimləri də baş verir. Məsələn adaşım Nana kimi. ^_^ Bu Nana çəkdiyi şəkili nəzərə alsaq uşaq olma ehtimalı böyükdür.


http://dreamhigh-happyday.blogspot.com
Do Hyunun ilk dəyişimi bundan 11 il əvvəl Amerikada kollecdən dostunun ögey atasının onu döydüyü vaxtdan başlamışdı. İlk ortaya çıxan da Shin Se Gi olmuşdu. Dəyişim anında Do Hyun özündə olmur, onun beyni və bədəni yeni sahinin olur. 

Do Hyun fiziki cəhətdən güclü olub stres və bənzər hadisələrə qarşı güclü olmaq üçün əlindən gələni edir
http://dreamhigh-happyday.blogspot.com

Hər dəyişim zamanı meydana çıxan şəxsiyyət/adam da digərindən istər zövq, istərsə də həyat tərzi ilə fərqləndiyi üçün geyim, 
görünüş tamamilə dəyişir. Əgər baş rolumuz ağıllı, sözə baxan tələbələr kimi geyinirdisə, digər şəxslər (dəyişimdən sonra) ilk geyimi dəyişir. Bütün şəxsiyyət dəyişimində meydana şıxan 7 nəfəri görmək üçün aşağıdakı teaser i izləyin

http://dreamhigh-happyday.blogspot.com
Bu şəxsiyyətlər o qədər ağılllıdır ki, Amerikadan Koreyaya öz paltar və əşyalarını da göndərir. Yazıq Do Hyun isə dəyişimdən sonra heç nə xatırlamadığı üçün bunların qarşısını ala bilmir. 
Hər dəyişimdə ortaya çıxan şəxs isə özlüyündə onu böyük problemlərlə üz-üzə qoyur. Həmin problemli anların çəkildiyi kadrlardan olan şəklə diqqət.
Bu dəyişim zamanı intihar etməyə meyilli 17 yaşlı gənc, canavar adamı xatırladan, döyüşkən Shin Se Gi və ya bomba hazırlamaqda mütəxəssis Ferry (Perry) Park ortaya çıxa bilər.
Perry Park ləhcə ilə danışan, saçlarını ortadan açan, dənizçidir. Bomba hazırlamağa olan sevgisini isə artıq qeyd etmişdim. Onun ən zəif cəhəti gəmilərdir. Dənizçi olduğu üçün üstündə adı yazılan gəmisi olsun istəyir. 
Bu 7 dəyişən şəxsdən ilk meydana çıxan və ən güclüsü olan Shin Se Gi isə soyuqqanlı və fərqlidir. Onu daha da gücləndirən isə məqsədinin olmasıdır. Belə ki, onun yenidən ortaya çıxmasına səbəb olmuş Oh Ri Jin (oğlanı qaldırıb, yerə çırpmışdı :D) onun məqsədinə çevrildi. Əslində burda keçmilə bağlı nəsə var, ancaq nəzəriyyələrimi demirəm, spoilərlə qarışıqdır çünki. Shin Se Gi nin Amerikadakı ilk dəyişimindən etibarən bir soundtrack eşidirik. 
http://dreamhigh-happyday.blogspot.com
Shin Se Gi nin xarakterinə uyğun olaraq mahnının rep hissəsi ilə başlayır ost. Mən bu mahnını çox sevmişdim və ost olduğunu düşünmürdüm. Çünki, normalda bir Kpop grupu bu mahnıni oxuyub uğur qazana biləcəyi tipdə mahnıdır. Aşağıdakı videoda serialdan hissələr var spoi sevməyənlər üçün ikinci videonu dinləməyi məsləhət görürəm.
Amma ilk video çox əla hazırlanıb!.

http://dreamhigh-happyday.blogspot.comMəncə, Ri Jin( baş rol qız) serialda Do Hyunun özü ilə Shin Se Gi arasında qalacaq, bu ikilidən hanısı sevdiyini bilməyəcək. (Belə olsa çox maraqlı olar) Shin Se Gi nin ona davranışına görə Ri Jin ona vurulmuşdu. Həm də o artıq Do Hyunun əsl adını, sirrini bilir. Shin Se Gi öz nömrəsini onun telefonuna ilk görüşdükləri gün öz adı ilə qeyd etmişdisə də, Ri Jin sonradan bu adı Do Hyun olaraq dəyişir. Elə o anda da Shin Se Gi yenidən qayıdır. Serialda Shin Se Ginin qayıtdığı anları gözləyirdim. It's ok? That's Love da da D.O. nun gəldiyi vaxtları gözlədiyim kimi, psixoloji problemlərlə yaranan ikinci şəxslərə qarşı bu nə sevgidir belə Nana? (dedim özümə) :D
Shin Se Gi nin son görünüşündən sonra bunu düşündüm- Shin Se Gi Kpop un sənə ehtiyacı var. :D
http://dreamhigh-happyday.blogspot.com
Shin Se Gi nin Ri Jin ə sevgisini etirafı da çox maraqlı idi, hər nə qədər də bu çablon tanışlıq yollarından biri olsa da , burda tam yerində idi və Shin Se Gi yə yaraşan üslubda idi. Çox bəyəndim.
http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.comSerialda Do Hyunun başına gələnlərə görə-7 yaşından 8 yaşına kimi olan dövrdə, hadisələr bu şəxsiyyət pozğunluğunu/dəyişiminin səbəbidir. Do Hyun bu 1 ildə nəyin baş verdiyini unutmaq üçün uşaqlıqdan bu şəxiyyət dəyişimləri sayəsində özünü həmin vaxt baş verən güclü mənəvi travmadan qoruyub. Shin Se Gi isə yaddaşında gizlətdiyi o 1 ili xatırlayır. Düşünürəm ki, Shin Se Gi həm də, intiqam üçün yaşayır. Bunun düzgün olub olmadığını izləyib birlikdə görəcəyik. Shin Se Gi qırmızı paltoda Super Juniordan Heechulu yadıma salır. Bir də serialda Exo dan Baekyun un adı hallanır .
http://dreamhigh-happyday.blogspot.com


