MİM № Bir bloqqer özü haqqında yazarsa..
Əslində özüm haqqında kiməsə məlumat verməyi o qədər də sevmirəm. Sanki ən böyük sirmiş kimi və bunu hamıya deyirəmmiş kimi hiss edirəm. Kim olduğumla bağlı çox düşünürəm. Düşündükcə də saysız fikirlər içində qalıram. Təkcə özüm deyil, uzun-uzun bütün dünyadakı insanları, yaşamağı sevib-sevmədiklərini, dünyada yaşama səbəblərini düşünürəm. Bu zövq aldığım mövzulardandır.
Uşaqlara qarşı qəribə bir sevgim var. Onlarla oynamağı sevirəm. Xüsusilə də yolda uşaq gördümsə bəzən onlarla oynamamaq üçün özümü güclə saxlayıram. Ya da anasından gizlicə məsələn əlinə toxunub tez elimi çəkirəm. Uşaq kimin etdiyini görmək üçün ki ətrafına baxır çox sevirəm o anı. Uşaqlar sevinc dolu olur.
Və keçmiş hamı kimi mənə də doğma gəlir. Televizorun kəşf olunmadığı, klaviaturada deyil də qələmlə ağ vərəqə yazıldığı vaxt kimi təsəvvürümdə olan illər. Bəlkə də, tanıdığımız bütün doğma insanların, ən doğma insanların keçmişdən gəlməsi ilə başlayıb hər şey. Bizim üçün yaşadığımız ilk keçmiş-dünyaya gəldiyimiz andan, yanımızda olan ilk doğmalarımız bəlkə də bizə keçmişi sevdirib. Mənim heç vaxt həyatda tanımadığım, görmək şansımın olmadığı Jeff (haqqında oxuyub, onu dinləmək üçün adı klikləyin)-ə olan heyranlığım və ya Martin İden (haqqında oxumaq üçün adı klikləyin/tıklayın)ə olan sevgim də yəgin ki musiqi və ədəbiyyatdan əlavə həm də keçmişlə də bağlıdır.
Düşüncələrim qarışıq və çoxdur. Ancaq çoxdanışan heç deyiləm. Yəni, asanlıqla bir mövzudan digərinə sürətlə keçə bilərəm. Deyək ki, bir mövzudan danışdığım vaxt həmin mövzu ilə yenisi arasında mənim üçün bir xırda əlaqə var. Bu zaman birincini yarıda saxlayıb həvəslə digərinə keçirəm. Yəni mənə qulaq asanda diqqət çox vacibdir. :D Fikirlərimi tam və bütün olaraq çatdırmaq üçün tələsdiyim də olur. Bir nəfəsə həvəslə danışıb hər şeyi qarşımdakı insana çatdırmaq istədiyim anlar.
Məncə insanların öz simalarından əlavə daxili, ruhları da simalarında əks olunur. Danışıqları ilə, kimisi dərin fikrə daldığı zaman və ya ağladığı zaman qəlibi(kalıb, görünüşü) deyil də əsl özünü gördüyümüz vaxtını həmişə yadımızda saxlayırıq.
Bu səbəbdən insanlar hər kəsə fərqli görünə bilər.
Ümumilikdə dünyanı hamımızın eyni cür və eyni rəngdə gördüyümüzə inanmıram. Tam olaraq heç kim bunu sübut edə bilməz. Yaşıl rəng bəlkə də mənə görə bir az daha tünd başqasına görə daha açıq rəng görünür. Tam olaraq bunu necəsə sübut etməyin mümkün olduğunu düşünmürəm.
Dostlar mənim üçün çox önəmlidir. Ancaq həm də dostlarıma qarşı qısqancam. Özümü haqlı da hesab edirəm. Mənim ən yaxın dostumun başqa bir insanla yaxın olduğunu görəndə və orada yoxamsa əlbəttə bu mənə yaxşı təsir etməz. Dostlarımı sevdiyim qədər yalnızlığı da sevirəm. Uşaqlıqdan tək oynamağı daha üstün tutmuşam. Yaşıdlarımla əlaqə qura bilməsəydim bu mənim üçün problemə çevrilməzdi. Çünki mənim artıq özümün xəyali dostlarım vardı. Dünya qəribədir. uşaqların öz-özünə danışması və oynaması normal qəbul olunduğu kimi, böyüklərin öz-özünə eyni şəkildə danışdığı görsək onu dəli, ən yaxşı halda psixoloji problemləri olan insan adlandırarıq. Uşaqlar dünyaya və dünyanın normal hesab olunan qaydalarına yad olduqları üçün bizdən daha azaddırlar. Onlar üçün hər şey yenidir. İstəmədiklərini, istədiklərini demək onlar üçün çətin deyil.
