ROOMMATE 2

SBS Roommate 2ci sezon. It's Ok, 룸메이트 - Roommate. . 


Çox sakit görünməyə çalışan uşaqlardan realda heç fərqləmədilər. ;)
Bu sezon Roommate 2 dəfə daha əyləncəli, daha iddialı, daha maraqlıdır! Səbəb daha çox yeni üzvlərin gəlməsi oldu. Hər bir üzv də özünə xas xarakteri ilə seçilir. Əvvəlcə qəribə olduğunu düşünürsən, sonra sevirsən. :D 

Bu sezonda Roommate dən bəzi üzvlər çıxdi və çıxan üzvlərin əvəzinə yeni üzvlər gəldi. Əslində 1. sezon o dərəcə də maraqlı gəlməmişdi. Elə bu səbəbdən ilk sezonu tam izləməmişəm. Ancaq bu sezon çox yaxşı və iddialı başladı mənim üçün. Yenə oxşar olar deyə fikirləşib ilk gündən izləmədim. (Bu cür ilk dəfədən izləmədiyim nə varsa sonradan əslində ən sevdiyim adını qazanır O.o) Sonra çox qarşıma çıxdı, bir gün dramalardan bezən mən Tv Show izləməkdə fayda var dedim. Dramalardan fəqrli olaraq, tv Show lar daha realdır. Məşhurların özünü görürük hansısa obrazı yox. Uzun sözün qısası, izlədim. Bir gündə 4 bölümünü də izlədim. Çox güldüm, əyləndim. (5ci bölümü də izlədim, heyf ki həftərə 1 dəfə yayımlanır, hər gün olsaydı kaş ^^. )


 Keçək roommate (otaqyoldaşları) lərlə tanışlığa. İlk sezondan roommate də olan Lee Dong Wook. Onun ən sevimli olduğu an marketə getdikləri an idi. Nadinc uşaqları ilə marketə gələn ata kimi idi. Çooox xarizmatik ata amma :P. Uşaqları da anormal xarakterli . :D Hiss olunurdu ki, Dong Wook əsəbləşir arada. Marketdə uşaqlrını tez-tez itirən sonda marketdə alış-veriş arabsını itirən ata nə qədər yorulardısa,  Dong Woo da o dərəcə yorulmuşdu. Bir də sond uşaqları ( siz bu uşaqlar deməyimlə çaşğınlıqdasnızsa qeyd edim. O uşaqlar- Jackson <3, Ryhio, Kara dan idi. :D ) Ha ha ha (guya gülürəm smile i :P) Sonda yerinizdən tərpənməyin deyir  Dong Wook uşaqlara. :D
Hər üzv haqqında bu qədər yazsam mən 2-3 gün yazım gərək. Əsas 1 nəfəri çox yazmaq fikrindəyəm. (İzləyənlər bildi ;)) 
Nana- bu qızı bu showdan sevdim. Həm də gözəl qızdır. After school grupundan bir müğənnidir. 23 yaşı var. 1991 sentyabr 14 ü doğulub. Bu qızın surpriz ad günü partisində o qədər gülmüşdüm ki. Xüsusən də oğlan üzvlərin çaş-baş qalmasına :D Nanaya göz makyajı çox yaraşır.. (yuxardakı hər iki şəkildəki qız Nanadır) 
Jo SeHO - yenə ilk sezondan olan üzv. Komedyen. 9 Avqust 1982ci il doğulub. 32 yaşı var. Nana ilə ilk sezondan yaxın dostdurlar. Nananın ad gününü ilk təbrik edən də o oldu. Bu şəkillərdəki də Seho dur. Karadan YoungJi ni güldürürdü. 





