KOREYA SERİALLARI DA MÜKƏMMƏL DEYİL .
Koreya dramalarında da sevmədiyim mövzular, xoşuma gəlməyən hissələr var.
1. İçki sevdası..- SOJU XÜSUSİLƏ
Ən çox sevmədiyim də elə budur. Koreya seriallarına baxıb da içki sevgisini görməmək mümkün deyil! Nəzərə alaq ki, bu seriallara istənilən yaçda insanlar baxır. Və baxdığımız serial, filmlərdəki əsas qəhrəmanların bu cür içki içməsi istər-istəməz izləyiciyə təsir edir. Bu da əsas reallıqdır. Televizorda bir neçə il əvvəl belə bir xəbər vardı. Yeniyetmələrin daha çox içkiyə meylinin səbəbi həm də izlədikləri film/seriallarda insanların çoxlu içki içməsidir. Xüsusilə də, içkini çox dadlı bir içki növü kimi düşünürsən izlədiyin an. Bu düzgün deyil. Əlbəttə bu sadəcə Koreyanın bizim ölkədən fərqidir. Çünki, orda məsələn bir dramada - Man From The Stars dramasında baş rol qızımıza atası böyüyəndə səninlə birlikdə içki içə biləcəyik deyir. Bu bizim ölkədə qəbul edilməzdir. Ancaq Koreyalılara görə normaldır. Bu hissəni keçdim. Amma seriallar var ki, içki içilən hissələr digər hissələrdən çoxdur. Bu cümləyə ən uyğun drama isə Marry Me Mary/Mary Stayed Out All Night dramasıdır. Drama çox sevdiyim seriallardandır. Baş rolları Jang Geun Suk, Kim Jae Wook, Moon Geun Young bölüşür. Çox sadə mövzü ancaq əyləncəlidir drama əslində..
Həm də Jang Geun Suk un oxuduğu drama ostları da seriala rəng qatır . Jang Geun Suk səsi bir başqadır ;) Ancaq, dramada ən çox işlədilən sözlərdən biri də "Haydi gedək içək" olurdu. Yaxşı və ya pis hadisəni içməklə qeyd edirdilər. Bekarşılıq olanda da həmçinin. Xüsusilə də gənclərin bu qədər içməsi. Bəyənmirəm.