Friday, May 23, 2014

Doctor Stranger

İlk bölümündən ağladığım seriallardan..

   Serial SBS kanalında yayımlanır. 20 bölümdən ibarətdir.(ancaq bəzən Koreya seriallarında 1 neçə bölüm artırılır sonlara yaxın və hələ də davam edən bir serial olduğu üçün bunu yazdım). Serial 2014 , 5 May dan 8 iyul a qədər bir müddətdə yayımlanacaq. Hər bazar ertəsi və çərşənbə axşamı Koreya saatı ilə 21:55. 
  Serialda baş rolda Lee Jong Suk 이종석 dur. Digər əsas rollarda isə Park Hae Jin  박해진  , Jim Se Yeon 진세연 , Kang So Ra 강소라 dır.

    Serial Park Hoon və atasının yaşadığı yerdə başlayır. Burda bizə ata və oğul arasındakı münasibəti göstərirlər. Eyni zamanda o zamanlar baş verən siyasi hadisələr haqqında da məlumat alırıq. Xüsusilə Şimali Koreya, Cənubi Koreya və Amerika münasibətləri haqqında. 
Qeyd edim ki Park Hoon un atası Koreyada məşhur ürək cərrahıdır. Bir səhər bir dövlət adamı ( millət vəkili ) Həkim Park ın evinə gəlir və onlar önəmli mövzu haqqında danışır. Bu gələn adam sonradan nifrət edə biləcəyiniz Jan Seok Jo (Cheon Ho Jin oynayır bu rolu) dur. O həkim Park dan bir xəstənin ürək əməliyyatını öz boynuna götürməsi üçün gəlmişdi. Bu əlbəttəki normaldır, lakin həkim Park biləndə ki, bu adam Şimali Koreyanın prezidentidir..

Thursday, May 15, 2014

DÜŞÜNMƏDƏN YAZSAM DÜŞÜNDÜKLƏRİMİ O AN..

Sadəcə yazmaq istədim..

Əslində nə yazım bilmirəm indi. Sadəcə yazmaq istədim... Əvvəlcədən deyim ki, yazdıqlarımı bir mahnını dinləyərək oxumağınızı istəyərdim. Mən də bu mahnını dinləyərək yazdım bu yazımı.. 




Mahnılara nə qədər çox bağlı bir insan olduğumu az qala hər yazımda qeyd edirəm. Düşünün, bunu hər yazımda deyə biləcək qədər çox sevirəm yeni musiqiləri dinləməyi. Bu yazımın tam bir mövzusu yoxdur, sadəcə yazmaq istədim. Hər birimizə tanışdır bu hiss, bəzən sadəcə danışmaq istədiyimiz anlar olur. Bugün mən danışmaq əvəzinə yazmağı seçdim. Ola bilsinki heç kim oxumayacaq,ya da oxusa da bilməyəcəm ( əlbəttə ki, rəy yazılmayanda , aşağıdakı 3 seçim olan cool/interesting/funny dən birini seçmədikdə bunu bilmirəm )
  Sizdə heç olubmu bilmirəm, ama mən deyəkki depressiv hiss edirəm, ya da həyatımda qəribə bir boşluq hiss edirəm halbuki hər 

Tuesday, May 13, 2014

Vampire Boy / Koishite Akuma

Vampir Oğlan. Fərqli vampir hekayəsi..


dreamhigh-happyday.blogspot.com
bu şəkli xoşlamıram , sırf bu şəklə baxsaydım heç bu seriala baxmazdım.
  Serial bir, yeni vampir olan və hələ tam vampir olmayan və əlbəttəki yaraşıqlı 15-16 yaşlarında bir oğlan Ruka Kuromiya ( ya da yarı vampir çünki dişləri belə yoxdur) və onun müəllimi Kaito (müəllimi yüz illər və daha çox yaşamış bir vampirdir) Tokyoya gəlməsi ilə başlayır. Gəlişlərinin səbəbi Ruko ilə bağlıdır. 
dreamhigh-happyday.blogspot.com
Belə ki, insanın tam vapmir olması üçün son mərhələ sevdiyi qızın

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...