Wednesday, June 10, 2015

My Unfortunate Boyfriend/ Mənim Uğursuz Sevgilim.

Romantik-Komediya axtarışlarımın ən uğurlu nəticəsi..http://dreamhigh-happyday.blogspot.com/

Bu dramanın belə olacağını heç gözləmirdim. Həm gözləmədiyimiz dramaların çox maraqlı olması mükəmməl hisdir. Sırf baş rollara görə başlamışdım. Ən çox da No Min Woo-nun instaqram hesabından tez-tez şəkil və videolar paylaşması sayəsində dramaya başladım. Heç peşman olmadım. Belə dramaya çoxdan idi, ki ehtiyacım vardı. Fərqli hekayəsi ilə şablon baş rol oğlan və qızlarsız da baxılası serialın çəkildiyini sübut edən dramadır. Elə sırf bu səbəbdən də əvvəl bir az tərəddüd edirdim ancaq ilk bölümdən dramanı çox sevdim. 
http://dreamhigh-happyday.blogspot.com/

Serial çox sadə başlayır. Nə gizli, təhlükəli sirlər, qorxulu keçmiş yoxdur. Əgər bütün bunların dramanın əsas xətti olduğunu düşünürsünüzsə bunu unudun. Mən sırf dramanı izlədikdən sonra sonra nə olacaq deyə qorxu, həyəcan hiss etdirən dramaların çoxluğundan sıxıldım. Biz əslində seriallara gündəlik həyatın problemlərindən qaçmaq üçün izləyirik. Ancaq daha iç qaraldıcı seriallar həmin vaxt heç kömək etmir. Gününüzün bərbad keçdiyi zaman daha betər hekayəsi, ssenarisi olan bir serial sizi daha çox pessimist edər. Buna görə də my unfortunate boyfriend kimi seriallar çox dəyərlidir. Həm də, insanları ağlatmaq, güldürməkdən daha asandır. 
http://dreamhigh-happyday.blogspot.com/
   Serialın başlanğıcı nədənsə Fated To Love You adlı dramanı yadıma saldı. İlk dəqiqədən baş rolun reklam çəkilişinə bənzər görüntüsü də izlədiyimiz serialın komediya olduğunu ilk dəqiqədən bizə xatırladır.
http://dreamhigh-happyday.blogspot.com/
Serialda əsas hadisələr, məşhur bir şirkətə vakansiyada Yoo Ji Na nın iştirak etməsi ilə başlayır. binaya daxil olduğu zaman bir bağbanın gübrəsinə ayaqqabısı batır. Əlbəttə ki, gübrənin nə olduğunu hamımız bilirik. İlk vakansiya günü belə uğursuzluq sözsüz ki, xoş deyil. 
http://dreamhigh-happyday.blogspot.com/O da ayaqqabısını təmizlədiyi vaxt şirkətin xadimələrindən biri ona şirkət binasının qarşısında qarşılaşdığı bağbanın uğursuz ləqəbi ilə tanınıdğını və onunla rastlaşanların işinin uğursuzluqla bitdiyini deyir. Ən diqqətimi cəlb edən isə, şirkətin işə götürmə yolu oldu. İntervyu zamanı bütün namizədlərə bir əşya verildi. Və tapşırıldı ki, onlara verilən vaxt ərzində bu əşya ilə bağlı reklam fikri, ideyası hazırlasınlar. Yoo Ji Na bir reklam çarxı hazırlamaq qərarına gəlir və həm də bizim uğursuz bəyin köməyi ilə. 
http://dreamhigh-happyday.blogspot.com/