Park Min Woo-  bu sezon daha sakitdir. Hal-hazırda onun haqqında ağlıma verilişdən heç nə gəlmir. -_- Amma aktyor bu aralar Modern Farmer dramasında çəkilir. Baş rolda isə Hong Ki var. ;) O drama haqqında gələn yazımda :)
Seo Kang Joon- ən yaraşıqlı roommate üzvlərindəndir. Jackson la eyni otağı paylaşırlar. Roommate də ən yaraşıqlılar yenə bir otağı paylaşır. ;) Normal şəkil tapa bilmədim amma izləsəniz şəkillərdən daha yaraşıqlı olduğunu görəcəksiniz. İlk sezonla müqayisədə daha çox görünürdü.
http://dreamhigh-happyday.blogspot.com/Bu üzv yaşı ilə sizi şok edənlər tipinə daxil olur. G.o.d qrupundandır.  Park Joon Hyung- 45 yaşı var. 1969 cu ildəndir. Amma gənclərdən daha gənc hərəkətləri və sözün əsl mənasında gənc ruhu var onun. Bu yaşda onun kimi olmağ bacarmaq. Sadəcə görünüşünü qoruyub saxlamayıb, ruhən də çox müasir və gəncdir. Jackson la ikisi JYP entertainment dəndirlər. Bunu unutmağa qoymurlar sizi. :D Ən çox işlətdiyi söz - Yo, hey What's up man-- dir. Amerikada yaşadığı illərin təsiridir. :)
Ryohei Otani Cənubi Koreyada yaşayan və aktyor kimi fəaliyyət göstərən yapondur. Digər yeni roommate üzvləri kimi onun da qəribəliyi var. O bir az hər şeyə yad kimi davranır. Baxmayaraq ki, çoxdandır bu ölkədə yaşayır. Məncə, xaraktercə digərlərinə nisbətən sakit olmasının təsiri böyükdür. Aktyor, model Ryoheinin 34 yaşı var. 






Park Joon Hyung la bir otağı bölüşürlər. Bu aktyoru Joseon Gunman serialından da tanıyanlar var (orada baş rolun yapon dostu idi). Bir ara roommate üzvləri Ryohei ilə Sunny nin arasının çox yaxın olduğunu diqqətimizə çatdırırdi ancaq sizə məsləhətim bu cür proqramlarda belə şeylərə ciddi yanaşmayın. Yəni müəyyən mənada, izləyicilərə daha maraqlı olsun deyə roommate də özünü daha yaxın göstərmələr olmalıdır və normaldır. Bunlar hamısı biz izləyicilər üçündür. Məsələn ilk sezonda Nana ilə Seho az qala sevgili olacaqdı, bu sezonda isə belə bir şey yoxdur.
Bu aktrisa - Bae Jang Ok isə roommate in ən yaşlı üzvüdür. Yaş haqqındakı söhbətləri sadəcə sevmir desəm az olar. Bu xanım yaş söhbətini həmin dəqiqə bağlayır. :D Amma məncə heç ehtiyacı yoxdur. Bu yaşda Jang Ok kimi görünmək çox qadının sadəcə xəyallarıdır. 50 yaşı var. 1964 cü ildəndir. Xüsusilə də bədən quruluşu haqqında danışmağa dəyər. Normalda bu yaşda qadınlar artıq çəkini əsasən normal qəbul edir. Jang Ok-un idmanla məşğul olmasını yazmasam da təxmin edə bilərdiniz. Bundan başqa o ət yemir. Bu onun vegeterian olması ilə bağlı deyil. Çünki aktrisa vegeterian deyil, sadəcə həzm sistemi üçün ət yaxşı təsir göstərmir və o da ətdən imtina edib. Aktrisa həm də gələcək aktrisa və aktyorlara universitetdə dərs deyir. 
dreamhigh-happyday.blogspot.comAncaq roommate üzvlərinin ona professor və ya müəllimə çağırmasını istəmir. Ona nuna (oğlanlar C.Koreyada özlərindən yaşca böyük qızlara nuna, qızlar isə unni deyir) ya da unni deyilməyini üstün tutur. ( Yaşından qaçan insanlar sizi anlamaq istəmirəm -_-) Roommate də Girls Generation dan Sunny ilə eyni otağı bölüşür. 5ci bölümdə onun digər üzvlərə dərs keçdiyi hissədə də çox güləcəksiniz. 