Məncə insan tənhalığı unutmamalıdır. Əsl özünlə üzləşib, onu, özünü tanımaq üçün yalnızlığı da sevməlisən. Bəzi şeylər tək ikən daha çox zövq verir. Kitab oxumaq, ya da musiqi dinləmək ola bilər. Ya da düşünmək, özün haqda yox, bütün dünya haqqında, normalda qəbul etdiyin şeylərin dərinliyini düşünmək. İnsanların necə bir varlıq olduğunu düşünmək. məncə, kitab oxuyanların içində bu cür düşüncələri olan insanlar da çoxdur. Kitab mənə daha çox insanı tanımağa, daha çox təcrübə qazanmağa imkan verir.
Piano uşaqlıqdan ən çox sevdiyim musiqi alətidir. Həmişə pianino çalmaq istəmişəm.
Hər pianino çalındığı anda gözümün önünə pianinonun notlara uyğun dilləri gəlir (çalmağı bilirmişəm kimi hiss yaranır)və əllər, həm sürətli və həm də sakit qəribə ahənglə çalan əllər.
Ümumilikdə musiqini çox sevirəm. Musiqi asanlıqla əhvalımı o an dəyişə bilər. Ən sevincli anımda dinləyəcəyim mahnının ilk notları artıq yetərlidir, bütünlüklə o andan sevincim kədərlə əvəz oluna da bilər. Kədər sadəcə hər hansı bir pis hadisə ilə əlaqəli olmaya da bilər.
Bəzən hisslər heç nə ilə əlaqəli olmur. Səbəbsiz sevinc, səbəbsiz kədər düşür içimizə. Bütün ruhumuz bununla əhatə olunur. Məncə o ən təmiz hisslərdir. Saf, qatqısız . Bütün dünyadakı sizi və digərlərini unudub, musiqinin bir hissəsi olmaq. Musiqinin bir hissəsi kimi var olmaq-kimi qəribə duyğuları bəzən musiqi dinlədiyiniz zaman yaşayırsınızsa məncə axtardığınız musiqini, mahnını tapmısınız.
Fiqurlu kankisürməni çox sevirəm.
Musiqi, rəqs birlikdə xüsusilə də buz üstündə olması başqa bir incəlik qatır. Büzüstü kankini sevməyən insan təsəvvür etmirəm.
Valentin günü üçün fanlarına etdiyi hədiyyə ;) |
Bundan əlavə balet sevməsəm də tək bir balerin qızın sakit ritmlərə uyğun və musiqisiz rəqsi məni çox cəlb edir. Musiqi o an olsa da çox sakit ritmlərlə olmalıdır.
Mən uşaqlıqdan Tom Və Cery (Tom & Jerry) kimi cizgi filmləri deyil, Digimon, Ay savaşçısı (Sailormoon) kimi cizgi filmləri daha çox sevirdim. İndi də fikrim dəyişməyib.
Uşaqlıqlarından insanların sanki çox keçmişdəki yad insan kimi danışmaqlarını həmişə görəndə çox qəribə hislər kçeirirəm. Uşaqlıqdan bu səbəbdən insanın uşaqlıqdan böyüklüyə keçəndə dəyişdiyini düşünürdüm. Böyüməyə çox can atırdım. Böyüyəndə məndə nəyinsə dəyişəcəyini düşünürdüm.
Ancaq hələ də o dəyişiklik, gözlədiyim sehirli dəyənək dəyməsi qədər fərqli bir şeyin yaşanacağı an gəlməyib. Anladım ki, böyüdüyün zaman heç nə dəyişmirmiş. Məcburi hamının keçdiyi bir dəyişiklik yoxmuş. İnsanlar istədiyi üçün dəyişirmiş. Mən ancaq uşaqlıqdakı məndən fərqləndiyimi düşünmürəm. Görünüş olaraq dəyişsəm də, hələ də çəkinməsəm saatlarla topla oynamaq, gizlən-qaç oynamaq hələ də mənim üçün əvəzolunmazdır.
Rok musiqisini dinləməyi sevirəm. Ümumilikdə hər ölkənin mahnısını sınayıb dinləməyi sevirəm. Bu ayrı bir həyəcan verir. Türkiyə, Rusiya, Cənubi Koreya, Yaponiya, Çin, Norveç, Finlandiya və başqa ölkələrdən telefonumda hər gün dinlədiyim mahnılar var.
