Saturday, January 10, 2015

A WEREWOLF BOY/ CANAVAR ADAM.

SONUNA GÖRƏ BU FİLMƏ BAXMAĞA DƏYƏR!


http://dreamhigh-happyday.blogspot.com  Bu filmə Song Jook Ki üçün başlamışdım (baş roldakı oğlan) , bir də çox tərifli idi deyə, başqa səbəbim də Koreya seriallarına çox baxsam da az filmə baxmağım oldu. Bir az da filmlərinə baxaq dedim, baxdım, çox bəyəndim və o andan bura yazmaq istədim. Çünki filmin təsiri güclü oldu və bu anda hisslərimi, düşüncələrimi bölüşmək istədim..

Film 2012ci il 31 oktyabr da cıxıb. 125 dəqiqəlik romantik, fantastik filmdir. Film bir çox mükafatın da sahibidir.- 2013 Baesang mədəniyyət mukafatlarında ən yaxşı ssenari, ən yaxşı film və ən yaxşı aktyor (Song Joong Ki) nominasiyalarında qalib olub. Hələ bu yalnız bir festivaldan topladıqları mükafatdır, maraqlananlar digərlərini wikipediadan öyrənə bilərsiniz.
    Başda film sizə adi indiyə qədər baxdığınız yüzlərlə filmdən fərqli gəlməyəcək bəlkə, ancaq səbrli olun. Dəqiqələr keçdikcə film sizi özünə bağlayır. Başlayanda tam başqa cür olacağını təsəvvür etmişdim. Lakin film fikirlərimi alt-üst etdi. 
http://dreamhigh-happyday.blogspot.com/Qeyd edim ki, bu yazımın əvvəli filmlə tanışlıq üçündür, yəni izləməyənlər üçündür. Yarıdan sonra (əvvəldən xəbərdarlıq üçün yazacağam, spoi sevməyənlər üçün) filmi tam izləyənlərlə bölüşmək istədiyim fikirlərim yer alacaq.
Film bir yaşlı qadının Amerikadan Cənubi Koreyayadan gələn bir zənglə yenidən vətəninə qayıtması ilə başlayır. Qayıtma səbəbi isə, Cənubi Koreyadakı kənddə yerləşən evini satmaqla bağlı olur. Qadının öz evinə geri getməsi ilə bu indi baxımsız qalan evdəki gənliyi, xatirələri və O yadına düşür. Beləliklə də bizim əhvalat başlayır. 
http://dreamhigh-happyday.blogspot.com
SEVGİ ONUN ÖYRƏNDİYİ İLK İNSAN DİLİ İDİ.

   
http://dreamhigh-happyday.blogspot.com
Bəzi instinktlər öyrədilmir.
"gözəl və bədheybətin nağılı..
O zaman Soon Yi (baş roldakı qız) yəni əvvəldən gördüyümüz qadın gənc və gözəl bir qızdır. Ailəsi bu qızın ağciyər xəstəliyi səbəbi ilə havası daha təmiz olduğu üçün şəhərdən kəndə köçür. Bir də bizə bir ara bu evin əvvəlki sahibinin canavarları, itləri saxladığı evin yanındakı tövlədə (ümidvaram düz yazdım gedəsi kənd olmayanda işlətmədiyim üçün dəqiq bilmirəm) dəmir qapını açır və elə bu vaxt da ürəktutmadan dünyasını dəyişir. 
http://dreamhigh-happyday.blogspot.com
  Kənd həyatını sevməyən elə Soon Yi olur. Anası və özündən kiçik bacısı ilə yaşayırlar. Bir də atasının şirkətinin tərəfdaşının oğlu var. Qızın ətrafında dolanır, həm də kobud biridir. Yoon Si özünə qapalı, soyuqqanlı bir qızdır. Bir gün anası ilə evin həyətində kolların arasında bir cüt göz görürlər. Bu yeməyi görüb yaxınlaşmaq istəyən canavar oğlan idi. 

http://dreamhigh-happyday.blogspot.comBizə bu zaman aydın olur ki, ölən adamın açdığı qapıdan çıxan bu oğlan olub. Həmin adam isə həkim idi. Dövlətdən gizli bir sınaq keçirirmiş, lakin dünyasını dəyişdiyindən sirri də onunla birlikdə dünyadan köçür. Geriyə isə bizim Chul-Soo- canavar adam qalır. 

