Thursday, February 13, 2014

Two weeks


Romantik- komediyadan bezənlər üçün , Ciddi serial ;) 

best k-drama

Two weeks serial 2013-cü il 7 avqustdan MBC kanalinda yayıma başladı. Seriala baxmaq üçün sadəcə Lee Joon Gi (이준기) nin baş rolda olması belə yetərlidi əslində, çünki bu aktyor adi 1 hekayesi olan  seriala çəkilmir, məsələn sadəcə romantika və azca komediya olan seriallarda bu ada rast gəlmək mümkün deyil əsasən. Lee Joon Gi nin seriallari həmişə uğur qazanıb. Bu drama da onların sırasına qatılacaq və bəlkədə aktyorun ən uğurlu serialidir.
Ama əlbəttəki serialın üstünlüyü tək 1 aktyorda deyil. Digər aktyor heyəti də işində profisionaldır : Mənfi baş qəhrəmanlardan tutmuş Lee Joon Gi nin qızını canlandıran balaca qıza qədər . 
myblog
k-dramaJang Tae-San (Lee Jun Ki) üçün həyat mənasızdı. O ölüm vaxtını gözləyən insan kimi yaşayır  və 1 gün onun 8 il əvvəl ayrıldığı Seo İn-Hye onun iş yerinə gəlir, onun həyatında ciddi dəyişikliklərin başlandığı gün idi əslində o gun. İn-Hye ondan sümük iliyi testi elətdirməsini istəyir və 8 yaşlı lösemiya xəstəsi qızının həyatda qalması üçün son şansın atasının (Jang Tae-San) iliyi ola biləcəyini deyir. Heç vaxt görmədiyi qızı üçün xəstəxanaya gələndə balaca 7-8 yaşlarındakı qız ona ata deyir və bu qız doğrudanda onun qızıydı, anası qıza atasının öldüyünü desədə anasının cırıb atdığı şəkildəki adamın onun atası olduğunu bilmişdi o. ( qız çox şirindi :)) Atasına 1 oyuncağ verir onunçün sağalana qədər saxlasın deyə.(həkimlər ona oyuncağın materialına görə qadağan etmişdi belə oyuncağları) Bu oyuncağın şəklini də bura atdım, çünki serialın az qala hər bölümündə var oyuncağ :D 
dreamhighhappyday


