Monday, November 2, 2015

Jack London Martin Eden

Martin İden axtarılır.


    Bu kitabı oxumağa dəyər. İstənilən dövrun insanı üçün marağını heç vaxt itirməyəcək bir kitabdır. Dünyaya Martinin gözündən baxmaq və onunla birlikdə dəyişmək. Kitabı oxuduğum zaman özümü məhz belə hiss edirdim. Dəyişən təkcə Martin deyildi, həm də dünya dəyişirdi. O bir insan kimi inkişaf etdikcə, kamilləşdikcə dünya da onun əvvəlki gördüyü dünyaya bənzəmirdi. Ən sevdiyim isə bunu yazıçının yox, Martinin öz ağzından oxumağımız idi. Burada Martin Edenin/İden əslində yazıçı Cek Londonun öz avtobioqrafiyası olma ehtimalının da rolu var. 
   Kitabın əsas obrazı, Martin dənizçidir. Həyatının çox hissəsini evdə yox gəmidə keçirir. Martin təsadüfən varlı ailədən olan Arturu küçədə döyməyə çalışan oğlanlardan xilas edir və əvəzində Artur onu öz evinə yeməyə dəvət edir.Məhz bu hadisə həyatının dönüş nöqtəsinə çevrilir. Martin yüksək təbəqənin həyatı ilə tanış olur. Martinin Arturun evindəki ilk təəssüratları oxucu kimi məni kitaba ilk bağlayan şey oldu. Martin evdə nəyisə salıb sındırmaqdan ehtiyat edirdi. Özünü çox kobud hiss edirdi. Martin də digər öz təbəqəsindən olan insanlar kimi idi. Yüksək təbəqəyə heyranlığı görməmək mümkün deyil. Ancaq burada heyranlığın səbəbi heç də düşündüyünüz kimi cah-cəlallı həyat tərzi deyil. Bu insanlar savadlı, oxumuş idi. Məhz bu Martini çox cəlb edirdi. Martin evdə elə stolun üstündəki şeiri görür. Bu zaman isə otağa bir nəfər daxil olur. Arturun bacısı Ruf. Ruf Martinin indiyə qədər gördüyü və tanış olduğu bütün qızlardan fərqli bir qız idi. Martin bu evdə söhbətlərin çoxuna yad idi. Çünki burda hamı ali təhsilli idi. O isə heç məktəbi də tam bitirə bilməmişdi. Ancaq onun kitaba, elmə sevgisi hələ də dəyişməmişdi. Martin Ruf üçün həyatını dəyişməyi qərara alır. Kitabda əsas cahil insanla savadlı, təhsilli insanın fərqi önə çəkilir. Kitabı oxuduğunuz zaman Martin kimi kitab oxumaq sevginiz artacaq. Yüksək təbəqənin göründüyü kimi olmadığını göztərməsi də yazının kitabını mənim üçün daha da dəyərli edir. Kitab sadəcə bir sevgi hekayəsi deyil. Bir insanın inkişaf yoludur. Bir insanın nə qədər dəyişə biləcəyini öyrənirik. Martinin dəyişimi bir anda da baş vermir. Daha çox izlədiyimiz filmlərdə 1-2 saata dəyişən baş qəhrəmanlarla eyni deyil. Çünki bu kitab reallığa daha yaxındır. Digər sevdiyim şey isə, insanların məşhur deyilsə, dəyərli ilə dəyərsizi ayıra bilmədiyini göstərməsi idi. Martin Rufla görüşdən sonra oxumağı və hətta kitab yazmağı, özünə tamamilə yeni həyat yolunu seçir. Yeni insanlarla tanışlıq, köhnə tanışların tez-tez dəyişən davranışları ilə birlikdə biz həm də kasıb bir insanın sıfırdan həyatını yenidən qurma cəhdlərini görürük. Kitabda tez-tez Martin əvvəlki və indiki özünü müqayisə edir. Kitabda həm də Rufu tanıyırıq. Ruf Martinə dərs keçməyə razı olur. O ilk olaraq Martinin qrammatik səhvlərini düzəldir. Ruf tanıdıqca Martini daha çox dəyişməyə çalışır. O Martini öz atası və ya həmişə Martinə nümunə göstərdiyi mister Betler idi. Kitabda ən sevdiyim və yadımda qalan dialoqlardan biri isə Rufla Martinin Mister Betler haqqında olan dialoqlar idi. Qısa yazmalı olsam burada (dialoq kitabda təxminən 3 səhifədir buna görə də dialoqu bir az qısaltsam da əsas fikirlər eynidir, ancaq cümlələr kitabdakı ilə tam eyni olmaya bilər) -həmişəki dərs günlərindən birində Ruf Martinə mister Betleri tərifləyir. Onun həyatına çox aşağı təbəqədən başlayıb sonda isə belə varlı olaraq davam etməsi haqqında ağız dolusu danışır. Mister Betler cavanlığında gündüzlər işləyib, gecələr isə oxuyub, çox çətin vəziyyətdə tək yaşayıb. O qənaətlə yaşamağı öyrənib. Nəticədə bugün o çox varlıdır. Nəhayət istədiyi yerə çatıb. Martin isə buna cavab olaraq onun yaşamaqdan artıq zövq ala bilmədiyini deyir. Mister Betler gəncliyində istirahət etməyib. O həmişə az yeyib, çox işləyib. Yəginki indi onun mədəsi də xarabdır, elə deyilmi? Ruf təsdiq əlaməti olaraq başını tərpətdikdə Martin davam etdi. Əminəm ki, mister Betler həmişə qaraqabaq adamdır. Ətrafında danışıb gülən insanlar olanda oranı tərk edir. Qazandığı 3-4 dollarla yaşamağa çalışmış bir adamın xarakteri başqa cür ola da bilməzdi. Mister Betler həyatının ən gözəl vaxtlarını- cavanlığını qurban verib. Artıq o gəncliyindəki kimi hiss edə bilməz. O öz sağlamlığını, vaxtını pula dəyişib. 
