Friday, February 5, 2016

The Voice Azerbaijan/ Səs Azərbaycan

Ən sevdiyim tv yarışması.http://dreamhigh-happyday.blogspot.com/

   The Voice yarışmasının fərqli ölkələrdə olan versiyaları içindən ən layiqli yerlərdən biri məhz Azərbaycanın The Voice/Səs yarışmasıdır. Düzünü desəm hələ yarışma proqramını tvdə gördüyüm zaman da maraqlı olacağını düşünürdüm.

_47A0471.jpg
 Ancaq, gözlədiyimdən də möhtəşəm bir layihə ortaya çıxdı. Yarışmaçıların hər birinin mükəmməl səsi və istedadı var. Münsiflərin işi həqiqətən də çox çətindir. Bunu sadəcə şablon tərif kimi yazmıram. Əminəm ki, proqramı izləyənlərin çoxu mənim bu fikirlərimlə razılaşar. Bu qədər gözəl və yaxşı ifalar, səslər məni çox sevindirir. 
_47A0210.jpg

Elə ilk səsvermə günündən yarışmadan çıxan iştirakçılara görə nə qədər kədərləndim. Yarışmanın döyüş/battle hissəsində isə bəzən hər iki ifaçının qalmağını istəyirdim. Ən əsası isə izləyici olaraq verilişdən zövq alıram. 
http://dreamhigh-happyday.blogspot.com/
Yarışmanın münsiflər heyəti: xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev və əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze-dir. 
Münsiflərdən Faiq Ağayevin iradlarını xüsusilə bəyənirəm. Çox vaxt da izləyici olaraq eyni düşünürəm.
Mənim ən sevdiyim iştirakçılar. Yəgin ki, siyahıya baxıb başqa kimsə qaldımı deyə düşündünüz. :)) Hələ siyahını azaltmışam. ;)

Aliyə Novruzova
Hüseyn Abdullayev
Elvin Novruzov
Ramail Bayramlı
Samirə Əfəndiyeva
Emiliya Yaqubova
Ləman Dadaşova
Nigar Hüseynli (artıq yarışı tərk etmiş olsa da)
Ləman Abbaszadə (artıq yarışmada deyil)
Vlada Axundova (bu ifaçı da artıq yarışmada deyil) 
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Qızlar arasında görünüşü ilə də seçilən isə daha çox Ləman Abbaszadədir. 


Aşağıdakı videolar ən sevdiyim səslər və döyüşlərdir. 
http://dreamhigh-happyday.blogspot.com/Aliyə Novruzovanın isə səsi Tina Turner i yada salır. Səsini çox bəyənirəm.
Dinləməyinizi tövsiyə edirəm. Elə döyüşlər vardı ki həqiqətən də sonda yarışmanı iştirakçılardan birinin tərk etməyini heç istəmirdim. Əslində 05.02.16 tarixli proqramdan olan videolar da yüklənmiş olsa burda video sayı da artıq olardı. :)
Nigar Hüseynli- One and Only

Aliya Novruzova və Dariya Tropkina - Rolling In the Deep

Emiliya Yagubova – Bilmirəm

Musa Abdullayev- Getmə, getmə, gəl

Orxan Ağayev və Hüseyn Abdullayev- Sevdiyini söylə. 
Vlada Axundova və Ləman Abbaszadə- Leen on . (Faiq Ağayevin komandası) Manana xanımın düyməni sıxmasına çox sevindim.
Ağamehdi Mirzəyev və Ramail Bayramlı- Upwn Funk (Faiq Ağayevin komandası) Ramail sonda yenə yarışda qalır, sadəcə Tünzalə Ağayevanın komandasında yoluna davam edir.


Nigar Hüseynli və Elvin Novruzov - Nothing Compares to you. (Manananın komandası)

Səs Azərbaycan-ı izləmək istəyənlər həftənin hər cümə günləri 22:00 da Aztv-də yayımlanır. Finala elə də çox qalmayıb. Ən layiqli qalib olsun!
http://dreamhigh-happyday.blogspot.com/

8 comments:

  1. Bende Türkiyedekini severek izliyorum.

    ReplyDelete
    Replies
    1. Bunu izləməyini məsləhət görürəm. Maraqlıdır. :)

      Delete
  2. Gitme, Gitme, Gel şarkısı ne kadar güzelmiş ya... Ayrıca çok da güzel yorumlanmış, çok beğendim ve duygulandım.. Umarım hak eden kazanır :')

    ReplyDelete
    Replies
    1. Mən də çox sevirəm o mahnını. :) Başqa mahnılarımız da var yarışmada oxunan istəsən youtube dan baxa bilərsən :))

      Delete
  3. Deməli mən yaydan bu verlisi gozləyirdim.İlk buraxılışından sonra bir də izləmədim o sesi Azerbaycani.İlk bolum o qədər suni gəlmişdi ki mənə.Tunzalənin saxta mimikaları Manananın dəxlisiz sohbetleri :) İndi yazını oxuduqca videoları da izlədim ilk dəfə sənin sayəndə. və cox pesman oldum ki niyə axi evvelden davam elemedim -_- verlis davam etdikcə munsiflər də acilişib loru dildə desek)) tesekkur edirem senin sayende verlis haqqindaki onyargilarim getdi ))

    ReplyDelete
    Replies
    1. Youtube kanallarindan izləyə bilərsən ;) Fikrini dəyişməyimə sevindim :))

      Delete
  4. Ben Türkiye'dekini özellikle izlemiyorum; performansları netten takip ediyorum. Senin eklediğin performansları izledim. Vlada Axundova və Ləman Abbaszadə'nın performansını çok beğendim. Biraz aksanları tam oturmamıştı ama sesleriyle kapattılar :) Hızımı alamayıp diğer videolarını da izledim. Haha abarttım indirdim birkaçını.Eline sağlık ^^

    ReplyDelete
    Replies
    1. Haqlısan ingiliscə bilmədikləri hiss olunurdu ancaq bu ifaya problem yaratmadı. Mən də bunu bəyəndim onlarda ;) yüklədinmi/indirdinmi. Nə gözəl :) Sevindim bəyəndiyinə :) Çoxdandır blog aləmində yox idin geri gəldiyinə sevindim Dərya ;)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...