Bütün ilk bölümü yazmaq və sizi spoi atəşinə tutmamaq üçün hər şeyi yaza bilmirəm. Əsas məsələ odur ki, Ji Na -şi o qədər də məşhur olmayan universitet bitimiş, kasıb qızdır. Ancaq özünü varlı qızı kimi aparır. Yeni namizədlər arasında çox varlı ailədən gələn bir qızın olması şayiəsi də onu daha çox bu yalana məcbur edir. Ancaq işi tam olaraq almış da sayılmır, çünki sona 2 namizədi təcrübəyə götürürlər. Başa düşdüyünüz kimi həmin varlı qız söz-söhbətinin əsas səbəbkarı da ikinci namizəddir. 
http://dreamhigh-happyday.blogspot.com/
O da dramanın əsas obrazlarındandır. Bu qız isə heç də düşündüyünüz kimi baş rola vurulan ikinci qız deyil. Onun sevdiyi oğlan dramanın ikinci baş rol oğlanıdır. Xüsusilə bu qız- Hye Mi (Kwak Ji Min) ilə Ji Na nın iş yeri uğrundakı mübarizəsi də maraqlıdır. Hye Mi yə qarşı tam olaraq nə nifrət, nə də sevgi bəsləmək mümkün olmayacaq. Nə demək istədiyimi seriala baxdığınız zaman anlayacaqsınız.
http://dreamhigh-happyday.blogspot.com/

 
Dramada bir oğlan da var. İkinci oğlan. Hee Chul . Aktyor Yoon Hak əslində müğənnidir və Kpop qrupu Supernova  üzvüdür. Bu aktyoru gördüyüm andan hər dəfə bir aktyora oxşadıram. Belə ki, çox maraqlı siması var. Saçlarını üzünə tökəndə, yəni ilk gördüyüm andan Super Junior üzvü Lee DongHae yə bənzədirdim. Sonra Yoon Hak saçlarını üzündən yığıb, saç düzümünü dəyişdi və oldu Lee Jun Ki. :D Hər iki məşhura həm DongHae, həm də Lee Jun Ki yə o qədər çox bənzəyir ki bunu yalnız görmək lazımdır.

http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
DongHae
Bu obraz haqda tam olaraq bir fikir söyləyə bilməyəcəksiniz. Çünki düşüncələrini gizləyən biridir. Buna baxmayaraq hələki, obrazı bəyənirəm. Aktyoru isə dah çox yeni seriallar/filmlərdə görmək istəyərəm.



http://dreamhigh-happyday.blogspot.com/
Yoon Hak













http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/
Bu da akttyorun Lee Jun Ki yə bənzədiyi şəkillər.
http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Yoo Ji Na (Yang Jin Sung) lazım olduqca rahat yalan danışan insandır. Yeni iş yerində özünü varlı kimi göstərir, əslində isə kiçik məhəllələrin birində qalır. Bu qızın gülüşünü çox bəyənirəm. Aktyorluq qabiliyyətini də. Rol tam olaraq qıza uyğun idi. Ailəsindən ayrı yaşayır. Okeanın yaxınlığında yerləşən kənddən gəlmiş qızın özündə olmasa da ən yaxın dostunda ləhcə var. Ancaq həmin qızın da ləhcəsini bəyənirdim, çox şirin idi. 

Yalnız aktrisanın mini ətək geyinməyini çox sevmədim, demək olar ilk Koreya serialı idi ki, baş rol qız bu qədər mini və həm də əsasən həmişə mini ətək geyinirdi. 

http://dreamhigh-happyday.blogspot.com/
Ji Na nın həmişə necəsə qarşısına uğursuz bəy çıxır. Ancaq insanların ona dedikləri kimi uğursuzluq baş vermir. Əksinə, həmişə Yoon Tae Woon( No Min Woo) onun işinə yarayır. 

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Ona kömək edir və tam hər şey boşa gedəcək anda, məhz onun sayəsində işlər Ji Na nın yararına dəyişir. Həmin anda da Ji na hadisəyə uyğun dəyişə bilirdi. Əlbəttə ki bu anda, Ji Na Tae Woon a bildirmədən yalan danışmalı idi ki, bizim dürüst bəy onun yalanını açmasın.Dramanın ən maraqlı, əyləncəli anları da elə ikili ilə bağlı olur. ^_^
http://dreamhigh-happyday.blogspot.com/


http://dreamhigh-happyday.blogspot.com/
Dünyanın ən saf oğlanı Yoon Tae Woon( No Min Woo). Bağban işləyir. 1.83 sm boyu olan bir oğlanın bu qədər şirin olmasını heç vaxt təsəvvür etməzdim. Rol No Min Wooya  çox yaraşıb. Həqiqətən də aktyorluq bacarığını çox bəyəndim. Hələ Ji Na şi deməyi çox şirindir. Əksər vaxtlarda da şəkildən də gördüyünüz həmin cins paltarda olur. Demək olar ki həmişə də qulağında qulaqcıq olur. 