Kitabdakı Martin İden obrazını çox bəyəndim. O dərəcə çox ki dünyada belə insan olsa da onunla söhbət edə bilsəm dedim. Elə buna görə də, başlığa Martin axtarılır yazmışam. Kitab haqqında çox yazmaq istəmirəm, ancaq mütləq oxumalı olduğunuz kitablardan olduğuna əminəm. Sizə nə isə qatacaq, sizi dəyişəcək bir kitabdır. Kitabın sonunu isə daha çox bəyəndim. Sonu bundan fərqli ola da bilməzdi. Kitabı oxuduğum zaman onu bitirmək heç istəmirdim. Kitab 463 səhifəlik olsa da bu sizə çox az gələcək. Klassik ədəbiyyat sevən ya sevməyən hər yaşda insan oxuya bilər. (uşaq kitabı olmadığını qeyd edim) Oxuduqca sizi düşündürən kitab axtarırdınızsa artıq tapmısınız. 
Bundan sonrası yalnız kitabı oxumuş insanlar üçündür. Əgər kitabı oxumamısınızsa burdan aşağıdakı yazını oxumağı məsləhət görmürəm. 
   Kitabda Martinlə Rufun sevgisinin o qədər mərkəzdə olmaması məni kitaba daha çox bağladı. Çünki artıqlaması ilə çox bu haqda film və seriallar var. Sevgidən əvvəl insan özünü inkişafı düşünməlidir. Həyatda özünüzü tapmamış başqasının axtarışına çıxmayın. (bundan qəşəng status olar :D) Martin yazmağa başladığı vaxtdan onun kasıblığı ona daha çox çətinlik yaradır. O oxuduğu qəzet və jurnallarda dərc olunan hekayələrin öz yazdıqlarından heç də yaxşı olduğunu düşünmür, ancaq öz yazdıqlarının əvəzinə bu hekayələrin dərc olunmasını heç cür anlamırdı. Martinin ilk həqiqi dostu olan mister Brissendenin də həyatı mənə maraqlı idi. O qədər çox ki, onun haqqında ayrıca kitab yazılmış olsa tərəddüdsüz oxuyardım. Mister Brissenden xəstə idi və varlı olması bunu dəyişmirdi. Martinin ən çox hömət etdiyi insanlardan biri idi. Bəlkə də onun intiharı Martinin həyatında ilk zərbə idi. Mister Brissendenin danışığından onun artıq həyat və insanlara ümidinin çoxdan öldüyünü, insanları çox yaxşı tanıdığını görmək olar. Kitabda ən sevdiyim qadın obrazı isə Lizzi idi. O sona qədər Martini gözləməyə hazır olan yeganə insan idi. Martinin onu oxutması ona dəyər verdiyini və onun haqqında fikrinin dəyişdiyini göztərir. Ancaq bu sevgi deyildi. Ruf isə mənim ən sevmədiyim obrazlardan biri idi. Kitabda yalnız mister Brissenden, Lizzi və Martin üçlüsünü bəyənirəm. Xüsusilə Martinin bacıları və onların ərləri (həyat yoldaşı) və Rufun ailəsi ən çox sevmədiklərim oldular. Hər ali təhsil alan insanın heç də kamil, ağıllı insan olmadığını Martinin görüb dərk etməsi də maraqlıdır. Martin sonralar nəyinki yüksək təbəqəni özündən yuxarı görmürdü, həm də artıq onların çoxunun heç də savadlı, ağıllı olmadığını, həyatının çoxunu məclislərdə keçirən insanlar olduğunu anlamışdı. Sonu isə Martinin intiharına görə bəyənməyənlər var ancaq məncə bundan daha yaxşı son ola bilməzdi. Martin artıq dünyada özünə yer tapa bilmirdi. Yazıçı tez-tez Martinin çox sağlam olduğunu vurğulayırdı. Çünki sonda intiharın hər hansı xəstəlikdən olması fikrini oxucudan uzaqlaşdırırdı. Həm də Yazıçı özü xəstə idi. Və intihar səbəbi olaraq xəstəliyinin görülməsini istəmirdi. Martinin yazıçı olması və sonunun eyni olması Martinin elə Jack (Cek) Londonun özü olması fərziyyəsini gücləndirir. Kitabı bir də oxuya bilərəm. Tez-tez kitabı film kimi ağlımdan keçirirəm. Ən sevdiyim kitablardandır. Bu yazıya rəylərinizi, kitab haqqındakı fikirlərinizi xüsusilə gözləyirəm. 

