Thursday, October 9, 2014

TEEN WOLF SEASON 1

YENIYETMƏ CANAVAR ADAM! dreamhigh-happyday.blogspot.com

  Son zamanlar Koreya seriallarından uzaqlaşmaq fasilə vaxtının gəldiyini hiss edirdim, bu hiss sizə də tanışdır. Dramalar əvvəlki kimi maraqlı gəlmir. Belə bir anda nə izləsəm dedim. Hər dəfə necəsə qarşıma çıxıb izlə məni deyən Amerika serialı nəhayət istədiyini aldı.! Fantastika varsa film ya da serialda mütləq nəzər yetirirəm. Çoxumuz Harry Poter kimi filmləri də bu fantastika marağımız sayəsində izləmədikmi?! :) Twilight, Vampire Diaries kimi fantastikdir. Amma burda vampir yoxdur.

dreamhigh-happyday.blogspot.com Hal-hazırda 4cü sezondayam (hətta artıq tamamilə bitirdim :(_) və yeni fantastik varlıqlar görürəm serialda amma vampirlər heç yoxdu.- nəzərə alaq ki, uşaqlıqdan az qala bütün fantastik filmləri və serialları sevə sevə izləyən biriyəm və fantastik varlıqların çoxunu sizin kimi tv dən yaxşı tanıyıram. :D  Amma vampirləri heç axtarmayacaqsınız da. Burda əsas canavar adamlardır. Hadisələrin məktəbli yeniyetmələrin başına gəlməsi də ikiqat baxımlı edir serialı. Çünki bu cür hadisələr yeniyetmələrin başına gələndə hadisələr daha əyləncəli baş verir. Serialı həm də seçdikləri soundtracklara görə bəyəndim. Soundtrack ları aşağıda paylaşmışam. ;) Şəkildəkilər K-drama üslubunda desək, Teen Wolf oppalar ^_^. 

dreamhigh-happyday.blogspot.com
   Scottun ən yaxın dostu Stiles bir gecə onu meşəyə getmək üçün razı salır. Səbəb isə, cəsəd idi. :D Styles atasının şerif olması səbəbi ilə yaşadıqları şəhərdə bütün kriminal hadisələrdən xəbərdardır. ^_^  Meşədə Scottu bir canavar dişləyir. Əslində isə Scott canavar hesab etdiyi canavar adam idi. Scott canavardan (canavar adam) xilas ola bilir. Ancaq səhər artıq heç bir yara izi yox idi. Asma xəstəliyidən əziyyət çəkən Scott artıq bu xəstəlikdən də xilas olmuşdu və tam sağlam idi. Ən əsası isə Scott özündə bir sıra dəyişikliklər hiss edir : uzaq məsafədən insanları aydın eşidir, daha güclü və sürətlidir- normalda insanın ola biləcəyindən daha çox. Məktəbdə o qədər də seçilməyən biri olan Scott bir günə dəyişir. 
dreamhigh-happyday.blogspot.comNəhayət, məktəbin lakros komandasında əsas heyətə düşə bilir. Ancaq bu işin sadəcə yaxşı tərəfi idi. Artıq onun öhdəlikləri var, özünün də bilmədiyi. Ayın bütöv olduğu gün canavar adamlar qana susayır və özlərini idarə edə bilmir. Scott bunun öhdəsindən gələ biləcək? Əlbəttə ki, düşmənlər də var. Digər canavar adamlar və ovçular- qeyri adi məxluqları ovlayanlar. Bu ovçular canavar adamların düşmənidir. Hekayədən bu qədər bəsdir. Keçək hekayəni daha maraqlı edən insanlarla tanışlığa. 
Scott McColl- baş rol. Əsl adı Tyler Posey. - anası ilə tək yaşayan adi bir yeniyetmə, canavar adamın onu dişləməsi sayəsində Werewolf-canavar adam olur. Scottun canavar adam olması və bu axtardıqları cəsəd (Stiles sağ olsun :D) hələ hadisələrin sadəcə başlanğıcı idi. Scott sonra öz dostlarını və digər şəhər sakinlərini qorumalı olacaq. 
dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com
 Bu serialda baş rol hamının sevimlisi olmadı. Scott rolunu sevəcəksiniz bu sözsüz belə olacaq, amma digər rollar, obrazlar daha seviləsi ola bilər. Çox vaxt seriala baş rola baxıb qərar veririk, (hamımız əsasən baş rolun xarici görünüşü və rol qabiliyyətini həmişə əsas tutmuşuq boynumuza alaq ;))  amma bu serialda mənim daha çox bəyəndiyim insanlar vardı. ;) Ümumilikdə, baş rol bu oğlan olmasaydı demədim ancaq heç. Deməli, rolunun öhdəsindən gəlib. ;) 
Bu da serialın ilk teaseridir. Ancaq 2 və 3cü sezonun teaserlarını daha çox bəyəndim. 



