Thursday, December 4, 2014

MAMA MUSIC AWARDS/MAMA MUSIQI MUSİQİ MÜKAFATLARI. 2014 Hong Kong.

G-Dragon, 2PM, Tiffany, İU, Teayang, İnfinite, Epik High, Sistar, Exo, Ailee, Yoon Eun Hye , Soyou və Junggigo kimi məşhurların iştirak etdiyi möhtəşəm mükafatlandırma mərasimi.

http://dreamhigh-happyday.blogspot.com/
dreamhigh-happyday.blogspot.comÇoxdandır gözlədiyimiz Mama-nın vaxtı gəldi. Mükafatlandırmada gözlənildiyi kimi çox mükafatlar qazanan, gözlənilənin əksinə çox mükafat qazanan məşhurlar oldu. Xüsusilə koreyalı müğənni və aktrisa qadınlar görünüşləri ilə göz qamaşdırırdı. Hər dəvətli məşhur ən azı (çıxışı,ifasını nəzərə almasaq) geyim, saç düzümünə görə əvvəlcədən hazırlaşmışdı. Çox gözəl geyinən və geyimini bəyənmədiyim məşhurlar haqqında da yazacam, əlbəttə ki şəkillərlə. 

dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.comƏvvəlcə başlayım qırmızı xalıdakı (red carpet) aparıcılardan. Ümumilikdə qırmızı xalı üçün olduğunu nəzərə alsaq normal idi. Ancaq bütün izləyicilərin diqqətini çəkib məncə, aparıcı qızlar çox uzun idi. Gələn qonaqlar olsun, aparıcı kişi olsun, bu qızların yanlarında daha kiçik görünürdülər. Qızlar da əsasən hərəsi bir tərəfdə dururdu cangüdən kimi görünürdülər. :D Uzun aktyorlar ancaq eyni boyda olurdu qızlarla. Qırmızı xalıda məşhurların selfie şəkli üçün də aparat vardı. Bu aparıcılar sadəcə qırmızı xalı üçün nəzərdə tutlmuşdu. 
dreamhigh-happyday.blogspot.com
 Exo gəldiyi zaman Chanyeolu görənlər mənlə razı olar- Chanyeol çox şirindir. O boy və səsdə belə şirinlik. 
dreamhigh-happyday.blogspot.comChanyeol mənlə yaşıddır ancaq onun şirinliyini görəndə uşaqları xatırladır. Özümlə eyni yaşda olduğunu yox, şirin bir uşaq görürəm Chanyeolu görəndə. :)) 
dreamhigh-happyday.blogspot.com
Exo, qırmızı xalı və Chanyeoldan yazıramsa qeyd etməliyəm. Exo qırmızı xalıya çıxdığı andan Chanyeol deyə cır, nazik səsli qız qışqırırdı. Orda olsam( ya da Chanyeolun yerinə olsam ) düşüb qızın ağzına bir-iki şillə vurardım deyə düşündürür insanı :D (səhv başa düşməyin şiddət tərəfdarı deyiləm :P)  
dreamhigh-happyday.blogspot.com

Exo gəldiyi andan şəkillər çəkildi.

dreamhigh-happyday.blogspot.comBir dəfə, iki dəfə olar fandır həvəslənib deyərik. Chanyeol da o tərəfə baxmır heç., nə qədər olar axı. O an həqiqətən bezdirdi o qız. Amma səhnədə Exo çıxışı zamanı səs yox idi, bəlkə içəri buraxmayıblar. :D




dreamhigh-happyday.blogspot.com
 Canlı yayımla baxdığımız üçün deyilənləri anlamadıq. Çox güman ki, qırmızı xalıda aparıcılar gələn populyar insanlara MAMA dan əvvəl özlərini necə hiss etdikləri kimi sadə suallar veriblər. 

dreamhigh-happyday.blogspot.comEXO dan çıxmış 2 üzv - Kris və Luhandan başqa bütün üzvlər tədbirə gəlmişdi və MAMA da səhnədə performanslarında bütün üzvlər iştirak etdi.




dreamhigh-happyday.blogspot.com
Tao daha bir aktiv görünürdü. Xiuminlə D.O digər üzvlərə baxanda çox daha sakit idi. 