13 comments:

  1. Merhabaaaa benim Misaki!(&)
    Bu kitapı okuduğumda 9 yaşındaydım ve yaz tatiliydi. Ilk romanımdı ve ilk roman için artı 9 yaş için YANLIŞ SEÇİMDİİİ!!! Neden okudum ki?!? Kitapta küçük bir bölümü hiç
    Okumadım bile. Çünki adamla kadının aşkını falan anlatıyordu. Aslına o kadar da küçük bir bölüm değildi:D O yüzden direk kitapın sonuna bakmıştım ve "ayyyy intihar etmiş salak:/" gibi tepki vermiştim:) Bir iki hafta önce gece vakti kitapı elime aldım ve baktım ki yine olsa yine o kısımı okumam. Çünki ben sevgi konulu şeyleri okuyamıyorum:/

    ReplyDelete
    Replies
    1. Sevgi deyil Misaki. Yenidən oxu sən. Sevgi ilə başlasa da bir insanın cəhalətdən qurtulmasını dünyaya baxışının dəyişməsini göstərir. Sonu da daha mənalı gələcək. Uşaq üçün heç oxunası kitab deyildi. Ancaq indi fikrin dəyişəcək. Bir spoi verim ki, Rufa olan hissləri də Martnin sonda dəyişəcək. Bu bir insanın inkişafıdır ;)

      Delete
  2. cox maraqliydi tesekkurler melumat ucun *^* bu eseri yarimciq buraxmisdim 215 ci sehifeden :) bu yazidan sonra davam etmeye qerar aldim

    ReplyDelete
    Replies
    1. Davam et mütləq ;) Dəyməz zövqlə yazdım :)

      Delete
  3. harika anlatmışsın! en kısa zamanda okumak istiyorum :) bu arada blogunu çok sevdimm ve KHJ'yi ben de çok sevrimm^^

    ReplyDelete
    Replies
    1. Salam. Çox sağ ol, oxuduqdan sonra da fikrini bilmək istəyərəm :)) KHJ bir başqa ^_^

      Delete
  4. Okunacak ne çok kitap birikti keyifli okumalar canım

    ReplyDelete
  5. Martin Eden'i gerçekten çok merak ediyorum, bir an önce de okumak istiyorum. Ama yorumları okuyayım derken çok pis bir spoiler aldım. Neyse, olsun. Belki unutabilirim, çabalarsam :D

    ReplyDelete
    Replies
    1. Mən də bu kitabı oxumazdan əvvəl internetdən spoi almışdım. Heç narahat olma. O spoi belə sayılmaz. ;) Kitabın axışı, gözəldir. Yalnız sonu deyil. :))

      Delete
    2. Kitabı az önce bitirdim. Hemen gelip buraya yazmak istedim çünkü kitabı, okuma listemin başlarına çekmeme sebep olan şey senin yazdıklarındı. İyi ki okumuşum yorumunu ve son kelimesine kadar da katılıyorum. :') Bu arada, mimlendin :D http://okuyanmuggle.blogspot.com.tr/2016/01/mim-merak-ediyorum.html

      Delete
    3. Çooox sağ ol :)))) yazımı və ən əsası kitabı bəyəndiyinə sevindim. Ən çox da bitirdiyin anda bura yazmaq istəyinə görə ;) Mim üçün də təşəkkürlər, ən qısa zamanda cavablayaram ;)

      Delete
  6. Sanirsam kitabı bu mayısta okudum. Aslında kitap kısa bir sürede bitti fakat bence pek sürükleyici değildi. Başta adamın "dizilerdeki gibi" hemen ünleneceğini sanmıştım fakat aksine Ünlenmesi pek uzun sürdü. Neredeyse yeter atık diyip kitabın sonlarına atlayacaktım iyi ki atlamamışım çünkü kitabı okurken fark edemediğim bir dersi öğrendiğimi yeni yeni fark ediyorum: Kitap başarının kolay kazanılmadığını anlatan en güzel örnek kitaptı. Adam ünlenene kadar okuyucular olarak canımız çıktı, sonra da zaten hiç tasvip etmediğim şeyler yaptı.. Tabi yazarı müslüman olmayınca hayatı(özellikle de karakteri) bu kadar kolay harcadı. Kitabı bitirdiğimde dersteydim ve zil çalınca koşturup herkeze sonunu anlattımsldkdkdkmd (spo olacağı için aonunu yazmadım ;)
    Sırf hayat tarzıma uymadığı için kitabı en sevdiğim kitap listesine koyamam fakat bir klasik olarak gayet iyiydi :) güzel yazı, güzel seçim

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...