İlk vaxtlarda yoon Si hamı kimi onu da sevmir, uzaq durur. Ancaq bu şirinliyə nə qədər soyuqqanlı davrana bilərsiniz ki, deyilmi ?! ;) 
Canavar adam adına uyğun olaraq Chul Soo insanlardan uzaq, vəhşi kimi böyümüşdür. Buna görə də danışmaq, deyiləni anlamaq, yazmaq və ya düzgün yemək yemək kimi şeylərin hər biri Chul Soo ya yad idi. Ancaq Yoon Si, Chul Soo nun öyrənməyə maraqlı olduğunu anlayır. Bu səbəbdən qız onu öyrətməyə başlayır, düzgün yeməkdən başlayaraq, yazmağa qədər. 
http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.comDanışmağı isə öyrədə bilmir. Bütün bu zamanda isə, onlar dostlaşa bilir. Dostluqdan çox bu sevgi idi.

 Ancaq danışmağı bacarmayan oğlan hisslərini necə deyə bilərdiki?! Əlbəttə atasının tərəfdaşının varlı oğlu bu vəziyyətdə nəsə etməli idi. Və edir. Filmimizin əsas mənfi obrazı odur, düzgün təxmin etdiniz. Ancaq hər şey belə sadə olsaydı, bu film haqda bloga yazmazdım... . ...
http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com

Hər dəfə nəyisə düzgün edəndə Yoon Si, Chul Soo nun başına sığal çəkir. Buna Chul Soo o qədər alışır ki, qız bunu etmədiyi anda qəribə və çox şirin bir ifadə ilə başını əyib ona baxır və sığalı gözləyir.- bu hissəni izləməlisiniz həqiqətən. 
http://dreamhigh-happyday.blogspot.com
Qız atasının ölməzdən əvvəl ona aldığı son kitabı heç vaxt oxumayıb. Chul Soo ya da söz verir ki, o oxumağı öyrəndikdən sonra ilk ondan dinləyəcək kitabı. Kitab qardan adam haqqındadır. Hadisələr də elə qışda baş verir. 
http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com
qız ona gitara çaldığı üçün ilk dəfə Chul Soo da onun başına sığal çəkir.
Gələk hadisələrin əsas düyün nöqtəsinə; 
http://dreamhigh-happyday.blogspot.com
oğlanın dalınca həm polis, həm də ölən alimin dostu gəlir. Onlar bu insanın qeyri adi olmasından şübhələnir. Və insanlıq, insanlar üçün təhlükəli olarsa onun barəsində dövlətin lazımi orqanlarına məlumat verməlidirlər. 
http://dreamhigh-happyday.blogspot.com
qızın otağının qpısının ağzında yatdığı hissə
Bunun üçün isə oğlanı əvvəl qaldığı heyvan üçün olan evə bənzəyən otaqda saxlayırlar. Əlbəttə ki, özləri də bütün gün ona kamera vasitəsilə nəzarət edirlər. 
http://dreamhigh-happyday.blogspot.com
Əslində heç bir problem olmazdı, bu varlı oğlu olmasaydı.. Oğlanın canavar adam simasını gördüyü üçün və əlbəttə ki, yolunda durduğu üçün bu yolla onu yolundan götürmək istəyən varlı oğlan (onu ansewr 1994 ə baxanlar çox sevir ancaq burda yaxşı rolda deyil) Chul Soo nu qıcıqlandırır. Filmdə bu hissə çox əyləncəli idi. Qızın oğlanı uşaq kimi aldadıb onu qadın, özünü isə kişi kimi makyaj və geyimlə bəzəməsi. Chul soo nun baxmağına baxın, uşaq kimidir. 
http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com
Filmin ost u da filmə uyğundur. Mahnının adı isə mənim şəhzadəm-dir. (my prince)
                                  
Bu da mahnının instrumental versiyası.

http://dreamhigh-happyday.blogspot.com
Bəs bundan sonra hadisələr necə olacaq. 
Nəzarət edən adamlar nəyin şahidi olacaq?
Chul Soo nun ilk dediyi söz nə oldu? ( bu hissə də təsirli idi..)
Chul Soo və Soon Yi sevgisinin sonu necə olacaq? 
Chul Soo, Soon Yi yə kitabı oxuya biləcəkmi?
Filmin Sonu necə olacaq?
Ən əsası mənə bu qədər nə təsir edib öyrənmək istəyənlər filmi mütləq izləsin..! ..