dreamhigh-happyday.blogspot.com
Chanyeolun gəmzəsini an etibarilə şəkildə çəkə bilmişəm ^_^
Şəkildə də gördüyümüz kimi Sehun eyni idi. Boşuna poker sifət deyilmir. Mükafat aldıqları zaman da bütün üzvlərin üzündə gülüş vardı, Sehunda bir dəyişiklik görmədim. O.o Bəlkə də saç düzümünü bəyənməyib özü də. Exo dan Sehunun bərbərinin şəkli varsa sizdə zəhmət olmasa yazın. Bu uşağın nə günahı vardı. O nə saç düzümü idi. Elə bil, bilərəkdən gözümdən salırlar. Fəqrlilik insana yaraşdığı müddətcə bəyənilir.-Bir NANA atasözü :D ;) Göyqurşağı saçları daha gözəl idi. 
Sırf Exo haqqında yox qırmızı xalı haqqında yazıya qayıdım, Exo haqqında aşağıda performansları sırasında ən çox təəccübləndirənlər barəsində yazmışam. Yaxşı mənada təəccüb.
dreamhigh-happyday.blogspot.com
Bəyənmədiklərimdən yazmağa başladımsa, keçim digərlərinə. Lee Dong Wook- Rommate izləyənlər bilir, aktyor rəngarəng geyinmlərə üstünlük verir. Mama da ancaq bu rəngarəngliyə bu cür sadiq qalacağını düşünmürdüm. İki geyim tərzini qarışdırıbsa da daha uyğun görünənləri seçəydi kaş. Bel hissəyə qədər tədbirə gələnə, 
dreamhigh-happyday.blogspot.combeldən aşağı- şalvarı xüsusilə nəzərdə tuturam.- Hong Kong u gəzməyə çıxan turistə bənzəmişdi. Geyim birləşmirdi. Bəlkə də boğazındakı smoking açıq olsaydı daha uyğun görünərdi. Ancaq yaraşıqlı idi mi?- Bəli. Aktyora yeni saç rəngi çox yaraşıb. Səhnəyə çıxanda hələ tanımadım, amerikalı aktyorlara bənzətmişdim. 
Keçək BigBang dən G-Dragon və Teayang-a .
http://dreamhigh-happyday.blogspot.com



http://dreamhigh-happyday.blogspot.comhttp://dreamhigh-happyday.blogspot.com/     Bigbang dən G-dragon və Teayang da təəssüf ki, geyimini bəyənmədiklərim sırasında qaldı. Qırmızı xalıdakı geyimi nəzərdə tuturam, çünki demək olar ki, iştirakçıların hər biri bir neçə geyim dəyişdi. Teayang la Sehunun bərbəri ya qohumdur, ya eyni adamdır. Hər ikisinin saç düzümünü görüb belə qənayətə gəlmək mümkündür. :D Teayangın gözlərini görmək demək olar qismət olmadı. 



Qızlardan demək olar ki, fərqli geyim yox idi, hər biri incə, ziyafət geyimi geyinmişdi. Rəng baxımından ən çox ağ, qara və qırmızı rəngə üstünlük verilmişdi. Gördüyüm qədəri ilə, çünki arada ekran gedirdi. Hər dəfə ekran yenilənməsi anında görmədiyim hissələr oldu. Bir də blogda gördüyünüz şəkilləri izlədiyim anda hazırlayırdım deyə izləyə bilmədiyim saniyələr olurdu. 
http://dreamhigh-happyday.blogspot.comReklamlar yayımlananda da yayıma ara verilirdi. Cənubi Koreyada reklamlarla bağlı çox ciddidirlər. Ancaq mən reklamları izləmək istəyərdim. Bəzən reklamdan sonra bizə, izlədiyimiz rəsmi sayta yayım gec açılırdı. Bir də görüntü keyfiyyəti yaxşı deyildi. 
http://dreamhigh-happyday.blogspot.comDüzdü, rahat izlənirdi, ancaq şəkillərdən də gödüyünüz kimi keyfiyyət mükəmməl deyildi.Bu da MAMA səhnəsinin ümumi görünüşü.



dreamhigh-happyday.blogspot.com

Qızlarda daha çox buna bənzər geyimlər, donlar çox görmüşəm daha maraqlı bir paltar olsaydı kaş- düşündüyüm oldu. 
Bütün bunları isə qırmızı xalı yox, əsas səhnədə gördüm.

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com
Qırmızı xalıda ən gözəl Yoon Eun Hye idi. Əslində artıq orta yaşlarında olan aktrisa sanki daha da gənc görünürdü. Xüsusilə qırmızı xalıda gözqamaşdırıcı görünürdü. 
dreamhigh-happyday.blogspot.comİstər geyim, istər saç düzümü və sima baxımından. Bu xanım ən sevdiyim aktrisalardandır.





