Extra+Ordinary=You
•Drama adı: Extraordinary You(ingiliscə adı), Ha-Roo found by Chance(Koreyaca adının tərcüməsi)
• Hangul: 어쩌다 발견한 하루 (Eojjeoda Balgyeonhan Haroo)
•Rejissor: Kim Sang-Hyub
•Ssenari(yazar): Moo Ryoo (webcomic), In Ji-Hye, Song Ha-Young
•Yayımlanan Kanal: MBC
•Bölüm sayı: 32(16 da hesab etmək olar)
•Janr: Fantastik, romantik
•Yayımlanma tarixi: 2.10.2019-21.11.2019
•1 bölümün yayım müddəti: 35 dəqiqə.
•Dil: Koreya dili/ Hangul
•Ölkə: Cənubi Koreya
•IMDB: 8/10
Kim Hye-Yoon - Eun Dan-OH- Çox varlı ailənin yeganə övladıdır. Ailəsindən ona həm də ürək xəstəliyi miras qalıb. Ürək döyüntüsünə nəzarətçün qolunda həmişə ağıllı saat(smart) var. Davamlı yaddaşında boşluqlar hiss etməyə başlayır. Sanki həyatı sürətlə 1anda dəyişirmiş kimi hiss edir. Əlavə olaraq bəzən yaxın gələcəkdən çox qısa anlar da görməyə başlayır. Buninla bağlı həkimə də müraciət edir. Ancaq ciddi heç nə və ailəvi tanıdığı həkim bununla bağlı zarafat da edir. Əlavə olaraq məktəbli olsa da sinif yoldaşı ilə nişanlıdır. Necə də klassik keçmiş Koreya seriallarını xatırladır, elədir? Qəti bu hissəyə ilişib baxmazlıq etməyin. Əlavə olaraq nişanlısı da onu sevmir və hər cümləsində qıza nifrətini ustalıqla ifadə edir.
Tam drama mövzusu olacaq hər şey var elədir? Ama məsələ başqadır. Eun Dan Oh yeni dostunun sayəsində 1 şey öyrənir. Onlar əslində Manga/Manhwa dünyasında yaşayan hekayənin obrazlarıdır. (w- drama havası var elədir?)
Daha pisi isə o sadəcə 1 yan obrazdır. Əsas oğlanla qızın münasibətində irəliləyişlər yaratmaqçün istifadə edilən həmin yan obrazdır. Ama qəribə şəkildə o artıq hər şeyin fərqindədir.
Məhz buna görə düşünmədiyi və sanki fikirlərini qəti ifadə etməyən sözlər deyirdi. Hekayədə yazarın istəyi ilə və onun seçdiyi sözlərlə yaşamaq. O bunu dəyişməyin yollarını axtarır. Tanımadığı və üzünü belə görmədiyi bir məktəbli hər dəfə ona kömək edir. Eun Dan Oh onu tapmağı qərara alır, çünki düşünür ki onunla hər şeyi dəyişə bilər. Ancaq yeni dostu hər dəfə onu xəbərdar edir, ən xırda dəyişiklik belə onlara faciə kimi geri qayıda bilər. Romantik janrda olan manhwa-da nə ola bilər ki?- Eun Dan Oh da elə bizim kimi düşünür.
Drama obraz bolluğuyla da seçilir. Yalnız əsas oğlan, əsas qız ətrafında dönmür hekayəmiz. Bütün klassik məktəb-sevgi hekayələri kimi irəliləməli ikən hadisələr 1anda fərqli istiqamətdə gedir. Klassik dramalara da sanki diss havasındadır. İzləyici kimi bu mənə zövq verdi. Bu qız çox şirindir və rolunun da öhdəsindən əla gəlib.
Lee Jae-Wook - Baek Kyung. A3 üzvüdür. Eun Dan Oh onun stress topu kimidir. Məcburi nişanlıdır. Varlı ailələr və onların daha da varlanması üçün olan məşhur planlı evlilikdir. Rolunu çox gözəl oynayıb, çünki arada ciddən necə də pis insandır- fikrini yarada bilir. Bəs o hər şeyə baxmayaraq lap uşaqlıqdan onu sevən Eum Dan Oh-un bəzən tamamilə fərqli davranışının səbəbini anlaya biləcək? Ya digərləri kimi yalnız hekayədə yazarın istəyilə hərəkət edən obraz olaraq qalacaq?