Nəhayət mimi sona çatdıra bildim. Ancaq mən də tükəndim. Ümidvaram sevərək sonadək oxuyacaqsınız. Rəylərinizi (yorum, comment) yazmadan blogdan çıxmayın. Bu arada Mimi kimlərin edib kimlərin etmədiyini bilmirəm. Mənim kimi siz də mimi sevdinizə mimlənmiş sayılırsınız, yazın mən də oxuyum ;)
Harikasın! Seni tanıdığıma çok sevindim ay balam ❤
ReplyDeleteSağ ol Emine. Mən də səni tanıdığıma sevindim ;)
DeleteAy savaşçısı aşkına!Ben de severim hem de çok :) Okuldan gelince sırf onun için ekran karşısına geçerdim :) Biri beni o günlere ışınlasın! :)
ReplyDeleteMən də işinlanmaq istədim :D ay sevgisi adına :D
Deleteçok güzel bir yazı olmuş :D
ReplyDeleteYine bir Martin Eden gördüm :)
Piyanoyu ben de çok seviyorum.Müzik, buz pateni, yalnızlık pek çok ortak noktamız varmış bizim.
Kocamaan sevgileeer :)
Təşəkkürlər BirgaripSeyma :) Martin eden artıq hər zaman mənlədir ki :)) Doğrudan da çoxlu ortaq yanlarımız varmış bu sevindiricidir. ;) Sənədə çooooooxlü sevgilər :)
DeleteYaaa çok eğlenceli bir yazı olmuş ^^ Bence var ya zorunluluk olmadığı ve içinden geldiği gibi yazdığın için hemencecik bitti :D Diğer mimler için sorumlu gibi hissediyorsun, yazmam gerek diye ondan bir türlü yazamadın :D O küçük çocuklara yaptığın şeye çok güldüm ya, Allah iyiliğini versin :D Ben de severim çocuk ama senin kadar değil, mesela gürültülerine, mızmızlanmalarına filan hiç katlanamıyorum.. Eeee ne de olsa öğretmensin kızıımm ^.^ İnsanların dünyayı aynı şekilde görmediklerine ben de katılıyorum, özellikle de kokular konusunda mesela. Koku bana çok kişisel bir şey gibi geliyor, tanımlanması zor, zaten göremiyoruz ve herkes için başka bir deneyim olduğunu düşünüyorum. Ay Savaşçısı ^.^ Ne izlerdim ya, çook severdim. Hatta son zamanlarda şöyle bir baştan başlamak istiyorum ama vakit yok -_- Onu görünce çocukluğum gelir hemen aklıma, jenerik müziğini filan duyarım kafamda :D Çok güzel olmuş, eline sağlık ^.^
ReplyDeleteÇoox sağ ol Gözdə. Məncə də bəlkə də haqlısan buna görə tez bitdi :D Uşaqlarla mən dediyim kimi oyna çox əyləncəlidir. ;) Mən də hər insanın özünə xas qoxusu olduğunu düşünürəm. Ay savaşçısı izləməyənlər uşaqlıq yaşamayıb gedib izləsinlər hətta :D Baxsan yeni versiyası yayımlanır bu il ona bax. Oxuduğun və bəyəndiyinə sevindim. :))
DeleteTebrik ederim valla
ReplyDeleteOkurken. Heyecanlandım. Keyifli BLoglama lar
Təşəkkür edirəm. Sizə də keyifli bloglamalar ;)
Deleteazerice bildiğime fazlaca sevinerek okudum yazını. benim başlattığım bir mim olmakla beraber, fazlaca samimi yazmışsın. seni tanıdığıma çok sevindim. :)
ReplyDeleteAzərbaycanca necə öyrənmisən? bax bu sualın da cavabı mənə maraqlıdır ;) Mimi sənin başlatdığını belə bilmirdim. ÇGözəl mimdir. Mim ideyası üçün sağ ol. Mən də sevindim o zaman ;)
DeleteBlog yazmaya ara vermiştim ama nasıl oldu bilmem blog sitene geldim. İlk defa bir azerice yazı okudum. çok ama çok eğlenceli bir yazı olmuş. ilk defa okuduğum için biraz yoruldum ama buna değdi.
ReplyDeleteokurken aklıma ilk şu geldi: Acaba siz de türkçe okurken bizim gibi zorlanıyor musunuz?
Zamanım olmadığı için yorumu kısa tutuyorum. Çok ÇOk çOK memnun oldum.
Gülücüklü Kal...
Ara vermə yenidən yazmağa başla məncə. İlk olsa da ümidvaram son olmaz ;) Əlbəttə Türkiyə türkcəsində oxuduğum zaman mənim də anlamadığım sözlər çıxır qarşıma. Araşdırıb öyrənirəm. Zamanla alışarsınız ancaq çünki dillərimiz çox bənzərdir. Mən də məmnun oldum. yenə gəlin. :))
DeleteNe hoş yazmışsınız hiç sıkılmadan okudum,şiir gibi :))
ReplyDeleteTanıdığıma da çok memnun oldum.