Qırmızı xalıda həm də, bir neçə qrup çıxışı da oldu. Mən bir oğlan qrupunu gördüm, bir də aşağıdakı şəkli olan AOA qız qrupunu. 
dreamhigh-happyday.blogspot.com
Ən sevdiyim Rommate2 dən Guk Joo və SeHo nun gəlişi oldu. Guk Joo müxtəlif pozalarda verib, çox gözəl göründüyünü nümayiş etdirirdi. Bu cütlük çox yaraşırlar, hər cəhətcə. Hər iksinin komedyen olması isə ən əsas ortaq cəhətləridir. Gördüyüm anda üzümə təbəssüm gəldi. Əsas tədbir zamanı da güldürdülər. Guk Joo həqiqətən də gözəl görünürdü. 
dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.comGirls day- Qrup əvvəl ağ geyimdə göründülər. Sözsüz ki, sonradan geyimlərini dəyişdilər. 
Daha çox şəkil az söz qaydasına riayət edirəm əslində bu yazımda. ;) 

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Gecəyə qatılan aktyor, aktrisa və komedyenlər aparıcı olaraq iştirak edirdi. Həm də mükafatları onlar təqdim edirdi. 

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com
Simalarına baxın necə şirin görünürlər. 
dreamhigh-happyday.blogspot.comArada aşağıdakı şəkildəki kimi, bizə Mama da izləyəcəyimiz ulduzlar barəsində də reklam formatında görüntülər olurdu.





dreamhigh-happyday.blogspot.com

Guk Joo və Seho Mamada bizi əyləndirdi, güldürdü. Xüsusilə Guk Joo nun Teayangın yanında rəqsi, sonra Sehonun eyes, nose, lips mahnısını ifası (komedik şəkildəydi :D) və sonra Lyn in my destiny mahnısına keçidi maraqlı idi. 
http://dreamhigh-happyday.blogspot.com

İndi isə İU haqqında fikirlərimi bölüşüm. İU deyərdim ki,  ən zövqsüz geyinən oldu. İlk donu yenə keçmək olardı ancaq sonra geydiyi uzun donu sanki özündən yaşlı qadının paltarını geyinibmiş kimi hiss yaradırdı. Ancaq bu qız çox şirindir. Həm də çox gözəldir. 
dreamhigh-happyday.blogspot.com




İfaçının ad günü imiş. 
dreamhigh-happyday.blogspot.com
Bu münasibətlə də aparıcı ona bir qızılgül hədiyyə etdi. İU best Female Artist (Ən yaxşı qadın sənətçi) və Ən populyar Vokalist olaraq 2 mükafatın sahibi oldu. 
dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com
  Ən çox mahnı ifa edənlərdən biri də yəgin İU oldu. Mama da rok havası əsdirən isə 5 illik fasilədən sonra sənətinə geri qayıdan SeoTaiji oldu. İnfinite oğlanlarını coşduran isə SeoTaijinin "Comeback home" adlı mahnısı oldu. 2 nəfərlə duet idi. -bəli adlarını bilmədim. Bu mahnıda 2pm də daxil olmaqla qonaqların çoxu yerindən qalxıb, ayaqüstdə ritm tutdu, rəqs etdilər.
Ən yaxşı solo rəqs performansı üzrə isə SunMi Full Moon mahnısı ilə qalib gəldi. 
dreamhigh-happyday.blogspot.com
Ailee isə "Singing Got Better" mahnısı ilə  Ən Yaxşı Vokal Performans-qadın mükafatına layiq görüldü. 

dreamhigh-happyday.blogspot.com

Mükafatlandıldıqda demək olar ki, hər bir ifaçı ata-anasına, menecerini, digər şirkətdəki əsas insanlara təşəkkürünü bildirirdi. 

dreamhigh-happyday.blogspot.comLYN - My destiny mahnısı/OST u ilə Ən Yaxşı Ost mükafatının sahibi oldu. Ümumlikdə bu mükafat uğrunda 4 mahnı-2 serial mübarizə aparırdı. The Man From the Stars və İts Ok thats Love. Mən ikinci serialı çox sevidiyim üçün daha çox o serialın ostunun qalib olmasını istəyirdim. 
dreamhigh-happyday.blogspot.com