http://dreamhigh-happyday.blogspot.com/
Serial bitdikdən sonra da Tae Woon( No Min Woo) un Ji Na şi deyən səsini ağlınızdan çıxara bilməyəcəksiniz. Heç vaxt sevgilisi olmamış baş rol qızları uunudun. Bu dəfə həmin yerdə Tae Woon( No Min Woo) dur. Çox yaraşıqlı olmasına baxmayaraq ona yaxınlaşan qızlara gözünün ucuyla da baxmır. 
http://dreamhigh-happyday.blogspot.com/

Bütün bunların isə səbəbini sonra biləcəksiniz. Ji Na kimi o da bir dostu ilə birlikdə yaşayır. Bir də məktəbli bir qız var, qızın anası bütün gün işdə olduğu üçün o da həmişə onların evində olur. Bir sözlə bu üçlük yaxın dostdurlar. Aralarında ən safı da artıq bildiyiniz kimi Yoon Tae Woon( No Min Woo) dur. 

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Evində cədvəl asıb ora etməli olduğu şeyləri yazmaq normaldır. Amma orda heç vaxt yalan danışmamaq kimi cümlələr görmək isə heç də adət etdiyimiz hal deyil. Bax bu serialın baş rolu belə oğlandır. Baş rol oğlanın belə saflığına öyrəşməsəm də bu obrazı çox bəyəndim. Tae Woon rolunu No Min Woo çox əla oynayıb. No Min Woo kimi uzun boylu biri danışdığı andan dramada şirin uşaq olur sanki. 
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/

Yerişi belə şirin olur və axtardığınız, öyrəşdiyiniz o xarizmatik baş rol oğlanı heç axtarmayacaqsınız. Ola bilsin şəkilllərdə o qədər bənzətməyəsiniz, ancaq dramaya baxanlar mənimlə tam razı olacaq.İlk baxışdan sırf baş rol oğlanın xarakterinə görə seriala baxmağı gecikdirirdim, ancaq izlədikdən sonra da məhz baş roldakı oğlanın xarakterinə görə izləməyə davam etdim.
http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/
Serialda sevmədiyim bir obraz belə yox idi. ( dedim yadıma düşdü əslində vardı yalnız ikinci qızın atası -_-) Şirkətdəki işçilər də özünəməxsus və əyləncəli idi.
http://dreamhigh-happyday.blogspot.com/

Serialın ən sevdiyim və mənim üçün unudulmaz yeri isə (düşündüyünüz kimi romantik deyil :P) Kloun geyimindəki Yoon Tae Woon( No Min Woo) nin Ji Na şinin arxasınca velosipedlə gəldiyi vaxt idi. Ən sevdiyim hissə idi. 
http://dreamhigh-happyday.blogspot.com/


Dramanı izləməyə dəyər. Cəmi 16 bölüm çox şirin dramadır. Son olaraq da serialdan bir neçə şəkil və ən sevdiyim ost u paylaşdım. Hələlik. Tezliklə növbədə cavablanmağı gözləyən mimlə geri qayıdacağam. Xüsusilə kitab sevərlərin sevərək cavabladığı mimdir. Kim Kitab olmaq istəməzdiki. ;)

No Min Woo (ICON) - I Love You(My Unfortunate Boyfriend OST Part.5)
Ən Sevdiyim Ost- ICON (No Min Woo) – Shining Love (feat. Snowman)
Yoonhak (윤학) [Supernova] – 내 사랑아 [My Unfortunate Boyfriend OST Part.6 (나의 유감스러운 남자친구 OST – Part.6)]
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/

2 comments:

  1. diziyi hemen listeme aldım Nana! Şimdi izlediklerim bitince başlayacağım, çok merak ettim :)

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...