dreamhigh-happyday.blogspot.com

Stiles Stilinski- Dylan O'brien ın oynadığı Stiles serial izləyicilərinin ən sevimlisi oldu. Nəzərə alaq ki, bu serialda Stiles dan daha yaraşıqlı, daha uzun boylu filan (ha ha :D) oğlanlar var. Ancaq Tyler Hoechlin belə mənim üçün Stiles dan sonra gəlir. :P Niyə?- Çünki mimikası, hərəkətləri, jestləri, danışıq tərzi onu çox sevdirdi. Oxatan üslubunda danışır- yəni iynələyici. ;) Zarafatcıldır.dreamhigh-happyday.blogspot.com
Stiles heç də populyar olmayan adi məktəblidir. Heç ən yaxın dostunun canavar adam olması da ona məşhurluq üçün kömək olmur. 3-cü sinifdən məktəbin ən məşhur qızı Lydia ya vurulub. ;)
dreamhigh-happyday.blogspot.com

 Stiles özünü cool ( tərcüməsini dəqiq ifadə edə bilmədim bu sözün bilən yazar ;)) göstərməyə çalışan amma bacarmayan tipdir. Və mən onu elə buna görə bəyəndim bəlkə də, həm də zarafatcıl olması. 
dreamhigh-happyday.blogspot.com

LYdia Stilesı görməzdən gəlir, həmişə.. Amma Stiles heç bu sevgisindən əl çəkmir. :D 


dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

Stiles da canavar adam olsaydı, cümləsini heç işlətməyəcəksiniz, Stiles çünki olduğu kimi daha yaxşıdır. Onun güclü olmağa ehtiyacı yoxdur, güclü olsa özünü qorumaq üçün beyzbol çubuğunu kim götürəcək?! :P Mən bu qədər təriflədim, gıcık olub da sevməməzlik etməyin.! Sırf Stiles üçün belə o 4 sezonu izləməyə dəyərdi.! 
Stiles çox ağıllıdır. Dərslərində həmişə A alır. ( məktəbli dilində 5 :D) Ancaq Lakrosda  ilk dəfə lakros oynayan bir insan qədər uğurludur. ha ha :D 
dreamhigh-happyday.blogspot.com


Əsas heyətə düşmək isə yuxu kimi uzaqdır onun üçün. :D
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.comAtası şəhərin şerifidir. Styles da atasına gələn bütün məlumatları gizlicə öyrənir. Ancaq maraqlı kriminal hadisələr haqqında biləndə atasından əvvəl hadisə yerinə getməyə çalışır. Atadan keçən bir maraq deyək buna. Meşədə bir hissəsi tapılan cəsədlə bağlı xəbər Stiles ın marağına səbəb olur. Scottu da götürüb meşəyə gecənin bir vaxtı cəsədin digər hissəsini tapmağa gedir. Atasının bəlası da demək olar ona, atası onun sayəsində az problemlərlə üz-üzə qalmayacaq. ;)
Bəzən də atasından kriminal hadisələrlə bağlı söz almaq üçün bu cür hiyləyə əl atır.
dreamhigh-happyday.blogspot.com



dreamhigh-happyday.blogspot.comStiles əslində onun əsl adı deyil. Bəs onda onun əsl adı nədir?- Bilmirəm! Siz də bilməyəcəksiniz. 4 sezon boyu yeganə sualım bu oldu, yeganə cavabsız qalan sualım.   -_-  Bildiyimiz tək o olacaq ki, adı gülməli olduğu üçün bu adı işlətmir və bu ad onun ana babasının adıdır. Stiles ın anası xəstəlikdən ölüb.(xəstəliyin adı yadımda deyil ancaq simptomlarını deyə bilərəm :D beyin həcmi getdikcə kiçilir sözün qısası )
Uzuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuun uzadı yazıb sizi yormaq, hətta bezdirmək istəmirəm. NOT.Çox yazıramsa deməli çox bəyənmişəm. Danışmağa sözüm çoxdur buna görə. ;) 
Düşünməyin ki, Stiles ancaq şirin olacaq arada şəkildəki kimi olacaq. ^_^
dreamhigh-happyday.blogspot.com