DİQQƏT! BUNDAN SONRASINI FİLMİ İZLƏYƏNLƏR OXUSUN. SONU DA DAXİL OLMAQLA FİLM HAQDA SPOİ ÇƏLƏNGİ VAR. :D

http://dreamhigh-happyday.blogspot.comFilmi izləməzdən əvvəl heç filmdə fantastika olacağını düşünmürdüm, çünki Koreyada fantastika o qədər də istifadə olunmur və olunduqda da o qədər effektiv olmur.-mənim şəxsi fikrimdir ancaq əminəm ki, mənimlə razı olarsınız.
Ümumilikdə onsuz da fantastika filmdə əsas yerdə deyildi. Elə düşündüyüm kimi, lakin rejisor bizə çatdırdığı fikir xüsusilə filmi udulmaz etdi. Song Joong Ki nin filmdə baş rol olması da öz sözünü dedi. 
Filmdə qızın onu məcburiyyətdən qovmaq istədiyi hissə də ilk təsirli səhnəmizdir.
http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com
Sadəcə yaraşıqlı deyil, aktyor həm də hissləri simasında gözəl ifadə bacarığına malikdir. Bu rola ondan daha yaxşı heç kim uyğun gəlməzdi. Qız da rolunun öhdəsindən çox yaxşı gəlir. Unutmayaq, əgər bir film sevilirsə deməli aktyor heyətinin çoxu işinin öhdəsindən gəlib. Song joong Ki isə əvəzolunmaz idi, sonda buna bir daha əmin oldum. Çünki baş rol saflığın, təmizliyin, təmiz hisslərin tərənnüm olunduğu lakin çoxumuz insanlıq adına saydığı şeyləri bilməyən biridir. Həmişə uşaqsı siması olan aktyordan yaxşı rola uyğun gələn heç kimi düşünmürəm. Heç gözləmədiyim şəkildə bitdi. Göz yaşı axdı, Chul soo üçün. Bu videoda filmdən çoxlu səhnələr var.
                                  
Sonu yarımçıq kimi, sualla qalsa da bu reallığa hətta belə daha uyğun idi. Və etiraf edək ki, bizim həmişə yadımızda daha yaxşı qalan və bizə daha çox , daha dərindən təsir edən həmişə bənzər sonluqlar olur. . . . Qızın Chul Soo ya atasının ölməzdən əvvəl aldığı kitabı verməsi, onun oxumasını istəməsi kimi çoxlu kiçik romantik hissələrə baxmayaraq filmin əsas mərkəzində duran Sədaqət idi. Çünki sonradan kənddən köçüb gedən qız ömründə bir dəfə də olsun onu düşünməmişdi, bir dəfə də olsun ona görə qayıtmamışdı. Halbuki, o bunu edə bilərdi. Yaşlandığı vaxtda qayıtdıqdan sonra gecə gedib Chul Soo nun qaldığı otağın qapısını açdığı anda hər izləyici kimi ağlıma çoxlu versiyalar gəldi. 

