Tuesday, December 30, 2014

2 BAYRAM BIRLIKDƏ!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl- 2015 !!!

http://dreamhigh-happyday.blogspot.com


Salam, bugün 31 dekabr dünyanın demək olar ki, hər yerində 2014cü ilin son günüdür. Bu günün qədrini bilin... İlin son günü bizə zamanın dəyərini dərk etməyə kömək olsun, İnşaAllah. Mənim üçün daha əsas olan isə bugünün Dünya Azərbaycanlılarının Həmrəylik günü olmasıdır.!
http://dreamhigh-happyday.blogspot.com/
 Dünyanın istənilən yerində yaşayan bütün Azərbaycanlıları bugün münasibətilə təbrik edirəm. İnşaAllah həmişə biz bugün olduğu kimi, Azərbaycanlı olduğumuz üçün fəxr edək və həmişə birlik olaq! Həqiqətən də Azərbaycanlı olduğum üçün fəxr edirəm, Vətənimi, xalqımı sevirəm.! Bayram yazım da bu qədər. Bütün Dünyanın Yeni ilini təbrik edirəm. Yeni ildə dünyada ədalət, sevgi, sülh olmasını arzu edirəm. Bu il qoyun ilidir və qoyun da ruzi bərəkəti təmsil edir. 
http://dreamhigh-happyday.blogspot.com/

Yeni ildə dünyada aclığın yox dərəcədə azalmağını, insanların bir-birinə anlayış göstərməyini, bir-birini başa düşməklərini, irqinə, dininə görə ayırmadan sevməyini, bir-birinə kömək etməsini arzu edirəm. Bu da 2014 cü ilin son yazısı. Həmrəylik Günümüz mübarək. Yeni ilimiz mübarək!. Hələlik.
Not: səhər yazmağa vaxt olmayacağı üçün gecə yazdım. Səbəbi də hamımıza məlumdur. Əvvəlcə bayram süfrəsinin hazırlığı sonra da istirahət. :P
http://dreamhigh-happyday.blogspot.com/
BAKI, AZƏRBAYCAN

Tuesday, December 16, 2014

IT'S OK, THAT'S SONG JAE RIM

WE GOT MARRIED 2014. KIM EUN SOO & SONG JAE RIM. 

http://dreamhigh-happyday.blogspot.com/
Mənim üçün We got Married proqramı reallıqla serialların arasında yer tutur. Çünki məşhurlar bu proqramda həm verilən ssenari əsasında hərəkət etmək məcburiyyətində deyil- bu da o deməkdir ki, biz onları daha yaxşı tanıyırıq.- həm də , şou xatirinə evlilik oyunudur. Əgər sevdiyiniz aktyor və ya aktrisanı evli təsəvvür edə bilmirsinizsə bu proqramı izləyin. 

Saturday, December 6, 2014

Azərbaycan filmlərindən soundtrack lar.

Keçmişə səyahət....

dreamhigh-happyday.blogspot.com
Ən sevdiyim filmlərdən çox sevdiyim mahnıları dinləməyə hazırsınız? 
İlk Filmin adı " Gün Keçdi" dir. Eyni adlı mahnı/soundtrackı isə Flora Kərimovanın bənzərsiz səsi ilə eşidirik. 
Flora kərimova - Gün keçdi

Thursday, December 4, 2014

MAMA MUSIC AWARDS/MAMA MUSIQI MUSİQİ MÜKAFATLARI. 2014 Hong Kong.

G-Dragon, 2PM, Tiffany, İU, Teayang, İnfinite, Epik High, Sistar, Exo, Ailee, Yoon Eun Hye , Soyou və Junggigo kimi məşhurların iştirak etdiyi möhtəşəm mükafatlandırma mərasimi.

http://dreamhigh-happyday.blogspot.com/
dreamhigh-happyday.blogspot.comÇoxdandır gözlədiyimiz Mama-nın vaxtı gəldi. Mükafatlandırmada gözlənildiyi kimi çox mükafatlar qazanan, gözlənilənin əksinə çox mükafat qazanan məşhurlar oldu. Xüsusilə koreyalı müğənni və aktrisa qadınlar görünüşləri ilə göz qamaşdırırdı. Hər dəvətli məşhur ən azı (çıxışı,ifasını nəzərə almasaq) geyim, saç düzümünə görə əvvəlcədən hazırlaşmışdı. Çox gözəl geyinən və geyimini bəyənmədiyim məşhurlar haqqında da yazacam, əlbəttə ki şəkillərlə. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...