Stiles olmadığı hissələrdə gözünüz onu axtaracaq. Məndən demək. Nə qədər Stiles şəkli vardı bura atmaq istədim sorry :D
dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com






dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com




dreamhigh-happyday.blogspot.com


Bəzən də belə qəmgin olacaq Stiles. (bilirəm Stiles Stilinski-Dylan O'brian ın yaradıcılıq günü deyil :P_) Çox səmimi deyilmi sizcə də.?! 
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com



dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

Özünü ifadə etmək şəklini çox sevirəm Stiles ın :D
dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

Hər rolu oynaya bilən aktyorlardandır, serialda bunun şahidi olacaqsınız. Ümumilikdə serialın əsas komediya hissəsi onun üzərinə düşür.
dreamhigh-happyday.blogspot.com

Lakros oyunu heç oynaya bilməyən Stiles qol vuranda :
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com



Bu qədər Stiles bəsdi bugünlük :D
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.comLydia- məktəbin əsas qızı. Ən gözəl qızı. Həmişə şık, gözalıcı geyinən, brend geyən varlı ailədən olan qız tipimiz. Bu tipi bütün Amerika məktəbli film/seriallarında görmüşük. Hamıya aşağı tipli kimi baxan , həmişə qıcıqlandığımız, insanlara əziyyət edən qız tipi. Lakin bizim Lydia tam fəqrlidir. 
Ona nifrət etməyəcəksiniz. Əksinə ən sevdiyiniz obrazlardan olacaq. Görünüşü belə insanı qıcıqlandıran o qız tiplərini xatırlatsa da serial da hər bölüm daha çox sevəcəksiniz onu. 
dreamhigh-happyday.blogspot.comdreamhigh-happyday.blogspot.comÖzünü heç nə bacarmayan, o qədər də ağıllı olmayan biri kimi göstərir. Halbu ki, dərslərində çox yaxşıdır. Məktəbin ən yaraşıqlısı,məşhur oğlanı, lakros komandasının kapitanı Jakson un sevgilisidir. Lydia baş rol qızımız deyil.                                                                                                                                                          Narahat olmayın, Scott, Stiles və Lydia 3lüsü kimi sevgi üçbucağı görməyəcəksiniz. Mənim şəxsən belə sevgi 3bucaqlarından heç xoşum gəlmir. 
Şirinliyə baxın siz. ^_^
dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com

Gülüşünü çox bəyəndim Lydianın
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

Lydia və Jakson cütlüyü. 
dreamhigh-happyday.blogspot.com

Baş rol qız isə Allison dur. 
dreamhigh-happyday.blogspot.com                                                                                                                                                               Saçlarını kəsəndə daha çox yaraşmışdı ona.:)) Siz də müqayisə edin qərarınızı deyin. :D
Allison məktəbə yeni gələndir. Scott ona ilk baxışdan vurulur. Və bu spoi deyil ki, sevgili də olurlar. Ancaq Leyli ilə Məcnun kimi ailələri düşmənə dönəcək kimi bir şey var. :D Allisonun ailəsi Argent lər ovçudurlar. Scott kimiləri ovlayırlar və axır əvvəl Allison da ailə sənətini davam etdirməlidir. Bəs o zaman Allisonun seçimi necə olacaq?
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

Bu şəklin burda olma səbəbini K-drama fanlarına sual olaraq qoydum. Sizə hansı dramanı xatırlatdı? ;) 
dreamhigh-happyday.blogspot.com

Allison məktəbə gələn kimi məktəbin ən populyar qızı Lydia ilə dost olur. Ən yaxın dost olurlar. Bu şəkillərdə də gördüyümüz kimi.