http://dreamhigh-happyday.blogspot.com
Ancaq oğlanın heç yaşlanmadan eyni qalması mənim üçün gözlənilməz oldu. Ən çox təsirləndiyim an da bundan sonra başladı. Yazdığım anda da xatırladıqca qəmgin hiss edirəm. Chul Soo onun yazdığı son kiçik məktubu əlində ona qaytarır. orada yazılan isə belə idi- Gözlə. Mən qayıdacam.- 
http://dreamhigh-happyday.blogspot.com
 Lakin bütün bu illər qızın heç ağlına da gəlməzdi ki, Chul Soo onu gözləyər. Qız, yəni artıq yaşlı qadın ağlayaraq ona yaxınlaşır. Heç dəyişməmisən Chul Soo deyir, özünü nəzərdə tutub mən isə çox dəyişmişəm, yaşlanmışam deyir.Bu zaman qadın ağlayır və deyir: Bu illər ərzində niyə məni düşünmüsən?, Niyə məni gözləmisən?
Ancaq mən  yaxşı yemişəm, yaxşı geyinmişəm, çoxlu dostlarım olub, hətta evlənmişəm, uşaqlarım, nəvələrim olub.  
http://dreamhigh-happyday.blogspot.com
Halbuki söz verməyi də o öyrətmişdi Chul Soo-ya..
Chul soo onda sən heç dəyişməmisən, eyni əllər, eyni gözlərdir. Hələ də çox gözəlsən və sənin üçün çox darıxmışam dedi. Filmin əsas mesajı da elə ən təsirli hissəsi də bu 4dəqiqədir. O qədər pis təsir etmişdi ki. . . .  Bu da həmin an.. Xatırlamaq üçün yenidən izləyək. 

Burda sədaqətin çox vaxt insanlardan uzaq olduğunun biz bir daha şahidi oluruq. insanlar doğrudan da, çox vaxt qarşısındakının da eyni cür edəcəyi bəhanəsi ilə özünü ovudur və sonra həyatına asanlıqla yeni səhifə açır. Belə insanlar həqiqətən də çoxdur. Onlar tapdıqları sevginin dəyərini bilməyi yox, yaxşı yaşamağı düşünür. Özündən nəsə vermək, nəsə itirmək heç vaxt istəmir. Daim qazanmaq istəyir. Kimisə sevmək əvəzinə, yenə özünü sevir, hamının da onu sevməyini istəyir. Filmin sonunda da qadın Cənubi Koreyadakı qohumuna (onun gənclikdəki yaşında bir qız) məsləhət verəndə sevginin əsas olmadığını deyir və əsas olanın rahat yaşamaq olduğunu deyir. . . . Bu da onun yenə keçmişə qayıtmaq şansı olsa belə heç nəyi deyişdirməyəcəyinin sübutudür. Chul Soo kitabı qıza oxuyanda bunun son olduğunu və sonda qadının öləcəyini düşünmüşdüm. Bu nisbətən daha yaxşı idi. Ancaq
qadın eynə də səhəri gün kəndi tərk edir. Həm də bir daha geri qayıtmayacaq şəkildə. Onun Chul Soo ya olan yeganə yaxşılığı isə evi satmaq fikrindən daşınması olur. Çünki Chul Soo yenə də sona qədər onu gözləyəcəkdi...
Məndən bu qədər. sıra sizdədir. İzləyin və fikirlərinizi yazın. Bilmək mənə çox maraqlıdır. Bu da Son, Hələlik. 
http://dreamhigh-happyday.blogspot.com

6 comments:

  1. Song Jook Ki menim en sevdiyim aktiyordu bu filimde cox mesum rol oyuyur. butun flim boyu tekce 1 soz dedi bakislari ile oyanirdi aktyorluguna heyran qalmisdim axirda da aglatdi meni. Song Jook Ki esgerlikden tez qayitsin yeni dramalarda flimlerd gore boqosipda oppa fangirlluyum tutdu :D

    ReplyDelete
    Replies
    1. tam raziyam Simu :)) axiri aglatdi, dusundurdu :( he tez qayitsin mukemmel bir serial, film e cekilsin ;) :D

      Delete
  2. Yeniden hatırlamak güzel oldu filmi, ellerine sağlık :D

    ReplyDelete
  3. Nana'cım ben sonunu beğenemedim yahu,, hatta reel bile bulamadım. Ama OSt'nin enst hali çok güzelmş.. bu versiyonunu ilk defa dinledim sanırım :) Eline ve düşüncelerine sağlık :)

    ReplyDelete
    Replies
    1. Çox sağ ol Dərya :)) sonda bizə bir şeylər deməyə çalışır əslində , bu da filmin çəkən rejisorun öz seçimidir. ;)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...