Winner isə Best New Artist/Ən Yaxşı Yeni Sənətçi mükafatının sahibi oldu. Çıxışları da maraqlı oldu. Düzdür, mən canlı çıxışlarını izləyə bilməmişdim. Ancaq sonradan izlədim və çox bəyəndim.
dreamhigh-happyday.blogspot.com

Best Dance Performance Female group/Ən Yaxşı Rəqs performansı-qadın qrupu mükafatı Girls Day ə təqdim olundu.
dreamhigh-happyday.blogspot.com
Girls Day və Ailee nin ifasında Problem mahnısını dinlədik.
http://dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.comTiffany ilə duetinə görə isə John Legend Ən Sevilən Xarici Sənətçi mükafatına layiq görüldü. 




http://dreamhigh-happyday.blogspot.com



K-Pop fanların seçimi-kişi qrupu isə İnfinite seçildi. 
http://dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
İnfinite həm də maraqlı performansları ilə yadda qaldı. Səhnə o qədər gözəl idi ki, bu səhnəyə məhz bu cür performans yaraşır. İnfinite dən L i çox bəyəndiyimi qeyd etməsəm də bilərdiniz yəgin. ;) 




Ən yadda qalan anlardan biri isə bu oldu.- İnfinitinin pərt olduğu an. Adlarını eşidən kimi qalib olduqlarını düşünüb səhnəyə doğru gedirdilər ki, mükafat üçün namizədlərən biri olduqlarını öyrənib geri qayıtdılar ancaq, sonra Yoon İnna Lee Dong Wook un təqdim etdiyi Best Dance male group- Last Romeo mahnıları ilə mükafata sahib oldular. İnfinite qrup üzvləri də əvvəl ağ, sonra qara geyimdə göründü. 

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Aparıcılardan Yoo İnna və Lee Dong Wook bir birinə çox yaraşanlardan idi. Yoo İnnanın geyiminə gəldikdə isə bu aktrisanı çox sevirəm, çox da gözəldir, lakin geyindiyini don Hollywood da dəfələrlə istifadə olunub məncə. 
http://dreamhigh-happyday.blogspot.com
Daha aydın, bu geyim və Kang Soranın geyimi bildiyimiz donlar idi. İnterneti açıb gecə ziyafət geyim modeli yazsaq ən çox gələn şəkillər yəgin bu geyimlərin olar. Aktrisaların bu tədbirə daha sıravi insanların geymədiyi tipdə bir geyim geyməsini üstün tutardım. Toylara normalda qızların, qadınların ən çox geydiyi paltarlardandır. Ümidvaram fikrimi düzgün çatdıra bildim. ;) Adı yazılana qədər Kang Soranı tanımamışdım. :) Yoon Jongshin isə Barefoot friends proqramından tanıdığım komedyendir. 




Eun Hye isə həm də duet ifa etdi. Bu mahnı qızların məktəbə getməsi ilə bağlı problemlər üçün olan xeyriyyə məqsədi daşıyırdı. 

dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com
İki ən sevdiyim aktyor birlikdə. Park Min Woo və Ahn Jae Hyeon.  
dreamhigh-happyday.blogspot.com
Nice Guy və Running Man dən tanıdığımız Lee Kwang Soo da aparılar arasında idi. Daha çox graff-zürafə ləqəbi ilə tanınır. İzləyənlər mikrofonun çox alçaq olduğunu və aparıcıların çətinlik çəkdiyini görürdü. Bizim Kwang soo isə mikrofonu qaldırıb danışırdı. :D 

Mikrofonu qaldırdı hissə ;)
SİSTAR - Best Female group/Ən Yaxşı qadın qrupu mükafatına layiq görüldü. 

SİSTAR dan Soyou və Junggigo nun Some mahnısı da mükafat alanlar sırasında idi. Bu aralar Some mahnısı çox məşhur idi və mükafat alması çox sevindirici idi. 

Sonra isə mahnını təkcə əsas ifaçılar deyil, digər SİSTAR üzvləri və hər biri bir oğlan ifaçı ilə mahnını ifa etdi. Bora və reper oğlan rep şəklində oxudu. Ardınca isə SİSTAR ın performansını izlədik. Mahnının adı isə Touch my body -_- (ad tapmayıblar guya :P 
http://dreamhigh-happyday.blogspot.com
Some mahnısını ifa edirlər.
İnfinite dən sonra Exo nun performansını izlədik. 