Sümüy iliyi əməliyyatı üçün vaxt 14( 2həftə- two weeks) gün sonraya təyin olunur və bu vaxt ərzində Seo So-Jini (qızı) əməliyyata hazırlayaqdılar və Tae-San əməliyyata gəlməsə qızının öləcəyini ona bildirirlər. Jang tae-San Seo İn-Hye dən gangster Moon İl-Seok a görə ayrılmışdı, Moon İl-Seok İn-Hye nin həyatının qarşılığı olaraq Tae-San dan insan öldürdüyünə görə onun yerinə polisə təslim olmasını tələb etmişdi. (Öldürülən adamın qızı Park Jae-Kyung gələcəkdə Moon İl-Seok üçün baş ağrısına çevriləcəydi və prokuror(türkcə savcı) olduğu üçün də onu öldürmək asan deyildi o dövlət adamıdı çünki.) Tae-San Oh Mi-Sook (Park Jae-Kyung tərəfindən gizlicə Moon İl-Sook un  yanına yerləşdirilmişdi, onu ifşa etmək üçün) adlı daimi müştəri olan (1 azda saf qızdı) qızın xəstə olduğu üçün onu çağırdığını eşidir  və onun ev adresini alıb ora gedir ( ama hələdə başa düşə bilmirəm niye?! özünə bu sualı versəydi Tae-San vaxtında, bu hadisələr də olmazdı bəlkədə  :P :D ). Evin qapısı açıq olduğundan içəri girir və başına arxadan aldığı zərbədən sonra oyananda artıq korean drama
yanında Mi-Sookun cəsədi elində bıçaq vardı və o an əlbəttəki polis evə daxil olub onu həbs edir və  Tae San sağ qalmağ üçün həbsdən qaçır (əslində qaçışı planlamamışdı sadəcə maşın qəzası olur və o da bundan istifadə edir). Tae-San indi qızını xilas edə bilmək üçün 2 həftə polislərdən və Moon İl-Sookun adamlarından gizlənməlidi. Artiq Koreyada onun qaçaq qatil olduğu bütün kanallarda yayımlanıb və heç kim qatilə kömək eləməz. Həmdə o bu müddətcə sağ qalmalı və ən əsasə yara almamalıdı, çünki yaraya düşə biləcək infeksiya əməliyyat üçün təhlükəlidir. Bu da ilk bölümlərdən olan şəkil :)))))two weeks Əsas rollari taniyaq :)
Baş rolda Lee Joon Ki nin olduğunu əvvəldən bildirmişdim və onun haqqında məlumat da verdim yuxarida ;) Novbədə Kim So-Yeon (김소연) dur. O serialda Park Jae-Kyung rolunu canlandırır ve deməliyəmki rolunun öhdəsindən əla gəldi. =) Bütün ömrünü atasının qatillərinin həbsinə həsr edib deyə bilərik. two weeks
dreamhigh-happyday.blogspot.comÇox sevdim bu aktrisani bu serialda, şəkildə də göründüyü kimi 1az oğlansıdir. Park Jae Kyung çox ağıllıdir və düşmənlərini də yaxşı tanıyır, 1cə Tae San da səhv eləmişdi :D Bu aktrisanın oynadığı rol barədə deyiləsi çox söz yoxdu əslində, seriala baxanda artiq her şey aydın olur. Bu aktrisanı artıq İRİS, İris1 və Athena Goddes of war seriallarından tanıyırıq ;) 
two weeksPark jae Kyung əslində atasının ölümünün şahidi olub və media da az qala mələk kimi taninan millət vəkili olan Jo Seo Hee və əslində mafya görünürdə ama iş adamı olan Moon İl-Seok u birlikdə görür və başa düşür ki qadının mələk simasinin altında necə 1 insan durur. Ancaq məhkəmədə onun şahidliyi hakim tərəfindən sayılmir, cünki o həm hələ yeniyetmeydi və də öldürülən şəxs onun atasıydi və Moon İl-Seok un (məhkəmədə isə Tae San in çünki o hər şeyi boynuna alıb təslim olmuşdu) vəkili qızın atasının ölümüylə bağlı şok keçirdiyini nəzərə alınmasını tələb etmişdi. :/ 
dreamhigh-happyday.blogspot.comSeo İn-Hye rolu Park Ha-Sun (박하선)  un öhdəsindəydi serialda. Bu aktrisa haqda ilk əvvəl deməliyəmki çox gözəldi :D Seo İn-Hye qızına görə ata anasından ailəsindən də ayrı düşür. Heyatda tək istəyi qızının xəstəlikdən sağalması olan bir anadir o. Bu arada o 1 polislə nişanlıdır və bu polis də hadisələrin mərkəzinə düşür bilmədən. 
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.comDediyim polis İm Seung -Woo rolunu  Ryu Soo Yung ( 류수영) canlandırır. O Tae Sanın həbsi ilə məşğul olan polisdir. Sonradan Tae San ın sevdiyi qadinla olan keçmiş bağını öyrənəndə onun üçün də çox çətin olur hər şey. Çünki 1yandan o qatildi və digər tərəfdən Seo İn Hye nin qızının sağalması üçün bu adam yeganə şansdır. En böyük problem isə budur ki, o sevdiyi qadin və onun qızını yəni yeni hələ tam qazana bilmdəiyi ailəsini itirı bilər.korean drama

 Digər tərəfdənsə(nə çox tərəf oldu :D) o bu adama nifrət 

edir, çünki qadını uşaqla birgə atib bu adam.

love

Və növbədə mənfi obrazlardi!!!!!! Serialin uğurunda mənfi rolların da rolu danılmazdır. 
Moon IL-Seok rolunu Jo Min-Gi , onun oğlu profisional killer 

korean dramaolan Killer Kim obrazını isə Song Jae-Rim 송재림(NoT. bu aktyor halhazırda çekilməkdə olan və mükəmməl 1 serial olan "İnspiring Generation" da da rol alib və əlbəttəki bu serialdakı rolunun məhz bu aktyorun seçilməsindəki təsiri danılmazdı) canlandırır.korean drama

korean dramaVə  Kim Hye-Ok rolunda isə Jo Seo-Hee çəkilib. Bu qadın insanlara kömək edən müxtəlif xeyriyyə cəmiyyətlərinin üzvüdü ANCAQ bu sadəcə gözdən pərdə asmaqçündü.Əslində isə o Moon İl Seok la əlbirdir və elə ən çətini də bu qadının əsl simasını üzə çıxarmaqdır. korean drama

Bundan sonrasını isə seriala baxmaqla öyrene bilersiz ;) Baxanlar peşman olmur  :P


korean drama

Soundtrack / ost isə əla seçilib , drama nın həyəcanıni hiss elətdirir.

korean drama



Tablo

TABLO/MUSİQİbest rapper ever

    Günümüzde bizə ən yaxın olan əslində musiqidi.  Demək olarki, mahnılara qulaq asmayan yada telefonunda mahnilar olmuyan yoxdu, xüsusilədə biz gənclərçün mahnılar əvəzolunmaza çevrilib və elə buna görədirki şəhərdə gənclərin çoxu qulaqciqla( nauşnik ;D ) gəzir. Seriallariyla daha çox diqqəti cəlb edən Cənubi Koreyada musiqi də ən az seriallar qədər inkişaf edib. Təkcə seriallarin  Ost - soundtrack ları buna bariz nümunədir. Ama soundtracklardan yazmaq istəmirəm, daha çox K-pop dan  yazacam. Yuxarda gördüyünüz ( və bəlkədə indi qulaq asdiğınız ) mahnilardan da artıq hansı qruplara qulaq asdığım sizə məlumdur və buna görədə playlistdə olmuyan 1 müğənni / reper haqda yazmaq fikrinə gəldim. Bu Tablo (타블로)  dur. 


