Kim dəyişməlidir?.
Bərabərlik bir birinin zəif və güclü tərəflərini bilib qəbul etməkdir. Bərabərlikdə bir tərəf digərinə görə özünü qurban verməli deyil. Bərabərlik birlik olmaqdır. Bərabərlik eyni zamanda bir-birinin ən güclü tərəfi olub onu müdafiə etmək və həm də ən zəif tərəfi olub həmin insanın ən çox incitməkdən qorxduğu və sevdiyi tərəf olmaqdır. Qadın və kişi bərabərliyini mən məhz bu cür görürəm. Əslində isə görmək yox, daha çox belə düşünürəm.
Dünyada qadınlar üçün və uşaqlar üçün gün var. Demək olar ki, bütün dünya ölkələri tərəfindən ən çox da bu günlər qəbul olunub. Səbəb isə məhz qadın və uşaqların müdafiəyə daha çox ehtiyacı olduğu bir dünyada yaşamağımızdır.
Kişilərə görə qadının yeri mətbəxdir. bunu nə cür izah etmələrindən asılı olmayaraq. Və yenə də kişilər məhz belə deyir: Kişilər qadınlardan daha ağıllıdır, üstündür. Hər sahədə demək olar ki, kişilər qadınlardan daha irəlidədir. Alimlərin, cərrahların, məşhur dedektiv yazarlarının, prezidentlərin çoxu da məhz buna görə qadın deyil. - Əslində biz bunun səbəbini də yaxşı bilirik. Ailə qadınların arzularından uzaqlaşmasına səbəb olur. Ancaq belə olmaya da bilər. Ailə qadına da kişiyə olduğu kimi arxa, dayaq olmalıdır.
Kişilərə görə qadının yeri mətbəxdir. bunu nə cür izah etmələrindən asılı olmayaraq. Və yenə də kişilər məhz belə deyir: Kişilər qadınlardan daha ağıllıdır, üstündür. Hər sahədə demək olar ki, kişilər qadınlardan daha irəlidədir. Alimlərin, cərrahların, məşhur dedektiv yazarlarının, prezidentlərin çoxu da məhz buna görə qadın deyil. - Əslində biz bunun səbəbini də yaxşı bilirik. Ailə qadınların arzularından uzaqlaşmasına səbəb olur. Ancaq belə olmaya da bilər. Ailə qadına da kişiyə olduğu kimi arxa, dayaq olmalıdır.
Gələcəkdəki seçimlərində qadın da kişiyə (qadın tərəfdən) olduğu kimi inam və ümid verən birinin onun yanında olduğunu hiss etməlidir. Evdən işə gələndə yeməyin, çayın hazır stolun üstündə olmağı isə təəssüf ki, bütün dünya kişilərinin çoxunun istədiyi qadın obrazında cəmləşir. Qadınların nə düşündüyü isə bəzən o qədər də maraqlı olmur. Məncə isə ən pisi məhz eyni cür düşünən qadınların olmasıdır. Ən çox da həyatda ikinci olmağı, arxa planda qalmağı qadınlara xas bir şey kimi qəbul edən qadınlar bunu daha çox qoruyur. Çünki, uşaqlara tərbiyə verən dünyanın hər yerində daha çox onlara təsir göstərə bilən elə qadınlardır. Hələ uşaqlıqdan fərqli böyüdülür.
Niyəsə qadının başı həmişə aşağı olmalıdır. Niyəsə qadın çox danışmamalıdır. Qadının kariyerası ailəsi və övladlarına yaxşı baxmasıdır deyən insanlar da az deyil. Kariyera dalınca gedən qadın mütləq ailə və iş arasında seçim etməli olacaq deyə düşünənlər də çoxdur. Ancaq qadın hər ikisinin öhdəsindən uğurla gələ bilir. Mənim üçün kişi və ya qadın olmaq üstünlük deyil. Sənin uğuruna inanan tək bir insan belə olsa sən o işi bacaracaqsan. Sadəcə bütün cəmiyyətə, inamsız insanlara qarşı tək olmadığını bilmək belə yetər.
Ədalətli olun. Hər birinizə eyni. Ən azı böyüyüb, Mikey nin heç bir yaxşı səbəbsiz daha çox alacağı vaxta qədər.. |
Dünyada bütün yaşlılar ağıllı və müdrik deyil. Gənclikdə o insanın necə yaşadığını və dünyadan nə götürdüyünü bilmirik. Çünki necə insan olmağından asılı olmayaraq hamı yaşlanır. Burada əsas demək istədiyim odur ki, biz keçmişimizə hörmət edib, tarix və adət ənənələrimizi sevməliyik. Ancaq necə ki inkişaf adı altında bizim olan adət-ənənələrimizi, tariximizi silmək fikrimiz yoxdur. Eləcə də sadəcə insanlıq üçün gerilik olan adət adını sonradan almış yazılmamış bəzi qanunları da qəbul etməyək. Hələ də az da olsa qızların oxumağının yararsız olduğunu, oxuyan qızın yaxşı ailə qadını ola bilməyəcəyini deyən insanlar tapa bilərik. Bu cür insanların yalnız bizim ölkədə olduğunu düşünməyin. Dünyanın hər yerində belə insanlar var. Biz onları dəyişə bilərik.