Bundan sonra isə sizi Shin Se Gi və Oh Ri jin şəkilləri gözləyir. Bəli yazıda əsas məqsədim sizi Shin Se Gi fanı etməkdir. :P Shin Se Gi təhlükəli, soyuqqanlı da olsa Ri Jinin onu sevməsini istəyirəm, hətta sonda buna görə serialın sonlarında drama çevrilə bilməsini də nəzərə alıram. O dərəcə Shin Se Gi tərəfindəyəm. :D

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com/


Həm komik hissələr, həm də romantik hissələr Shin Se Gi olanda çoxalır, sanki serialın hərəkətləndiyini hiss edirsən

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com


http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com

Shin Se Gi Ri Jinə dediyi sözlər isə Do Hyunla qızın qarşılaşmasını düşünərək dediyi sözlər idi.
Yalnız 1 Shin Se Gi var. Məndən yalnız 1 dənədir. Buna görə də, mənim baxışlarımı heç vaxt unutma!!
http://dreamhigh-happyday.blogspot.com
Bu qədər, Hələlik. Tam oxudunuzsa, rəylərinizi gözləyən bloggeri unutmayıb, fikirlərinizi yazın. ;)
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

14 yorum:

  1. Özüm kimi serialin ilk bölümünden etibaren Shin Se Gi fani olan birin tapdim elaaaa.Secretden çox sevdiyim cütlüyün bu serialin çox gözleyirdim gözlediyimden de ugurlu bir iş alinib.
    Spoilere daxil olacaq ama Oh Ri On Oh Ri Jinin qardaşi deyil böyük ehtimalla hetta Ri Jini sevir deye bilerem.Buda seriali dahada maraglie edecey.Se Ginin daha maragli oldugu gerçekdi.
    Qisaca Ji Sung ve Hwang Jung Eum biryerde olanda çox beyenirem.

    ReplyDelete
    Replies
    1. məncə də Oh Ri On qardaşı deyil və Ri Jini sevir

      Delete
    2. NS he ilk gorduyum andan fani oldum :D o spioleri men hec izlemeyenler ucun yazmamisdim :P :D

      Delete
    3. he artiq 4cu bolumden qizi sevdiyini de bildik Leyla :))

      Delete
  2. Shin Se Gi xarakterini cxo sevdim ) serial vapwe eladi ))

    ReplyDelete
  3. mən Cha Do HYun tərəfindəyəm :D ....bir də məncə Oh Ri On qızın qardaşı deyil

    ReplyDelete
    Replies
    1. he orasi deqiqdir ki qardas baci deyiller :) Cha Do Hyun da yaxsidi ancaq Shin Se Gi superdi :D

      Delete
  4. Koreyada sixici drama movsumunden sonra maraqlilar baslayib ))) bu drama cox eladi senarini yaxsi qurublar Shin Se Gi fandomuna yaziliram beakhyun kimi eyelinerlerin cekir )) duz deyirsen heechul havasi var onda :D

    ReplyDelete
  5. heqiqeten de maraqsiz dramalar dovru vardi nehayet bitdi. ^_^ he qirmizi paltoda gorduyum andan Heechul yadima dusdu :D

    ReplyDelete
  6. çok güzel bir dizi gerçekten ben de başlarda shin se gi'yi tutuyordum ama şimdi cha do hyun'u daha çok sevmeye başladım :) bakalım ilerde neler olacak.

    ReplyDelete
    Replies
    1. hal hazırda mən ən çox omega seven oldum deyəsən :D çoox bəyənirəm onun rolunu ;)

      Delete
  7. bu kdramay baxdiqdan sonra bir müddәt heç kdrama izlәyә bilmәdim)bitmәsini istәmәdiyim kdrama idi

    ReplyDelete
    Replies
    1. Bu ilin sürpriz kdramalarından idi.! Çox sevmişdim. Bu arada salam Azərbaycanlı bloggerlər tanıdığım çox azdı. Səni də tanıdığıma sevindim. Bloguna da baxdım ;)

      Delete