Əsil adi 이선웅 / Lee Sun
Woong (Daniel Armand Lee) olan reper YG entertainment şirkətilə / agentliyi ilə işləyir  . Tablo həmdə mahnı sözyazarı və aktyordur. 
TabloTablo  aktrisa və model olan 강혜정 / Kang Hye Jung (Gang Hye Jeong) ilə evlidir və 1 şirin qızı (Haru) var.Onu da deyimki, The Return of Superman adlı C.Koreya proqramı var, orda atalar tək uşaqlarına baxmalıdı. Bu proqrama da baxın, çünki çox əyləncəlidi. Xüsusilədə Haru və atası Tablo olan bölümə baxın. Haru çox ağıllıdı və atasının da onunla davranışını çox bəyəndim mən, həmdə çox güldüyüm proqramdi :D 

Ailəsi ilə olan 1-2 şəklini də elavə 

etdim bu yazıma xüsusilə 

qızıyla olan şəkil çox qəşəndi.
Tablo
Tablo
 Nyə Tablo? - Çünki bu reperin səsi diqqəti cəlb edir ki, reperde səs də çox vacibdi və duetləri xüsusilə superdir.  
Mən ilk "Airbag " mahnısına təsadüfən youtube dan qulaq asdım, Naul la olan duet ilk dinlədiyin andan sevəcəyin tipdə mahnıdır. - Məndə belə oldu məsələn və ardinca da digər Tablo imzası olan mahnıların axtarışına çıxdım ;) 
TabloTablo  hip-hop qrupu Epik High ın tərkibində tanınıb. 
Epik High ın düzü  "Heaven" (1də "umbrella ")  mahnısını bəyəndim hələki )))  

Əlbəttəki növbə bu yazını yazmağıma səbəb olan "Airbag" mahnısındadır. 


Tablo nun mahnılarından bəyəndiklərim əsasən lirikdi və bu siyahıya aid digər 1 mahnı hansıkı sonlarına yaxın rok dan da istifadə olunub və yenədə duetdi - Lee Sora ilə olan "Home" ( Ev) mahnısıdıki, mahnının xüsusilə bu hissəsini sevirəm "ThiS iS mY homeE, leavE mE alonE " 

"Expiration Date " adli mahnıdan sevdiyim sözlər- " heÇ vaxT oxunmayacaQ kitaB, heÇ vaxT dinlənilməyəcəK musiqİ olmaQ.." 

Bu mahnını Tablo tək ifa edib və uğurıu da alınıb , hüzünlü mahnılar reperdə ela alınır :( 

Younha ilə olan "MemorY" dueti də dinləməkçün gözəl seçimdi . . . 



BUMKEY ilə olan duet . Mahnının adı "at/from the botttom"  Duetlərində əməkdaşlıq etdiyi müğənnilərin hər birinin səsi də həzindi və bu da mahnilarının üstünlüyüdur ;) 



korean dramaYounha ilə olan ikinci mahni isə "umbrellA" dı hansıki Epik High grupu ilə yazılıb mahnı. Klipinə baxanda yadıma düşdü, əslində bu mahnıya çoxdan qulaq asmışdım və bəyənmişdim xüsusilədə klipi ama heç bilmirəm niye sonradan unutdum o vaxt bu mahnını . . .  :/  
klipi çox qəşəngdi ...

MAMA - da Epik High ın Lee Hi ilə olan dueti - "It's cold" la "Don't Hate Me" mahnısını birləşdirib möhtəşəm ifa sərgiləyiblər , izləməyə dəyər ;)




tablo
Vəəəəəəəəəəəə SoN olaraq Bigbang dan Tae Yang la olan dueti paylaşıram. Tae Yang ın sesi haqda əslində deyilsəi elədə çox söz yoxdu, çünki artiq Bigbang qrupunun tərkibində çoxları onu tanıyır və necə ifaçı olduğunu bilir .. Klip də yaxşıdı )) Xüsusilədə mahnının sözlərinə diqqət, sözlərinin tərcuməsinə baxdiqdan sonra daha da sevdim mahnının, Tablo nun mahnılarında ümumilikdə həmişə sözlər çox mənalə olur, həmdə romantik :)


BU mahnıları eşitdiyim gündən hər gün bu mahnılara qulaq asıram, telefonumda artıq playlist də elavə etmişem  və dinləməkdən bezmirəm ;P  Və sizi də DİNLƏMƏYƏ DƏVƏT EDİRƏM . . . . .
best rapper ever


Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...