Sunny məşhur C.Koreya qrupu Girls Generation (SNSD) üzvüdür. Bu qız çox şirindir. Saç düzümünü də bəyəndim. (qısa saçlar həmişə mənim üçün üstündür ;))

Bu qız güləndə siz də güləcəksiniz. Çox içdən gülür. Səsli gülüşü əhvalı yüksəldir. Sunny nin 25 yaşı var. Hüç bir universitet məzunu deyil, çünki məktəbi bitirdikdən sonra Girls Generation a qatılıb. Digər roommate lərə kredit kartını verdiyi bölüm baxmağa dəyər(5ci bölüm). Xüsusən də o üzvlər Jakson, Guk Joo və Young ji dirsə. Nə gördülərsə aldılar. :D
dreamhigh-happyday.blogspot.com
Kara dan Young Ji. Bu qız roommate də ən gənc üzvdür. Eyni zamanda qrupa da yeni qoşulub. Cəmi 1aydır ki, səhnəyə çıxır qrupla. Elə buna görə də onu roommate ə göndərib şirkəti. Daha çox tanıtmaq üçün. 

dreamhigh-happyday.blogspot.comBu qızı ilk verilişdən timsah gülüşü ilə unutmayacaqsınız. Timsah dedim bəziləri bunu səhv anlamasın. Young Ji özü də bunu qəbul edir. Çox qəribə gülüşü var. Səssiz və ağzını aça bildiyi qədər açır. (əla izaha görə dəyməz :P) Bir də onu yemək yeyəndə görməlisiniz. Göyərtini çox sevir. 
dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.comTam olaraq göyərti yox bitki də demək olar əslində. (bizim istifadə etmədiyimiz göyərtilər- yarpaq kimi olduğu üçün). Young Ji ilə Jacksonun sevgili olmağını istəyənlərə deyirəm. OLMAZ!!! :P İstəmirəm. Bu qızı da çox sevirəm amma yaraşdıra bilmədim. Və əvvəldən də qeyd etdiyim kimi, proqramlarda izləyici istəyi nəticəsində sevgili olan məşhurların sevgisini də real qəbul edə bilmirəm. 
dreamhigh-happyday.blogspot.comÇox vaxt sonu ayrılıq bittiyi üçündür yəginki. ;) Young Ji roommate də maknae olduğu üçün ilk dəfədən hamıya hədiyyə gətirmişdi. Və hədiyyələri otağından uşaq kimi qaçıb götürüb gətirməyini çox sevmişdim. ^_^ Bu qız səhnədə tam fəqrli olur. ;) 










dreamhigh-happyday.blogspot.comDigər Roommate üzvü isə komediya ustası
Lee Guk Joo dur. Proqramın ilk dəqiqələrindən Jacksonla olan dialoqları sizi əyləndirəcək.  Jackson GukJoo ilə zarafat etməyi çox sevir.
dreamhigh-happyday.blogspot.com
Narahatçılığa əsas yoxdur, Jackson Guk Joo nun anasını xatırlatdığını demişdi. :D
 Roommate ə ikinci komedyenin çağrılması səbəbi Seho üçün tək başına əhval ruhiyyəni artırmaq çətin olurdu. Bu qadını çox sevmişdim. Xüsusən də roommate üzvlərinin anası kimi davrananda. Amma bəzən komediya üçün çalışsa da biraz suni alınır. Ümumlikdə onu bəyənirəm. Guk Joo nun 28 yaşı var. Guk Joo nun oyuncağı və digər roommate-lər.


