Strangers/Yadlar
Salam. Upuzun aradan sonra yenidən yazmaq istəyiylə başlayıram yazıya. Ancaq blog da, hər işimiz də özlüyündə elə insanlara bənzəyir. Blogu yazmağı, oxunmağını və heç tanımadığım insanların fikirlərini oxumağı sevirəm. Yazılarıma gələn fikirlər və kiçik söhbətləri də sevirəm. Bu həm çox yaxşı tanıdığın həm də heç tanımadığın dostunla vaxt keçirməyə bənzəyir.
Vaxtınızın çoxunu 1 insanla keçirdiyinizi düşünün. Sonra birdən müxtəlif milyon səbəbdən 1-i məhz sizin rastınıza çıxanına görə bu insanla uzaqlaşırsınız. Bu sevgi, dost, qonşunuz və ağlınıza oxuduğunuz an gələcək ilk insanın elə özüdür. Yenidən səbəblər aradan qalxır və siz həmin insanla görüşürsünüz. Amma nəsə yolunda deyil. İlk andan bu hissi qova bilmirsiniz. Bu insanla söhbətə can atan hissinizə baxmayaraq eyni zamanda çox güclü 1 qopma hiss edirsiniz. Həm deyəsi çox sözünüz var, həm də ağzınızı hər açanda nədənsə heç də lazım olan kəlmələr gəlmir. Həmişə soyuq, qoruyucu və mehribanmış kimi göstərməyə çalışılma hissi sizdən əl çəkmir. Nəsə düz deyil ancaq nə?
Uzun müddətli uzaqlaşılan insanlar haqdakı qarşınıza çıxan milyon cümlənin hər biri indi özlüyündə sizə daha mənalı gəlir. Siz onu yaşayırsınız. Qarşınızdakı insan keçmişdən gələn çox doğma xatirələrinizi yada salır. Ancaq o an anlayırsınız ki bu insan sizin üçün artıq tam da köhnə tanış olub. Yəni daha aydın və uyğun söz isə YAD -dır. Siz danışa bilmirdiniz çünki onu məhz indiki onu tanımırsınız. Bunu isə çox lap dərindəki düşüncələriniz sizə deyirdi. Bu hissin yadlıq hissinin qarşılıqlı olması isə vəziyyəti daha çətin ya da bəlkə də daha asan hala salır. Ona görə çətin ki, yenidən söhbətə başlamaq və eyni yaxınlıq, doğmalığı qazanmaq çox ağır yük kimi hiss etdirir. Asanlığı isə budur ki, siz asanlıqla hər şeyi geridə qoyub unuda bilərsiniz. Beyninizdə bu insanın yeri hər hansı çox sevdiyiniz filmlə eyni rəfə girən xatirəyə çevrilər.
Yenə mən bloqa yazmağın necə hiss etdirdiyini sizə fərqli tərzdə yazdım. Həmişə mənim nümunələrim bu cür fərqli olur. Belə, bura qədər oxuyub gəldinizsə istəyimi sizlə bölüşə bilərəm. Mənə bloga yenidən yazmağıma dəstək olucu, yadlaşmadan burda yazılarımı oxuya biləcək rəyiniz (comment/yorum) lazımdır.
Qısa qeyd: Əslində çox dinlədiyim və hədsiz sevdiyim mahnılar paylaşmaq istəmişdim. Amma olmadı. Sanki çox gizli və çox dəyərli olduqlarını hiss etdim. İndi isə mənə siz öz Ən çox hiss edərək dinlədiyiniz mahnının və bu aralar dinlədiyiniz mahnının adını yazsanız möhtəşəm bir şey etmi olarsınız.
Bu yazını bu mahnı sədaları altında gecə 4 radələrində səssiz şəhərin sükutunu arada pozan maşın səslərinin müşayiəti ilə yazdım. Sevərək oxumağınız ümidi ilə fikirlərinizi gözləyəcəm.
Çok güzel anlatmışsın. İkimizde yeniden dönmüşüz yakın zamanlarda diğer yazılarını heycanla bekliyorum!!!! (Azerice anlayıp yazmayı konuşmayı/bilmeyen ben... )
ReplyDeleteSalam. Çox sağ ol. Təşəkkürlər :) Anlamaq özü də 1addımdır)
DeleteTekrardan hosgeldin o zaman, buralardan kopamıyoruz hiçbirimiz... Hep kalman dileğiyle
ReplyDeleteSalam. Təşəkkürlər. Doğrudur nə də olsa burda əmək var. Xatirələrimiz, düşüncələrimiz var. Bizdən 1 parça var blog buna görə kopulmazdır.
DeleteHoş geldin o zaman :)
ReplyDeleteTəşəkkürlər :)
Deleteheey baak dünkü yazımdasın ciciii :)
ReplyDeleteAaa çox sevindim, Təşəkkürlər Deep. işıq sürətilə yazına baxım mən ;)
DeleteSende hoşgeldiiiin ;)
ReplyDeleteÇoox sağoool ^_^
Deletemerhabaaaa... takipteyimmmm... deepcim den buldum sizi.... https://duvartakvimi.blogspot.com...ziyaret etmek istersen....sevgilerimle...
ReplyDeleteSalam. Əla. Əlbəttə blogunuza baxacam :)
Deletene guzel bir mahnidi! :) deep'in bloğundan geldim bloğuna:)
ReplyDeleteBlog çətin işdir. Davamlılığa ehtiyac var. Mən bunu edə bilmədiyim üçün yazmağı dayandırdım. İndi yalnız oxuyuram. Ancaq bacaracağınıza ümid edirəm. Mən bu aralar, vaxtım olmadığından çox mahnı dinləyə bilmirəm. Lakin bunlar dinlədiyim son türküler:
ReplyDeletehttps://www.youtube.com/watch?v=Y8l9FlNnVj0
https://www.youtube.com/watch?v=SQu6rVTTYAk
https://www.youtube.com/watch?v=U2h0SMpdZR4
https://www.youtube.com/watch?v=77ygz-MC6_8
https://www.youtube.com/watch?v=UhWz3--13_I
Yeri gəlmişkən, səhv yazmışamsa üzr istəyirəm. Azərbaycan Türkcəsini öyrənməyə daha çox yeni başlamışam.