Friday, June 12, 2015

Bu Mimi çox sevdim../ Əgər Bir Kitab Olsaydım..

ƏGƏR BİR KİTAB OLSAM...

http://dreamhigh-happyday.blogspot.com/
Başlığı.

Dünyada Yaşayan Yad..
Almağı düşünmədiyiniz ancaq necəsə həmişə qarşınıza çıxıb diqqətinizi çəkən həmin kitab.


Necə kitab olardınız?

Əlbəttə ki, kitab mənim kimi olacaqdı, hər yazıçı kitaba bütün fikir və duyğuları özündən qatdığı kimi. İlk baxışda sadə ancaq oxuduqca mürəkkəbliyini anlayıb sevdiyiniz kitab. Həm çox sadə, həm çox çətin başa düşülən. Kitabda bacardığım qədər hər şey olardı. Dünya kimi olardı mənim kitabım. Bir səhifəsi rəngarəng, digər səhivəsi boz.. Bəzən oxuduqca hadisələrin yalnız ağ və qara rənglərin var olduğu bir dünyada baş verdiyini düşünəcəyiniz. Bəzən isə rəngsiz ancaq bununla da daha çox insanı cəlb edən sakitliyi sizə bəxş edən hüzünlü səhifələr olardı. Ancaq ən sevdiyim isə sizə ən rəngarəng səhifələrin qarışıqlığını göstərmək olardı. Dünyanın rəngarəng olmasının əslində, bir neçə rəngin, musiqinin, duyğuların, düşüncələrin bir insanda toplanmasının necə yaşamağı çətinləşdirdiyini göstərərdim. Yazmaq yox göstərmək, çünki biz yazıları hərf kimi sadəcə oxumur hər şeyi görürük, yaşamış qədər oluruq.
İçimdəki, bütün duyğulardan, dinlədiyim bütün musiqilərdən, düşündüyüm bütün fikirlərdən bir az olardı bu kitabda. 
Buna görə də hər kəsin sevdiyi kitab olmazdı, ancaq səbrlə oxumağı bacaranlar, kitaba şans verənlər dünyaya başqa gözlə baxa biləcək dərəcə dəyişərdi. Əslində elə bütün kitabların yazılma məqsədi də budur. 

Kimə həsr olunardın? 

Heç kimə. Ancaq həm də hamıya. Eyni zamanda yalnız özümə. (Belə kitabın ola biləcəyinin mümkünsüz olduğunu düşünməyin.)

Üz qabığı.

Ya  çox tünd ya da tam ağ rəngdə olsun istəyərdim. Yalnız bir mövsümdə yox bütün zamanlarda seviləcək bir görünüşü olsun deyə. 



Önsöz'ündə bunlar yazılardı

Hamıya yad həm də bəzən çox doğma hiss edən bir insan. Mehriban olanda belə, həmin anda dünyadakı bütün adətlərdən, söhbətlərdən uzaq olan insan. Sanki doğulduğu yerdəki insanlar kimi düşünməyə can atsa da həmişə bir yadlıq hiss edən insan. Bütün ömrü böyu özünə dost axtarsa da əsl dostunu tapmayan insan. Qarışıq fikirlərinə baxmayaraq qəti məqsədləri, qərarları ilə yaşayan insan. Bu insan həm siz hamınız ola bilərsiniz, həm də heç biriniz. Çünki hər insanın özündə gizlətdiyi bir tərəfi olur. Kitabda hekayəsi yazılan insanın sizə nə qədər yaxın olduğunu yalnız oxuduğunuz an anlayacaqsınız. Həm çox təəccüblənəcəyiniz, həm də çox şablon yazılmış səhifələrin vəhdətini təşkil edən bu kitab dünya və insanın nümunəsində yazıldığı üçün belədir. Ən sevdiyiniz kitabları qoyduğunuz rəfdə həmişə yeri boş qalan kitabı oxumaq şansınızı dəyərləndirin. 

Kitabın son söz hissəsi/arxa qabığında yazılan

Bu hissəni boş qoyardım. Kitabı oxuyub bitirdikdən sonra oxucu özü buranı kitabdan olan təsir ilə düşündüklərini istədiyi və son söz olaraq gördüyü kitab və özü haqqında düşüncələrini yazardı.
İmza günümdə də hamısın bir-bir oxuyardım :P
(İndidən xəbərdarlıq edirəm kitab yazmaq fikrinə düşüb bu ideyalarımı oğurlamaq ağlınıza belə gəlməsin.. )
Sonda bu mimi oxuyanlara belə bir sual siz olsaz belə bir kitabı almaq istəyərdiniz?  (bu orjinal mimdə yoxdur bunu mən özüm sizə verirəm cavablarınızı gözləyəcəm).
Mimi Viva (Vivamakyaj), Mydestiny və Sawako ya pasladım/göndərdim. Mim üçün isə Reyhana təşəkkür edirəm.

Wednesday, June 10, 2015

My Unfortunate Boyfriend/ Mənim Uğursuz Sevgilim.

Romantik-Komediya axtarışlarımın ən uğurlu nəticəsi..http://dreamhigh-happyday.blogspot.com/

Bu dramanın belə olacağını heç gözləmirdim. Həm gözləmədiyimiz dramaların çox maraqlı olması mükəmməl hisdir. Sırf baş rollara görə başlamışdım. Ən çox da No Min Woo-nun instaqram hesabından tez-tez şəkil və videolar paylaşması sayəsində dramaya başladım. Heç peşman olmadım. Belə dramaya çoxdan idi, ki ehtiyacım vardı. Fərqli hekayəsi ilə şablon baş rol oğlan və qızlarsız da baxılası serialın çəkildiyini sübut edən dramadır. Elə sırf bu səbəbdən də əvvəl bir az tərəddüd edirdim ancaq ilk bölümdən dramanı çox sevdim. 
http://dreamhigh-happyday.blogspot.com/

Sunday, June 7, 2015

Yenə Mim, Yenə Mən.

Mən Uşaq Olanda.http://dreamhigh-happyday.blogspot.com/

Bu aralar mim şəhzadəsiyəm. Mimlərə cavab yazmaq da insana məşhur havası verir. Sanki jurnalist və ya aparıcının suallarına cavab verən ulduzam. :D
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Mimin əslində adında kiçik dəyişiklik etmişəm. Əsl adı Ben küçükken-dir , bu da bizim dildə mən kiçik ikən kimi olur ancaq nədənsə mimi gördüyüm andan ağlımda bu ad dəyişdi. Ümidvaram məni bu əyləncəli mimə mimləyən Rana üçün problem olmaz bu. ;) Elə isə başlayaq.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...