Yalnız gözəl musiqi başqa heç nə.
Qrup 1995-ci ildə Belçikada yaranıb. Qrup yalnız 2000-ci illərdə məşhur ola bilib. Qrupun ilkin adı Hoover olub. Ancaq sonradan eyni adda qrup artıq vardı deyə və eyni adda tozsoran şirkəti olduğuna görə, adla bağlı yaranabiləcək hər hansı rəsmi problemin qarşısını almaq üçün qrupun adını Hooverphonic olaraq dəyişiblər.
Sizə daha qəribə bir məlumatı yazım, belə ki əslində qrupda solo ifaçı qrupdan çıxdığı zaman qrupların çoxu üçün bu son deməkdir. Bu qrupda isə belə deyil. Qrupda yalnız dəyişməz qalan 2 üzv var:

- Alex Callier – bas gitar, programming (1995–indiyə qədər)
- Raymond Geertz – əsas gitara (1995–indiyə qədər)
Keçmiş qrup üzvləri
- Esther Lybeert – əsas vokal(1995–1996)
- Frank Duchêne – keyboards (tuşla çalınan alətləri çalan şəxs. məs. piano və sair. (1995–1998)
(qeyd. Keyboards- əgər bu sözün tərcüməsini düzgün verə bilmədiyimi düşünən musiqi biliyi olan biri varsa daha dolğun tərcüməni rəy olaraq qeyd edərsə şad olaram. - Liesje Sadonius – əsas vokal (1996–1997)
- Kyoko Bartsoen – əsas vokal (1997)
- Geike Arnaert – əsas vokal (1997–2008)
- Noémie Wolfs – əsas vokal (2010–2015)
- Luka Cruysberghs – əsas vokal (2018–hazırda/ indiyə qədər)
Qrupun "2Wicky" adlı mahnısı Bernardo Bertolucci-nin 1996-cı ildə çəkdiyi " Stealing Beauty"/Gözəlliyi oğurlamaq adlı filmində, çoxunuzun bildiyi " I Know What You Did Last Summer / Mən sizin keçən yay nə etdiyinizi bilirəm" adlı filmdə və Heights adlı filmdə soundtrack kimi istifadə olunub.
Qrupun belə çox solist dəyişməsinə görə qrupun dinləyiciləri də sevdikləri solistə görə fərqlənir. Əksəriyyət isə Geike A. və Noémie W. məhz bu 2 əsas vokalistlərə görə qrupu sevir. Qrupu Noémie Wolfs ilə işləyərkən əvvəlki mahnıları fərqli tərzdə yenidən təqdim edib. Bu da dinləyiciyə müqayisə fürsəti verir.
Mən qrupu Noémie Wolfs-un əsas solist olduğu mahnılarıyla tanıyıb, bəyənmişəm. Bəyənmək sadəcə adi söz gələ bilər. Bəzən hamımızda olur. Təsadüfən çox gözəl mahnı qarşına çıxır. Bundan sonra isə həmin qrupun başqa belə mahnısını tapmısansa özünü çox sirli, gözəl və gizli bir şey tapmış kimi hiss edirsən.
Geike Arnaert-in solistli zamanı. |
Qrupun öz yaradıcılığının zirvəsini yaşadığı isə mənə görə 2012-ci ildə baş tutmuş Koningin Elisabethzaal- dakı (Antverpendə yerləşir) konsertləridir. Böyük orkestrın müşaət etdiyi konsert ağ-qara rənglərdə lentə alınıb. Bu isə konsertə bir başqa rəng qatıb. Mahnıların da həmin ab-havaya uyğunluğu ilə ortaya çox gözəl bir iş çıxır. Sadəcə təəssüflənirəm ki, bu konserti canlı izləyə bilməmişəm. Noémie Wolfs-un qrupdan qarşılıqlı razılaşma ilə qrupu t ərk etdiyi üçün bir də belə bir konserti eyni zövqlə izləmək mümkün olmayacaq. Sizinlə həmin konsertdən yalnız ən sevdiyim mahnılar olan videolarını paylaşacam. Ağ-qara filmə baxmış kimi hiss edəcəksiniz.
Qrupu ilk kəşfim məhz "Mad about you" mahnısı ilə oldu. Sonra mahnının Geike Arnaert-nın ifasında da dinlədim. Hər iki ifa və oxu tərzi tam fərqlidir. Hər ikisi də özlüyündə çox gözəl alınıb. ilk olaraq Geikü A. nın ifasını dinləyək.
Qeyd edim ki, klip də fərqlidir. "Amalfi" mahnısını bəyənirəm. Çox pozitiv və tez yadda qalan mahnıdır.
Aşağıdakı isə "Mad about you" mahnısının Noémie Wolfs-nın ifasında olan versiyadır.
Noémie Wolfs, bu qadının səsini ifa tərzini çox bəyənirəm. Səsində sanki fərqli və sevdiyim bir cazibə var. "Eden" mahnısını da mütləq dinləyin. "Eden" mahnısını da ilk olaraq Geike ifa edib və klipi belə var. (Klipi izləmək üçün rəngli yazını klikləyin). Bu dəfə ilk ifa tərzi ilə elə də çox fərq yoxdur.
"2Wicky"- bu mahnı bu qədər filmlərə soundtrac olursa, deməli onu siz də dinləməlisiniz. 1996-cı ilin mahnısını da beləcə dinləmiş olacaqsınız. Bu mahnının da ilkin versiyası fərqlidir. Klipi də fərqli və maraqlıdır. Təbii ki mən yenə hansı versiyanı sevdiyimi deməyə ehtiyac duymuram. Tam bir canlı dinləniləsi mahnıdır. (ilkin versiyanı dinləmək və klipini izləmək üçün mahnının adını klikləyin)
Hooverphonic qrupu 2018-ci ildə öz yeni solistini də təqdim edib. Luka Cruysberghs The voice of Vlaanderen yarışmasının qalibidir. Niyə The voice of Belgium yox? Çünki Belçikada 2 Voice proqramı var. Luka-nın 18 yaşı var. Mən Lukanın solist olduğu qrupun yeni "Romantic" mahnısını dinlədim Mahnıda Hooverphonic havası hiss olunur. Mahnını bəyəndim. Mahnını dinləmək üçün mahnının adını klikləyin.
Ancaq Lukanın ifasında "Mad about you" mahnısını heç bəyənmədim. Mahnın sehri onun ifasında sanki itmişdi.
Hooverphonic fərqli təzriylə bəyəndiyim qrupdu. Əgər siz də qrupu bəyəndinizsə sizdən istəyim mahnını çox adamla paylaşmayın. Mən gözəl mahnıların heç də hamı tərəfindən bilinməyini və dinlənilməsini sevmirəm. Çünki bu mənə əlində hansı dəyərdə bir şey olduğunu bilməyən insana çox dəyərli nəsə vermək kimi gəlir. Okean Elzy- Obiymy mahnısı kimi. Bu mahnını indi bu tərz mahnılardan tamamilə uzaq olan insanların belə dinlədiyi görmək məni heç də sevindirmir. Mən bir mahnını daha az insanın bildiyini, dinlədiyini biləndə mahnı mənə daha çox hamının yox məhz anlayanın dinlədiyi üçün daha dəyərli xəzinə kimi gəlir.( Mahnıya neçə milyon izlənmə olmasından asılı olmayaraq ətrafınızda az insanın dinlədiyini bilmək- məhz bunu nəzərdə tuturam) Sizin də belə mahnılarınız və ya qrup varsa rəy bölməsinə adını yazsanız böyük maraqla dinləyərə. Fikrinizi mənimlə bölüşün, onlar dəyərlidir.