Çox sağ olun. Bəyəndiyinizə sevindim. Mən də məmnun oldum :))
DeleteBu mimle tanışmış olmamız ne güzel :)) Arkadaşlarımı ben de kıskanıyorum ama yine de aşırıya kaçmamaya çalışıyorum :D Piyanonun sesine bayılıyorum! Çalabilmeyi ben de isterdim :)) Ayrıca Secret Garden gifine bayıldım :D
ReplyDeleteMəncə də əla mimdir. Kaçki çala bilsək. Secret Garden bir başqadır. ;)
DeleteSeni tanımak güzeldi. Özellikle kendini sır gibi gösterme isteğin beni güldürdü 😀 Piyano sevdiğine göre Forrest Gump Piano Theme ve Speak Softly Love müziğinin piyano versiyonuna bak derim. Çizgi filmler arasından sadece Tom&Jerry'i biliyorum. Bizim burada Tsubasa, Pikaçu, Pokemon falan vardı. Ayrıca yukarıdaki müzikte olan Amelie'yi bir yerde görmüştüm, hatırlayamadım. Zaman zaman anlamadığım yer olsa da çoğunlukla anlaşılırdı yani 😀
ReplyDeleteDediyin pianı versiyalarına da baxaram ;) Pokemonun bir az daha qarışıq forması mı desəm. Digimon izlə məncə pokemon sevirsənsə. Daha çox oxuduqca daha çox anlayacaqsan. :))
DeleteÇok güzel bir yazı olmuş okurken azcık bocaladım. :) Azeri dilini ama zamanla okudukça geçer diye düşünüyorum :) Yalnızlık benim için favori anlam taşıyor yalnız olmayı bende severim...
ReplyDeleteTəşəkkürlər. :)) Oxuduqca daha anlaşılan olacaq. ;) Yalnız olmaq gözəldir..
DeleteNana!
ReplyDeleteÇoook güzel yazmışsın!
Ve yine gifler resimler harika :D
Ah Sherlock!!!! Bayılıyorum!
Koreye başlamadım henüz :))
Ne güzel anlatmışsın kendini.
Uşaq istiyorsan gel bende 'oyun delisi' var bir tane, gel istediğin kadar oyna :)))) 2 yaşında tam oyun delisi.
Yazdıklarını okuyabildikçe seviniyorum :D
Yavaş okuyabiliyorum ama anlıyorum :)
Amelie'ye de bayılırım!
Benim de listemde bu mim ama daha yapamadım maalesef ;(
Çoox təşəkkürlər. Sən həmişə/hep yaz mən üzümdə böyük təbəssümlə oxuyuram sənin rəyini/yorumunu. ;) Sherlock bir dənədir. :D Başla başla koreyaya da ;) Ən yeməli vaxtları olar 2 yaşında :)) olsa yanımda oynayardım onlabol bol. Gələrəm amma sonra səsimizdən bezərsən :D Əvvəl bir idi indi iki oldu havası :D çünki uşaqlarla tam bir uşaq oluram :D Olsun yazarsan, məndə də 2 mimim gözləyir yolumu. Bir az gec də olsa yazırıq deyilmi? ;)
DeleteTək dəli mən və bacım deyil,deməli.Bunu bildiyimə şad oldum.Yazını oxuyarkən gülüşüm üzümdən silinmədi.Ay savaşçısı,piano,fiqurlu kankisürmə,Yaponiya,Cənubi Koreya,nə çox oxşayırıq.Azərbaycanda belə insanlar var imiş,sizi tanıdığıma çox sevindim. ^_^
ReplyDeleteha ha :D Hə mən də o dəlilərdənəm ;) Əlbəttə var ;)
DeleteAyyy...Nəhayət... Azərbaycan dilində bir bloq:)) Necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Gülməlidi amma mən bloq açdığımdan bu yana Azərbaycanlı bloqqerləri axtarıram:( Və sizi, bir də Aysel Ezimovanı tapdığıma çoox sevindim. Sağ olun, var olun, çox yazın :) Yazdıqlarınıza gəlincə görünür eyni dövrün uşaqlarıyıq. Çünki zövqlər çox yaxındı : piano, musiqi və konkisürmə.Hələ Ay savaşcısı... Trt-dən gedirdi səhv etmirəmsə. Necə həsrətlə gözləyirdik veriləcəyi saatı! Artıq həmişə burdayam.Yazıb bezdirəcəm sizi:))) Sevgilər...
ReplyDeleteMən də çox sevindim rəyinizi görüb. Bezdirmək deyil böyük zövqlə oxuyuram.😍 tez-tez yazın çox xoşdu oxumaq. ☺
Delete