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com
Hətta Jakson da Allisonun dostları sırasına girir. 

dreamhigh-happyday.blogspot.com
Şəkildə Jakson, Lydia və Styles a diqqət :D 
dreamhigh-happyday.blogspot.com
Scott ilə Allison sevgisindən bir şəkil. :P Düzü seriala baxdığım zaman Allisonu 16 yaşlı qıza oxşatmadım, əsl həyatda olmasa da ən azından oxşasa daha yaxşı olardı. ;) Scott dan daha çox başqa bir nəfərlə yaraşdırırdım və sonradan həmin oğlan ilə əsl həyatda bir müddət münasibətlərinin olduğunu da öyrəndim. ;) İlk sezonda o aktyor yoxdur, gərək digər sezonları da izləyəsiniz. 
dreamhigh-happyday.blogspot.com

Bu qədər yazdım amma hələ yazmadığım adamlar qalıb baxmayaraq ki, ancaq əssa rolları seçib yazıram :/
Əziyyətimi nəzərə alıb sona qədər oxuyun ;)
Derek Hale haqqında yazmamaq olmaz. !!dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.comCanavar adam Derek Hale- Tyler Hoechlin. soyuqqanlı, həmişə tək görəcəyiniz kədərli keçmişi olan Derek. Yaraşıqlı sima +mükəmməl bədən quruluşu =Derek Hale :D 
Bilirəm mən mükəmmələm deyir sanki aşağıdakı şəkildə :D Ancaq Stiles ı keçə bilmədi mənim üçün :P Sizdə bilmirəm necə olar.
dreamhigh-happyday.blogspot.com

Derekin maşınını çox bəyəndim. Mən maşınlara o qədər də fikir verib, tərifləməyi sevmirəm amma bu maşın başqaydı :D

dreamhigh-happyday.blogspot.comAydınlıq gətirim izləməyənlərə canavar adamın 3 növü var: Alfa , Betta, Omega. Alfa ən güclüdür, yalnız alfa insanı dişləməklə canavar adama bettaya çevirə bilir. Omega həmişə tək olan canavar adamdır. Və bir də solda gördüyünüz Derekin tam olmayan canavar adam formasıdır. Tam canavar adam olduğu zaman onların üzü daha çirkin və tüklü olur. Aşağıdakı şəkildəki Scott kimi. Hamısı elə görünür.
dreamhigh-happyday.blogspot.com
Burda Stiles Lydia ağladığı üçün üzünü gizlədəndə, ona belə də çox gözəl göründüyünü deyir. :)

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

Teenwolf əsas aktyorların fotosesiyası superdir, mən də belə şəklim olsun istəyərdim -_-

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com
Stiles və Derek atışmaları da komik hissələrdəndir. :D Stiles ondan qorxur. :D

dreamhigh-happyday.blogspot.com
Lakros komandasının məşqçisi də məktəbdəki müəllimlərdən biridir. O da komik obrazdır. Lakros nədir? deyənlərə- bir növ xokkey kimidir. Mən daha çox amerikan futboluna oxşatdım. Lakros haqqında serialı izləyəndə Scott sizə daha doğrusu Allisonun atasına geniş izah verəcək.;)
Serialda orta yaşlı amma xarizmatik 2 nəfərdən biri də Allisonun atasıdır. Digəri isə Peter dir. Hər sezon daha yaraşıqlı olur sanki. :D Peterin kim olduğunu izləyib öyrənin spoi olur yoxsa.
dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.comJakson isə budur. Onun haqqında nə desəm Spoi olur deyə və yazmaqdan çox yoruldum deyə yazmıram. ^_^

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

Serialın ilk 2 sezonu ilə müqayisədə digər 2 sezon daha fərqli idi. Yeni insanlar gəldi dediyim sezonlarda və serialı daha maraqlı etdi. Serialın ən uzun sezonu 3cü və 4cü sezonudur. Digər sezonlar cəmi 12 bölüm idi. Digər sezonların açılış hissəsini çox bəyəndim.
Sezon 2. dən başlayaraq digər sezonlar da demək olar eyni açılış oldu azca dəyişiklik daha maraqlı etdi. Bu da 2ci sezonun açılışı. İzləməklə 37saniyənizi itirəcəksiniz. :)
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Ən əsası isə serial sayəsində yeni bir-birindən gözəl mahnılar dinləyəcəksiniz. Ən sevdiklərimi paylaşım.
Xüsusilə də rok sevərlər bunu çox sevəcək. ! thousand foot krutch- War of Change/

Digər mahnı. Bunu indi rastıma çıxdı, bəyəndim deyə paylaşdım.