Exo mükəmməl idi. Qrup "Black Pearl" , "Tell Me what is Love" "Overdose" mahnılarını ifa etdi. Qrupdan Kai isə "deep breath" də rəqs etdi. 
http://dreamhigh-happyday.blogspot.com

Bir də sonda Exo 2015 coming soon göstərdilər. Deməli 2015də Exo comeback edəcək.





YG dən Bobby digər 2 reper ilə çıxış etdi. Bu da promoşn üçün idi. Performansları çox yaxşı alınmışdı. Ümumilikdə Epik High çıxışı əvvəlki MAMA dakı kimi maraqlı oldu. 


Best rap Performace/Ən Yaxşı Rep Performans isə Epik High "Happy Ending" mahnısı ilə layiq oldu. 




Epik High həm də mahnı ifa etdi, mahnının axırına çatdığım üçün hansı olduğunu dəqiq bilmədim. :/ "Born Hater" olmalıdır. 



CNBLUE isə mükafat alsa da gecədə iştirak etməmişdi. AOA qrupu eyni şirkətdən olduqları üçün qrupun əvəzinə mükafatı aldılar. Best Band Performance-Cnblue


http://dreamhigh-happyday.blogspot.comBest music video/Ən Yaxşı Musiqi Videosu mükafatı 2PM na sahib oldu. 2PM də mükafat almasa olmazdı. ;)






http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com


Fanların seçimi olaraq ən yaxşı qadın mükafatına Girls Generation alt qrupu olan TTS- TaeTiSeo qazandı. 

Tiffany nin mükafatlanma zamanı dediklərinin tərcüməsini dəqiq bilmək istəyərdim.

http://dreamhigh-happyday.blogspot.com
 Çünki yanılmadımsa, Nickhun (sevgilisi ;)) un adını çəkib nəsə dedi.Çox yəgin ki, sevdiyini dedi. Nickhunu göstərdilər bizə sonra o da uşaq kimi gülürdü. Nickhunu həmişə sima olaraq uşağa oxşadıram. Həm fanların səsini də nəzərə alsaq məncə düz təxmin etmişəm. ;) http://dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com2PM kimi məşhur bir qrup son zamanlar nəsə sakitləşib, xüsusən Super Juniorla Exo seçimində Exonun mükafata layiq görülməsindən sonra 2PM barəsində də qorxmuşdum. Ən azından Seula  bir mükafatla qayıdırlar. 2PM dən Taecyeon da yox idi. 

http://dreamhigh-happyday.blogspot.com
Exo gecənin gözlənilməyən sürprizi oldu. Xüsusən də Super Juniorun da namizəd olduğu mükafata layiq görüldükləri məni təəccübləndirdi. Super Junior un Mamacita sı mükafatsız qaldı. halbuki çox sevilmişdi. Nəzərə alsaq ki, Super Junior neçə illərdir fəaliyyət göstərir və artıq öz sözünü demiş qrupdur, bu xoş olmayan surprizlərdən idi. :/ 
dreamhigh-happyday.blogspot.com
Exo İlin albomu, Ən Yaxşı Kişi Qrupu, Ən Yaxşı Asiya Stili və son olaraq mən Super junior alar dediyim Asiyada İlin sənətçisi mükafatlarına sahib oldu. Bu son mükafatı qazandıqları zaman Exo üzvləri də təəccüblü görünürdü. Xüsusilə Lay, mükafat təqdimində də ən çox danışan da yenə Lay oldu. Çox emosional danışırdı, görəsən nə deyirdi. :D 


http://dreamhigh-happyday.blogspot.com
Tao nun simasını ekranda gördüyüm an da surpriz sayıla bilər. Tao çox fəqrli görünürdü. Linzanın sayəsində gözləri xüsusilə gözəl görünürdü. Tao daha çox anime lərdəki qəhrəmanları xatırladırdı. İnsan kimi yox anime qəhrəmanı kimi idi. Çox bəyəndim. ;) O anın şəkli də aşağıdakıdır.
http://dreamhigh-happyday.blogspot.com
Gecədə ən çox geyim dəyişən Taeyang oldu. Qırmızı xalıdakı geyimi, aşağıdakı əsgər formasına bənzər geyim, "Eyes, Nose, Lips" mahnındakı geyimi və G-Dragonla dueti zamanı geyimi. Taeyangın köynəksiz çıxışını da unutmayaq, mənim üçün Taeyang ı o cür performansı o qədər adi hal alıb ki, bunu hətta geyim kimi qəbul edirəm . :D G-Dragon və Taeyang həm də Bigbang dən "Fantastic Baby" mahnısını ifa etdi. Beləliklə digər Bigbang üzvləri orda olmasa da səsləri bizimlə idi. :D 
http://dreamhigh-happyday.blogspot.comGözlədiyimiz kimi mükafatlar qazanan isə Teayang oldu, özünün "Eyes, Nose, Lips" mahnısı ilə.  Teayang Ən Yaxşı Kişi Sənətçisi, Ən Yaxşı Vokal-Kişi və 2 əsas mükafatdan biri olan İlin Mahnısı mükafatlarını qazandı.