Feminizm isə nədənsə çox insanların və xüsusilə də oğlanların/kişilərin sevmədiyi bir kəlmədir. Halbuki feminizm qadınların kişilərdən üstün olduğu bir cəmiyyət uğrunda mübarizə aparmır. Sadəcə feminizm qadın hüquqlarının tapdalanmasına qarşıdır.
Eyni işə görə kişinin daha çox maaş almalı olduğunu da düşünənlər yetərincə çoxdur. Səbəbi isə kişinin ailə dolandırmasıdır. Sanki qadının ailəsi yoxdur. Ailəyə kimin çox pul gətirməsi əsl ailədə önəmsizdir! Əgər daha çox pul qazandığınız üçün həmin pulu xərcləmək üçün daha çox haqqınız olduğunu, ya da daha çox söz haqqına sahib olduğunu düşünürsünüzsə siz hələ tam ailə deyilsiniz. Aşağıdakı əsl bərabərlik haqqındakı cümlə və şəkli həmin anda həmişə xatırlasaz da daha yaxşı olar. Kişilər feminizmi məhz belə təsəvvür edir. |
Bərabərlik hamıya eyni qədər qayğı, kömək deyil. Əsl bərabərlik hamıya uğurlu ola biləcəyi qədər eyni şeydən verilməsidir.
Cəmiyyət bu kimi problemlərin başlıca dayaq nöqtəsidir. Buna gündəlik həyatda ən çox işlədilən sözləri belə aid edə bilərik. Məsələn: Kişi kimi sözünün üstündə durmaq. Kişi kimi sözün düzünü demək. Ancaq qadın kimi sözünün üstündə durmaq deyilən bir söz yoxdur. Ümumilikdə isə xarakter insanların qadın və ya kişi olmalarına görə dəyişmir. Yəni yetərincə çox dürüst qadınların varlığından danışmasaq da çoxunuz belə insanları tanıyırsınız.
Kariyera baxımından da təəssüf ki, qadınlar geridə qalır. Üstünlük həmişə işə götürüləndə kişilərə verilir. Çünki, qadınların uşaq dünyaya gətirmək, uşaq baxmaq kimi məsuliyyətləri var, hansı ki iş yeri üçün bu sadəcə lüzumsuz tətillər və boşa axan pul deməkdir. Artıq bu problem də nisbətən həll olmaqdadır. Məncə kişilərə də atalıq məzuniyyəti verilməsi vəziyyəti daha yaxşı edə bilər.
Doğrudan da yaxşı kariyera- bərabər imkanda işçi |
Əlbəttə, əgər bu məzuniyyətdə analara kömək etsələr. Ümumilikdə həmişə işdə kişilər, qadınlara nisbətən daha tez kariyerada qalxa bilir. Qadın və kişi arasında seçim həmişə kişinin xeyrinə baş verir.
Əslində isə bu həm də kişiləri də, qadınları da müxtəlif yük altına salır. Kişilər də müxtəlif peşələri seçəndə əslində qadınlar kimi problem yaşayır. Çünki peşələr də qadın və kişi işi olaraq artıq ayrılıb. Kişilər evdə qadına kömək edirsə belə, onu dostları məsxərəyə qoyub, qadından qorxduğunu deyirlər. Heç bir kişi köməyə ehtiyacı olduğunu açıq deyə bilmir. Xüsusilə də qadından kömək istəmək kişi üçün ən dəhşətli hal olar. Kişilərin nəyisə bilməyib qadından soruşduğu halla həyatda neçə dəfə rastlaşmısınız?-Məncə çox olmaz.
"Mən qadın kimi geyinməkdən utanmıram, çünki mən qadın olmağın utanc olduğunu düşünmürəm."- İggy Pop
Dünyaya baxışınızı dəyişin. Sizə sadəcə düzgün kimi gələn bəzi şeyləri heç vaxt sorğulamadığınızın fərqinə varacaqsınız. Haqqında düşündüyünüz zaman isə mənasız olmasına baxmayaraq necə qorunan bir fikir olduğunu görəcəksiniz. İnsanlığın ən güclü silahı elm və inamdır.-imza MƏN.