dreamhigh-happyday.blogspot.com
Son olaraq, Wang Jackson.
Jackson HongKong ludur və Got7 adlı JYP entertainment in yeni və sevilən qrupunun reperidir. Roommate i ən çox onun sayəsində sevdim. Aqressiv görünüşü var. Jang Geun Sukun you r beautiful dakı siması kimi. Həm də Jackson uşaq kimidir. http://dreamhigh-happyday.blogspot.com/
dreamhigh-happyday.blogspot.comBir də özündən çox razı və Amerika ab-havasını ən çox hiss etdiyimiz digər roommate dir. 1994cü il 30 avqustda dünyaya gəlib, 20 yaşı var. Roommate izləyən insanların da bildiyi kimi Jackson 11ci Yay olimpiya oyunlarında qılınoynatma üzrə qızıl medal qazanıb. Jackson model, reper, müğənni, qılıncoynadan, beatboxer və rəqqasdır. Roommate in ilk dəqiqələrindən proqramın ən sevilən üzvü olmağı bacardı.
 Hər tanış olduğu yeni üzvlərə özünü tanıtma şəkli də fərqlidir. (izləməsəniz bilməzsiniz ;)) Koreya mədəniyyətinə bir az uzaqdır.
http://dreamhigh-happyday.blogspot.com/
Bu oyunda uduzmamaq üçün son sözü deyən Jackson , Seho nun ifadəsi bu sözü gözləmədiyindən xəbər verir :D 

http://dreamhigh-happyday.blogspot.com/


Danışanda aksenti ya da səsindənmidir bilmirəm amma onun danışıq tərzini sevirəm. Sadəcə yaraşıqlı olduğu üçün deyil, daha çox xarakteri və hərəkətləri sevilən roommate dir. Keçmiş roommate Ga Yeon la olan görüşləri də maraqlı idi, düzdü mənə azca şişirdilmiş gəlsə də Jackson roommate in əsas üzvlərindəndir ki, proqramı daha əyləncəli edir.

dreamhigh-happyday.blogspot.com
Jacksonun sırğaları isə axtardığım sırğalardır. :D Geyimi həmişə rahat reperlərə xas amerikan üslubundadır. Geyimini də bəyənirəm. Qara rəng də əla yaraşır, ən az ağ rəng qədər.
http://dreamhigh-happyday.blogspot.com/
Qısası Jacksonun öz dilindən olan gifdə dediyi kimi. :P
dreamhigh-gappyday.blogspot.com
Ən sonda roommate 2 üzvlərinin birlikdə çəkdikləri şəkillər.
http://dreamhigh-happyday.blogspot.com/
Qısa olaraq son roommate üzvü olan adı xiyar (ui səhv yazmadım ümidvaram, ad tapmayıblar :)) olan bu iti də tez tez görəcəksiniz. 
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com


Jacksonun ən yaraşıqlı halı bu şəkildəkidir. Jacksonun yaraşıqlı olduğunu düşündüyünüz an bu şəklə baxın. :P ha ha :D İstəmirəm çoxlu qız fanı olsun. ;)




http://dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.comhttp://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/


Bu uzunluqda yazmışam, ümidvaram ki, ən azından rəy/comment/yorum yazarsınız. ^_^ Hələlik. ;)

http://dreamhigh-happyday.blogspot.com/
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 yorum:

  1. ah ah hele tam olaraq 2.ci roommatei izlememisem.qizlara izledib maraqli hisseleri olanda izleyirem)))o market olayina ne qeder gulmusdum))bi de ingilis dili oyrenirdiler))kang joonun elifbani axira kimi seslendirmesi)))mence kang sadece zarafat edir verlisi maraqli etmek ucun ingiliscesi olduqca yaxsidir deye dusunurem))ve de young jinin gulusunu ya da baxislarini mi deyim bilmirem chanyeola dehset benzedirem))sanki onun qiz variantidi)))ay commentim de yazina uygun uzun oldu sorryy)))yazi maraqli olanda bele olur :D

    ReplyDelete
    Replies
    1. no problem , comment uzun olanda daha cox sevinirem ^_^ he Young Ji Chanyeola oxsayir. men tam baxiram amma tercume/altyazi gozlemek dehsetdir. ;)

      Delete