Lee Na-Eun- Yeo Joo-Da- Yazarın baş rol qızı. Manhwa hekayəmizin baş roludur. Onum haqda nəsə yazmağa belə ehtiyac yoxdur. İndiyə qədər gördüyümüz dramalardakı bütün klassik baş rol qızların yerli təmsiıçisidir. 😁 Mən sevmədim obrazı və sizin də fikrinizin eyni olacağını düşünürəm. Aktrisa isə rolunun öhdəsindən əla gəlib nəticə olaraq😉
Jung Gun-Joo- Lee Do-Hwa. Yazarın 2. Əsas oğlanıdır. Çox mehribandır. Taleyindən xəbərsiz əsas qızçün mübarizə aparan sakit və skripka çalan A3 üzvüdür.(Skripka deyəndə ağlına The BOF Kim Hyun Joong gələnlər siz başqasız😉). İzləyəndə onum haqda ən çox da bu insandan nə gözəl dost olardı düşünürdüm. Sevəcəksiz siz də onu yeri gələcək hətta drama dünyasında tez-tez rastlanan 2.oğlan sindromuna da tutulaqsız.
Kim Young-Dae Oh Nam-Joo. Yazar tərəfindən dərin və ustalıqla seçilən adından da məlum olduğu kimi əsas oğlandır. Manhwa dünyasının əsas oğlanı necə hər şeydən xəbərdar olacaq mı? Dramada ən sevmədiyim obrazdır. Aktyorluq deyil sadəcə dramadakı rolu etibarilə qıcıq yaradır. A3-ən ən əsas üzvüdür. Onu sevən qızlar rəqiblərinə qarşı müharibə elan edib. Haqqında çox danışılmayacaq tipik manga baş roludur.
Lee Tae-Ri- Jinmiche. Məktəb bufetinin yaraşıqlısı yalnız 1yemək bufetdə veriləndə orda olur. Bəli, bufetdə işləyir-tam anime havası. Onun bu hekayədəki rolu isə mənim üçün unudulmaz oldu. (Sözləri elə seçdim ki, spoi verməyim. Afərin mənə 😎)
Kim Ji-In- Shin Sae-Mi. Rol etibarilə baş rol qıza əziyyət edən zəngin ailə qızıdır. O həm də, Eun Dan Oh un ən yaxın dostudur. Ancaq onu çox sevərək izlədim. Dedim axı sizə bu dramada heç nə olmalı olduğu kimi getmir. Çox şirin və rolunu elə aparan insandır. Mimikası, davranışı çox yadda qalan və əyləncəlidir.
Onu baş rol oynadığı dramalarda izləmək istəyərəm.
Ən sona isə ən vacib insanı saxladım.
Ro Woon-Aktyorun səhnə adıdır. Əsl adı isə Kim Seok-woo- dur. Ha-Roo. Dramanın aurasını müəyyən edən adam. Aura dediyim nədir?- Çox sakit, mülayim, mehriban insan təəssürat yaradır. Etibarlı insan havası var. Yazarın dünyasında isə Haru sadəcə adı belə olmayan adi bir obrazdır. Bəs onu xüsusi edən və hadisələrin mərkəzinə gətirən nə olacaq? P.s. Aktyor həqiqətən çox yaraşıqlıdır. Anime havasında o alışdığımız və sevdiyimiz yaraşıqlı havasını da dramada əla yaradır. Əslində isə kpop qrup üzvüdür. SF9- adlı Cənubi Koreya pop qrup üzvüdür. Bu serial onun baş rol kimi ilk təcrübəsidir. Roluna görə isə MBC kanalında ən yaxşı yeni aktyor mükafatına layiq görülüb.
Anime və dramalardakı əsas oğlanın hər istəyini yerinə gətirən xidmətçi qız hekayəsi var. Ama mövzu elə gözəl işlənib. Mənim kimi hətta ən möhtəşəm k-dramaları belə 1bölümə, 10 dəqiqəyə və hətta 1dəqiqəyə atıb(əşi pisdir deyirdim) sonra bəzən peşiman olan izləyicini finala qədər eyni zövqlə dramanı izlədib. p.s. məhz ilk bölümündən atdığım dramalarla bağlı əyləncəli yazı(ilk bölüm dramanın keyfiyyətini göstərir mi?)mı oxumaq üçün rəngli hissəyə kliklə.
Aşağıdakı şəkil olmazsa yazı tamamlanmazdı. Şəkil və dramayla olan bağlılığı barəsində isə izləyərək öyrənməlisiniz.
Dramada arxa fon musiqiləri də çox gözəldir. İzlədikcə haqq verəcəksiniz. Ancaq bəzilərini burada dinləyə bilərsiniz. Dramadan videolar belə olsa maksimum spoi-siz olmasına xüsusilə diqqət etdim.
Ən sevdiyim ost-lardan. Xüsusilə 2.dəqiqədən sonrasını bəyənirəm. Əsas məsələ Koreya seriallarının əsas problemi finalı sizi maraqlandırırsa: Final haqda belə deyim 1 Koreya dramasına görə normal idi. Əgər izləmisinizsə siz də drama haqqında fikrinizi yazmaqdan çəkinməyin. Yazım sayəsində izlədikdən sonra da fikrinizi rəy/comment/yorum bölməsinə yazsanız şad olaram. |
Merak ettiğim bir dizi bir ara izleyeceğim.Baya detaylı anlatmışsın kalemine sağlık😊
ReplyDelete