Bu mahnı əvvəl qıcıq etdi amma çox sevdim sonra. Mahnı adı və ifaçı.poisened with love- Neon Hitch

Zola Jesus- Night 

Lirik bir mahnı .Whitaker- my own
Mourning Ritual - Bad Moon Rising 
Stiles ın mahnısıdır. :P Yaraşmışdı mahnı ona 3cü sezonda. Deyəsən ən maraqlısı elə 3cü sezon oldu.

Bu da daha ritmik soundtrack- bunlarınn çoxu sadəcə bir dəfə səslənsə də o anda mahnını bəyənib axtarışa çıxırsan. 
Kids of 88- Just a little bit. 

Teddy Bear- cobrastyle 
Yalnız sevdiyim soundtracklar burdadır.
Season 3dən bu teaser sizə çox maraqlı gələcək.!

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com                                                                                                                                                                                                                                                                                                                                                                                                     Digər sezonlardan çox şirin aktyor və aktrisalar gələcək seriala. Serialın digər sezonları haqqında da yazı yazmaq istəyirəm. Ancaq bu sizdən asıldır. Əgər bu yazımı bəyənsəniz və digər sezonları da yazmağımı istəsəniz rəylərdə bildirin, sevə sevə yazaram ;) Çünki digər sezonlarda da haqqında danışmaq istədiyim sevimli aktyor/aktrisalar var. Burda onlar haqqında yazmaq 1.sezondan yeni başlayacaq olanlara ədalətsizlik olardı deyə yaza bilmədim. Həm bir yazı daha nə qədər uzun olsun. Heç bilmirəm neçə nəfər tam oxuyacaq. :(
TeenWolf(Teenager Wolf-teenager werewolf-yeniyetmə canavar adam) fanları yazsa sevinərəm. Halhazırda 2015ci ildə yayımlanacaq 5ci sezonu gözləyirəm. ;)
HƏLƏLİK! 

14 comments:

  1. Ben de boyle kore dızılerınden sıkıldıgımda bır bolum ızlemıstım lakın devamı gelmedı :D sen baya bıtırmıssın

    ReplyDelete
    Replies
    1. niyə? davam etsəydin məncə bəyənərdin ;) bitirdim indi də 5ci sezonu gözləyirəm ^_^

      Delete
  2. sona qədər də oxudum :) being human izlyrdim sonradan sixdi, vampire diaries de 4.sezonda bezdirdi artiq.teen wolf da benzer movzu sanki.ama bu yazindan sonra 1 seriya izleyecem))

    ReplyDelete
    Replies
    1. çox sağol oxuduğun üçün :)) Vampire diaries təriflənən dərəcədə maraqlı gəlmədi.. :/ 1 seriya baxma çox bax :D

      Delete
  3. men indi 3-cu sezondayan seriali beyendi esas da stiles ve derek cutluyunu :D atismalari eladi 3-de heleki jakson yooxdu amma onda da xosum gelir qayidacaq goresen )_)

    ReplyDelete
    Replies
    1. Stiles ve Derek ele serialin canidi :D Jackson haqqinda spoi de olsa deyim ki, Jackson yalniz 2sezon oyunuyur, sonra Arrow serialina gedr ;)

      Delete
  4. ayyy ən sevdiyim serial əladı e bu serialın yerini heç bir serial tutmur hətta The Vampire Diaries belə

    ReplyDelete
    Replies
    1. Mənim də. 5. sezonu da hər həftə izləyirəm. Tamamilə haqlısan ən sevdiyim Amerika tv showdur. ;)

      Delete
  5. Bazen gidişatı sevmesem de düzenli izlediğim dizilerdendir :)

    ReplyDelete
    Replies
    1. gedişatdan çox aktyorların gedişinə görə deyək biz ona daha çox ;)

      Delete
  6. Excellent article. I definitely love this website. Thanks!

    ReplyDelete
  7. I'm extremely inspired along with your writing skills and also with the structure on your blog.

    Is this a paid topic or did you customize it your self?
    Anyway stay up the nice high quality writing, it is rare to look a nice weblog like this one nowadays..

    ReplyDelete
  8. Nice post. I was checking constantly this blog and I'm impressed!
    Very helpful info specifically the last part :) I care for such info much.

    I was looking for this certain information for a very
    long time. Thank you and best of luck.

    ReplyDelete
  9. Hey would you mind letting me know which hosting company you're
    using? I've loaded your blog in 3 completely different
    internet browsers and I must say this blog loads a lot quicker then most.

    Can you recommend a good internet hosting provider at a honest price?
    Kudos, I appreciate it!

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...