http://dreamhigh-happyday.blogspot.com

Şəkillər daha çox bəyəndiyim məşhurların oldu, normal olaraq. Ancaq bəzi çıxışlardan şəkil yoxdu, çünki onlara baxırdım tam. Şəkil hazırlayanda izləyə bilmirdim tam. 
Ən bəyəndiyim performanslar İnfinite, Exo və Teayang ın oldu. Ən çox da Teayangın çıxışı. Çünki çıxış özlüyündə çox sadə idi. Ancaq o işıqlarla necə gözəl görünürdü. Onu necə edirdilər bilmirəm, işıqlar Teayangın başının üstündə idi. Tez-tez də şəkil deyişirdi. Balaca lampalar idi və istər yuxarıdan çəkiliş, istərsə də yaxından çox gözəl idi. Mahnının ümumi rütminə uyğun romantik ab-hava yaranmışdı. 
http://dreamhigh-happyday.blogspot.com

Mamada Beast və Hyunanın da mükafatsız qalması gecənin qəribə surprizlərindən oldu.
Beləliklə MAMA Musiqi Mwkafatları 2014 sona çatdı. Yazımda kiçik səhv və ya yadımdan çıxan ola bilər. Bunun səbəbi sizə yazımı daha tez paylaşmağa çalışmağımdır. ;) Son olaraq  isə mükafatlandırma mərasimindən maraqlı şəkillər paylaşdım. Ümidvaram bəyəndiniz. Hələlik.
http://dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com



dreamhigh-happyday.blogspot.com
L kimi baxa bilərsinizmi? :P

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com
Layin o emosional çıxışı. 

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com



http://dreamhigh-happyday.blogspot.com


Bu nə gözəllik G-Dragon ^_^ Burda Hyuna ilə çox bənzəyirlər.

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com


http://dreamhigh-happyday.blogspot.com



http://dreamhigh-happyday.blogspot.com/
Tao və mükafat. :D

http://dreamhigh-happyday.blogspot.com/

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Epik High

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com
Gecənin əsas aparıcısı


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Exo dan Chen Tiffany ilə Green Light mahnısını ifa etdi.


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com




http://dreamhigh-happyday.blogspot.com


http://dreamhigh-happyday.blogspot.com
http://dreamhigh-happyday.blogspot.com
1 daşla Teayang və Lay tutdum şəkildə ;)

4 comments:

  1. Taeyangla GD performansında ağlıma gələn ilk cümlə bu oldu." Taeyang da adət aldı deyəsən çılpaq səhnəyə çıxmağı :D "

    ReplyDelete
  2. Lee dong wook konusunda katılıyorum sana :D O nasıl bir renkti yahu. Sanki bayram çocuğu gibi..ahaha koskoca adam :D

    Ayrıca bende Yoon Eunhye'ı çok beğendim. Cidden MAMA'daki en güzel bayandı. Bir de Tae konusu asdfg ahah :D Adamın kası var göstermeden olmaz diyor sanırım :D

    Yazın güzel olmu, mama'yı birde senin gözünden izledim sanki. :)

    ReplyDelete
  3. 1 ton yazmışdım uçdu niyəsə -_- Dərya rəyin üçün çox sağol. :)) lee Dong vvook haqda yazmasam olmazdı :D Eunhye Mamada gözəldir həmişə gözəldir çox sevirəm aktrisanı ;) Tae i mən o cür olduğu kimi qəbul etmişəm əksini görəndə qəribə gəlir o dərəcə :D Ancaq T.O.P. un soyunmağını o cür heç bəyənməzdim, qısaqol belə geymədən ən yaraşıqlılar arasına girməyin mümkünlüyünü göstərir çünki o ;) Bəli eyni ilə silinən rəyimi olduğu kimi yenidən yazdım :D

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...