Siz keçmişdəsiniz, amma mən gələcəyi yazıram.
Filmin istehsal olunduğu il- 2016
Rejissor: John Carney
Ssenari: John Carney
Filmin müddəti: 106 dəqiqə
Ölkə: İrlandiya, ABŞ(Amerika Birləşmiş Ştatları), BK (Birləşmiş Krallıq)
Filmin dili: İngilis dili
Büdcə: 4 milyon $
Qazanc: 13.6 milyon $
Filmdə çəkilmiş
aktyor heyəti: Ferdia Walsh- Peelo
Lucy Boynto
Maria Doyle Kennedy Aidan Gillen
Jack Reynor
Kelly Thornton
Film İrlandiya, ABŞ və BK ortaq istehsalıdır. Filmdə hadisələr İrlandiyada cərəyan edir.
Bəzən ən gözəl iş məhz ən ümidsiz, ən pis həyatlarda ortaya çıxır.

Film 80.illərdə gənc oğlanın ətrafında cərəyan edən hadisələri göstərir. Film keçmişə aidliyi və sadəliyi ilə diqqəti çəkir. Təkcə bu belə filmi izləmək üçün mükəmməl səbəbdir. Heç bir xəyalı olmayan oğlanın birdən elə arzuları yaranır ki, hər şey xəyal dünyasından reallığa doğru sürətlə keçir.
Filmin əsas qəhrəmanları yeniyetmələrdir. Hər biri də istər ailəsi, istər də ətrafı tərəfindən təcrid olunan gənclərdir. İrqinə, geyiminə, davranışına görə fərqlənən insanların təcrid olunduqları zaman belə bir həyatdan zövq almaq üçün bir yol tapmasını izləyəcəksiniz. Filmdə Jack Raynor (böyük qardaş rolunda) mənə nədənsə Nirvananın əfsanəvi solisti Kurt Cobain-i xatırladırdı. Əminəm ki, filmi izlədiyiniz zaman eynisini siz də düşünəcəksiniz.
Film haqqında daha çox yazmağa ehtiyac yoxdur. Musiqini sevən, kiçik bir yerdə ilişib qalsa da böyük xəyalları olan hər kəs izləsin. Bəlkə bu sizə xəyallarınızın arxasınca getmək üçün səbəb olar. Ama möhtəşəm təsirli nəsə gözləyərək yox, film haqqinda heç nə oxuyub araşdırmadan açıb izləyin. Filmi hər şeyiylə o qədər çox bəyəndim ki, indicə baxdığımçün yazdığım zamankı qəribə sevinc və həyəcanımı yəgin təsəvvür edərsiniz.
Bundan sonrasını isə yalnız filmi izlədikdən sonra yenidən yazıya qayıdıb oxumağı məsləhət görürəm.
Filmdə irəliyə gedən ümidli 2gənc var. Həm də geridə qalanlar var. Geridə, həmin kiçik dünyada sadə insanlar arasında qalan bir adam seçilir. Əbədi arzularının xəyallara çevrilmiş forması içində yaşayacaq bir adam.
Evin ilk oğlu. Filmdə əslində hər şey məhz onun üçün daha çətin idi. O həm kiçik qardaşının musiqi zövqünü formalaşdıran və onun əsas tənqidçisidir. Kiçik qardaşı həvəsləndirən və bu arzunu ona verən demək olar elə o özüdür. Onun qardaşı üzərində olan təsirini ilk andan hiss edəcəksiniz. Kiçik qardaşın əsas dayağı, onun həyatının daha asan olmasının səbəbi də o özüdür. Filmdə kiçik ama mənə unudulmaz görünən hissə məhz bununla bağlı idi. Hər şeyin yoluna girdiyi üçün qardaşı üçün sevinsə də ortada bir həqiqət vardı. Kiçik qardaşı onun xeyalına doğru gedirdi. Onun ailəsinə qarşı bu yol üçün mübarizəsi boş, mənasız olmamışdı. O qardaşı üçün yol açmışdı. Təbii olaraq, o həm də buna görə kiçik üsyan da edir. Haqlı ancaq həm də buna baxmayaraq yenə də olduğu yerdə qalacaq insan. Onun üçün hər şey gec idi və o yenə qardaşının qanadları olmalıdır. Filmdə bu hissə sizə bəlkə də o qədər çox təsir etməzdi. Ancaq həmişə insan həyatında ən çox yer tutan: peşmanlıq və hər şeyin artıq gec olması. Bunları gördüyüm an üstündən sadəcə keçə bilmirəm. Çünki bu mənimçün insan həyatının ən pis dönüm nöqtəsidir. Sizlərə hər şeyi həmin anda yaşamağı və yalnız kiçik və gülümsətən peşmanlıqlar olan, mənalı həyat arzu etmək istədim.

No comments:
Post a Comment